Knausqorun altıcildlik romanının beşinci cildini də oxudum. Bu dəfə tələbə olmağın çətinliyindən danışır və son səhifələrdə yazıçı karyerasının necə başladığını təsvir edir. Bir də, heç gözləmədiyim halda, yenə atasının ölümünə qayıdır—bəs 450 səhifəlik birinci cilddə atasının ölümü ilə bağlı hər şeyi təsvir edib bitirmişdi axı! Yox, deməyə sözü hələ var imiş.
Mənim oxu sürətim Sindbad nəşriyyatının çap sürətini qabaqladı. Fikirləşirdim ki, mən beşincini bitirənə kimi, onlar da sonuncu—altıncı cildi buraxarlar. Hələ buraxmayıblar. Gərək oturub gözləyim. Amma indidən deyə bilərəm ki, hal-hazırda yaşayan ən böyük yazıçı kimdir deyə məndən soruşsalar, birmənalı deyərəm Knausqor. Barns müəllim də bizi üzrlü saysın.

Əli Novruzovun kanalı
Knausqorun altıcildlik romanının beşinci cildini də oxudum. Bu dəfə tələbə olmağın çətinliyindən danışır və son səhifələrdə yazıçı karyerasının necə başladığını təsvir edir. Bir də, heç gözləmədiyim halda, yenə atasının ölümünə qayıdır—bəs 450 səhifəlik birinci…
Knausqorun romanı haqqında kanalda paylaşdığım qeydlər:
1️⃣ Birinci cildi oxuyanda keçirdiyin vau hissi haqqında.
2️⃣ İkinci cild sanki müəllifin özünün müəyyən etdiyi gözləntilərə cavab vermir.
3️⃣ Üçüncü cild yenə əladır, hətta bir az da Ukrayna operasını xatırladır.
🎼 İntermetso: Knausqor Tolstoy və Kundera ilə mırtlaşır.
4️⃣ Dördüncü cild qibtə hissi oyadır.
5️⃣ Nəhayət, beşinci cildi oxuyub altıncı—sonuncu cildi də oxumaq istəyirsən.

Bakı, İnturist mehmanxanasının xidmətçiləri. Henri Cartier-Bresson-un fotosu (1972).
Bakılı qədeşlər... Bu da Henri Cartier-Bresson-un fotosudur (1972).
Əli Novruzovun kanalı
Bakılı qədeşlər... Bu da Henri Cartier-Bresson-un fotosudur (1972).
AZİ-nin əcnəbi tələbələri 7 noyabr paradında. Foto yenə də Henri Cartier-Bresson (1972).
Forwarded from Papirus
📚 Ali&Nino kitab mağazasının Koroğlu fililalında kitablara böyük endirimlər var: 90%-dək
Endirim müddəti: 20-30 sentyabr
#günə1kitab
Endirim müddəti: 20-30 sentyabr
#günə1kitab
Əli Novruzovun kanalı
📚 Ali&Nino kitab mağazasının Koroğlu fililalında kitablara böyük endirimlər var: 90%-dək Endirim müddəti: 20-30 sentyabr #günə1kitab
Belə kitab razvallarına barmaqarası baxmaq yaxşı deyil. İmkan varsa, baş çəkin. Nə istədiyini bilən adam həmişə nəsə bir şey tapır. Məsələn, bir dəfə mən Əli və Ninonun endirim kampaniyasında bu kitabı tapdım. Bilmirəm, manat verdim, yoxsa 50 köpük, hər halda—Philip Bounds cultural studies sahəsində yazan tanınmış marksist tarixçilərdən idi, mədəniyyəti marksist perspektivdən araşdıran ciddi akademik tədqiqatçılardan. İndi bəzi şeyləri kitab dükanının satıcıları bilir, amma onların bilmədiyi bəzi şeyləri də oxucular bilir.
İlkin Həsəni babat yazıb, hələ yumşaq yazıb. Məncə stadion daha böyük qalır, orada bəlkə elə adamlar var ki, bundan əvvəl ancaq kənd tualeti tikiblər, nə bilmək olar.
Azərbaycanda 90-cı illərdə idarəçiliyin qəfil və total kollapsı—hansı ki, hələ də özümüzə gələ bilməmişik—çox sadə bir mexanizmlə baş tutub. Fikirləşin ki, bir dövlət idarəsi var. Başında Mamed Musayeviç oturub. Köməkçiləri də German, Qriqor, Stepan... Bir nəfər də şərti nehrəmli Səfəralını gənc və perspektivli kadr kimi işə götürüblər. Düzdür, rus dilini yaxşı bilmir, politexnikdə qiyabi oxuyub, amma köhnə işçilər bala-bala hər şeyi ona öyrədir. Uzaq perspektivdə, Səfəralı bir gün o qədər yetişəcək ki, gəlib Mamed Musayeviçin yerini tutacaq. Artıq müvafiq yerlərlə danışıblar, Səfəralının aspiranturaya girməyinə imkan çərçivəsində kömək edəcəklər. Amma sovetlər qəfil dağılır. German çıxır gedir İsrailə. Qriqor qaçır Ermənistana. Günlərin birində Xalq Cəbhəsinin dayaq dəstəsinin üzvləri soxulur idarəyə, dalından təpik vura-vura Stepanı qovurlar. Mamed Musayeviçi də bütün günü gic edirlər ki, kommunistsən, DTK agentisən, beşinci kolonsan, iki dəfə ürəyi tutur, axırda ərizəsini yazıb köçür Şüvəlanda bağına. Gənc Səfəralı da siyasi hakimiyyətdəki kəndçiləri vasitəsilə təyinat alır bu idarənin rəhbərliyinə. Sonra gətirib yığır qardaşını, əmisi oğlunu, dayısı nəvəsini... Hələ ürəyi soyumur, koçeqar Fəzail kişini də işdən çıxardır, kənddən babasının qardaşı nəvəsini gətirib onun yerinə qoyur.
Kimsə gəlib etiraz etmək istəsə, əvvəldən deyim ki, mən 90-cı illərdə orta məktəbə getmişəm, həmin illərdə köhnə, ixtisaslı, təcrübəli pedoqoji kadrları məktəblərdən necə dərbədər saldıqlarının və yerinə kimləri gətirdiklərinin özüm əyani şahidi olmuşam. Sadəcə abrımıza qısılıb çox danışmırıq.

Telegram
İnsan yönümlü şəhərlər ️
📢 Kommunikasiyanın vacibliyi — AYNA-nı niyə yıxıb-sürüyürlər?
⠀
🔸 Bütün dünyada urbanistik islahatlar hər zaman ağrılı keçir. Avtomobili olan hər bir vətəndaş yolun daraldılmasını, zolaqların velosiped və ictimai nəqliyyata ayrılmasını müsbət qəbul etmir…

İlkin Həsəni babat yazıb, hələ yumşaq yazıb. Məncə stadion daha böyük qalır, orada bəlkə elə adamlar var ki, bundan əvvəl ancaq kənd tualeti tikiblər, nə bilmək olar. Azərbaycanda 90-cı illərdə idarəçiliyin qəfil və total kollapsı—hansı ki, hələ də özümüzə…
Bir dəfə, hələ tələbə vaxtı getmişdim bir idarəyə, adi bir spravka lazım idi. Girdim içəri, gördüm dörd-beş bığıburma azərbaycanlı kişi və bir qoca rus qadın oturub. Dedim ki, mənə spravka lazımdır, bu kişilər bir ağızdan başladılar pul oxumağa. Tələbə adamda pul nə gəzir, dedim filan qədər varımdır, ondan artıq sizə verə bilmərəm, üstümdə olan odur. Bu dörd-beş kişi necə cumdu üstümə, bütün ciblərimi bir-bir yoxladılar, nə qədər pulum var idisə, hamısını götürdülər, saydılar (!!!), sonra rəhmə gəldilər, rus qadına dedilər ki, bu uşağa bir spravka yaz. Rus qadın spravkanı yazdı, axırda birdən qayıtdı ki, synok, den’gi na dorogu ostalis’? Bir də gördüm gizlicə sumkasından avtobusda bir gedişlik pul çıxardır mənə verməyə. Yalandan dedim ki, sağ olun, yaxında qalıram, piyada gedəcəm. Sonra da o boyda yolu payi-piyada durdum gəldim evə. Bax, post-sovet Azərbaycanının mahiyyəti, təəssüf ki, bundan ibarət idi.
Əli Novruzovun kanalı
Bir dəfə, hələ tələbə vaxtı getmişdim bir idarəyə, adi bir spravka lazım idi. Girdim içəri, gördüm dörd-beş bığıburma azərbaycanlı kişi və bir qoca rus qadın oturub. Dedim ki, mənə spravka lazımdır, bu kişilər bir ağızdan başladılar pul oxumağa. Tələbə adamda…
Bir dəfə də getmişəm rabitə qovşağına, telefon xəttini analoq xətdən elektron xəttə keçirmək üçün. Hansı pəncərəyə yaxınlaşıram, qıy verib deyirlər ki, sərbəst liniya yoxdur, edə bilmərik, ay-vay, amma filan qədər versən, bəlkə görək axtaraq baxaq tapaq. Axırda bir rusdilli yaşlı qadın var idi, gördü xeyli vurnuxuram, məni sakitcə çağırdı dedi, synok, idi v takoy to kabinet. Getdim həmin kabinetə, gördüm bir yaşlı bürokrat oturub, köhnədən qalanlardan, vidindən qorodskoyluq yağan bir dayday. Şərq salnaməçiləri demiş, ərzi-hal elədim, kişi əsəbiləşdi. Durub mənimlə gəldi əsas zala, qızların üstünə qışqırdı ki, necə yenə liniya yoxdur, bu oğlana bir liniya ayırın təcili. Heç on dəqiqə çəkmədi, işimi həll elədilər. Sonra gəlib baxıram ki, sən demə binanın altında təzə elektron sistemi çoxdan quraşdırıblar, amma oradan cəmi bir dənə xətt çıxır, o da bizim evə.
Əli Novruzovun kanalı
Bir dəfə də getmişəm rabitə qovşağına, telefon xəttini analoq xətdən elektron xəttə keçirmək üçün. Hansı pəncərəyə yaxınlaşıram, qıy verib deyirlər ki, sərbəst liniya yoxdur, edə bilmərik, ay-vay, amma filan qədər versən, bəlkə görək axtaraq baxaq tapaq. Axırda…
İbtidai sinifdə bir rusdilli müəlliməmiz var idi, çox mədəni, çox nəzakətli, həm yaxşı öyrədirdi, həm də beş dəfə soruşurdun, altı dəfə cavab verirdi. İxtisasca metodist idi, həm də ona görə. Sonra yalandan dedilər ki, rusdillidir, guya yaxşı dərs keçmir, məktəbdən çıxartdılar, yerinə Q. rayonundan bir müəlliməni perevod elədilər. Bizdə də bir məcburi köçkün qız var idi, dərsi ümumiyyətlə oxuya bilmirdi, illər sonra başa düşdüm ki, disleksiyası var imiş. Elə birinci dərs həftəsi bu müəllimə çağır o yazıq qızı lövhəyə, nəsə soruş, qız da bilməsin. Tutdu bu qızın uzun hörüklərindən, yığdı əlinə, başladı qızın başını lövhəyə vurmağa. Danq danq danq. Hamımız çaşıb qaldıq, əməlli-başlı qorxduq. Bu hadisədən sonra rusdilli uşaqların bir neçəsini valideynlər dərhal keçirtdilər rus sektoruna, hansılar ki, milli hökumətdən cuşa gəlib uşaqlarını azsektora yazdırmışdılar.
90-ların Bakısında azərbaycandillilərin, əsas da şəhərə yeni köçmüş birinci nəsil sakinlərin qəribə bir xüsusiyyəti var idi. Uşaqlarının gözü zəifləyəndə həkimə aparmırdılar; həkimə aparanda və biləndə ki, uşaq eynək taxmalıdır, onda da uşaqlarına eynək almırdılar, eynək taxmağa qoymurdular. Çünki «camaat bilməsin uşağım şikəstdir». Əvəzində müəllimlərdən xahiş edirdilər ki, uşaq lövhəni yaxşı görmür, mümkünsə, birinci partada əyləşsin, bayramda filanda hörmətinizi bir az da artıq edərik. Sinifə girəndə görürdün ki, balacaboylar hamısı arxa sıralarda, üç-dörd nəfər zırpı, pəzəvəng, enlikürək pəhləvan da oturub birinci partada, gözlərini qıya-qıya lövhəyə baxırlar.
Mənim məktəbdən yadıma gəlir, bu «şikəst» olmaq perspektivinə görə nə qədər ailədə uşaqlara kitab oxumağa da icazə vermirdilər. «Az kitab oxu, gözün kor olacaq»—belə məsləhətləri azsektorda tez-tez eşidirdin. Evdə atasından-anasından bu sözləri eşidən uşaqlar sonra gəlib eyni şeyi, məsələn, məktəbdə kitab oxuyan başqa uşaqlara deyirdilər. Sözün açığı, bu qadağa, məsləhət elə əksər uşağın da ürəyincə idi, şellənirdilər.
Elə vəziyyət yaranmışdı ki, uşaqların azsektor/rus sektoru olmağını eynək taxmağına görə yüksək dəqiqliklə ehtimal etmək olurdu. Belə bir stereotip var idi ki, azsektor eynək taxmır, rus sektoru isə eynək taxır. Əslində azsektordan da eynək taxan uşaqlar çox idi, amma əksərən ailəsi çoxdan şəhərdə yaşayanlar arasında. Ya da təhsil səviyyəsi yuxarı olan ailələrdə. Amma şəhərdə böyük bir əhali massivi var idi ki, eynək taxmağa şikəstlik kimi baxırdı, gözü zəif olan uşaqlarına əziyyət verirdi. Təsəvvür edin ki, bu uşaqların gözləri zəifləməyə başlayanda -0.5 olurdusa, korreksiya ilə zəifləmənin qarşısını almaq mümkün olan bir yerdə, valideynlərin günahından o uşaqlar məktəbi qurtaranda gözləri olurdu -4, -6, -8.
Bakı Dövlət Universitetində bizim bir millətçi, türkçü, anti-kommunist müəllim var idi, Rafiq müəllim. Bir dəfə mühazirədə Pol Potun necə qəddar bir şəxsiyyət olduğunu təsirli göstərmək üçün alovlu şəkildə dedi ki, o, insanları hətta eynək taxdıqlarına görə repressiyaya məruz qoyurdu. Arxa tarixlə fikirləşəndə ki, görəsən Rafiq müəllimin bu alovlu ifşası niyə məni şoka salmamışdı, məndə Pol Pota qarşı bircə qram da olsun antipatiya yaratmamışdı, indi başa düşürəm niyə (o vaxtı başa düşmürdüm). Bakı dolu idi belə balaca polpotlarla. Кишмя кишели. Sadəcə, bu polpotlar, nə yaxşı ki, ancaq öz uşaqlarına zülm verə bilirdilər.

90-ların Bakısında azərbaycandillilərin, əsas da şəhərə yeni köçmüş birinci nəsil sakinlərin qəribə bir xüsusiyyəti var idi. Uşaqlarının gözü zəifləyəndə həkimə aparmırdılar; həkimə aparanda və biləndə ki, uşaq eynək taxmalıdır, onda da uşaqlarına eynək almırdılar…
Dünən və bu gün ağır söhbətlər yazırıq, çox ağır mövzulardır. Ona görə də bu mövzulara yumoristik bir qeyd ilə yekun vuraq.
Bakıda rusdilli ofisiantların azərbaycandilli olub amma özünü rusdilli göstərmək istəyən müştərilərlə bir babat məzələnmək teması var idi. Deməli, müştəri görür ki, ofisiant rusdillidir, başlayır sifarişi rusca verməyə. Sayır, sayır və axırda deyir ki, i VO-du. Yəni su. Ofisiant da heç nə olmamış kimi qayıdır ki, i va-DI? Pozhaluysta! Yalan olmasın, kafe-restoranlarda kənardan azı 10-15 dəfə bu mənzərənin şahidi olmuşam. Müştəri dərhal keçirdi Azərbaycan dilinə, axıra kimi də azərbaycanca danışırdı.
İndi Bakıda bəzi yerləri çıxsaq, rusdilli ofisiant demək olar ki, qalmayıb, qalanların da rus dili səviyyəsi o qədər deqradasiya olub, bəzən özləri də VO-du deyir, fərqinə varmır. Ümumiyyətlə, cavan Bakı rusdillilərinin dil bilikləri çox aşağı səviyyədədir. Rusiyada böyümüş, yaşamış cavanlar Bakıya gələndə, dərhal bilirsən ki, yerli deyil. Gəlmə ilə yerli söhbət edəndə də görürsən ki, bakılı balası bir az mürəkkəb fikir yürütmək istəyən kimi başlayır kəkələməyə.

Xeyirli, uğurlu olsun, Cavid! 👏
Telegram
Cavid Ramazanov
Yeni ədəbiyyat layihəsinə başlayırıq. 💣
Əziz dostlar!
Tezliklə yeni onlayn ədəbiyyat jurnalımız fəaliyyətə başlayır. Biz - Orxan Əyyub, Cavid Ramazanov və Rəşad Səfər bir araya gəlib “The Baku Review”nu təsis etdik. Jurnalın məqsədi Azərbaycan ədəbiyyatının…

Şərhlərdə bəzi dostlar gəlib iynəli-tikanlı sözlər yazır. İndi hamımız azərbaycanlıyıq, bəzi şeyləri çalışıram həmişə üstüörtülü keçim, fikirləşirəm ki, keçənə güzəşt deyərlər, köhnə söhbətləri yersiz qurdalamaq düzgün deyil, hətta bəzi şeyləri özüm dumanlı yazıram ki, yıxılana balta çalmaq kimi çıxmasın. Amma ki, bəzən alınmır.
Cəbhəçilərin idarədən rusu qovması haqda ironiyalı qeydimə bir dəyərli dostumuz bla bla bla deyir, guyamış qara propaqandadır. Xalq cəbhəsinin hakimiyyəti dövründə Bakı ruslarına qarşı təqiblər haqqında hüquq müdafiəçisi Eldar Zeynalovun 1993-cü ilin avqustunda yazdığı təkcə bu məqaləni paylaşım, söhbəti burada bitmiş sayaq. Dərinə getməyək. Cəbhə dövründə rayon təşkilatlarından uşaqlar gəlib poçt qutularından müxalifət qəzetlərini yığıb aparırdı ki, camaat oxuya bilməsin, hələ onu məndən heç eşitməmisiz.
Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir, atmosfer təzyiqi onsuz da normadan artıqdır, ona görə də Bakıda yaşayan hər kəs gərək bir-birinə qarşı həssas davransın, heç kimin xətrinə dəyməsin, xəfif soydaşlarını əsəbdən və stressdən mümkün qədər qorusun. Yoxsa burada başqa cür yaşamaq olmaz. İtirilmiş demokratiya haqqında nağılları da biz ölüb gedəndən sonra yeni gələn nəsillərə danışmaq olar.

Blogspot
Баку: бескровные погромы (чтобы паркет не испортить)
Азербайджан, Нагорный Карабах, национальные меньшинства, захват квартир беженцами, эмиграция русских
Hörmətli şərqşünas-indoloq alimimiz Spektor müəllim iddia edir ki, sanitar vəziyyəti ilə məşhur olan Hindistanda küçə yeməyi (!!!) və dayday kafelərində yemək mümkündür (vayme!), hətta özü bircə dəfə də olsun, nə zəhərlənməyib, nə xəstələnməyib. Sadəcə, sağlam düşüncəyə əsaslanan müəyyən dietik və sanitar qaydaları var—ət və balıq qətiyyən olmaz; su içirsənsə butılkanı mütləq özün açmalısan; süd ancaq və ancaq pasterizə olunmuş süd paketindən, şirniyyat da olmaz; xəmir xörəkləri, bişirilmiş düyü və bişirilmiş meyvə-tərəvəz isə okeydir; öz qab-qacağını, çəngəl-qaşığını həmişə üstündə gəzdirməlisən.
Təzə meyvə-tərəvəz də məsləhət görülmür, çünki bilmirsən ki, yuyublarmı və hansı su ilə yuyublar. Yeri gəlmişkən, yuyulmamış meyvə söhbəti XX əsrin əvvəllərinə kimi bizdə də aktual idi—yeni sovet dövlətinin dünyada ən məşhur təbliğatçılarından biri, amerikalı jurnalist Con Rid Bakıdan Moskvaya qayıdanda Qubada dəmiryol stansiyasında yediyi yuyulmamış almadan (başqa versiyaya görə, Dağıstanda bazarda kəsilib satılan qarpızdan) tif xəstəliyi tutub ölüb.
İnsan gerçekten hayret ediyor. Bu deyilənlər yekunda konkret olaraq induizmdə ən yuxarı brahman kastalarının tətbiq etdiyi, dini qaydalarla əsaslandırılmış sərt veqan dietasıdır. Bir də ki, hələ qədimlərdən gələn bir diskriminativ mövhumatın—guyamış toxunulmazlar və sair ən aşağı kastaların kölgəsi də düşsə, sənin əşyalarını murdarlayır fikrinin əsasında sanitar-epidemioloji prinsipin durduğunu ehtimal etmək olur.
Belə çıxır ki, özümçün ümumiləşdirsəm, hind cəmiyyətinin hakim kastaları, idarəçi sinifləri öz cəmiyyətlərindəki sanitar-epidemioloji problemlərdən hələ lap qədim zamanlardan çox yaxşı məlumatlı imiş, bu problemləri hansısa formada həll etmək, insanların sağlamlığına bu təhdidləri aradan qaldırmaq əvəzinə, özləri üçün məxsusi tədbirlər planı hazırlayıblar, bunu dini qaydalarla əsaslandırıblar. Qalan camaat isə qoy milçək kimi qırılsın, vecimizə deyil.

Пробковый шлем
Увидел у Олега Базалеева серию постов на тему организации питания в тех местах, где не ступала нога туриста. С постулатом о том, что далеко не везде надо ориентироваться на вкусы местных совершенно согласен, но при этом выражу мнение, что индийскую уличную…
Sayın İbrahim bəyin paylaşdığı bu qoşa siyahıdan, məsələn, Fransanı götürsək, təkcə Nyu York Taymsda çıxan məqalələrlə ölçsək, görərik ki, «şad-xürrəm» yaşayan fransız müsəlmanları nə qədər «mutludurlar». Fransada müsəlmanların vəziyyəti haqqında bir məqaləni isə Makron müstəsna siyasi təzyiq vasitəsilə The Financial Times qəzetindən sildirib. The Financial Times qəzetinin 130 illik, ft.com saytının 25 illik tarixində yeganə belə hal olub.
Müsəlmanların bədbəxt olduğu ölkələrin siyahısına baxsaq, onlardan biri qeyri-müsəlmanların işğalı altındadır (Fələstin), 12 ölkədən 5-də Qərb dövlətlərinin birbaşa hərbi müdaxiləsi var və ya son günlərə qədər olub (Əfqanıstan, Liviya, İraq, Yəmən, Suriya), birində Qərbin birbaşa siyasi müdaxiləsi var (Livan)—ümumiyyətlə, Livan dövləti Qərb tərəfindən müsəlman torpaqlarında xristian azlıq üçün yaradılmış, xristian azlığın müsəlman çoxluq üzərində siyasi dominantlığını təmin etmək məqsədi güdən geosiyasi projedir. İki dövlətdə (Misir və Əlcəzair) Qərb dövlətlərindən klientelistik asılılıq münasibətlərində olan kleptokratik hərbi-siyasi elita hakimiyyətdədir. Generalların maaşını Pentaqon verir.
İki ölkədə isə—İran və Pakistanda müvafiq olaraq dindar şiə və sünni müsəlmanlar, mənə görə, öz dövlətlərindən çox da razıdırlar; əksinə, bu dövlətlərdə narazı olanlar vesternizasiyaya məruz qalmış kəsimlərdir. Elə bu iki ölkənin siyahıda olmağı onu göstərir ki, tərtibçilər xoşbəxtlik/bədbəxtlik meyarını vesternizasiya olmuş kəsimin pleasure/pain ölçüsü əsasında götürüb. Sosial-iqtisadi meyarlar olsaydı, Sudan, Somali, Mali, Niger kimi ölkələri də bədbəxt ölkələr arasında görməli idik.
Yəni əslində, sosial-iqtisadi meyarlar əsasında belə bir siyahı tərtib etmək çox asandır. BMT-nin sonuncu İnsan İnkişafı İndeksini (pdf) götürürsən, ən aşağı göstəriciyə malik 10 müsəlman ölkəsi seçirsən, deyirsən ki, bu da sizə müsəlmanların bədbəxt olduğu ölkələr! Amma onda sayın İbrahim bəy çətinə düşəcək, çünki müsəlmanların xoşbəxt olduğu ölkələrin siyahısını çıxaranda görəcək ki, birinci yerdə BƏƏ gəlir, dünya üzrə 17-ci yerdə, sıralamada Kanada, Fransa, İtaliya, Cənubi Koreya və hətta ABŞ-dan əvvəl! Ən yüksək insan inkişafı indeksi göstəricilərinə sahib olan digərləri də nəsə «nito» ölkələrdir, əclaflar da hamısı Qərb ölkələri səviyyəsində—Bəhreyn, Qətər, Səudiyyə, Küveyt, Oman. (Türkiyə, Malayziya və Qazaxıstan.)
Sayın İbrahim bəy bütün günü kanalında təbliğ etdiyi pozitivist elmin ən yaxşı prinsiplərinə sadiqliyini nümayiş etdirərək, inandığı və təbliğ etdiyi teoriyanı özü praktikada tətbiq edərək deyə bilərmi ki, müsəlmanların xoşbəxt olduğu ölkələrdən biri də Səudiyyədir? Sualım ritorik deyil. Konkret cavabı olan sualdır.
Nəhayət, sonda bir kiçik qeydim var. Bu siyahıların tərtibçiləri Mərakeşi niyə bedbaxt ölkə eləyib? Demokratiya, azadlıq istəyirsiz—var, sonuncu parlament seçkisində hakim partiya (özü də islamçılar, ay İbrahim bəy!) uduzdu, sekulyar müxalifətçilər qalib gəldi. İçki içmək istəyirsiz—buyurun kafe-restorana, hətta ölkənin özü də çaxır və pivə istehsal edir. Başqa nə istəyirsiz? Gedin oturun bir barın köşəsində dostlarınız ilə, başlayın tolstoyevskiləri söyməyə. Yəqin amma Mərakeşdə tolstoyevskilər yerinə janpolkamyular deyirlər.

İbrahim Nebioglu
Müsəlmanların Bədbəxt olduğu ölkələr:
Fələstin, Əfqanıstan, Liviya, İraq, Yəmən, Suriya, İran, Pakistan, Əlcəzair, Misir, Mərakeş, Livan.
Müsəlmanların Mutlu olduğu ölkələr:
Avstraliya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, İsveçrə, Amerika, Hollandiya…

Sayın İbrahim bəyin paylaşdığı bu qoşa siyahıdan, məsələn, Fransanı götürsək, təkcə Nyu York Taymsda çıxan məqalələrlə ölçsək, görərik ki, «şad-xürrəm» yaşayan fransız müsəlmanları nə qədər «mutludurlar». Fransada müsəlmanların vəziyyəti haqqında bir məqaləni…
İbrahim Nəbioğlunun fikirlərinə bu qədər reaksiya verməyim bəlkə sizə maraqsız və lüzumsuz, bəlkə də, Allah göstərməsin, qərəzli görünə bilər, ona görə hər ehtimal fikrimi bir az ətraflı izah etmək istəyirəm. Uzaqdan gələcəm, üzrlü sayın.
Türkiyənin ən birinci gündən bəri bir dövlət kimi mövcud olmağına iki ekzistensial təhlükə var idi.
Birincisi, dövlətin müsəlmanları ostrakizmə məruz qoyması. Əhalisinin 99%-i müsəlman olan bir ölkədə sən yalançı sekulyarizm pərdəsi altında, əslində isə müstəmləkə zehniyyətli, anti-İslam, kemalist bir dövləti sonsuza qədər saxlaya bilməzdin. Bu müstəmləkə projesi əvvəl-axır böyük fəlakətlə çökəcəkdi. Türkiyə transformasiyadan keçməli idi, təkcə 1% monşerlərin yox, 99% müsəlmanların da dövlətinə çevrilməli idi. Bu gedişatda kemalistləri də başlarından dəyənəklə döyə-döyə dəyişməyə məcbur etmək lazım idi ki, müsəlman xalqının siyasi partiyası olduqlarını başa düşsünlər və belə bir partiya olsunlar. Bu prosesi Erdoğan tamamladı. İndi hətta siyasi iqtidarı da kemalistlərə cani-könüldən təhvil vermək olar.
İkincisi, Türkiyənin tektonik plitəsində türk-kürd qırılma xətti. İki millətçi ideologiya arasında mübarizə təkcə Türkiyəni parçalamaq, xaosa sürükləmək təhlükəsi yaratmır, həm də perspektivdə çərkəz, boşnak, alban, alevi kimi nə qədər gizli alt-kimliyin üzə çıxıb destruktiv rol oynamağına yol aça bilər. Hələ guyamış bunlar təzə xəbər tutublar ki, sən demə Kilis bölgəsində min ildir ərəblər yaşayır. Türkiyə yeni dünya nizamında bir subyekt kimi sağ qalmaq üçün gərək köhnəlmiş, naftalin iyi verən, XIX əsr Avropa modelini dəyişmədən təkrarlayan millət-dövlət konsepsiyasını tərk etsin, türklərin, kürdlərin, ərəblərin və öz ərazisində yaşayan digər etnik qrupların (çərkəzlərin, boşnakların, albanların, lazların və s.) ümumi dövlətinə çevrilsin. Hal-hazırda bu prosesi Erdoğan aparmağa çalışır, amma təəssüf ki, məhz bu məsələdə ona hələ də axıra qədər ümid bəsləyə bilmirəm.
Ümitözdağçılıq Türkiyə dövlətini məhv etmək potensialı daşıyan bu ekzistensial problemlərin həlli proseslərinə reaksiya kimi yaranmış bir ideologiyadır. Onlar öz aləmlərində köhnə, ideal Türkiyəni qorumaq və ya geri qaytarmaq istəyirlər, amma əslində Türkiyəni necə bir fəlakətə sürükləmək istədiklərinin özləri də fərqində deyillər.
İbrahim Nəbioğlu tamam başqa bir siyasi kontekstdə yaranmış, bizim vəziyyətimizə adekvat olmayan, hətta zərərli olan, tamam yad və yabançı, üstəlik proqressiv yox, mürtəce gündəliyi təmsil edən bir ideologiyanı olduğu kimi kopyalayır, Azərbaycan dilinə tərcümə edir, İlon Maskın raketlərinin videoları, Mars və Yupiterin şəkilləri, Eynşteynin həyatından ibrətamiz hekayətlərlə qarışdırıb çoxminli auditoriyasına tirajlayır. Dəfələrlə ərəblər haqqında ksenofob, nifrət körükləyən paylaşımlar edib. Hətta CAPS LOCK ilə yazır ki, ONLARIN HAMISI TÜRKLƏRƏ NİFRƏT EDİR. Üstündə Şillerin şeiri, altında da Tesladan sitat. Ciddi deyirəm, linki tıklayıb özünüz yoxlayın. Necə yəni ərəblərin hamısı türklərə nifrət edir?
Mən tez-tez xatayizatsiya deyəndə həm də bunu nəzərdə tuturam. Komprador intelligensiyanın aktiv fəaliyyəti nəticəsində mədəni subyekt olmaqdan çıxıb mədəni obyektə çevriləndən sonra azərbaycanlıları bu dəfə də Türkiyənin daxili siyasi diskursunun obyektinə çevirmək. Rusdilliləri guyamış tənqid edir, camaat da sevincək çəpik çalır; çəpik çala-çala bir də görəcəklər ki, Ümit Özdağın mitinqində çəpik çalırlar.
İndi Azərbaycanın da öz ekzistensial problemləri var. Onlarla məşğul olmaq bizim səlahiyyətlərimiz dairəsində deyil. Digər məsələlərdə vətəndaşların fikrini soruşmadan necə hərəkət edirlərsə, bu məsələ də elə. Bizə qalan bir odur ki, oturub Allah-təalaya dua edək, bu işi şəhərdə avtobus zolaqları və velosiped yolları çəkdikləri tərzdə görməsinlər.
Həmin o avtobus zolaqlarına və velosiped yollarına diqqətlə baxın, yaxşıca baxın, sonra yadınıza salın ki, bu gün də səhər tezdən İbrahim Nəbioğlu, başının üstündə Teslanın portreti, Şillerdən şeir deyə-deyə sizi Ümit Özdağın siyasi partiyasına üzv olmağa dəvət edir.

İlqar Məmmədovun partiya sədrliyindən və siyasətdən getməyi xəbəri fonunda bir daha bu kiçik videoya baxmağınızı tövsiyə edərdim. 14 il əvvəlin materialıdır, bəndənizin əl işidir.
Telegram
Əli Novruzovun kanalı
Keçən dəfə Cavid 15 il əvvəlin fotolarını paylaşanda zarafatla yazmışdı ki, Əli rejissor olmaq istəyirdi. Əslində həmin illərdə bəzi xırda-para videolar çəkirdim. Sadəcə art-mart, kino-mino kimi yox, YouTube üçün. Forma filan da vecimə deyildi, heç öyrənmək…