Algorithmics | Müəllimlər
1.98K subscribers
193 photos
17 videos
110 links
Rəqəmsal Bacarıqlar və İbtidai Siniflər layihələrinin müəllimləri üçün asudə vaxtının keçirilməsi üzrə kanal.
Download Telegram
🧠 Tənqidi necə qəbul edirsiniz?

Müəllimə tənqid tez-tez ünvanlanır — valideyndən də gələ bilər, rəhbərlikdən də. Bəzən haqlıdır, bəzən isə yox. Amma əsas məsələ odur ki, biz bu fikirləri necə qəbul edirik.

Əgər hər iradı şəxsi hücum kimi qəbul edirikdə, bu bizə güc yox, zərər verir. Halbuki tənqid – sadəcə fikir bildirməkdir, hökm çıxarmaq deyil.

Yaxşı tənqid insana kömək edir. Əsasız və zərərli fikirləri isə buraxmağı öyrənmək lazımdır.

Siz tənqid deyil, dəyər üzərindən düşünün.
👍7👏2
📋 Mükafatlandırmaq faydalıdırmı?

Şagirdi hər uğura görə mükafatlandırmaq motivasiya verir, yoxsa onu alışdırır? Sizcə, bu üsul dərsdə həvəsi artırır, ya daimi qarşılıq gözləməyə səbəb olur?
Anonymous Poll
27%
Bəli, motivasiya verir
5%
Yox, asılılıq yaradır
30%
Hər iki hal mümkündür
38%
Situasiyadan asılıdır
🎥 Bu həftənin film tövsiyəsi: “The Hundred-Foot Journey”

Bir küçənin o biri tərəfində — tam qarşında — başqa mətbəx, başqa baxış, başqa dadlar var. Bəs bu iki dünya bir araya gələ bilərmi?

Film sakit bir Fransız kəndində baş verir. Burada rəqabət içində olan iki restoran zamanla bir-birindən öyrənməyə başlayır. Əvvəlcə qarşıdurma, sonra isə qarşılıqlı hörmət və əməkdaşlıq yaranır.

Baş qəhrəman yeməklərlə deyil, əslində həyatla bağlı bir yol gedir — çətinliklərlə, öyrənməklə, böyüməklə.

Zərif, ləzzətli və ilhamverici film — həftə sonu üçün əla seçimdir.
👍2
💡 “Google” adının yaranma səbəbini bilirdiniz?

“Google” adı əslində bir səhv nəticəsində yaranıb!

Şirkətin qurucuları axtarış sisteminə “Googol” adını vermək istəyirdi — bu, 1 rəqəminin ardınca 100 sıfır deməkdir. Məqsəd də böyük informasiya həcmini simvollaşdırmaq idi.

Amma domen qeydiyyatı zamanı təsadüfən “google.com” yazılıb — və bu səhv ad tarixə düşüb.

Bəzən səhvlər də uğurun bir hissəsinə çevrilə bilər.
👍62
🧘‍♀️ Oturaq işin fəsadları və gəzintinin əhəmiyyəti

Müəllimlərin işi çox vaxt oturaq və hərəkətsiz keçir. Sənədlər, gündəliklər, kompüter qarşısında saatlarla işləmək… Axşam isə bel ağrısı, baş gərginliyi, yorğunluq.

Bəzən fikirləşirik: “Onsuz da hər gün işə gedib-gəlirik, bu da hərəkətdir.” Amma bu, faydalı gəzinti hesab olunmur.

Orqanizmə həqiqi fayda verən — məqsədli, tempdə və ən azı 20 dəqiqə davam edən gəzintidir. Belə bir vərdiş:
— əzələləri rahatladır,
— qan dövranını yaxşılaşdırır,
— psixoloji yorğunluğu azaldır.

Özünüzə bu cür kiçik vaxtlar ayırın. Gəzinti — həm bədən, həm ruh üçün sadə, amma güclü dəstəkdir.
👍5🕊1
🎥 Film tövsiyəsi: “The Intern”

Zarafatla qarışıq, həyat dərsi verən bir film axtarırsınızsa, bu filmi mütləq izləyin.

“The Intern” — 70 yaşlı bir kişinin startapda təcrübəçi kimi işləməyə başlamasından bəhs edir. Bəli, təcrübəçi! Gənclərlə dolu texnologiya şirkətində o, ilk baxışda uyğun gəlmir kimi görünür… amma tədricən onun təcrübəsi, sakitliyi və insani yanaşması hər şeyi dəyişir.

Film həm gülməli, həm də düşündürücüdür. Müxtəlif yaşda insanların bir yerdə işləyə bilməsi mövzusuna fərqli bir prizmadan baxır.

İzləməyə dəyər.
6👍3
🧠 Beyin “nə qədər çox, o qədər yaxşıdır” prinsipi ilə işləyə bilmir

Daha çox resurs, daha çox dərs, daha çox informasiya — bəzən elə bilirik ki, bu, uğurun açarıdır.

Amma psixoloqlar deyir: beynimiz limitlidir. Hətta faydalı məlumat və üsullar belə çox olduqda bizi yora və həvəssiz edə bilər.

Məsələn, bir müəllim kimi çoxlu yeni metodlar öyrənmək istəyirsiniz. Amma hamısını bir anda sınamaq əvəzinə, birini seçin, sınaqdan keçirin, sonra digərlərinə keçin.

İnkişaf marafon deyil. Bu — ritmini özümüzə uyğun seçdiyimiz bir yoldur. Azla başlamaq — ağıllı başlanğıcdır.
4👍2
🎥 “Interstellar” – zaman, sevgi və insanlığın həddi haqqında film

Bu gün elmi fantastika sevənlər üçün bir film tövsiyə edirik.

Yer sürətlə yaşanmaz hala gəlir. Məktəblər bağlanır, havada toz artır, torpaq məhsul vermir. İnsanlar sağ qalmaq üçün çıxış yolu axtarır.

Elmi missiya adı ilə bir neçə alim kosmosa göndərilir.

“Interstellar” sadəcə fantastika deyil. Bu film sevginin zamandan güclü ola biləcəyini, insan ağlının isə sərhədsizliyini göstərir.

İzləyin — həm gözəlliyi ilə heyran qalacaqsınız, həm də uzun müddət düşüncələrdə qalacaq.
8👍1🕊1
💡 Bütün kainatın cəmi 5%-ni tanıyırıq

Elm adamlarının fikrincə, kainatın yalnız 5%-i bizim bildiyimiz maddə və enerjidən ibarətdir. Qalan 95% isə — qaranlıq maddə və qaranlıq enerjidir. Yəni hələ də nə olduğunu tam anlamadığımız hissələrdir.

Qaranlıq maddə görünmür, amma çəkisi var və qalaktikaların hərəkətinə təsir edir. Qaranlıq enerji isə kainatın sürətlə genişlənməsinə səbəb olur.

Biz göydə milyonlarla ulduz görürük, amma görünənlər — buz dağının yalnız görünən hissəsidir.

Elm hələ yolun başlanğıcındadır.
Gələcəkdə bu sirrləri açacaq şagirdlər bəlkə də sizin sinifinizdədir.
👍3
🤖 İnsansız yarışlar artıq gerçəkdir!

Formula 1-ə bənzəyən, amma sükan arxasında heç kim olmayan bir yarış təsəvvür edin. Bu, artıq gələcəyin yox, bu günün gerçəyidir.

Abu-Dabidə keçirilən Autonomous Racing League turnirində robot maşınlar və dronlar bir-birilə yarışır. Onlar süni intellektlə idarə olunur — sürəti də, dönüşü də özləri seçirlər.

Dron mərhələsini bu yaxınlarda Niderland komandasının MAVLAB-ı qazandı. Maşın yarışı isə noyabrın 15-də keçiriləcək — Yas Marina Circuit-də.

Bu yarışlar sadəcə əyləncə deyil. Onlar süni intellektin reaksiya, öyrənmə və qərarvermə bacarıqlarını sınaqdan keçirir.

Texnologiya indi təkcə sinif otağında yox, real həyatda da sınanır.
1🕊1
1
🗞️ Təhsildə bu gün: İslandiyada dərslər bəzən... açıq havada keçirilir

İslandiya məktəblərində hava bir az da olsa açıqdırsa — müəllimlər dərsi çöldə keçirlər. Parkda, həyətdə, hətta dəniz kənarında!
Deyirlər, təbiətdə olmaq şagirdlərin diqqətini artırır və yaddaşı gücləndirir. Həm də bu, onlara sakitləşdirici təsir göstərir.

Bəs siz bu yanaşma barədə nə düşünürsünüz?
👏10👍2
🎥 Bu həftənin film tövsiyəsi: Rain Man

Qarşı-qarşıya iki tam fərqli dünya: biri emosional və tələsik, digəri — sakit, öz ritmində.

Film uğur dalınca qaçan Charlie və onun qardaşı Raymondun hekayəsidir. Raymond fərqli düşünür, fərqli hiss edir — amma onun dünyası həm zəngindir, həm də dəyərlidir.

Yol boyu bu iki qardaş bir-birinə öyrəşir, öyrədir, dəyişir. Əvvəlcə çətin görünən bu münasibət zamanla səmimi və unikal bir yaxınlığa çevrilir.

Rain Man — incə yumor, unudulmaz obrazlar və həyat dərsi ilə dolu bir filmdir. Fərqlilikləri görmək və onları qəbul etmək üçün mükəmməl seçimdir.
5
💡 Bəs siz bilirdiniz ki, Şekspirin sözləri Ayda iz qoyub?

“Apollo 11” missiyası zamanı astronavtlar Ayda Şekspirin sitatları olan metal lövhə yerləşdiriblər. Bu, insanlığın elm və mədəniyyətdəki birliyini simvolizə edir.
1👍1🕊1
📚 Yeni dərs iliniz mübarək!

Əziz müəllimlər, yeni tədris ilinə qədəm qoydunuz — qarşıda sizi yeni şagirdlər, yeni mövzular və maraqlı dərslər gözləyir. Uğurlarınız bol, zəhmətiniz isə hər zaman dəyərli olsun!

Biz də bu ildən sizə faydalı və maraqlı paylaşımlar etməyə davam edəcəyik. Kanalımızda yazılar artıq həftədə üç dəfə — çərşənbə axşamı, cümə axşamı və şənbə günləri paylaşılacaq.

Oxuyun, paylaşın, fikir bildirin — bu il birlikdə daha da maraqlı olacaq!
11👏2👍1
Hörmətli müəllimlər!

Sentyabr ayından etibarən maraqlı və maarifləndirici seminarlarımıza start veririk!

📣 Bu dəfə sizi “Marağın sehri: dərsdə motivasiya yolları” mövzusunda keçiriləcək onlayn seminara dəvət edirik!
Seminar Həkim Psixoloq, Psixoterapevt Arzu İsmayıl tərəfindən keçiriləcək.

📌 Nəzərinizə çatdırmaq istərdik ki, seminarda iştirak edəcək bütün müəllimlərə görüşün sonunda SERTİFİKAT təqdim olunacaq.

📌Təlimdə iştirak etmək üçün yaxın zamanda qeydiyyat formasını doldurmağınız mütləqdir.

📅 Tarix: 26 sentyabr
Saat: 18:00
🔗 Qeydiyyat formu: https://forms.gle/UCV1v5DuJzS18UiCA
🔗 Görüşün linki: https://s.algoritmika.az/h6l11s

Hər birinizi gözləyəcəyik!
7👍2
Hörmətli müəllimlər!

Xatırlatmaq istəyirik ki, “Marağın sehri: dərsdə motivasiya yolları” adlı vebinar artıq 26 sentyabr, saat 18:00-da baş tutacaq.

Odur ki, qeydiyyatdan keçməyi unutmayın!

📌 Vebinardan sonra iştirak edən hər kəsə sertifikat təqdim olunacaq.
❗️ Bunun üçün qeydiyyat vacibdir.

🔗 Qeydiyyat üçün link: https://forms.gle/UCV1v5DuJzS18UiCA
🔗 Görüşə keçid: https://s.algoritmika.az/h6l11s
1
Hörmətli müəllimlər!

📣 Bildirmək istərdik ki, “Marağın sehri: dərsdə motivasiya yolları” mövzusunda keçiriləcək onlayn seminarın tarixi dəyişdirilmişdir.

🔄 Yeni tarix: 1 oktyabr, saat 18:00

Bu dəyişiklik seminarın qeydiyyat müddətini uzatmaq və daha çox müəllimin iştirakını təmin etmək məqsədilə edilmişdir.

📌 Qeydiyyat formasını doldurmaq üçün əlavə vaxtınız var:
🔗 https://forms.gle/UCV1v5DuJzS18UiCA

📌 Vebinar linki əvvəlki kimi qalır:
🔗 https://s.algoritmika.az/h6l11s

Sizi 1 oktyabr tarixində gözləyirik! 🌟
8👍2