Adam_Hakli | Elektron Kitablar 📚
20.1K subscribers
1.71K photos
244 videos
1.03K files
68 links
Adam_Hakli'a aid olan bu kanalda kitablar və kitablardan sözlər paylaşılacaq☺️

Təklif, Şikayət, Reklam, Hazır PDF'ləriniz varsa, @Camilyam’a göndərin paylaşaq.

✔️ @Adam_Hakli
✔️ @AdamHakliMusic
✔️ @FilmVeSeriallar
Download Telegram
🗓️Tarixdə bu gün

▪️6 may - İnsan Alverinə Qarşı Mübarizə Günüdür. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb.

Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı isə “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.Günün keçirilməsinin əsas məqsədi insan alveri və onun fəsadları barəsində ictimaiyyəti məlumatlandırmaq, insan alverinin aradan qaldırılmasına yönəlmiş strategiya, eləcə də bu sahədə beynəlxalq hüquqi əməkdaşlıq, norma və konsepsiyalara dair məlumatlılığın artırılmasıdır.

▪️Bu gün dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoyan psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freydin doğum günüdür. O 6 may 1856-cı ildə Avstriya İmperiyasının Moraviya vilayətində doğulub. Freyd miliyyətcə yəhudi olub. O, ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanınır.O, “Yuxuların yozulması”, “Totem və tabu”, “Ləzzətin o tərəfində”, “Bir illüziyanın gələcəyi” əsərlərinin müəllifidir. O 1939 cu ildə 83 yaşında vəfat edib

▪️6 May şair, dramaturq , tərcüməçi Məmməd Rahimin anım günüdür.Şair 1907-ci il aprelin 20-də Bakıda kiçik sahibkar ailəsində doğulub. 1928-ci ildə APİ-nin Şərqşünaslıq fakültəsinə daxil olan Məmməd Rahim eyni zamanda tərcüməçilik edib.O Azərbaycan ədəbiyyatında, incəsənətində öz dəstixətti olan Azərbaycanın xalq şairi, Azərbaycanın Əməkdar incəsənət xadimidir. Məmməd Rahim Azərbaycan ədəbiyyatına “Xaqani” mənzum dramı, “Sayat Nova”, “Natəvan” poemaları kimi əvəzolunmaz töhfələr bəxş edib.”Arzu qız”, “Vətən sevgisi”, “Səhərin nəğməsi”, “Abşeron torpağında”, “Balaca bağbanlar”, “ Leninqrad göylərində”və s. bu əsərlər Məmməd Rahimin maraqlı əsərlərindəndir.Onun bir çox əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir sıra xarici dilə tərcümə edilib. Məmməd Rahim bir sıra orden və medallara layiq görülüb.Görkəmli şair 1977-ci ilin bu günündə Bakıda vəfat edib.
🗓️Tarixdə bu gün

🗓️Tanınmış Azərbaycan rəssamı, satirik qrafika və illüstrasiya ustası Əzim Əzimzadə 7 may 1880-ci ildə doğulub.

1906-cı ildən “Molla Nəsrəddin”, 1910-cu ildən isə Bakıda çıxan digər satirik jurnallara karikatura və yumorisrik rəsmlər çəkib.

Əzim Əzimzadənin Sabirin “Hophopnamə”sinə illüstrasiyaları onun ən yüksək sənət nümunələridir.

İkinci Dünya Müharibəsi dövründə rəssam siyasi plakat janrında da yaddaqalan əsərlər yaradıb. (1880-1943)

🗣️7 may 1915-ci ildə İngiltərənin transatlantik “Lusitania” gəmisi Birinci Dünya Müharibəsi zamanı Atlantik okeanında Almaniyanın bir sualtı gəmisi tərəfindən batırıldı.

Hadisə zamanı 1198 nəfər həlak oldu.

🗣️ 1921-ci ilin 7 mayında Türkiyə Müəllimə və Müəllim Cəmiyyətləri İttifaqı yaradıldı.

🗣️ 7 may 1945-ci ildə alman generalı Alfred Jodl Almaniyanın qeyd-şərtsiz təslim olması ilə bağlı sənədi imzaladı. Bununla da İkinci Dünya Müharibəsi sona çatdı.

🗣️1990-cı ilin 7 may tarixində Türkiyədə ilk özəl televiziya kanalı test yayımlarına başladı.

🗣️Böyük rus bəstəkarı Pyotr İliç Çaykovski 1840-cı il mayın 7-də anadan olub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yağma yağış..
Gəl ağlama için-için
Mən dərdimi sənə deyim, Sən də danış
Ağlayırsan axı neyçin?!

Yoxsa sən də dərd çəkirsən mənim kimi ?
Sənindəmi ürəyinin qırılıbdır sarı
simi?!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Bu gün Şuşanın işğal günü idi.

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min insan öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. 2020-ci ilin noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi. Şuşa bu gün azaddır.
📕Kitab oxumağı sevməyən bir insanın sevəcəyinə qətiyyən inanmıram.
Çünki, içində duyğu olan bir şeyləri sevməyən biri, insanıda düzgün bir şəkildə sevə bilməz.


Miraç Çağrı Aktaş - Kendine Hoş Geldin
🗓️ Tarixdə bu gün

📍8 may Azərbaycan tarixinin faciəli səhifələrindən biridir.

1992-ci il mayın 8-də gecə top atəşlərindən bir neçə saat sonra erməni-rus silahlı birləşmələri tərəfindən Qarabağın mərkəzi Şuşa şəhərinə hücum olundu. Şəhərin müdafiə planının olmaması və hakimiyyət hərc-mərcliyindən istifadə edən ermənilər Rusiya ordusunun köməyilə Şuşanı işğal etdilər.

📍8 may bütün dünyada Beynəlxalq Talassemiya Günüdür:

Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur.

Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

İsveçrənin ictimai xadimi Anri Dünan 1828-ci ilin bu günü anadan olub. Onun təşəbbüsü ilə 1863-cü ildə Beynəlxalq Qırmızı Xaç Təşkilatı yaradılıb.

A.Dünan bütün olan-qalanını ehtiyacı olanlara sərf edir, özü onlardan fərqlənmək istəmirdi.

1901-ci ildə Nobel mükafatına layiq görülən Anri Dünan buradan da aldığı pulları bütövlüklə xeyriyyəçilik fəaliyyətinə yönəldib.

Anri Dünan 1910-cu ildə yoxsullar evində vəfat edib. Onun şərəfinə 8 may Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Günü olaraq qeyd edilir. (1828-1910)

📍Azərbaycanın məşhur “Karvan” simfonik lövhəsinin müəllifi bəstəkar Soltan Hacıbəyov 1919-cu il 8 mayda anadan olub.

Peşəkar Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olan S.Hacıbəyovun həm də “Gülşən” baletinin müəllifidir. (1919-1974)
📚Agatha Christie "On zənci balası"

Kiçik bir ada və bir-birini tanımayan on qonaq… Naməlum ev sahibi… Bəs görəsən, hər kəsi bura dəvət edən bu şəxs kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbəylə səslənən ittihamlar bütün qonaqları sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra başlanır. Naməlum ev sahibi tərəfindən ittiham olunan qonaqlar qəribə ardıcıllıqla qətlə yetirilirlər. Adada isə onlardan başqa heç kim yoxdur..

ℹ️ Janr: #detektiv

🔔 İstək kitablarınızı müzakirə qrupumuzda yaza bilərsiniz.

📚 @AdamHakli_PDF
🎬 @FilmVeSeriallar
Aqata Kristi on zənci balası.docx
475.2 KB
📚 Agatha Christie "On zənci balası"

Kanalı izləyin: @AdamHakli_PDF
🗓️Bu gün Azərbaycanda Faşizm üzərində Qələbə günü qeyd edilir

Faşizm üzərində qələbədən 79 il ötür.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci dünya müharibəsində faşizm üzərində qələbə qazanıldı.

Qələbə günü postsovet ölkələri və İkinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur.
🇦🇿Bu gün Ümummilli Lider Heydər Əliyevin doğum günüdür.
🇦🇿❤️Hər bir ölkəni, dövləti, milləti dünyaya tanıdan ilk növbədə onun siyasi xadimləri, tarixi şəxsiyyətləri olur. Onlar öz xalqının və millətinin layiqli təmsilçiləri kimi həm özlərinə, həm də öz xalqlarına tarixdə əbədi iz qoyur, doğma vətənlərinin tarixini zənginləşdirməklə bərabər, onun dünyada tanınmasında və nüfuzunun yüksəlməsində misilsiz rol oynayırlar. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.

Müstəqil və bütöv Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.
📚Aleksandr Puşkin "Seviyordum sizi"

Aleksandr Puşkin (1799-1837); 38 yıl süren ömrü komploya çok benzeyen bir düelloyla son bulduğunda Puşkin, çoktan ulusal Rus şiirinin dâhi kurucusu olmayı başarmıştı.
Günümüzü de etkilemeyi sürdüren bu büyük şairin şiirinin tüm cepheleri yetkinlikle temsil edilmektedir.

ℹ️ Janr: #Şiir #Türkce #Rusca

🔔 İstək kitablarınızı müzakirə qrupumuzda yaza bilərsiniz.

📚 @AdamHakli_PDF
🎬 @FilmVeSeriallar
puskin seviyordum sizi.pdf
1.9 MB
📚 Aleksandr Puşkin "Seviyordum sizi"

Kanalı izləyin: @AdamHakli_PDF
Bir dərd evim vardır, sakini tək mən,
Küləklər sovurar, açar qapımı...
Hər gecə bir şeir enər qeybdən,
Döyər pas bağlayan naçar qapımı...


Adilə Nəzər
"Yarqunat" - "Soyuq günəş" - Piano by VN
Piano by VN
🎹 Soyuq Günəş

Baxmısınız bu filmə? 🌝
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xoşbəxt olmaq üçün bütün fürsətlərdən istifadə edin, sabaha saxlamayın. Çünki sabahlar həmişə olacaq amma bir sabah siz olmayacaqsınız..🤎
İnsan susaraq da yalan danışa bilər.

📓Stefan Zweig - Clarissa