Musavat.com
13.1K subscribers
50.9K photos
20.1K videos
7 files
41K links
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Xankəndinin mərkəzi, indki an
❗️Türkiyənin XİN rəhbəri İranın yeni prezidentinin andiçməsində iştirak etmək üçün sabah Tehrana səfər edəcək.
🇺🇸🇦🇿🇦🇲 ABŞ Dövlət Departamenti son erməni-amerikan təlimləri və Azərbaycanla münasibətləri şərh edib.

🔴 ABŞ-ın Ermənistanla uzunmüddətli tərəfdaşlığı var, buna misal olaraq ABŞ Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Kanzas Milli Qvardiyası ilə uzunmüddətli əməkdaşlıq edir.

🔴 Birləşmiş Ştatların Azərbaycanla ayrı-ayrı müdafiə və təhlükəsizlik əlaqələri var, o cümlədən Gürcüstanda bu yaxınlarda keçirilən Çevik Ruh, NATO-nun Sülh Naminə Tərəfdaşlığı və ABŞ Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramı kimi bir sıra digər ikitərəfli formatlar kimi çoxmillətli təlimlərdə əməkdaşlıq.

🔴 Ermənistan və Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində mühüm irəliləyiş əldə etməkdə davam edir və biz bu prosesi dəstəkləməyə sadiqik. İndi sülh vaxtıdır!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️İsrailin Livanla sərhəd ərazilərə hərbi texnika daşıdığına dair görüntülər paylaşılıb.

Beynəlxalq KİV yazır ki, ən geci 48 saat ərzində İsrail Hizbullaha müharibə elan edəcək.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Türkiyə yeni raketləri orduya təhvil verdi
🇬🇪❗️Gürcüstan müxalifəti "Xarici təsir" qanununun ləğvi üçün məhkəməyə müraciət edib

Qeyd olunur ki, sənəd Gürcüstanın Avro-Atlantik inteqrasiyasına ciddi əngəl yaratdığı üçün onun qüvvəsi dərhal dayandırılmalıdır.
🔴Livan,Əl Manar:

İsrail artilleriyası Livanın cənubundakı Meys əl-Cəbəl şəhərinin kənarlarını hədəfə alıb.
❗️Paris-2024: Azərbaycanlı cüdoçu Hidayət Heydərov (52 kq) 1/8 finalda Tohar Bitbul (İsrail) ilə görüşdə qələbə qazandı və 1/4 finala yüksəldi.
❗️Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib
Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.
SON DƏQİQƏ❗️❗️❗️

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Qəhrəmanov Ərşad Maarif oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. ALLAH hərbçimizə rəhmət eləsin.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı
❗️Qarabağ Universitetinə prorektorlar təyin olunub

Əmrə əsasən, Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunub.
Azərbaycanda sənədsiz evlərlə bağlı QƏRAR❗️

Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub.


Bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib.

Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var: "Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq".
TƏCİLİ❗️❗️❗️

Kəlbəcərdə əsgər özünü ÖLDÜRDÜ, səbəb…

Ana Xəbər”də🔻

https://www.youtube.com/watch?v=tXAhENO_orw