Algorithmics | Müəllimlər
1.98K subscribers
193 photos
17 videos
110 links
Rəqəmsal Bacarıqlar və İbtidai Siniflər layihələrinin müəllimləri üçün asudə vaxtının keçirilməsi üzrə kanal.
Download Telegram
Hörmətli müəllimlər!


Tədris ili ərzində keçiriləcək vebinarlarda iştirakınızı təmin edə bilmək məqsədi ilə Microsoft Teams platforması üçün istifadə edəcəyiniz e-poçt ünvanınızı bizimlə paylaşmağınız xahiş olunur. Bu, həm vebinar zamanı davamiyyətin yoxlanılması, həm də digər vacib məlumatların və bildirişlərin çatdırılması üçün müstəsna əhəmiyyət daşıyır.

Xahiş edirik ki, sorğuya ən qısa zamanda nəzər yetirib, tamamlayasınız.

Sorğu linki: https://forms.gle/pC8WdsZVGBFW2U5E7
41👍1
📱 “Rəqəmsal Bacarıqlar” layihəsinin TikTok hesabı açıldı!

“Rəqəmsal Bacarıqlar” layihəsi olaraq, sizə daha yaxından xidmət etmək və rəqəmsal dünyada olan yenilikləri paylaşmaq üçün TikTok hesabımızı açdıq! 🎉

TikTok səhifəmizdə layihəmizin maraqlı anlarını, rəqəmsal bacarıqlar ilə bağlı qısa videoları və daha çoxunu izləyə biləcəksiniz. Həmçinin, şagirdlərimizin uğur hekayələrini, layihəmizin əldə etdiyi nailiyyətləri və digər maraqlı məzmunları da sizinlə paylaşacağıq.

TikTok-da bizə qoşulun və rəqəmsal bacarıqlarınızı inkişaf etdirmək üçün əyləncəli və faydalı məzmunları izləyin!

🔗 TikTok Hesabımız:

https://www.tiktok.com/@reqemsalbacariqlar?_t=8orffmrtcPA&_r=1
👏31
🎥 “Rəqəmsal Qonaq” podcast-ımızın ilk buraxılışı yayımlandı!

🎙“Rəqəmsal Qonaq” podcast-mızın ilk buraxılışında, rəqəmsal sahədə gələcək karyerasını qurmaq istəyən yeniyetmələrin baxışları ilə qonağımızla maraqlı bir söhbət etdik.

İlk qonağımız Evido Azərbaycan şirkətinin CEO-su Fərid Əfəndi oldu. Fərid Əfəndi, rəqəmsal sahədə necə inkişaf etməyin yollarından danışıb, gənc dinləyicilərimiz üçün qiymətli tövsiyələr verdi və öz təcrübələrini bölüşdü.

Rəqəmsal istiqamətdə karyera qurmaq istəyən hər kəs üçün əvəzolunmaz məsləhətlər və ilham mənbəyi olacaq bu buraxılışı qaçırmayın!

🔗Videoya keçid üçün link
👍3👏31
🔍Excel: Gələcəyin iş mühitində uğur qazanmaq üçün vacib bir vasitə!

📊Excel, demək olar ki, daha effektiv və sistemləşmiş iş mühiti yaratmaq üçün ən çox istifadə edilən proqram təminatıdır.

Bu alət, məlumatların idarə olunmasında, təhlil edilməsində və qərarların daha dəqiq verilməsində əvəzolunmazdır. Şagirdlər üçün Excel kimi proqramların mənimsənilməsi isə onların gələcək karyeralarında mütləq böyük üstünlük qazandıracaq. Gələcək iş mühitində uğur qazanmaq istəyənlər üçün Excel bilikləri olmazsa olmazdır!

🎥Bu videoda sizə Excel-in əsas üstünlüklərini və onun necə faydalı bir vasitə olduğunu göstərəcəyik!

🔗Videoya keçid üçün link
1
🔍 “Rəqəmsal Bacarıqlar” layihəsinin ilk məzunları ilə maraqlı müsahibələr!

🎓“Rəqəmsal Bacarıqlar” layihəsinin ilk məzunları artıq yeni uğurlara doğru addımlamağa başlayıblar.

💬Onların bu layihə boyunca nələr öyrəndikləri, 🎯hansı bacarıqları inkişaf etdirdikləri və 🚀gələcək planları barədə maraqlı suallar ünvanladıq. Bu video vasitəsilə məzunlarımızın layihə boyunca keçdiyi yolun detalları ilə tanış ola bilərsiniz. Onların uğur hekayələri və gələcək hədəfləri sizi də ilhamlandıracaq.

Məzunlarımızın rəqəmsal dünyada qazandıqları bacarıqlar və təcrübələr haqqında öyrənmək üçün videonu sona qədər izləyin!

🔗Videoya keçid üçün link
1
🎥 Python şagirdlərə nə qazandırır?

“Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində ən populyar proqramlaşdırma dillərindən biri olan Python, şagirdlərə geniş imkanlar açır.

💻Python, şagirdlərə yaradıcı düşünmək, problemləri sistemli şəkildə həll etmək və innovativ həllər tapmaq bacarıqları qazandırır. Bu proqramlaşdırma dili ilə tanış olan şagirdlər, texnologiya dünyasında əhəmiyyətli bir yer tutaraq, 🚀karyeraları üçün möhkəm təməl qururlar.

⬆️ Python-un onlara hansı bacarıqları qazandırdığı və gələcəkdə necə faydalı ola biləcəyi haqqında ətraflı məlumat videomuzda!

🔗Videoya keçid üçün link
1👍1👏1
Forwarded from Rəqəmsal Bacarıqlar
Bilik Gününüz Mübarək! 🎉
10👍3🕊3🙏2
Forwarded from Rəqəmsal Bacarıqlar
Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik! 🇦🇿
Forwarded from Rəqəmsal Bacarıqlar
Əziz müəllimlər!💐

Sizi, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Rəqəmsal bacarıqlar" layihəsinin kollektivi adından sizi ürəkdən təbrik edir, hər birinizə cəmiyyət üçün gərəkli fəaliyyətlərinizdə yeni-yeni nailiyyətlər arzu edirik.

📣Sizin üçün hazırladığımız təbrik video’ya baxmaq üçün, qeyd olunan linkə klik edərək keçid edə bilərsiniz: https://www.instagram.com/reel/DAu7FEwuZ-R/?igsh=bThma3BkdnlhOG96

Həmişə müəllimliyin ən uca zirvəsində olasız!❤️
9👍1
Hörmətli müəllimlər!❤️

24/25-ci tədris ili çərçivəsində Community daxilində işimizə start veririk🎈

Karuseli sola çevirərək məktəb illərindən inkişaf etdirilməsi lazım olan bacarıqlarla tanış ola bilərsiniz.
👏63
Forwarded from Rəqəmsal Bacarıqlar
📌 Şagirdlərin təhsilə marağını və inkişafını onların üçün məcburiyyət deyil, onların istəklərini nəzərə alaraq sevimli məşğuliyyətinə çevirmək olar. Bu zaman nəticə daha ürək açan olacaq.

Gələcək Rəqəmsal Gələcək! 🧑🏻‍💻
👍2