Musavat.com
12.4K subscribers
47.6K photos
17.2K videos
7 files
39.7K links
Download Telegram
Tokayev Rusiyadakı terrora görə Qazaxıstan Təhlükəsizlik Şurasının iclasını keçirib və bir sıra tapşırıqlar verib
🇹🇷Ərdoğan: “Terrorun qanlı, xain üzünü çox yaxşı bilən bir ölkə olaraq, Rusiya xalqının ağrısını paylaşırıq”
❗️ Azərbaycanın Rusiyadakı səfirliyi terror aktı zamanı ölən azərbaycanlı haqqında məlumatları araşdırır
Putin: Rusiya digər ölkələrlə terrorizmə qarşı güclərini birləşdirməyə hazırdır.
Tovuz rayonunun Alakol kəndində ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"VAZ" markalı avtomobil Tovuz şəhər - Alakol kəndi xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobusla toqquşub.
Hadisə nəticəsində, 1999-cu il təvəllüdlü Süleymanov Arzu Vəli oğlu, 1994-cü il təvəllüdlü Abdıyev Azər İlqar oğlu, 2004-cü il təvəllüdlü Şahbazov Raul Elnur oğlu, 1956-cı il təvəllüdlü Bayramov Cahan Abbas oğlu, 1983-cü il təvəllüdlü Yusifli Adilə Məhəmməd qızı və 2005-ci il təvəllüdlü Yusifli Nazipəri Qabil qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.
"Məntiq” bizə belə başa salır ki, əgər sən ballistik raketi atıb 500 kilometr aralıdakı körpələri öldürsən, bu terror sayılmır, yaxından, bir-iki metrdən adamı tüfənglə vurub öldürsən terror sayılır.

https://musavat.com/mobile/news/terror-mesafesi_1055234.html
Rusiya XİN: Terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək

Moskva vilayətindəki "Crocus City Hall"da baş verən terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya terrorizmlə mübarizəyə yönəlmiş bütün səyləri dəstəkləyir: “Rusiya faciəyə biganə qalmayan hər kəsə minnətdardır”.
Media is too big
VIEW IN TELEGRAM
⚠️Bayraktar TB3 2-ci prototipi ilk uçuş testini uğurla başa vurdu.
🇺🇸🇷🇺 ABŞ indi də Moskva hücumlarını həyata keçirən İŞİD terrorçularını idarə edənləri və onları maliyyələşdirənləri tapmaqda kömək etmək üçün Rusiya rəsmilərinə müraciət edib.

- KİV
Sabah Ramazan ayının on dördüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:11-də, iftar vaxtı isə 19:11-dədir.

İmsak duası:

“Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin!”

Tərcüməsi:

“İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: 

“İlahi, Sənin üçün oruc tutdum və sənin ruzinlə iftar edib, yalnız sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan vətəndaşları Bakıda Rusiya səfirliyinin qarşısında terror qurbanlarını yad edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Crocus City Hall”da yalın əllə terrorçunu zərərsizləşdirən şəxs danışdı

O qeyd edib ki, hadisə vaxtı “Crocus City Hall”da həyat yoldaşı ilə birgə olub.

“Mən həyat yoldaşıma baxdım və onun gözlərindəki dəhşəti gördüm. Başa düşdüm ki, nəsə etməliyəm. Bu zaman bizim olduğumuz yerə yaxınlaşan terrorçu silahını yenidən doldurmağa başladı”, - deyə hadisənin şahidi bildirib.

O qeyd edib ki, düşünməyə bir neçə saniyəsi olub.

“Həyat yoldaşımı itələdim və ona tərəf yaxınlaşdım, əlimlə avtomatı tutub aşağı çəkdim və sağ əlimlə onun başına vurmağa başladım. O, aşağı enməyə başladı. Sol əlimlə onun boynundan tutdum, eyni zamanda vurmağa davam etdim. Və bu anda başqa bir iri bədənli kişi mənə tərəf qaçdı və o da terrorçuya güclü zərbə endirdi. Və biz onu nokaut etdik”, - deyə terrorçunu zərəsizləşdirən şəxs vurğulayıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴Rusiya mətbuatı terrorda şübhəli bilinən yaralı 19 yaşlı Fayzov Məhəmmədsobirlə reanimasiyada müsahibənin videosunu dərc edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👍 Yeniyetmə oğlan Moskvadakı terror zamanı 100-dən çox insanı xilas edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Krokus” hücumu: terrorçu ermənicə söyürmüş
ŞOK YENİLİK: “Krokus” hücumunda terrorçu ermənicə söyürmüş ‼️

detallar “Ana Xəbər”də📺

https://www.youtube.com/watch?v=53rfOhxOJrg
Media is too big
VIEW IN TELEGRAM
📢 “Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına münasibət bildirib:

⚫️ “Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb”.

O qeyd edib ki, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar.
"Crocus City Hall" konsert zalında baş vermiş terror aktı zamanı “Miss Tver 2001” gözəllik müsabiqəsinin qalibi Yekaterina Novoselova həlak olub

"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı yazıb.

Novoselovanın adı Moskva vilayətinin Səhiyyə Nazirliyinin dərc etdiyi ilkin rəsmi siyahıda yer alıb.
Ukrayna-Rusiya müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🇷🇺 Ukrayna Prezidenti Zelenski baş verən terror aktını şərh edib.

“Dünən bütün bunlar baş verdi və namərd Putin Rusiya vətəndaşları ilə məşğul olmaq, onlara müraciət etmək əvəzinə bir gün susdu - Ukraynanı buna necə cəlb etmək barədə fikirləşdi”.
Media is too big
VIEW IN TELEGRAM
"Krokus"da və daha sonra baş verənlər qrafik təsvirlə