Abituriyent Jurnalı
2.92K subscribers
905 photos
59 videos
401 links
Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı "Abituriyent" jurnalı redaksiyasının rəsmi Telegram kanalı
Download Telegram
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

Jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc edilib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq mümkündür.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini dərc edib.

“Abituriyent” jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim edilib.

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Dövlət İmtahan Mərkəzi yeni dərsliyə uyğunlaşdırılmış “Azərbaycan dili – 5” qiymətləndirmə tapşırıqları kitabını nəşr edib.

Kitabda təqdim olunan yoxlama vasitələri məktəbdaxili formativ və summativ qiymətləndirmələr üçün nəzərdə tutulub və bloklar şəklində verilib. Kitab 25 altstandartı əhatə edən hər birində 30 sual və tapşırığın olduğu 20 variantdan ibarətdir.

Nəşri www.abiturient.az saytından sifariş etmək və ya kitab mağazalarından almaq mümkündür.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
27 sentyabr əziz şəhidlərimizin anım günüdür. Qəhrəman şəhidlərimizi qürur və ehtiramla anırıq!
Dövlət İmtahan Mərkəzi orfoqrafiya-orfoepiya lüğəti nəşr edib.

Lüğətdə Azərbaycan dilinə aid sözlərin düzgün yazılışı, tələffüz forması, qrammatik mövqeyi, bir sıra hallarda isə leksik mənası göstərilib. Lüğətdə 5000-dən çox söz təqdim edilib.

Lüğət məktəb şagirdləri, abituriyentlər, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün vəsait kimi nəzərdə tutulub.

Nəşri www.abiturient.az saytından sifariş etmək və ya kitab mağazalarından almaq mümkündür.
Dəyərli müəllimlər, hər birinizi peşə bayramınız münasibətilə təbrik edirik!
Dövlət İmtahan Mərkəzi "İnformatika" vəsaitinin təkmilləşdirilmiş üçüncü nəşrini təqdim edib.

Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş “İnformatika” vəsaiti qəbul proqramına daxil edilmiş bütün mövzuları əhatə edir.

Vəsaitdə nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda yekunlaşdırıcı tapşırıqlar verilib.

Vəsaiti www.abiturient.az saytından sifariş etmək və ya kitab mağazalarından əldə etmək mümkündür.
10 oktyabr görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günüdür.

Xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb.
11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar Günü elan edilib.

Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.

Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində malik olmalıdırlar.
14 oktyabr Azərbaycanın görkəmli şairi, tərcüməçi, publisist Məmməd Arazın doğum günüdür.

Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Görkəmli şairin sənət dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri bədii yaradıcılığın nüvəsində dayanır. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir.
Dövlət İmtahan Mərkəzi yeni dərsliyə uyğunlaşdırılmış “Kimya – 7” qiymətləndirmə tapşırıqları kitabını nəşr edib.

Kitab 7 tədris vahidi üzrə 10 tapşırıqdan ibarət olmaqla 18 blokdan (variantdan), həmçinin yarımillik qiymətləndirmədə istifadə edilə bilən hər biri 20 tapşırıqdan ibarət olmaqla 2 blokdan, ümumilikdə 20 blokdan ibarətdir. Tapşırıqlar ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradır.

Nəşri www.abiturient.az saytından sifariş etmək və ya kitab mağazalarından almaq mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2021-ci il Qərarına əsasən, hər il 18 oktyabr Azərbaycan Respublikasında Müstəqilliyin Bərpası Günü kimi qeyd edilir.