Algorithmics | Müəllimlər
1.98K subscribers
193 photos
17 videos
110 links
Rəqəmsal Bacarıqlar və İbtidai Siniflər layihələrinin müəllimləri üçün asudə vaxtının keçirilməsi üzrə kanal.
Download Telegram
Hörmətli müəllimlər!

Nəzərinizə çatdırmaq istərdik ki, bugün, formu doldurmuş bütün iştirakçılar sertifikatlarının statusu ilə bağlı məlumat alacaqlar.

📌 Sertifikatların verilməsi ilə bağlı vacib qaydaları xatırladırıq:
1. Hər seminar üçün sertifikat əldə etmək üçün hər iki forma doldurulmalıdır:
Qeydiyyat forması – keçiriləcək tədbirin tarixindən əvvəl göndərilir.
İştirak forması – seminarın sonunda görüşün çatına göndərilir.
Hər iki formadan biri doldurulmazsa, sertifikat təqdim edilmir.

2. Düzgün və aktual elektron poçt ünvanınızı daxil edin. Elektron poçtda səhvlər və ya yazı xətaları sertifikatın verilməsinə mane ola bilər.

Qaydalara riayət etdiyiniz üçün təşəkkür edirik!❤️
👏6👍4
“Mənim adım Qırmızı” kitabı haqqında maraqlı faktlar:

📚 1. Tarixi fon:
Roman XVI əsr Osmanlı imperiyasında, İstanbulda baş verir. Bu dövr miniatür sənətinin çiçəkləndiyi, Şərq ilə Qərbin mədəniyyət baxımından qarşılaşdığı dövrdür.

🎨 2. Sənət romanın mərkəzindədir:
Əsər Osmanlı miniatür sənətini ətraflı təsvir edir. Burada ənənə ilə yenilik arasındakı mübarizə, eləcə də sənətin insan ruhuna təsiri haqqında dərin fikirlər yer alır.

🔍 3. Tarixi detektiv:
Roman bir rəssamın öldürülməsi ətrafında qurulan sirri araşdırır. Əsərin hər detalı əhəmiyyətlidir və oxucular sanki mozaika kimi bütün parçaları birləşdirirlər.

👁️ 4. Fərqli yanaşma:
Roman müxtəlif personajların, hətta əşyaların – məsələn, pulun və ya rənglərin dili ilə danışır. Bu, əsərin unikal və maraqlı strukturunu yaradır.

🏆 5. Nobel mükafatı laureatı:
Orxan Pamuk 2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb və “Mənim adım Qırmızı” onun ən önəmli əsərlərindən biri hesab olunur.

Bu əsər yalnız maraqlı hekayə deyil, həm də sənət, mədəniyyət və insan təbiəti barədə dərin fikirləri olan bir roman kimi sizi valeh edəcək.
Oxumağa davam edin və kitab müzakirəmizdə iştirak etməyi unutmayın!❤️
👍32👏2
💡Tədris İlinə uğurla başla: müəllimlər üçün tövsiyələr

İlin əvvəlində məqsədlərinizi nəzərdən keçirmək, ilhamlanmaq və işinizi daha yaxşı təşkil etmək üçün gözəl bir fürsət var. Budur bu ili məhsuldar və uğurlu keçirmək üçün bir neçə tövsiyə:

1. Ötən ili təhlil edin
Yeni planlar qurmazdan əvvəl keçən ilin nəticələrini nəzərdən keçirin:
• Hansı tədris metodları uğurlu oldu?
• Hansı məsələlər həll olunmamış qaldı?
• Vaxtınızı daha yaxşı təşkil etmək üçün nəyi dəyişə bilərsiniz?

2. Aydın məqsədlər qoyun
Məqsədlərinizi üç kateqoriyaya bölün:
Şəxsi (məsələn, ictimai çıxış bacarıqlarınızı təkmilləşdirmək).
Peşəkar (dərslərdə yeni texnologiyaları tətbiq etmək).
Uzunmüddətli (məsələn, ixtisasartırma kurslarını başa vurmaq).

3. İş mühitinizi təşkil edin
Rahat və səliqəli iş yeri məhsuldarlığı artırır.
• Sənədləri və materialları qaydaya salın.
• Tapşırıqlarınızı idarə etmək üçün planlaşdırıcı və ya rəqəmsal proqramlardan istifadə edin.

4. Dərsləri əvvəlcədən planlaşdırın
Yaxın bir neçə ay üçün dərs planı tərtib edin. Bu, sizə əminlik verəcək və yeni ideyaları həyata keçirməyə kömək edəcək.

5. Emosional balansınızı qoruyun
Müəllim təkcə dərs deyən deyil, həm də şagirdlər üçün ilham mənbəyidir. İstirahət və gücünüzü bərpa etmək üçün vaxt ayırmaq vacibdir. Bunun üçün relaksasiya texnikalarını, hobbiləri və ya fiziki məşqləri nəzərdən keçirin.

6. Tədrisdə yeni yanaşmalar tətbiq edin
İlin əvvəli yeni metodların tətbiqi üçün ideal zamandır. Sınayın:
• İnteraktiv platformalar.
• Dərslərdə oyun elementləri (qeymifikasiya).
• Layihə əsaslı tədris.

İlin əvvəlində ən yaxşı versiyanız olmaq fürsəti yaranır. Bu il sizə ilham, uğurlar və işinizdən həzz almaq hissi gətirsin!❤️
5
Hörmətli müəllimlər!

Nəzərinizə çatdırmaq istərdik ki, yaxın zamanda keçiriləcək “Tədris prosesində Süni İntellektin faydası: 2-ci hissə” adlı seminarın tarixi yaxın zamanda elan ediləcək.
Odur ki, qeydiyyadan keçməyə tələsin!

📌 Unutmayın ki, görüşün sonunda iştirak edən hər bir üzvə elektron sertifikat təqdim olunacaq.
Bunun üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün link: https://forms.gle/95s4c6KVTW2JahQM8
2
Hörmətli müəllimlər!

Sizi “Tədris Prosesində Süni İntellektin Faydası” mövzusunda keçirdiyimiz ikinci hissəsinə dəvət edirik!

📅 Tarix: 12 fevral
🕗 Saat: 20:00
🎙 Spiker: “Beat Media” şirkətinin İcraçı Direktoru Teymur Səttərov
🔗Görüşə keçid etmək üçün link: https://s.algoritmika.az/1ttjbg5

Vebinar praktiki nüanslara, innovativ yanaşmalara və əvvəlki sualların cavablarına həsr olunacaq.

🔗 İştirak üçün qeydiyyatdan keçməyi unutmayın.
Qeydiyyat linki: https://forms.gle/69Cc4S1TN4GsmRoSA

Hər birinizi gözləyirik! ❤️
👍12👏31
Əziz dostlar!

Kitab Klubu üzrə müzakirə görüşümüz 9 Fevral 20:00-da baş tutacaq❤️

Müzakirəmiz online olacaq, linki yaxın gündə paylaşacağıq.

Kitab haqqında fikirlərinizlə indidən şəhrdə bölüşün🙏🏼
👏43👍1
Algorithmics | Müəllimlər pinned «Əziz dostlar! Kitab Klubu üzrə müzakirə görüşümüz 9 Fevral 20:00-da baş tutacaq❤️ Müzakirəmiz online olacaq, linki yaxın gündə paylaşacağıq. Kitab haqqında fikirlərinizlə indidən şəhrdə bölüşün🙏🏼»
Müəllimlik peşəsi çətin, amma eyni zamanda çox dəyərlidir.
Hər bir müəllimin bu sahəyə bağlılığının öz səbəbi var.

Bəziləri üçün bu, uşaqların inkişafına şahid olmaqdır, digərləri üçün – daim öyrənmək və öz biliklərini paylaşmaq.

Bəs sizin üçün müəllimlik peşəsinin ən sevimli tərəfi nədir? Fikirlərinizi bizimlə bölüşün! ❤️
👏5
Hörmətli müəllimlər!

Nəzərinizə çatdırmaq istərdik ki, yaxın zamanda keçiriləcək “Tədris prosesində Süni İntellektin faydası: 2-ci hissə” adlı vebinar 12 Fevral 20:00-da keçiriləcək.

Odur ki, qeydiyyadan keçməyə tələsin!

📌 Unutmayın ki, görüşün sonunda iştirak edən hər bir üzvə elektron sertifikat təqdim olunacaq.
Bunun üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün link: https://forms.gle/95s4c6KVTW2JahQM8
👏3👌2
Algorithmics | Müəllimlər
Əziz dostlar! Kitab Klubu üzrə müzakirə görüşümüz 9 Fevral 20:00-da baş tutacaq❤️ Müzakirəmiz online olacaq, linki yaxın gündə paylaşacağıq. Kitab haqqında fikirlərinizlə indidən şəhrdə bölüşün🙏🏼
Hər kəsə salam!

İstəklərinizi nəzərə alaraq, Kitab Klubu müzakirəmiz 13 Fevral 20:00-da baş tutacaq❤️
Görüş teleqram üzərindən aparılacaq.

Hər birinizi gözləyirik.
👏4
Elm hər kəs üçündür və birlikdə daha irəli gedə bilərik!

https://www.instagram.com/reel/DF7Y6oRN3lq/?igsh=MmhkYncwYjJibTh0
🙏1👌1
Hörmətli müəllimlər!

Artıq bugün, “Tədris Prosesində Süni İntellektin Faydası” mövzusunda vebinarımız keçiriləcək!

📅 Tarix: 12 fevral
🕗 Saat: 20:00
🎙 Spiker: “Beat Media” şirkətinin İcraçı Direktoru Teymur Səttərov

🔗Görüşə keçid etmək üçün link: https://s.algoritmika.az/1ttjbg5

Vebinar praktiki nüanslara, innovativ yanaşmalara və əvvəlki sualların cavablarına həsr olunacaq.

🔗 İştirak üçün qeydiyyatdan keçməyi unutmayın.
Qeydiyyat linki: https://forms.gle/69Cc4S1TN4GsmRoSA

Hər birinizi gözləyirik! ❤️
👍2👏1
Görüşümüz başladı!
Hər birinizi gözləyirik.

🔗 Vebinarın linki: https://s.algoritmika.az/1ttjbg5
👏2
Hörmətli müəllimlər!

📣12 fevral tarixində “Tədris Prosesində Süni İntellektin Faydası” mövzusunda keçirilmiş təlimin sertifikatları fevral ayının sonuna qədər e-maillərinizə göndəriləcək.

Diqqətinizə görə təşəkkür edirik!
👏4
Hörmətli müəllimlər!

📣 “Tədris Prosesində Süni İntellektin Faydası” - 2ci hissə video yazısını sizə təqdim edirik.

Video yazını Youtube kanalımıza keçid edərək izləyə bilərsiniz: https://youtu.be/BmCc_9bVpuc
👏8
Hörmətli müəllimlər!

📣12 fevral tarixində “Tədris Prosesində Süni İntellektin Faydası” mövzusunda keçirilmiş təlimin sertifikatları elektron poçt ünvanlarınıza göndərilmişdir.

Diqqətinizə görə təşəkkür edirik!
7👍4👏3
Forwarded from Rəqəmsal Bacarıqlar
📣Tezliklə‼️

“ Kod saatı artıq yeni formatda - “Məktəblilərarası Milli Hakaton” 2025-lə proqramlaşdırma üzrə yeni dövrə başlayarıq.🌟

🔗Post-a keçid üçün link
👏2
Forwarded from Rəqəmsal Bacarıqlar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔔 TƏCİLİ XATIRLATMA‼️

📢 Müəllimlər, diqqət❗️

📣3-7 mart tarixlərində "Rəqəmsal Bacarıqlar" layihəsi çərçivəsində 5-11-ci siniflər üçün dərs saatları "Məktəblilərarası Milli Hakaton"a həsr olunacaq❗️🚀

📌 1-ci gündən etibarən "Rəqəmsal Bacarıqlar" dərsi zamanı şagirdlər “Learn” platformasına daxil olaraq açılmış xüsusi hakaton bölməsində iştirak edə biləcəklər.

💡Burada müəllimlərimizin dəstəyi çox vacibdir❗️
Sizin köməyinizlə daha çox şagird bu innovativ təcrübəyə qoşula bilər❗️

📌 Qeyd:
Bu il "Məktəblilərarası Milli Hakaton" yalnız “Rəqəmsal Bacarıqlar" layihəsində iştirak edənlər deyil, həmçinin layihədə iştirak etməyən digər şagirdlər də iştirak edə biləcək.
🌟Digər şagirdlər codehour.edu.az (https://codehour.edu.az/) saytında qeydiyyatdan keçərək Hakatona qoşula bilərlər.

🎥 Ətraflı məlumat üçün videonu izləyin və şagirdlərinizi aktiv iştirak etməyə həvəsləndirin!
👍52👏1