Sən demə, Nyu York ştatının Kapitolisinin (parlament binasının!!!) şərq pilləkənləri 10 ildir ki, təmirə bağlanıb. 1920-lərdən əsaslı təmirə ehtiyac duyulurmuş (yaxşı tikməyiblər), kosmetik təmirlərlə yola verirmişlər, amma indi doğrudan da dağılmaq təhlükəsi var. Büdcədə sərbəst vəsait olmadığına görə eləcə 10 ildir bağlı qalıb. Ştatın indiki qubernatoru nəhayət güc-bəla təmir üçün lazım olan 41 milyon dolları tapa bilib (ona görə də xəbərlərə çıxıb, mən də oradan öyrəndim), amma təmir də ancaq gələn il başlayıb 2028-də bitəcək. Nəsə mənə elə gəldi ki, orta statistik bir azərbaycanlı icra başçısı iki-üç aya o pilləkənləri gül kimi təmir etdirərdi, söhbət heç saytlara da çıxmazdı.
Əli Novruzovun kanalı
Sən demə, Nyu York ştatının Kapitolisinin (parlament binasının!!!) şərq pilləkənləri 10 ildir ki, təmirə bağlanıb. 1920-lərdən əsaslı təmirə ehtiyac duyulurmuş (yaxşı tikməyiblər), kosmetik təmirlərlə yola verirmişlər, amma indi doğrudan da dağılmaq təhlükəsi…
Bu da bir dənə pilləkəni təmir edə bilməyən Nyu-York ştatının qubernatoru.
Onda belə çıxır ki, CHP-nin əsas problemi doğrudan da Kılıçdaroğlu imiş?
Təzə fransız kinosuna baxmaq istəyənlər üçün—2 apreldə Azərbaycan kinoteatrında Anatomie d'une chute və 4 apreldə Köhnə dəyirmanda Chien de la casse. Biri bu yaxınlarda deyəsən Oskar aldı, o birisi də Sezar. Giriş pulsuzdur. Türkcə subtitrlərlə.
Forbes-un son reytinqinə görə dünyanın 30 yaşdan aşağı ən gənc milyarderləri. Maşallah, hamısı da sərvətini miras alıb. Bəs bizə deyirdilər ki, universiteti at, get IT öyrən, VÖEN aç, nə bilim, o filan motivasiya kitabını oxu, kasıbçılıq sizin ruhunuzdadır zad...
Forbes.ru
Миллиарды зумеров: самые богатые молодые люди мира
В 2024 году в глобальный рейтинг долларовых миллиардеров по версии Forbes вошли 15 человек не старше 30 лет, все они унаследовали свое состояние
Moskvada ənənəvi «non/fiction-2024» kitab yarmarkası başlayıb. Mediaya baxırsan, Rusiyada müharibə, diktatura, faşizm, iqtisadi böhran (amma necəsə olub, keçən il Moskvada müvafiq olaraq 38 və 36 stansiyalıq iki metro xətti də istifadəyə verilib), intellektuallar və yazıçılar qaçıb xaricə, senzura baş alıb gedir, mədəni həyat ölüb... Amma indi yarmarkanın proqramına və bu il təqdim olunan yeni kitablara baxıram... Ən yaxşısı, şərh verməyək, sadəcə yeni kitabların siyahılarına baxaq. Meduzanın 10 kitablıq tövsiyəsi, Kinopoiskin 26 kitablıq tövsiyəsi, Afişanın 37 kitablıq tövsiyəsi, hətta 150 kitablıq siyahı da hazırlayıblar. Rusiya dövlətinin siyasətinə münasibətdən asılı olmayaraq, Rusiya mədəniyyətinin haqqını vermək lazımdır.
Niyə bizdə, tək-tük istisnalarla, yaxşı ədəbiyyat yaranmır sualına əfsanəvi Şklovskidən bir mümkün cavab. Çünki bizim əksər yazarlar oxumur, oxuyanlar diqqətli oxucu deyil, hətta əksəriyyəti oxumağa mövhumat kimi baxır, guya oxusalar, sonra özləri yaza bilməyəcəklər. Şklovski bu mövzunu da müzakirə edir—demək ki, oxşar mövhumat Rusiyada da var imiş. Elə ürəyimə dammışdı ki, bizə də bu mövhumatı sovetlər dağılana yaxın Qorki institutunda tramvayın qabağından qaça-qaça, yarım-yapalaq oxuyub Bakıya qayıdanlar gətirib.
Orxanın yeni hekayələr kitabı haqqında həm Cavidin, həm Mirmehdinin tənqidləri ilə razıyam. Orxana əsas irad budur ki, mətnlərində yaxşı ədəbiyyat üçün bütün inqredientlər var, amma Orxan kəmhövsələlik edir, xörəyi ocaqdan tam bişməmiş, ala-çiy götürür, nəticədə həm mövzunu korlayır, həm də öz istedadına və potensialına özü pislik etmiş olur. İlk kitabında istedadın hesabına alındıra bilmişdi, amma ikinci kitabında cidanı cuvalda daha gizlətmək mümkün olmur. Bundan sonra Orxan gərək barmaqları klaviaturada, arxası da stulda oturub işləsin, yazsın, pozsun, yazsın, redaktə eləsin, yazı vərdişlərini və texnikasını təkmilləşdirsin. Orxana əsas tənqid düppədüzdür—tələskənlik, hövsələsizlik, diqqət dağınıqlığı, konsentrasiyanın olmaması, Facebook sindromu. İndi qalır bu tənqidlərdən dərs çıxartmaq. Orxanı tanıdığım üçün, ümid edirəm ki, nəzərə alacaq.
Telegram
Əli Novruzovun kanalı
Əziz dostumuz Orxanın yeni hekayələr kitabı nəhayət çapdan çıxdı. Martın 30-u günorta saat 3-də Misra bookcafé-də kitabın təqdimatına dəvətlisiz. Təbrik edirəm, Orxan, uğurlu olsun!
Bu axı şeir deyil... Gedirəm, qayıtmaq üçün. Yatıram, oyanmaq üçün. Otururam, durmaq üçün. Bir dənə 83-də Allah sözünü işlətməyi mənə qəribə gəldi. Böyük ehtimalla, orijinalda fələk, tale və yaxud da partiya olub, müstəqillikdən sonra özü redaktə edib. Səməd Vurğun böyük istedad idi, müasir Azərbaycan ədəbi dilini az qala təkbaşına yaradıb, milli mədəniyyətimizdə yeri və rolu əvəzedilməzdir, amma kaş hər iki oğlunu da vaxtında milisə, prokuraturaya, dövlət təhlükəsizlik komitəsinə düzəldərdi, o biri sovet şair-yazıçıları kimi.
Telegram
goyushow
Vaqif Səmədoğlunun gözəl şeiri.
Əli Novruzovun kanalı
Bu axı şeir deyil... Gedirəm, qayıtmaq üçün. Yatıram, oyanmaq üçün. Otururam, durmaq üçün. Bir dənə 83-də Allah sözünü işlətməyi mənə qəribə gəldi. Böyük ehtimalla, orijinalda fələk, tale və yaxud da partiya olub, müstəqillikdən sonra özü redaktə edib. Səməd…
Gedirəm, yenə də qayıtmaq üçün,
Ömür evə dönüb—ev birotaqlı,
Hara üz tutasan, hara qaçasan,
Dünya da bağlıdır, qapı da bağlı.
Bu neft lampasının zəif işığı,
Divara əlacsız kölgələr salır,
Partiya şerimdən “sevinc” sözünü
“Hələ sənin deyil!” söyləyib alır...
Deyir: “get zavoda, kolxoza baş çək!
Gör nəyə qadirdir insan hünəri!
Al şəfəq qovanda xor qaranlığı,
Şair, sən də kürü saxta kədəri.”
Vaqif Səmədoğlu, 1983
Ömür evə dönüb—ev birotaqlı,
Hara üz tutasan, hara qaçasan,
Dünya da bağlıdır, qapı da bağlı.
Bu neft lampasının zəif işığı,
Divara əlacsız kölgələr salır,
Partiya şerimdən “sevinc” sözünü
“Hələ sənin deyil!” söyləyib alır...
Deyir: “get zavoda, kolxoza baş çək!
Gör nəyə qadirdir insan hünəri!
Al şəfəq qovanda xor qaranlığı,
Şair, sən də kürü saxta kədəri.”
Vaqif Səmədoğlu, 1983
Əli Novruzovun kanalı
Gedirəm, yenə də qayıtmaq üçün, Ömür evə dönüb—ev birotaqlı, Hara üz tutasan, hara qaçasan, Dünya da bağlıdır, qapı da bağlı. Bu neft lampasının zəif işığı, Divara əlacsız kölgələr salır, Partiya şerimdən “sevinc” sözünü “Hələ sənin deyil!” söyləyib alır...…
Yeni versiyada şeirin bir neçə texniki və fundamental problemi həll olundu.
✅ Birincisi, şeirdəki sintaktik uyğunsuzluq aradan qaldırıldı, çünki ilkin variantda sevinc sözü eyni vaxtda iki obyektdən, həm şairin şeirindən, həm də şairin əlindən alınırdı ki, absurddur.
✅ İkincisi, şeirə üçüncü bənd əlavə olundu ki, klassik forma yarımçıqlıqdan qurtulub tamamlandı, formanın formal tələbləri yerinə yetirildi.
✅ Üçüncüsü, ən vacibi, ilkin variantda şairin nə demək istədiyi bəlli deyildi, poetik imaj yox idi—səbəbsiz kədər əslində heç nə deməkdir, ədəbi material deyil. Yeni variantda bitkin poetik imaj yarandı. Partiya kədərdən əzab çəkdiyini düşünən şairlə profilaktik söhbət aparır, onu dörd divar arasından çıxıb gerçək həyatı görməyə dəvət edir, kədərinin səbəbsiz olduğunu göstərir və həyatı tərənnüm etməyə çağırır. Şair də razılaşır.
✅ Birincisi, şeirdəki sintaktik uyğunsuzluq aradan qaldırıldı, çünki ilkin variantda sevinc sözü eyni vaxtda iki obyektdən, həm şairin şeirindən, həm də şairin əlindən alınırdı ki, absurddur.
✅ İkincisi, şeirə üçüncü bənd əlavə olundu ki, klassik forma yarımçıqlıqdan qurtulub tamamlandı, formanın formal tələbləri yerinə yetirildi.
✅ Üçüncüsü, ən vacibi, ilkin variantda şairin nə demək istədiyi bəlli deyildi, poetik imaj yox idi—səbəbsiz kədər əslində heç nə deməkdir, ədəbi material deyil. Yeni variantda bitkin poetik imaj yarandı. Partiya kədərdən əzab çəkdiyini düşünən şairlə profilaktik söhbət aparır, onu dörd divar arasından çıxıb gerçək həyatı görməyə dəvət edir, kədərinin səbəbsiz olduğunu göstərir və həyatı tərənnüm etməyə çağırır. Şair də razılaşır.