Adam Hakli
6.82K subscribers
7.97K photos
9.01K videos
85 files
180 links
Adam Hakli'nın Rəsmi "Telegram" kanalı ✓

Təklif, iradlar və Reklamla bağlı @sualcavabbbot’a yazın.

Instagram: https://instagram.com/adam_hakli
Download Telegram
⚡️🇦🇿Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 1279 nəfər köçürüləcək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
☄️☄️SABAHIN HAVASI: Leysan, dolu, sulu qar...

Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️⚡️Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ukraynada yanğın təhlükəsizliyi və sülhə aid digər sahələrdə təhlükəsizliyin təmin olunmasına, təşkilati işlər də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

İran İslam Respublikası ərazisindən "Xudafərin" körpüsünə daxil olan 4 nəfər sürünərək körpünün Azərbaycan Respublikası ərazisindəki hissəsinə keçərək körpünün sütun hissəsində qazıntı işləri aparmağa başlayıblar. Sərhəd naryadının həmin istiqamətə yaxınlaşmasını görən sərhəd pozucularından biri özünü Araz çayına atıb, geriyə qaçan digər üç nəfər isə İran İslam Respublikası ərazisində saxlanılıb. Hər iki tərəfin iştirakı ilə Araz çayına düşən şəxsin axtarışları aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə komando təlim keçib.

Bu barədə Türkiyənin milli müdafiə nazirliyi məlumat verib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🍓Bir çürük çiyələk bütün səbəti xarab edə bilir
☄️☄️ KİV: PKK terror təşkilatı ləğv olunur

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi konqresdə qəbul olunan qərarlar məlum olub.

Bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib.

O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq.

Həmçinin PKK-nın özünü ləğv etməsi ilə təşkilatın bütün fəaliyyəti dayanacaq. Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq.

Eyni zamanda terror təşkilatının ləğvi prosesinin praktiki icrasından rəhbərlik şurası məsul olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️Zelenski mayın 15-də Türkiyədə Putinlə atəşkəsi müzakirə etməyə hazır olduğunu bildirib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️ Zelenski anasına müraciət etdi: “Narahat olma!”

Ukrayna Prezidenti Volodimir Zelenski axşam saatlarında ukraynalılara ünvanladığı videomüraciətində öz anasına da səslənib.

UNİAN-a istinadən xəbər verir ki, Telegram kanalında yayımladığı videoda Zelenski diplomatik hadisələr və tərəfdaşlarla aparılan danışıqlar haqqında danışıb.

Videonun sonunda isə o, 11 may – bazar günü Ukraynada qeyd olunan Analar Gününü xatırladıb. Prezident anasına təşəkkür edib və ondan narahat olmamağı xahiş edib:

"Bu gün hamımız analarımıza ‘təşəkkür edirik’ deyirik – sərhədsiz və sonsuz məhəbbət üçün, övlad üçün etdikləri hər şeyə görə. Və ona görə ki, insan nə qədər böyüsə də, ana sağ olduğu müddətcə biz hər zaman uşaq olaraq qalırıq. Ana, sənə təşəkkür edirəm! Anacan, narahat olma – yemək yemişəm, hər şey qaydasındadır".
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Forwarded from Showline.az
⚡️⚡️ Terror təşkilatı PKK özünü ləğv edib.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️⚡️Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔴 Bakıda və Abşeron yarımadasında mayın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Bu barədə Milli Hidrometeorologiya Xidmətidən məlumat verilib.

Bildirilib ki, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
💥🏠 Gəncədə yaşayış binasında partlayış olub, ölən var

Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb.

Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇮🇷🤝🇷🇺 Tehran Putinin səfərinə hazırlaşır!

📣 İran hökumətinin sözçüsü Fatimə Mühacirani açıqlayıb ki,
🔹 Vladimir Putinin İrana rəsmi səfəri ilə bağlı hazırlıqlara artıq start verilib.
🔹 Səfər hazırda planlaşdırma mərhələsindədir.

📌 Xatırladaq ki, aprelin 18-də İran Prezidenti Məsud Pezeşkian rəsmi olaraq Putini Tehrana səfərə dəvət etmişdi.

📆 Gözlər Kremldən gələcək dəqiq tarix açıqlamasındadır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡️Mayın 13-ü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM