Tuncer Ali
208 subscribers
331 photos
28 videos
11 links
söz əmrdi, əmr qanun.
Download Telegram
Tuncer Ali
@Tunceralibr – Tuncer Ali- Cənnətə Məktub
#Cənnətə_Məktəb
@Tunceralibr

Bu qədər ölümə hənsı Tanrı cavab verə bilər
Bir gecəlik qayıt gəl və bir də toxun qələmimə
26 dekabr adını həkk eylədi barmaqlara,
Cənnətdəki alma bağında bağlıyam qandallara.
İnkar etmə, ən çətin ölümlə görüşdüy,
Səs telində həbs olan adım xəyalı bölüşdü,
Gecəm mürəkkəb qarası, günəş fərəh vermir,
Sənsizliyi azbərlədiyim birinci ildi.
Günah diyarında əsdi əllərim irəlilədim,
Ölümlə göz gözə gəldiyim ən öldürdü pəriləri,
Yollarında qan, yalvarırdım gedmə qal,
Kimsəsizliyin ortasında sirdaşdı hər dəli.
Dörd tərəfdə mənzərən, iki otaqda zəlzələ,
Alovlandı ibadətim sovrulurdu pərdələr,
Bir an dünya dayandı, dəlixanam və qaranlıq,
Yazdığım hər cümlə bu gecə son palatada yandı.
Mən düşəndə əllərini uzatmamışdı Tanrı,
Nifrətimlə öldürdüyüm hər gecə tək qaldım,
Düşündüyümü göstərirdi bir an doldu gözlərim,
Müqəddəs kitabda ölümə tərk edirdi sözləri.
Bir il keçdi, sənsizliyə boğuldum,
Səhifələr dolurdu yazdığım bu mahnı mahnı sonumdu,
Bir il keçdi,
Anlamırdı heç kim, İndi gečdi.
Cəsarətimə cənazələrin əsarətini bağladı,
Günahlarım yaddaşımın susduğu o diyardadı,
Yaxşı Tanrım anladım, yorğundu ayaqlarım,
Məni öldürməmiş ədalət deyil onu almağın.
İnanclarımı aldın apardın həbs oldum əllərə,
İnan ki mənə sənsiz çox çətin gəlir irəliləməy,
Sənə əmanət orda qızım, yarım qaldı xəyallar
Dərdə bərabərdi gülmədiyin diyarda yanmaq.
Bilirsən, bəzən səsin yadımdan çıxır,
Göz qaralır beynimdəki sonsuzluq sancısı,
Açıq qapılar arxasında bağlı uşaqlığım var,
Ürəyim oyuncaq deyil ki yerə düşəndə qırılmaz.
Ağrılarım qədər sərxoşam ged bunu görmə sən,
Yarım xəyallarla gecikmişəm sənlə ölməyə,
Tam bir ildi topraqsan, inan yoxdu taqətim,
Allah səni aldığı gün ləkələndi sədaqətim.
İnsanlığımı axtarma, qədəhlərdə süzüldü,
Sən vardın, gülümsəyib dərdlərimizə dözürdük,
İndi xitablarım kirli, bir yol göstər mənə,
Qaranlığımı gör mən hazıram səninlə gəlməyə.
Əlimi tut, Uzaq diyarlarda bir nəfəs yarad,
Divarlarım təmiz bu gecə onu da kirlədər yaram,
Saniyələri say gülümsə qaldı illər arxada,
Mən bu cahana sığmadım, İblisim də ağlamaz.
Peyğəmbərə qurban verilən şeytanı gördüm,
Mələk zirvəsində ikən ayaqyalın sürgün,
Yetim damğasıyla şeirlər dumanla getdi,
Anlamırdı heçkim, indi gecdi..
Ən sevdiyin musiqiylə yazdığım məktubu dinlə,
..düşün ki yanındayam bir də..
Bu dərdi unutmağıma kifayət deyil illər,
Gedəcək gələnlər demişdim, İnan gedirlər.
Sənə gedməy yaraşmadı, mən də bunla barışmadım,
Yazdığım hər cümlə gecələrimdə axtarışdadı,
Aramızdakı məsafələr Vətənimə belə sığmadı,
Son xatirəm olsun dəli şairin asılmağı..

@Tunceralibr
AZAD QALIN!
Başta Afrin'de savaşan yiğit askerlerimiz olmakla Türk Silahlı Kuvvetlerine, Şehit ailelerine, asker yolu bekleyenlere, kalbi şanlı ordumuzla atanlara, yüce Türk milletine armağanımızdır...
Tuncer Ali
Photo
demişdim; "Lazım olsa yaransın İkinci Qanlı Yanvar!" deyə. həsrətindəyəm. qanımız axsın!
axsın ki Qarabağ'dan salam gəlsin. axsın ki Təbriz'in gözyaşlarından öpək. axsın ki Vətən bir olsun,
istəməyəni kor qoyaq! qanım axsın ki bayrağım qızıla boyananda fəxrlə baxsın Xəzər'ə.
Vətən də biz,
Vətənə yar olan da biz. ey sevgili yâr.. hasrətindəyəm.
bizimçün olsun! bir gün, o meydanlarda..
Mərhəmət dən heçkəs danışmasın,
Dünya Qarabağı görmürdü..
Tuncer Ali
Photo
dünyanın dörd bir yanında!
9 yaşında uşaqlığına vida edən, babası yaşında "adam"larla evləndirilən, ilk gecə yataq otağında cəsədi çıxarılan, əvvəl diri-diri basdırılıb sonra qaranlığa həbs edilən, azadlığı əlindən alınan, körpəsini doyurmaq üçün bədənini satmağa məcbur qalan, bir ömür gözündəki qorxu, üzündəki yara ilə yaşamalı olan, yaşadığı hər an ölümdən betər olduğu halda" nə deyərlər" düşüncəsiylə ölümdən belə qorxan, satılan, alınan, təcavüzün haqqlı olduğu dünyada günahın tək sahibi olan, hər zaman sübhə və qorxu altında qalmağa məhkum, və heç vaxt dəyərini görməyəcəyiniz, artıq cinayət xəbərlərinə qəzetələrdə bir neçə qısa cümlə ayırmaqla kifayətləndiyimiz qadınların da 8 martı qutlu olsun...
e*məni gülləsi ilə öldürülən Zəhralarımız,
təcavüz edilib öldürülən Özgecanlarımız, 22 yaşında xəyalları terrora qurban edilən Aybüke öğretmenlerimiz varkən, nə qədər qutlu ola bilərsə yəni..