This media is not supported in your browser
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bakının Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi, digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var.
Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Çexiyanın Breqslav şəhərində 26 yaşlı kişi yeni doğulmuş əkiz oğlanlarını sistemli şəkildə zorakılığa məruz qoyduğu üçün 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə atanı övladlarına qarşı işgəncə və zorakılıq törətməkdə təqsirli bilib. O, uşaqları sadəcə sakitləşdirməyə çalışdığını və xəsarətlərin təsadüfən baş verdiyini desə də, məhkəmə-tibbi ekspertiza qırıq və travmaların ağır və davamlı xarakter daşıdığını təsdiqləyib. Körpələrin qabırğaları, körpücük sümükləri, ətrafları və kəllə sümükləri qırılmışdı.
Ata cəzanın ədalətsiz olduğunu iddia edib və vəkilləri onun şərti cəza ilə azadlığa buraxılması üçün vəsatət qaldırıblar. Lakin bu müraciət Ali Məhkəmə tərəfindən rədd edilib.
Uşaqların anası da məhkəmə qarşısına çıxarılıb, lakin zorakılıqda birbaşa iştirakı sübut olunmadığı üçün bəraət alıb. Bununla belə, prokurorluq onun lazımi yardım göstərmədiyinə görə məsuliyyətə cəlb olunması imkanını araşdırır.
Cinayət baş verəndə uşaqlar cəmi 6 həftəlik olublar. Hazırda körpələr nənələrinin himayəsində və sosial xidmətlərin nəzarətindədirlər.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu anı yaşamadan ölməyin 😊
Adam Hakli
Paytaxtın Yasamal rayonunda binalardan birinin blokunda narkotik qəbul edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, tədbirlərlə 40 yaşlı Məmmədov Elşən Eldar oğlu saxlanılaraq məsuliyyətə cəlb edilib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿⚡️ ⚡️ 🇷🇺 Bu yaydan etibarən azərbaycanlılar Rusiyaya yeni qaydalar əsasında səyahət edəcək.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Avtomobilin sahibi 8-ci mərtəbədəki evindən binanın həyətinə naqil çəkib və avtomobilini onunla şarj edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿 İlham Əliyev TDT-nin daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib
Nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.
Nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.
“Bəzi abituriyentlər “ağıllı eynək”lərdən istifadə etmək istəyirlər. Amma onlara demək istəyirik ki, belə “ağıllı eynək”lə imtahana gəlməsinlər, çünki onlar imtahana buraxılmayacaqlar”.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) direktorlar şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qaydaları pozanların nəticələri ləğv olunacaq:
“İndidən deyirik ki, telefonu gizlədənlər, birini təhvil verib birini içəri gətirənlərlə bağlı tədbir görüləcək. Biz imtahanların ədalətli keçməsini istəyirik. Bunun üçün hər kəs özünü qaydalara uyğun aparmalıdır. Əks hakda həmin abituriyentlərin nəticələri ləğv olunacaq”.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Araşdırmalarla müəyyən edilib ki, S.Müseyibov oğurluq və narkotik vasitələrlə bağlı cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilibmiş və ayağına elektron qolbaq taxılmaqla sərbəst buraxılıbmış.
Şamaxı Rayon Məhkəməsi S. Müseyibovun üzərindəki məhkumluğu da nəzərə alaraq ona 2 il həbs cəzası verib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun mühakimə olunduğu “Gezi Parkı” işi üzrə hökm oxunub.
Bu barədə "Haber Global" məlumat yayıb.
Aktyorlar Halit Ergenç və Rıza Kocaoğlunun menecerləri Ayşe Barımın “Gezi Parkı” istintaqı ilə bağlı “yalan ifadə verməsi” iddiası ilə mühakimə olunduğu iş üzrə məhkəmənin hökmü ilə Ergenç 1 il 10 ay 15 gün, Kocaoğlu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra o, şərti azadlığa buraxılıb.
Qeyd edək ki, Halit Ergenç "Muhteşem Yüzyıl" serialında Osmanlı Sultanı Süleymanı canlandırmaqla məşhurlaşıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM