Burada beat feli nadir, arxaik mənasında işlənir, tərcüməsi «qırqovul kürüyən» olacaq.
Səltənət serialında bir epizod var, Tetçer əri ilə gəlir Balmoral qəsrinə, kraliçə ailəsinə qonaq. Dəhşət həyəcanlı, çəkinə-çəkinə. Tetçer kraliçə ailəsini bir az müşahidə edir, qəfil başa düşür ki, bütün Britaniyanın pərəstiş etdiyi bu adamlar həyatdan, gerçəklikdən nə qədər uzaq, əllərindən bir iş gəlməyən, infantil, gic, dəli, hətta manyak adamlardır. Tetçerin əri də deyir ki, aha, yarı-yunan, yarı-alman dəlilər diyarı. Sonra Tetçer qayıdır Londona, qayıdan kimi də bütün aristokratları kabinetdən qovur.
Serialda bir az bədiiləşdiriblər, həm də indi necədir bilmirəm, amma ingilis aristokratiyası doğrudan qəribə məxluqlar idi. Mənim yadıma gəlir, 10-15 il qabaq ingilis mediasında skandal qopmuşdu ki, ingilis aristokratları ildə bir dəfə tülkü ovuna çıxır, hökumət də bu ovu qadağan etmək istəyir. Az qala Parlamentin zirzəmisinə barıt qoyub partladacaqdılar.

Vaymeee, uzun il imiş ki! Bu gün ad günü olan hər kəsi təbrik edirəm, uzun ömür, can sağlığı, xoşbəxtlik arzu edirəm! 💝 💝 💝
Məncə bu məsələdə təkcə iqtisadi faktorları əsas götürməyə tələsməməliyik. İşin etno-psixoloji tərəfi də var. Sosioloji araşdırma olmadan bu etno-psixoloji tərəfin nə qədər güclü olduğunu deyə bilmərəm. Amma mənim də gördüyüm odur ki, adamlar kartlarına böyük məbləğ qoymurlar, çünki qorxurlar ki, kart itə, qırıla, xarab ola bilər. Üstəlik, yeni kartlar Avropa oyunları ili tətbiq olunub, amma günü bu gün də metroya girəndə az qala hər dəfə yaxınlaşıb deyirlər ki, (nəzakətin fərqli spektrlərində) məni də keçir. Gör necə simic, jmot, krısa adamlardır ki, 9 ildə 2 manat verib bir dənə kart almırlar özlərinə. Guya bunlar pulunun qədrini bilir, biz amma bilmirik.
Telegram
Çəpəki
Ötən il Bakı şəhəri üzrə ictimai nəqliyyatda gediş haqlarının ödənilməsində istifadə olunan kartların balansının artırılması üzrə həyata keçirilən nağdsız əməliyyatların sayı 2.5 mln., həcmi isə 8.7 mln. manat olub.
Yəni, bank kartları ilə Bakıkart balansı…
Yəni, bank kartları ilə Bakıkart balansı…
Təkcə teatr və kino əhli yox, yazı-pozu tayfası da xristian tematikasına üz tutur. Məsələn, hansısa Xeyransa nənə və ya Fatmanisə arvad haqqında hekayənin ortasında bir də görürsən Tövratdan sitat, İncilə göndərmə... Bunun da mənə görə aydın səbəbi var.
Bizim mədəniyyət adamlarının əksəriyyəti İslam mövzularına Axundov-Məmmədquluzadə açarı ilə köklənib. Molla görən kimi tənqid etmək istəyirlər, mərsiyə eşidən kimi başlarını tuturlar, harada müsəlman görürlərsə, qorxurlar... Ən azından, neytral gözlə baxa bilmirlər bu mövzulara, ona görə də ancaq suyun səthində üzürlər, dərinə baş vura bilmirlər. Onlar üçün İslam namaz-orucdur, əl kəsməkdir, adam daşlamaqdır. Xristianlıq isə onlara daha maraqlı gəlir, çünki baxdıqları filmlərdən və oxuduqları ədəbiyyatdan təkcə tənqidi yox, hərtərəfli yanaşma görə bilirlər.
Mədəniyyət adamlarının digər qismi isə İslam mövzularında farmazonluq edir. Biri guya kəlamla maraqlanır, digəri sufidir, üçüncüsü Quran ayələrinin təkrarsızlığı qarşısında şoka düşür, amma əslində, onların da İslam mövzularında bilikləri səthidir. Əksəriyyəti nə ərəb, nə fars dilini bilmir, heç bir sufi və ya digər dini məzmunlu ədəbiyyatı əvvəldən axıra qədər oxuyub tam dərk etməyib. Sitat gətirdikləri ayə və hədisləri kontekstdən çıxarırlar. İslam ədəbiyyatı ilə ancaq adlar səviyyəsində və müdrik sitatlar səviyyəsində məlumatlıdırlar. Bu qrup adətən xristian mövzularına girmir, amma İslam mövzularında yazdıqları da, Allah keçsin günahımdan, gülüncdür. Bir nümunə haqqında ətraflı yazmışam.
Bu yaxında dostlarla elə bu mövzuda uzun bir mübahisəmiz oldu—bizim şüurumuz hələ də müstəmləkə strukturlarının əsarəti altındadır, ilk növbədə şüurumuzu müstəmləkədən azad etmək lazımdır, elmi ədəbiyyatda buna deyirlər decolonisation of conscienceness. Yeni söhbət də deyil, nə biz birinciyik, nə də biz axırıncı. Tanpınarın öldürücü ironiyası, Frants Fanonun qəzəbli ifşaları, Edvard Saidin soyuqqanlı təhlili, Ali-Əhmədin barışmaz tiradası—bizim mədəniyyət hələ də bu söhbətlərdən kənarda qalıb, hətta bixəbərdir.

Hacının kanalı
Bu gün ƏSA Teatrının "Hamlet" tamaşasını izlədim. Hamlet, pis ya yaxşı, hər dəfə izləmək zövqlüdür. Adam hər dəfə yeni nəsə tapır. Ancaq bu quruluşda bir şeyi başa düşmədim ki, niyə əsəri xristian teologiyasına əsasında tamaşaya qoyublar. Bu həm musiqidə…
Əksər belletristlərin ortaq taleyidir. Bir kitabları bestseller olur, 26 dilə tərcümə olunur, kinosu çəkilir və kassa yığır—ardınca xarici nəşriyyatlar başlayır həmin müəllifin köhnə və ya yeni kitablarını tərcümə və nəşr etməyə. Oxucu da bir az oxuyur və görür ki, nəsə o deyil, bu mahnı çox majordur.
Belletristlər nəhayətdə oxucunu yorur. Nesbönün detektivləri kimi, məsələn. Sayını itirmişdim, yadımda deyildi ki, neçənci kitaba çatmışdım, amma elə bil pleylisti təkrara qoymuşdu. İndi Herman Koxun Odessa ulduzu romanını bitirəndən sonra da doymuşluq hissi çökdü, birdən anladım ki, bu Davos da, təəssüf ki, mənim üçün bitdi.
Kox ilə tanış olmaq istəyənlər sadəcə Axşam yeməyi və Əziz cənab M. romanlarını oxusa, kifayətdir. Sonrası sizə təkrar gələcək. Beş romanını oxuyan biri kimi deyə bilərəm. Kitab oxumağa vaxtı olmayanlar isə Axşam yeməyinin kinolarına baxa bilərlər. Dörd dənəsini artıq çəkiblər—hollandlar, italyanlar, amerikalılar və koreyalılar.

Ağıllı adamlar deyirdi ki, Nikki xanım gərək Nyu-Xempşirdən sonra yarışı tərk edib Trampı dəstəkləsin. Yox, Koxların fitnəsinə uyub dirəşdi, əvvəlcə Nevadada biabır oldu, ardınca öz doğma ştatı, iki dəfə qubernatoru olduğu Cənubi Karolinada Trampa uduzub lap biabır oldu, sonra Miçiqanda bir dənə qraflığı, hətta Ann Arbor-un universitet dairəsini götürə bilmədi. İndicə də Missuri müsibəti. Koxlar da ilk imkanda dəstəklərini geri çəkdilər. Utmost disgrace. Bu performansla Donald əmi sənə Department of Housing postu da vəd eləsə, gərək şükür edəsən. 😁
Missuri və Aydaho ştatlarında respublikaçıların ilkin seçkilərinin nəticələri gəldi. Trampın yeganə alternativi Nikki Heyli darmadağın. Eyni gündə Miçiqanda partiya qurultayında da Tramp bütün nümayəndələri (!!!) özünə götürdü. Fövqəladə bir hadisə baş verməsə, martın 5-də (iki gün sonra) Super Tuesday-da 15 ştat və bir ərazidə eyni vaxtda keçiriləcək ilkin seçkilərdə Tramp nominasiya üçün tələb olunan nümayəndə sayını toplayacaq və artıq noyabr ayında prezident seçkisinin özündə respublikaçıların namizədi olacaq. Burada bir VACİB nüans var—indiyə qədər biz Trampın partiya daxilində gücünü və sıravi respublikaçılar arasında populyarlığını görürük. Bunu Trampın ABŞ-da populyarlığı və ya seçicilərin əksəriyyətinin ona tərəf olması kimi yozmaq olmaz. Amerikanın ümumi mənzərəsi hələ aydın deyil, yalnız Trampla Bayden üzbəüz qalanda bu haqda nəsə demək mümkün olacaq.
Şərhlər bölməsi Novruza qədər bağlanır. Bəzi yoldaşlar kanalın admininə qarşı əsassız iddialar irəli sürdüyü üçün.
Aleksey Salnikovun Petrovlar ailəsi romanını nəhayət oxuyub bitirdim. Roman çox xoşuma gəlmişdi deyə, yarıda saxlamışdım ki, tez qurtarmasın. Müəlliflə Bakıda kitab sərgisində qısa ünsiyyətimiz olmuşdu, həm tədbirdə, həm kurilkada. Onda romanı yarılamışdım, bəzi fikirlərimi müəllifə deyəndə yaxşı mənada təəccübləndi. Hətta özünün xoşuna gəldi, bir az da özü inkişaf elətdirdi. Həm də etiraf elədi ki, həmin yerləri intuitiv yazıb, bilərəkdən quraşdırmayıb. Yox, peşəkar yazıçı kimi romanı quraşdırıb, özü də çox yaxşı quraşdırıb, amma mənim diqqətimi çəkən yerləri intuitiv yazmış imiş. Salnikov həqiqətən böyük yazıçıdır. Bütün həqiqi böyük yazıçılar kimi də təvazökar. Zor oğlandır. Həm özü, həm romanı o qədər xoşuma gəldi, gedib axırıncı romanını da aldım, inşallah oxuyacam. Bu roman isə Petrovlar ailəsi adı ilə azərbaycanca çıxıb. Kinosu da var, Serebrennikov çəkib. Rüfət də imkan vermədi ki, Alekseylə ikimiz ayrıca şəkil çəkdirək.
Ukrayna fəlakətinin memarı, Ukrayna faciəsinin baş rejissoru, Qərb koalisiya qüvvələrinin baş qərargah rəisi Viktoriya Nulandı mədəni şəkildə yola salırlar. Dünyada ədalət olsaydı, Haaqaya yollamaq lazım idi, amma hanı o ədalət. Son vaxtlara kimi Nuland həm də Blinkenin birinci müavini vəzifəsini icra edirdi, həmin vəzifəyə də təyin olunacağı gözlənilirdi, amma həm Amerikada, həm də dünyada nəsə maraqlı şeylər baş verdi, birinci müavin vəzifəsinə Çin və Hindistan üzrə ixtisaslaşmış təcrübəli diplomat gətirildi, Nuland da noyabrda ABŞ prezidenti seçkisinin nəticəsini gözləmədən vaxtından əvvəl vəzifəsini tərk etməli oldu. Böyük ehtimalla, artıq bu il ərzində Ukraynada ən azı atəşkəsə nail olunması üçün ciddi səylər görəcəyik. Bir də elə bilirəm ki, dünən axşam Lavrov və Kliçko şampan partladıb, Tural Həmid isə игристое вино.
NY Times
Victoria Nuland, Veteran Russia Hawk, to Leave the State Department
A hard-charging diplomat and determined advocate of supporting Ukraine will step down from the department’s No. 4 post.
Əli Novruzovun kanalı
Ukrayna fəlakətinin memarı, Ukrayna faciəsinin baş rejissoru, Qərb koalisiya qüvvələrinin baş qərargah rəisi Viktoriya Nulandı mədəni şəkildə yola salırlar. Dünyada ədalət olsaydı, Haaqaya yollamaq lazım idi, amma hanı o ədalət. Son vaxtlara kimi Nuland həm…
Turalla barışmağın yolunda bir əngəl aradan qalxdı, əlhəmdülillah. Böyük dövlətlər həmişə dalaşır-barışır, dalaşır-barışır, amma gərək biz hansısa İvanlara, Conlara, Yuhanneslərə görə öz həmvətənlərimizlə münasibətləri pozmayaq. Pozsaq da, ancaq müvəqqəti.
8 mart münasibətilə bütün xanımları ürəkdən təbrik edirəm. Bayramınız mübarək!
Oğlanlar var, Hacı kimi səs-küyləri şərait yoxdur.
Telegram
goyushow
Bir neçə saatdan sonra sayca 96-cı Oskar mükafatlandırma mərasimi baş tutacaq.
Filmlərin hardasa 70%-ini izləmiş bir şəxs kimi doğru bildiyim nəticələri və real nə olacaq təxminlərimi paylaşmaq istəyirəm.
Sabah yoxlayarıq görək necə olur.
Ən yaxşı film:…
Filmlərin hardasa 70%-ini izləmiş bir şəxs kimi doğru bildiyim nəticələri və real nə olacaq təxminlərimi paylaşmaq istəyirəm.
Sabah yoxlayarıq görək necə olur.
Ən yaxşı film:…