Algorithmics | Müəllimlər
1.98K subscribers
193 photos
17 videos
110 links
Rəqəmsal Bacarıqlar və İbtidai Siniflər layihələrinin müəllimləri üçün asudə vaxtının keçirilməsi üzrə kanal.
Download Telegram
Forwarded from Rəqəmsal Bacarıqlar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycanlı mütəxəssislər qlobal İT dünyasında!

Bu gün, 29 aprel saat 20:00-da Kanadada yaşayan və “Samsung Electronics” şirkətində baş proqram mühəndisi kimi çalışan Adil Əliyev ilə canlı yayımda görüşürük!

Canlı yayıma qoşulmaq üçün instagram səhifəmizi izləyin !

Gələcəyin texnologiyalarına həmyerlimizin baxışı və onun uğur hekayəsi sizi gözləyir!
👍1
Hörmətli müəllimlər!

📣 26 aprel tarixində “Dərsə maraq oyadan yanaşmalar və təcrübələr” mövzusunda keçirilmiş vebinarın sertifikatları elektron poçt ünvanlarınıza göndərilmişdir.

Diqqətinizə görə təşəkkür edirik! 👏
12👍1
Media is too big
VIEW IN TELEGRAM
Honor Watch 4 qazanmaq istəyirsən?
O zaman bu fürsəti qaçırmayın!
Rəqəmsal Bacarıqlar layihəsi tiktok platforması üzərindən möhtəşəm bir GIVEAWAY keçirir!

Uduş: ⌚️ Honor Watch 4 smartsaatı!

Nə etməlisən?
1️⃣ “10 ildən sonra özünü informasiya texnologiyaları sahəsində harada görürsən?” sualına video ilə cavab ver
2️⃣ Videonu #millihakaton2025 haştaqi ilə paylaş
3️⃣ @reqemsalbacariqlar TikTok səhifəsini taq et
4️⃣ Videonu ictimai (public) paylaş

Qalib necə seçiləcək?
Ən çox baxış yığan videolar arasından təsadüfi olaraq seçiləcək!

Qaydalar:
⚠️ Saxta baxışlar aşkarlanarsa, iştirak diskvalifikasiya ediləcək
📅 Yarışma 1–31 may tarixlərində keçirilir
Son paylaşım tarixi: 31 may

Kreativ olun, videonu çəkin və bu möhtəşəm hədiyyəni qazanma şansını əldən verməyin!
Uğurlar!
👍2
🧘‍♀️ Pomodoro Texnikası Nədir və Niyə Hər Kəs İstifadə Etməlidir?
Müəllimlik – böyük diqqət və enerji tələb edən bir peşədir. İşlərin çoxluğu, vaxtın azlığı və daim artan tələblər bəzən həddindən artıq yüklənməyə səbəb ola bilər. Bəs daha az yorulmaqla daha çox iş görməyin bir yolu varmı? Cavab: Pomodoro Texnikası!

Pomodoro Texnikası nədir? 🍅
Bu, 1980-lərin sonlarında Francesco Cirillo tərəfindən yaradılmış vaxt idarəetmə metodudur. Texnikanın əsas prinsipi işi qısa, fokuslanmış intervallara (adətən 25 dəqiqə) bölmək və hər intervaldan sonra qısa fasilələr (adətən 5 dəqiqə) verməkdir. Hər dörd "pomodoro"dan sonra isə daha uzun bir fasilə (15-30 dəqiqə) edilir. "Pomodoro" italyan dilində "pomidor" deməkdir, çünki Cirillo bu texnikanı ilk dəfə pomidor formalı mətbəx taymeri ilə istifadə edib.

Niyə müəllimlər Pomodoro Texnikasından istifadə etməlidir? 🤔
- Daha yaxşı fokuslanma: Qısa iş intervalları diqqəti toplamağı və işə daha dərindən fokuslanmağı asanlaşdırır.
- Vaxtın daha səmərəli idarə edilməsi: Vaxtı planlaşdırmağa və hər bir tapşırığa nə qədər vaxt sərf etdiyinizi görməyə kömək edir.
- Yorğunluğun azalması: Qısa fasilələr beynin dincəlməsinə və enerjinin bərpasına imkan verir, bu da uzunmüddətli yorğunluğun qarşısını alır.
- Təxirə salmanın qarşısının alınması: İşə başlamağı asanlaşdırır, çünki hər bir "pomodoro" sadəcə 25 dəqiqə davam edir.
- Motivasiyanın artması: Tamamlanan hər "pomodoro" uğur hissi yaradır və işə davam etmək üçün motivasiya verir.
- İşlərin idarə edilməsi: Müxtəlif tapşırıqlar arasında keçid etməyi və hər birinə lazımi vaxtı ayırmağı asanlaşdırır.

Pomodoro Texnikasını necə tətbiq etmək olar? ⚙️
1. Yerinə yetirmək istədiyiniz tapşırığı seçin.
2. Taymeri 25 dəqiqəyə qurun.
3. Diqqətinizi tamamilə tapşırığa yönəldin (distraksiyonlardan uzaq durun).
4. Taymer zəng çalanda 5 dəqiqə fasilə edin.
5. Hər dörd "pomodoro"dan sonra 15-30 dəqiqə uzun fasilə edin.

Pomodoro Texnikası sadə, lakin güclü bir vasitədir ki, müəllimlərin iş həyatını daha balanslı və məhsuldar etməyə kömək edə bilər. Siz də bu texnikanı sınayın və fərqi özünüz görün!

Siz vaxtınızı idarə etmək üçün hansı metodlardan istifadə edirsiniz? Təcrübələrinizi şərhlərdə bölüşün! 👇
👍91
🧠 Prokrastinasiya əslində nədir?

Prokrastinasiya — işi təxirə salmaq deyil. Bu, daxili müqavimətin əlamətidir. Biz sadəcə “tənbəllik etmirik” — əksər hallarda beynimiz bizi qorumağa çalışır.

Məsələn, əgər tapşırıq sizdə qorxu, narahatlıq və ya uğursuzluq hissi yaradırsa, beyniniz sizə başqa bir iş təklif edir: “Gəl, bu barədə sonra düşünərik…”

🤔 Prokrastinasiyanın səbəbləri:
– Tapşırığın çətin və ya bulanıq olması
– Perfeksionizm (işi ideal görmək istəyi)
– Öz gücünüzə inamsızlıq
– Emosional yorğunluq

📌 Nə etmək lazımdır?
– Tapşırığı kiçik hissələrə bölün
– Özünüzlə dialoq aparın: “Nədən qorxuram?”
– Özünüzə qarşı daha yumşaq olun — başlamaq üçün mükəmməl an yoxdur, ancaq kiçik addım atmaq mümkündür.
👍8
🧪 Mini-quiz vaxtıdır!

Bu post vebinar iştirakçıları üçün qısa yaddaş yoxlamasıdır 📚
Bir sual vasitəsilə öyrəndiklərimizi yada salmaq – təsirli bir üsuldur.

Necə cavab vermək lazımdır?
Sadəcə rəy bölməsində sizcə doğru olan variantın hərfini yaza bilərsiniz.

Sual:
Müəllim dərsə necə başlamalıdır?
A) Tapşırıqların yoxlanması ilə
B) Ev tapşırığının izahı ilə
C) Maraqlı sual və ya real həyat nümunəsi ilə
D) Qiymətləndirmə meyarlarının açıqlanması ilə

💬 Cavabınızı yazın — 1 saat sonra düzgün cavabı paylaşıacağıq!
Görək kimlərin diqqəti hələ də yüksəkdir? 😉
Algorithmics | Müəllimlər
🧪 Mini-quiz vaxtıdır! Bu post vebinar iştirakçıları üçün qısa yaddaş yoxlamasıdır 📚 Bir sual vasitəsilə öyrəndiklərimizi yada salmaq – təsirli bir üsuldur. Necə cavab vermək lazımdır? Sadəcə rəy bölməsində sizcə doğru olan variantın hərfini yaza bilərsiniz.…
🧪 Mini-quiz cavabı
Paylaşdığımız sual üçün doğru cavabı açıqlayırıq!

Sual:
Müəllim dərsə necə başlamalıdır?

Cavab: C) Maraqlı sual və ya real həyat nümunəsi ilə

Bu, spikerin də vurğuladığı əsas məqam idi: şagirdin diqqətini dərhal dərsə cəlb etmək üçün giriş maraqlı olmalıdır.
Belə yanaşma dərsin başlanğıcından motivasiya yaradır və öyrənməyə şərait qurur.

🎥 Əgər siz də bu və digər mövzularda danışılanları xatırlamaq və ya yenidən izləmək istəyirsinizsə — vebinarın tam video yazısı kanalımızda mövcuddur!
İzləmək üçün link: https://youtu.be/uFskrKX79K8
👍6
“Tükənmişlik sindromu” nədir və necə qarşısı alınır?

Son zamanlar tez-tez eşidirik: “Mən artıq tükənmişəm.”
Bu sadəcə yorğunluq deyil — bu, emosional və psixoloji tükənmə halıdır.

📌 Tükənmişlik sindromu nədir?

Bu, insanın uzun müddət davam edən stres, məsuliyyət və təzyiq altında özünü boş, motivasiyasız və laqeyd hiss etməsi vəziyyətidir. Xüsusilə müəllimlər, səhiyyə işçiləri və sosial sahədə çalışanlarda daha çox rast gəlinir.

Əlamətləri:

– Əvvəllər sevdiyiniz işə qarşı laqeydlik
– Daimi yorğunluq və konsentrasiya çətinliyi
– Emosional həssaslıq, əsəbilik
– Özünüzü “heç nəyə çatmırsız” kimi hiss etmək

Qarşısını almaq üçün nə etmək olar?
1. Daxili siqnallara qulaq asın.
Özünüzü məcbur etməzdən əvvəl bir sual verin: “Hazırda mənə nə lazımdır?”

2. Kiçik fasilələr verin.
Həftədə bir dəfə texnologiyadan uzaq gün keçirmək və ya 15 dəqiqəlik sakitlik vaxtı — beyin üçün böyük dəstəkdir.

3. “Yox” deməyi öyrənin.
Hamıya hər zaman kömək etmək mümkün deyil. Özünüzü qorumaq üçün sərhəd çəkmək vacibdir.

4. Sizi sevindirən kiçik vərdişlər yaradın.
Səhər çayı, qısa gəzinti, meditasiya, sevdiyiniz musiqi — bu cür detallarla ruh halınızı balansda saxlamaq mümkündür.

5. Özünüzə qarşı tələbkar olmayın.
Hər iş mükəmməl olmalı deyil. Bəzən “kifayət qədər yaxşı” da kifayətdir.


Unutmayın: siz dəstək verdiyiniz qədər dəstəyə də layiqsiniz.
Əgər siz də özünüzdə bunu hiss etmisinizsə — rəy bölməsində bölüşə bilərsiniz 💬
👍152
Rutinləri necə qurmaq olar? Kiçik vərdişlərlə sabitlik yaratmaq
Bəzən elə gəlir ki, günümüz nəzarətdən çıxıb. Gecikmələr, unutduğumuz işlər, dağınıq diqqət…

Bütün bunların qarşısını almağın açarı — sabit gündəlik rutinlərdir.

🔁 Rutin nədir?
Rutin — hər gün təkrarlanan kiçik addımlardır. Onlar bədənin və beynin bir ritmə düşməsinə, qərar yorğunluğunun azalmasına və daxili sakitliyə səbəb olur.

Rutin qurmağın sadə yolları:
1. Kiçikdən başlayın.
“Gündə 5 səhifə kitab oxuyacam”, “Yatmazdan əvvəl 10 dəqiqə telefonu kənara qoyacam” — bu kimi kiçik vərdişlər uzunmüddətli dəyişiklik yaradır.
2. Davamlı olun, mükəmməl yox.
Vaxtaşırı unutsanız belə, davam edin. Mükəmməl olmayan davamlılıq, qeyri-sabit idealdan daha güclüdür.
3. “Əvvəl – sonra” texnikası.
Mövcud bir vərdişə yeni vərdişi bağlayın: “Səhər çay içəndən sonra 5 dəqiqə qeyd yazacam.” Bu, beyinə siqnal verir və yeni vərdişi möhkəmləndirir.
4. Nəticəyə yox, prosesə fokuslanın.
Əsas məqsəd — özünüz üçün stabil gün formalaşdırmaqdır. Nəticələr zamanla gələcək.


Sizin gündəlikdə ən sabit vərdişiniz nədir?
Rəylərdə yazın, bir-birimizdən öyrənək 💬
👍31
Kanalda hansı rubrikaları daha çox izləyirsiniz?
Hörmətli müəllimlər, sizə daha uyğun və maraqlı mövzular təqdim etmək üçün qısa bir sorğu hazırlamışıq.
📌 Zəhmət olmasa, sizə ən maraqlı olan rubrikanı seçin:
Anonymous Poll
36%
💡 Maraqlı faktlar
38%
🧠 Psixologiya
45%
🧑‍🎓 Özünüinkişaf
36%
📊 Quizlər
27%
📰 İKT Xəbərlər
🎥 Yeni rubrika: Film tövsiyəsi
Bu gündən etibarən kanalda yeni bir rubrikaya başlayırıq.
Burada redaksiyamız müəllimlər üçün maraqlı və düşündürücü filmləri paylaşacaq. Həm ilham almaq, həm də öz işimizə yeni baxış qazanmaq üçün.

Bu həftənin seçimi — “Dead Poets Society”
Film ənənəvi qaydalarla idarə olunan internat məktəbində yeni gələn ədəbiyyat müəlliminin həyatlara necə toxunduğundan bəhs edir.

O, şagirdlərini “Carpe Diem” — “Günü yaşa” fəlsəfəsi ilə azad düşünməyə və öz yollarını tapmağa təşviq edir.

🎓 Film müəllim peşəsinin cəmiyyətə təsirini, ilham gücünü və fərdi yanaşmanın nə qədər önəmli olduğunu göstərir.
Əgər siz də bəzən dərslərin ruhunu itirdiyinizi hiss edirsinizsə — bu film sizə yenidən səbəb xatırladacaq.

Siz bu filmi izləmisiniz?
Hansı hissə daha çox yadda qalıb?
Şərhlərdə yazın 💬
👍91
Hörmətli müəllimlər!

📣 Sizi “Müəllimlərdə tükənmə sindromu: Səbəblər və həll yolları” mövzusunda keçiriləcək onlayn seminara dəvət edirik.

Seminar pedaqoq-psixoloq, «Outsite» və «Edulance» layihələrinin təsisçisi Hüseyn Həsənov tərəfindən aparılacaq.

📌 Qeyd edək ki, seminarda iştirak edən bütün müəllimlərə görüşün sonunda sertifikat təqdim olunacaq.

🔗 Təlimdə iştirak üçün qeydiyyat forması yaxın günlərdə paylaşılacaq.
Seminarın tarixi barədə məlumat isə tezliklə kanalda elan olunacaq.

Sizi səbirsizliklə gözləyirik!
👍82
Keçirdiyimiz vebinarlarda sizin üçün ən vacibi nədir?
Anonymous Poll
25%
Praktik fayda
6%
Sertifikat almaq
58%
Peşəkar inkişaf
11%
Maraqlı spikerləri dinləmək
👍2
Hörmətli müəllimlər!

Sizi “Müəllimlərdə tükənmə sindromu: Səbəblər və həll yolları” adlı onlayn vebinara dəvət edirik!

📅 Tarix: 31 May
🕗 Saat: 13:00
🎙 Spiker: Pedaqoq-psixoloq, «Outsite» və «Edulance» layihələrinin təsisçisi Hüseyn Həsənov
🔗 Görüşə keçid etmək üçün link: https://s.alg.academy/101cvez

Təlimdə tükənmə sindromunun səbəbləri, əlamətləri və müəllimlər üçün praktik həll yolları müzakirə olunacaq.

❗️❗️❗️Sertifikat əldə etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat olmadan sertifikat əldə etmək mümkün deyil.
Qeydiyyat linki: https://s.alg.academy/1gjlx2s

Hər birinizi gözləyirik! ❤️
👍93🔥1
💡 Maraqlı faktlar
Dünyanın ən səssiz otağında niyə çox qalmaq olmur?

ABŞ-ın Minnesota ştatında yerləşən Orfield Laboratoriesdə dünyanın ən səssiz otağı var.
Burada səs divarlardan əks olunmur və dərhal yoxa çıxır. Səssizlik səviyyəsi -9 desibeldir — bu, təbiətdə belə mümkün olmayan səviyyədir.

Bu səviyyədə səssizlik bədənimizə necə təsir edir?
Otaqda öz ürək döyüntünüzü, qan dövranınızı, hətta nəfəs aldığınızı belə eşidirsiniz.
Beyin bu dərin səssizliyi “təhlükə” kimi qəbul edir və nəticədə diskomfort və qeyri-müəyyənlik hissi yaradır.

⌛️ İnsanların çoxu otaqda 20 dəqiqədən artıq qala bilmir.
Çünki səssizlik beynin qəbul edə biləcəyi sərhəddi keçir. Bəziləri hətta halüsinasiyalar yaşadığını bildirir.

📌 Bəzən həddindən artıq səssizlik — rahatlıq yox, narahatlıq yaradır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍91
Media is too big
VIEW IN TELEGRAM
“Ətrafındakı insanlar xoşbəxt olmadan sən də xoşbəxt ola bilməzsən.”
Bu sözlərlə razısınız?

🎥 Hüseyn Həsənovun Addım At Forumu 2024 çərçivəsində səsləndirdiyi hekayə sosial məsuliyyətin və xoşbəxtliyin mahiyyətini qısa və dəqiq izah edir:
Fermer qonşularına ən yaxşı toxumlarını paylayır. Niyə? Çünki anlayır – onların məhsulu yaxşı olmadıqca, öz məhsulu da olmayacaq. Həyat da belədir.

Əgər bu fikirlər sizi də düşündürürsə — Hüseyn müəllimin vebinarına dəvət edirik.

📌 Mövzu: Müəllimlərdə tükənmə sindromu: səbəblər və həll yolları
🗓 Tarix: 31 May
🕐 Saat: 13:00
🎙 Spiker: Hüseyn Həsənov
🎓 Sertifikat təqdim olunacaq

⚠️ Yerlər sürətlə dolur. Qeydiyyat üçün son günlərdir.
⬇️ Qeydiyyatdan keçin:
https://s.alg.academy/1gjlx2s
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5
🧠 Psixologiya
“Düşüncə tələləri” – Özümüzə yaratdığımız maneələr

Bəzən bizi saxlayan çətinlik yox, öz düşüncəmizdir.
Bu cür psixoloji vəziyyətlərə “düşüncə tələsi” deyilir.

Məsələn:
— “Əgər alınmadısa, deməli mən uğursuzam.”
— “Onsuz da heç kimə maraqlı deyiləm.”
— “Sual versəm, gülərlər.”

📌 Bu cür fikirlər reallığa deyil, ehtimallara və qorxulara əsaslanır.

Nə etmək olar?
— Düşüncəyə inanmazdan əvvəl özünüzdən soruşun:
“Bu fikrin əsası varmı?”

— Hər şeyin tək izahı olmadığını özünüzə xatırladın.

🧩 Düşüncə tələsindən çıxmaq – bəzən dəyişimin ilk addımıdır.
👍31
Bilirdinizmi ki, bəzi insanlar rəqəmləri və səsləri rəng kimi “görür”?

Bu fenomenin adı sinesteziyadır.
Sinesteziya zamanı beyində fərqli hiss orqanlarına aid siqnallar qarışır — məsələn, insan səsi eşidir, amma eyni anda rəng və ya forma “görür”.

📌 Ən çox rast gəlinən növü:
– Rəqəmlərin və hərflərin rənglərlə assosiasiyası
– Musiqi səslərinin vizual obrazlar yaratması
– Günlərin, ayların və ya adların məkan kimi görünməsi

Bu insanlar üçün, məsələn, 4 rəqəmi mavi, B hərfi isə yaşıl görünə bilər. Onlar bunu xəyal yox, real hiss kimi yaşayırlar.
1👍1
Algorithmics | Müəllimlər
Hörmətli müəllimlər! Sizi “Müəllimlərdə tükənmə sindromu: Səbəblər və həll yolları” adlı onlayn vebinara dəvət edirik! 📅 Tarix: 31 May 🕗 Saat: 13:00 🎙 Spiker: Pedaqoq-psixoloq, «Outsite» və «Edulance» layihələrinin təsisçisi Hüseyn Həsənov 🔗 Görüşə keçid…
Qeydiyyat davam edir.

📅 31 may, saat 13:00-da Hüseyn Həsənovun çıxışı ilə keçiriləcək vebinara qeydiyyat hələ də açıqdır.

📌 Mövzu: Müəllimlərdə tükənmə sindromu: səbəblər və həll yolları
🎓 Sertifikat təqdim olunacaq

Əgər hələ qeydiyyatdan keçməmisinizsə, link buradadır:
➡️ https://s.alg.academy/1gjlx2s
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2