#SahibkarlaraXidmət #KonsaltinqXidməti
AQTİ qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir.
Müəssisədə məhsullarının izlənmə sisteminin qurulması xammal qəbulu və emalının qeydiyyatı, məhsul istehsalının qeydiyyatı, hazır məhsulun izlənməsi sistemi, həmçinin geri çağırma üzrə prosedurların hazırlanması dövrlərini əhatə edir. Peşəkar mütəxəssislər tərərfindən icra olunan xidmət müəssisəyə yararsız məhsulun anbarda qalma ehtimalının minimuma endirmək, yararsız məhsulun satış nöqtələrindən vaxtında yığışdırmaq, eyni zamanda tədarükçü və distribyutorların çatdırılma faizi və göndərmə dəqiqliyi üzrə qiymətləndirilməsini həyata keçirməyə imkan verir.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidmətindən istifadə etmək üçün sahibkarlar (012) 377 00 20 (daxili 553) nömrəsilə əlaqə saxlaya bilərlər.

#AQTİ #Özbəkistan #Səfir
Özbəkistan səfiri AQTİ laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanovla görüş keçirilib.
Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, həmçinin qonaqlara AQTİ-nin fəaliyyət istiqaməti barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində birgə elmi-praktiki araşdırmaların, tədqiqatların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qida təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib.
Ətraflı 👉 afsi.gov.az/az/media/xeberler/ozbekistan-sefiri-aqti-laboratoriyalarinin-faeliyyeti-ile-yaxindan-tanis-olub

This media is not supported in your browser
VIEW IN TELEGRAM
#süfrədənseçmələr #balıq
Balıq və balıq məhsullarının faydası
🔸 Həzmi və maddələr mübadiləsini yaxşılaşdırır
🔸 Ürək və qan-damar sisteminin fəaliyyətini tənzimləyir
🔸 Zərərli xolestrolu orqanizmdən kənarlaşdırır
🔸 Görməni yaxşılaşdırır
🔸 Dəri və dəri törəmələrinə müsbət təsir edir
ℹ️ Balıq və balıq məhsulları spesifik və diyetik qida növüdür.

#SahibkarlaraXidmət #HACPP
“HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib
AQTİ tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.
Növbəti belə təlim “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda olub. Qida sahəsində fəaliyyət göstərən müəssisələrdə HACCP sisteminin işlənib hazırlanması və tətbiqinə, eləcə də istehsalın istənilən mərhələsində məhsulun keyfiyyət və təhlükəsizliyinə cəlb olunan işçilər, keyfiyyətə nəzarət struktur bölməsində çalışan əməkdaşlar, həmçinin qida təhlükəsizliyinə dair biliklərə yiyələnmək istəyən 20-ə yaxın şəxs seminarda iştirak edib.
Ətraflı 👉 afsi.gov.az/az/media/xeberler/haccp-prinsipleri-esasinda-qida-tehlukesizliyinin-temin-edilmesi-movzusunda-seminar-kecirilib

#AQTİ #QarayaraXəstəliyi
ℹ️ Qarayara kəskin zoonoz xəstəliklərdəndir. Xəstəlik heyvanın ağız, burun və anus dəliyindən qanlı köpük axması, qanının laxtalanmaması, qısa müddətdə ölməsi, cəsədinin şişməsi şəklində özünü büruzə verir.
✅ Xəstəlik simptomları aşkar edilmiş heyvan dərhal təcrid olunmalı və baytar mütəxəssisə məlumat verilməlidir.
🛡️ Mal-qaranı qarayaradan qorumaq üçün təsərrüfatda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalıdır. Yeni heyvan aldıqda karantində saxlanmalıdır. Qarayara xəstəliyinin yayılmasının qarşısının alınması, profilaktikası məqsədilə peyvəndləmə aparılması şərtdir. Xatırladaq ki, qarayaraya qarşı peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq aparılır.
❌ Qarayara xəstəliyinə yoluxmuş heyvanın əti və südü bu infeksiyanın daşıyıcısıdır. Ət və süd məhsullarının çiy, yarıbişmiş şəkildə istehlakı yolverilməzdir.
❗ Qarayara sporları ilə çirklənmiş torpaqla təmas təhlükəlidir.

#AQTİ #FAQ #ÇiçəkXəstəliyi
🔬 Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "FAQ - Fikir Alaraq Qidalan" layihəsi davam edir.
❓ Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinin əlamətləri nədir?
✅ Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir. Xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpgilərin yaranması şəklində özünü büruzə verir.
ℹ️ "FAQ - Fikir Alaraq Qidalan layihəsinin məqsədi istehlakçıların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri barədə məlumatların daha geniş auditoriyaya çatdırılmasından ibarətdir.

Media is too big
VIEW IN TELEGRAM
▶️ #SahibkarlaraXidmət #KonsaltinqXidməti
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida məhsullarının izlənmə sisteminin qurulması üzrə peşəkar konsaltinq xidməti təklif edir.

#KartofNematodu #RiskTəhlili
Qızılı kartof nematodunun risk təhlili həyata keçirilib
Qızılı kartof nematodunun yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlilləri həyata keçirilib. Risk təhlili ölkədaxili və beynəlxalq ticarətdə karantin qaydalarına uyğun olaraq, zərərvericidən azad əkin materialından istifadə edilmiş kök yumruları məhsuldar sahələrə köçürülən andan bitkinin vegetasiyasının sonuna qədər nəticələr təhlil edilib. Həmçinin mütəxəssislər tərəfindən Bərdə, Gəncə, Tovuz, Şəmkir rayonlarında təsərrüfatlardan toxumluq və əkin üçün nəzərdə tutulan kartoflardan nümunələr götürülərək analizlərin aparılması üçün laboratoriyaya təqdim olunub. Analizlər nəticəsində qızılı kartof nematodu aşkar edilməyib.
Ətraflı 👉 afsi.gov.az/az/media/xeberler/qizili-kartof-nematodunun-risk-tehlili-heyata-kecirilib

▶️ #AçıqQapı #Laboratoriya
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda vətəndaşlar üçün növbəti “Açıq qapı” günü 7 may tarixində, saat 11:00-13:00-da keçiriləcək. "Açıq qapı" günü COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər nəzərə alınmaqla keçiriləcək.
“Açıq qapı” günlərində iştirak etmək istəyən vətəndaşlar (012) 565 12 72, daxili (206) telefon nömrələrinə zəng edib qeydiyyatdan keçməklə İnstitutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.

#ElmiMəqalə #AllergikQidalar
ℹ️ Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin orqanizmdən asılı olaraq, bəzi allergiyalar mövsümi xarakter daşıdığına görə əsasən də yaz və payız aylarında özünü daha qabarıq büruzə verir. Allergiyaya mövsümi qidalar da təsir edir.
📝 AQTİ-nin Qida təlükəsizliyi şöbəsinin mütəxəssisləri tərəfindən hazırlanmış elmi məqalədə allergik qidalar və onların orqanizmə təsiri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Ətraflı 👉 afsi.gov.az/az/media/maariflendirme/allergik-qidalarin-orqanizme-tesiri

#MərkəziBaytarlıqLaboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Laboratoriya" layihəsi davam edir.
Layihə çərçivəsində AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazası, həmçinin iş gücü və həyata keçirilən spesifik analizlər haqqında məlumat paylaşılacaqdır.
🔬 Mərkəzi Baytarlıq Laboratoriyası
____________________________
🔹 Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.
🔹 Laboratoriyaya daxil olan nümunələr "Bio-Rad", "Corbett", "Light Cycler" və "qTower" kimi Real Zamanlı PZR cihazlarında müayinələrdən keçirilir. Cənubi Qafqazda ilk dəfə olaraq səhra tipli biotəhlükəsizlik laboratoriyası Mərkəzi Baytarlıq Laboratoriyasının nəzdində fəaliyyətə başlamışdır.
ℹ️ Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik, beynəlxalq tələblərə cavab verən 2-ci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır.

#QlikemikİndeksliQidalar
ℹ️ Qlikemik indeks karbohidrat ehtiva edən qidaların orqanizmdə qan şəkərini nə qədər artırdığını təyin edən ölçüdür. Qidalar aşağı, orta və ya yüksək qlikemik indeksi olan qruplara ayrılır və 0-100 arası ölçü parametrinə görə sıralanır.
▶️ Qlikemik indeksli qidalar
🔸 Aşağı qlikemik indeks (1-55): yaşıl tərəvəzlər, əksər meyvələr, çiy yerkökü, lobya, noxud, mərci
🔸 Orta qlikemik indeks (56-69): şirin qarğıdalı, banan, çiy ananas, kişmiş, yulaf, yulaf kəpəyi və ya çovdar çörəyi
🔸 Yüksək qlikemik indeks (70 və daha yüksək): ağ düyü, ağ çörək, kartof

#yumurtanınbiolojixüsusiyyətləri
🥚 Yumurtanı faydalı qida növü kimi səciyyələndirən bioloji xüsusiyyətlər
🔸 Tərkibində sadə zülallar çoxluq təşkil etdiyinə görə orqanizm tərəfindən asan mənimsənilir
🔸 D vitamini ehtiva edən qida növü kimi immun sistemin möhkəmlənməsini, sümük toxumasının formalaşmasını təmin edir
🔸 Tərkibindəki antioksidantlar sayəsində orqanizmi toksinlərdən təmizləyir, görməni yaxşılaşdırır
🔸 Xolin və luteinlə zəngin olduğuna görə sinir sisteminin fəaliyyətini, eləcə də yaddaş və mental funksiyaları tənzimləyir
🔸 Tərkibindəkı dəmir orqanizm tərəfindən asan mənimsənildiyinə görə anemiyaya qarşı olduqca faydalıdır

#biotəhlükəsizlik #təlim
AQTİ mütəxəssisləri biotəhlükəsizlik və biomühafizə üzrə təlimə cəlb edilib
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim Amerika Birləşmiş Ştatları Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində “Biotəhlükəsizlik və biomühafizə” mövzusunda AQTİ-nin laboratoriya mütəxəssislərinə keçilib. Təlimdə heyvan sağlamlığı laboratoriyalarında bioriskin idarə edilməsi və strategiyası, bioetika, problemli ikili istifadə tədqiqatları, virusoloji, bakterioloji, seroloji, molekulyar bioloji müayinələr zamanı biotəhlükəsizlik və biomühafizə risklərinin səciyyələndirilməsi və təhlili ilə bağlı iştirakçılara geniş məlumat verilib.