Algorithmics | Müəllimlər
1.98K subscribers
193 photos
17 videos
110 links
Rəqəmsal Bacarıqlar və İbtidai Siniflər layihələrinin müəllimləri üçün asudə vaxtının keçirilməsi üzrə kanal.
Download Telegram
Vebinar 3 saatdan sonra başlayır!

Vebinar müəllimlər üçün vacib və həssas bir mövzuya həsr olunub — tükənmə sindromu.

🎙 Spiker: Hüseyn Həsənov
📅 Tarix: bu gün, 31 may
🕐 Saat: 13:00
🎓 İştirak edən və qeydiyyatdan keçən hər kəsə sertifikat təqdim olunacaq

📌 Vebinarda nələr olacaq?
– Tükənmənin səbəbləri və ilkin əlamətləri
– Onunla mübarizə yolları
– Real müəllim təcrübələri və praktiki yanaşmalar

🔗 Qoşulmaq üçün keçid:
https://s.alg.academy/101cvez

Qeydiyyat hələ açıqdır — vaxt az qalıb:
https://s.alg.academy/1gjlx2s
👍1
Hörmətli müəllimlər!

Vebinara artıq 10 dəqiqə qaldı! Qoşulmaq üçün link: https://s.algoritmika.az/bynnhp

Görüşdə sizi gözləyirik!
1
Vebinarı qaçıranlar üçün!

Bu gün keçirilən “Tükənmə sindromu: səbəblər və həll yolları” mövzusunda vebinarın tam yazısı artıq YouTube-da mövcuddur.

📺 Hüseyn Həsənovun çıxışını indi izləyə bilərsiniz:
🔗 https://youtu.be/YUXumycd6A0

Motivasiya, təcrübə və real həll yolları bu videoda. Qoşula bilməyənlər üçün əla fürsətdir.
8👍2
Hər səhər 5 dəqiqəlik yazı vərdişi nə verə bilər?

Bu vərdiş gündə cəmi 5 dəqiqə vaxt aparır, amma:
•⁠ ⁠fikirləri aydınlaşdırır,
•⁠ ⁠emosiyaları nizamlamağa kömək edir,
•⁠ ⁠günə məqsədlə başlamaq imkanı yaradır.

Başlamaq üçün sual seçin və yazın.
Məsələn: “Bugün özüm üçün nə etmək istəyirəm?”
👍9
Yayda da postlarımızı paylaşaq?
Bildiyiniz kimi, kanalda faydalı və maraqlı paylaşımlar edirik. Yayda da paylaşmağa davam edək, yoxsa müvəqqəti olaraq dərs ili başlayana qədər dayandıraq?
Anonymous Poll
71%
Davam edin, oxuyuram və faydalıdır
19%
Yalnız ayda bir-iki dəfə paylaşsanız yaxşı olar
8%
Yayda istirahət edirəm, paylaşım etməyin
1%
Şərhlərdə yazaram 💬
2
🎬 Bu həftənin tövsiyəsi — “Gifted”

Redaksiyamızdan yeni film tövsiyəsi: “Gifted”

Film qeyri-adi riyaziyyat qabiliyyəti olan balaca qız Mary və onun qayğıkeş dayısı Frankın hekayəsini danışır. Frank istəyir ki, Mary həm istedadını inkişaf etdirsin, həm də uşaqlığını doyunca yaşasın.

Film müəllimlər üçün düşündürücüdür — istedadlı uşaqlara yanaşma, onların inkişafı və rifahı haqqında suallar doğurur.

Tamaşa etməyə dəyər!
👍63
🤖 Süni intellektlə dərs planlaşdırmaq mümkündürmü?

Bəli! Artıq bir çox müəllim ChatGPT, Diffit və digər alətlərlə dərs mövzularını planlaşdırır, testlər hazırlayır, izahlı nümunələr yaradır.

Bu texnologiya sizə:
– vaxt qazandırır,
– daha yaradıcı tapşırıqlar hazırlamağa kömək edir,
– fərdi yanaşmanı asanlaşdırır.

Süni intellekt əvəz etmir, kömək edir.
👍82
🧠 Şagirdlərin diqqətini necə saxlamaq olar?

Dərs zamanı şagirdlər bir anda fikrini yayındıranda müəllim nə edə bilər?

Diqqəti qorumaq üçün bəzi sınaqdan keçmiş üsullar:
— Qısa və dəyişən fəaliyyətlər: hər 10-15 dəqiqədə tapşırıq formasını dəyişin
— Sual-cavab: diqqəti bərpa etməyin ən sadə yolu
— Adla müraciət: konkret şagirdi çağırmaq diqqəti dərhal artırır
— Real nümunələr: mövzunu gündəlik həyatla əlaqələndirin
— Hərəkət: ayağa qalxmaq, lövhəyə yaxınlaşmaq, jestlər və s.

Unutmayın: diqqət yayınanda qəzəblənmək yox, yanaşmanı dəyişmək daha faydalıdır.
👍2
💡 Dünyanın ən qədim məktəbi haradadır?

Dünyanın hələ də fəaliyyət göstərən ən qədim məktəbi — Al-Qarawiyyin 859-cu ildə Mərakeşin Fəs şəhərində təsis edilib.

Onu Fatimə əl-Fihri adlı bir qadın qurub — və bu fakt həm tarixidir, həm də ilhamvericidir.

Əvvəllər məscid və təhsil mərkəzi kimi fəaliyyət göstərən bu məktəb, sonradan universitetə çevrilib və bu gün UNESCO tərəfindən tanınan ən qədim ali təhsil müəssisəsidir.

Təhsil tarixi düşündüyümüzdən də köhnədir.
👍7🔥2
🎬 Bu həftənin yeni film tövsiyəsi: “October Sky”

Film balaca bir şəhərdə yaşayan yeniyetmə Homer haqqında danışır. Onun üçün bir yol görünürdü: atası kimi yeraltı qazıntı işlərində çalışmaq. Amma bir gün göydə uçan raketi — Sputnik-i görür və hər şey dəyişir.

Elmə marağı onu raketlər qurmağa aparır. Hər kəs onu sadəcə “xəyallarda qalmış uşaq” kimi görür. Yalnız bir nəfər ona inanır — müəllimi.

Bu film müəllimin dəstəyinin bir insanın həyatını necə dəyişə biləcəyini göstərir.
İlham verici, təsirli və izləməyə dəyər.
5👍4
💡 Leonardo gələcəyin texnologiyalarını necə qabaqlamışdı?

Leonardo da Vinçi sadəcə Mona Lizanı çəkməmişdi — o, texnologiyanın gələcəyini çizən ilk insanlardan biri idi.

Onun dəftərlərində helikopterə bənzər uçan aparat, tank eskizi, hətta mexaniki robot fiquru var. Və bu, 1400-cü illərdə!

İxtira etmədi — amma illərlə sonra yaranacaq texnologiyaların konturlarını öncədən təsəvvür etdi.

Bu, təsəvvürün gücüdür: bəzən gələcəyi dəyişmək üçün onu əvvəlcə çizmək kifayətdir.
4👍1
AI ilə Hər Şagirdə Fərdi Yanaşma Mümkündür?

Böyük siniflərdə hər şagirdə ayrı-ayrılıqda rəy vermək çətin bir işdir. Lakin süni intellekt bu prosesi xeyli asanlaşdıra bilər.

Məsələn, ChatGPT və ya Diffit kimi müasir alətlərə şagirdin cavabını daxil etməklə, saniyələr içində sadə, aydın və şagirdin səviyyəsinə uyğun rəy əldə edə bilərsiniz.

Bu sizin:
– vaxtınıza qənaət edir;
– hər şagirdin bilik boşluqlarını daha dəqiq müəyyənləşdirir;
- fərdi yanaşmanı xeyli asanlaşdırır.

AI bir müəllim deyil, amma əla bir köməkçidir!
👍41
🧠 Müsbət düşüncə dərsdə nəyi dəyişir?

Bunu biz yox, araşdırmalar deyir: müəllim pozitiv düşünəndə, şagird də daha çox inamla öyrənir.

Pozitivlik sadəcə xoş əhval-ruhiyyə deyil. O, tədris prosesinə birbaşa təsir göstərir:
Müəllim özünə və şagirdə inananda dərs daha səmərəli keçir
Müsbət yanaşma səhvləri “fəlakət” kimi yox, öyrənmək fürsəti kimi göstərir
Stress azalır, təşəbbüs artır, atmosfer dəyişir

Dərsdəki ab-hava birinci növbədə müəllimin düşüncəsindən başlayır.
👍7
🎥 Yeni nailiyyətlərə ruhlandıran film: “Whiplash”

Bəzən bir insanın potensialını üzə çıxarmaq üçün ya bir düzgün sual, ya da çox sərt yanaşma kifayət edir.

“Whiplash” istedadlı, amma özünə qapanıq bir gənc — caz barabançısı Endryu haqqında filmdir. O, çox tələbkar və sərt bir müəllimin qarşısına çıxır. Bu müəllim Endryunu dayanmadan məşq etməyə, səhvlərdən öyrənməyə və öz sərhədlərini aşmağa məcbur edir.

Film düşündürür: böyük uğur həmişə rahatlıqla gəlmir. Bəzən zirvəyə gedən yol çox narahat və ağrılı olur.
👍2
Kodlara qalib gələn zəka — Alan Tyurinq

Bugün — Alan Tyurinqin doğum günüdür. O, sadəcə alim deyildi — o, texnoloji inqilabın təməlini qoymuşdu.

İkinci Dünya müharibəsi zamanı nasistlərin “Eniqma” adlı şifrəsi qırıla bilməz sayılırdı. Hər gün dəyişən bu şifrə trilyonlarla kombinasiyaya sahib idi. İnsanın bunu əl ilə tapması — mümkün deyildi.

Amma Tyurinq bunu maşına həvalə etdi. O, ilk kompüter prototiplərindən birini hazırladı — və bu maşın şifrəni qırdı. Tarixçilərin fikrincə, bu kəşf müharibəni ən azı 2 il qısaltdı14 milyona yaxın insanın həyatını xilas etdi.

Üstəlik, o süni intellektin əsasını qoydu. “Maşın insan kimi düşünə bilərmi?” — bu sualı ilk dəfə Alan Tyurinq vermişdi. Və cavabını biz hələ də axtarırıq.

Alan Tyurinq həyatı boyu haqsızlıqlarla üzləşdi. Amma qoyduğu irs — möhtəşəm və əbədidir.

Tyurinq — texnoloji inqilabın görünməyən qəhrəmanıdır!
8🕊6
💡 Mərcimək — tarixdə ilk “fast food”?

Arxeoloqlar Sümer şəhərlərində (indiki İraq ərazisi) aparılan qazıntılarda mərcimək şorbasına bənzər qida izlərinə rast gəliblər. Bu izlər təxminən 4000 il əvvələ aiddir.

O dövrdə mərcimək tez bişdiyi və doyurucu olduğu üçün şəhərlərdə işləyən insanlar arasında çox populyar idi — bir növ qədim dövrün “tez hazırlanıb tez yeyilən” yeməyi idi.

Görünür, fast food anlayışı düşündüyümüzdən də köhnədir — sadəcə, o vaxt “burger” yox idi.
👍53
🤖 Süni İntellektin gələcəyi: Nələr bizi gözləyir?

Hər gün AI haqqında eşidirik. Bəs bu texnologiya bizi hara aparır?

Süni intellekt artıq sadəcə sual-cavab aləti deyil. Gələcəkdə o:
müəllimlərə dərs planlaşdırmaqda,
həkimlərə diaqnoz qoymaqda,
fermerlərə məhsulu artırmaqda,
— və hətta yazıçılara ilham verməkdə yardımçı olacaq.

Bəzi sahələrdə insanla AI birlikdə çalışacaq, bəzilərində isə AI tam avtomatlaşdırmanı təmin edəcək. Ən önəmlisi isə — bu texnologiyaları idarə edən insanların etik və savadlı olmasıdır.

Gələcək qorxulu yox, maraqlı ola bilər — əgər ona hazır olsaq.
3👍3🎉2
🧠 Tənqidi necə qəbul edirsiniz?

Müəllimə tənqid tez-tez ünvanlanır — valideyndən də gələ bilər, rəhbərlikdən də. Bəzən haqlıdır, bəzən isə yox. Amma əsas məsələ odur ki, biz bu fikirləri necə qəbul edirik.

Əgər hər iradı şəxsi hücum kimi qəbul edirikdə, bu bizə güc yox, zərər verir. Halbuki tənqid – sadəcə fikir bildirməkdir, hökm çıxarmaq deyil.

Yaxşı tənqid insana kömək edir. Əsasız və zərərli fikirləri isə buraxmağı öyrənmək lazımdır.

Siz tənqid deyil, dəyər üzərindən düşünün.
👍7👏2
📋 Mükafatlandırmaq faydalıdırmı?

Şagirdi hər uğura görə mükafatlandırmaq motivasiya verir, yoxsa onu alışdırır? Sizcə, bu üsul dərsdə həvəsi artırır, ya daimi qarşılıq gözləməyə səbəb olur?
Anonymous Poll
27%
Bəli, motivasiya verir
5%
Yox, asılılıq yaradır
30%
Hər iki hal mümkündür
38%
Situasiyadan asılıdır
🎥 Bu həftənin film tövsiyəsi: “The Hundred-Foot Journey”

Bir küçənin o biri tərəfində — tam qarşında — başqa mətbəx, başqa baxış, başqa dadlar var. Bəs bu iki dünya bir araya gələ bilərmi?

Film sakit bir Fransız kəndində baş verir. Burada rəqabət içində olan iki restoran zamanla bir-birindən öyrənməyə başlayır. Əvvəlcə qarşıdurma, sonra isə qarşılıqlı hörmət və əməkdaşlıq yaranır.

Baş qəhrəman yeməklərlə deyil, əslində həyatla bağlı bir yol gedir — çətinliklərlə, öyrənməklə, böyüməklə.

Zərif, ləzzətli və ilhamverici film — həftə sonu üçün əla seçimdir.
👍2
💡 “Google” adının yaranma səbəbini bilirdiniz?

“Google” adı əslində bir səhv nəticəsində yaranıb!

Şirkətin qurucuları axtarış sisteminə “Googol” adını vermək istəyirdi — bu, 1 rəqəminin ardınca 100 sıfır deməkdir. Məqsəd də böyük informasiya həcmini simvollaşdırmaq idi.

Amma domen qeydiyyatı zamanı təsadüfən “google.com” yazılıb — və bu səhv ad tarixə düşüb.

Bəzən səhvlər də uğurun bir hissəsinə çevrilə bilər.
👍62