Ən Gözəl Dualar😍🤲🏻
19.7K subscribers
389 photos
96 videos
6 files
213 links
🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı
Download Telegram
📌ŞƏNBƏ GÜNÜN ƏMƏLLƏRİ


🌼Bu günün zikrləri.

📿Ya Rabbəl-aləmin (100 dəfə).
- یا رَبَّ الْعالَمین

📿Ya Həyyu Ya Qayyum (1000 dəfə).

- یا حی یا قیوم

📿Ya Ğaniyyu (1060 dəfə).
(Ehytiyacsız olmaq üçün)
- يا غني


⚜️Şənbə gününün duası

Pənah aparanların sözü və danışığı olan Allahın adı ilə! Sitəmkarların zülmündən, həsəd aparanların pis fikrindən, zalımların düşmənçiliyindən uca Allah pənah aparır və sitayiş edənlərin sitayişindən üstün bir sitayişlə Ona sitayiş edirəm. Allahım, Sənsən şəriksiz yeganə, ehtiyacsız padşah (ki, bu padşahlığı bir başqası verməmiş), Sənin fərmanın qarşısında ziddiyyət olmaz, hakimiyyətində keşməkeş baş verməz, Səndən istəyirəm salam yetirəsən bəndən və rəsulun Məhəmmədə! Mənə nemətlərin müqabilində şükür yolunu elə öyrədəsən ki, məni Sənin son həddə razılığına çatdırsın, Sənə itaətdə, ibadətinə ardıcıllıqda, lütfünlə mükafatına çatmaqda mənə kömək göstərəsən, həyatda ikən günahdan uzaqlığı mərhəmət edəsən, dünya həyatında saxladığın müddətdə xeyrimə olacaq işlərdə müvəffəq edəsən; öz kitabın (Qurani-Kərim) vasitəsilə köksümü genişləndirəsən, onu oxumaqla günahlarımı yuyasan, mənə dinim və canımda sağlamlıq əta edəsən, həmdəmlərimi mənə qorxulu etmə və qalan ömrümdə mənə ehsanını sona çatdır, necə ki, keçmişdə ehsan etmisən; ey mehribanların mehribanı!

⚜️Şənbə gününün namazı


Seyid ibni Tavus İmam Həsən Əskərinin (ə) belə buyurduğunu nəql etmişdir: “Öz ata-babalarımın kitabından oxudum ki, hər kəs şənbə günü dörd rükət namaz qılıb, onun hər rükətində “Həmd”, “İxlas” surələrini və “Ayətül-kürsü”nü oxusa, Allah taala onu peyğəmbərlər, övliyalar, şəhidlər və əməli salehlər cərgəsində qərar verər.”


Qeyd!
Bütün müstəhəb namazlar iki rükət iki rükət qılınır!


OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
İmam Sadiq ( ə) buyurub:

"لاحول و لاقوة الا بالله"

"Lə həvlə və lə quvvə illə billəh"
zikri yetmiş növ bəlanı uzaqlaşdırır. Onun ən azı qəm və pərişançılıqdır.

📚Məfatihul-cinan.


OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
📌BAZAR GÜNÜN ƏMƏLLƏRİ

☀️Bu günün zikrləri.


📿 Ya zəl-cəlali vəl-ikram  (100 dəfə).


Menasi (Ezəmət, ucalıq və səxavət sahibi deməkdir.)

- یا ذَالْجَلالِ وَالْاِكْرام

📿 İyyəkə nə'budu və iyyəkə nəstəin (1000 dəfə).

Menasi (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik)

- ایاک نعبد و ایاک نستعین

📿  əl-Axir (100 defe)

Menasi (nəhayəti olmayan son.)

-الآخر

    🌸 Məni zikr etməkdə zəiflik göstərməyin.(Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər) 🌸

       (Taha süresi 42)


BAZAR GUNUN DUASİ

Bağışlayan və Mehriban Allahın adı ilə🤲🏻

Yalnız fəzlinə ümid etdiyim, yalnız ədalətindən qorxduğum, bir Onun dediyinə etimad göstərdiyim, bir Onun (ixlas və bəndəçilik) ipinə sarıldığım Allahın adı ilə! Ey əfv və razılıq sahibi, Sənə sığınıram (insanlar tərəfindən) sitəm və düşmənçilikdən, dövrün keşməkeşlərindən, ard-arda düzülən qəmlərdən, gecənin acı hadisələrindən, hazırlaşmamış və azuqə toplamamış ömrün başa çatmasından; mənim xeyir və islahımla bağlı göstərişi yalnız Səndən istəyirəm; kama çatmağa yaxınlaşmaq üçün Səndən yardım diləyirəm; tam sağlamlıq libası geyinmək və daimi sağlamlıq üçün Sənə ümid edirəm. Ey Rəbbim, sığınıram Sənə şeytanların vəsvəsələrindən; Sənin səltənətin vasitəsilə soltanların zülmündən qorunmaq sorağındayam. (Ey Rəbbim) namaz və orucumu qəbul et; sabahımı və ondan sonranı bu saat və bu günümdən üstün et; məni qohum-əqrəba arasında əziz buyur; məni oyaq olduğum və yatdığım vaxt qoru; Sən Allah olaraq ən yaxşı qoruyansan; Sən mehribanların mehribanısan. Allahım, bu gün və başqa bu günlər (bazar günləri) şirk və dinsizlikdən Sənə doğru qaçıram; duamı xalis edirəm ki, qəbul olunsun. Sənə itaətdə davamlıyam; ən üstün yaratdığın, haqqa doğru çağıran Məhəmmədə (səlləllahu ələyhi və alihi və səlləm) salam yetir. Məni tükənməyən izzətinlə əziz et; yuxu bilməyən nəzərinlə qoru; xalqdan çəkindirib özünə yönəltməklə işimi sona çatdır; ömrümü bağışlanmaqla sona yetir ki, Sənsən bağışlayan və mehriban!!!!

📚Məfatihul Cinan

Həftənin bazar günün namazı 🌷

Yenə İmam Həsən Əskəridən (ə) nəql olunmuşdur ki, hər kəs bazar günündə dörd rükət namaz qılıb, onun hər rükətində “Həmd” və “Mulk” surələrini oxusa, Allah taala onu cənnətin istədiyi yerində qərar verər.


müstəhəb namazlar iki rəkət iki rəkət qılınır həmçinində bu namaz

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
📌 İslam təqvimi - İyul ayı

🌹Qədir-Xum bayramına çox az qaldı 😊.
Bazar Ertəsinin Duası

Bağışlayan VƏ Mehriban Allahın Adı İlə🤲🏻


Həmd-səna göyləri və yeri yaradanda kimsəni şahid göstərməmiş, canlıları xəlq edəndə özünə köməkçi tutmamış Allaha məxsusdur; məbudluğunda şəriki yoxdur, birliyində kömək göstərilməz, Onun vəsfində dillər laldır, Onun zatını tanımaqda ağıllar acizdir, günahkarlar Onun heybəti qarşısında əyilmiş, çöhrələr Onun qorxusundan şaşırmış, bütün böyüklüklər Onun əzəməti önündə ram olmuşdur. Beləcə, davamlı, möhkəm həmd-sənalar Sənə məxsusdur (ya Rəbb)! Sənin əbədi və davamlı salamın olsun Peyğəmbərinə! Allahım, bu günümün başlanğıcını xeyir, ortasını qurtuluş və sonunu kama çatmaq qərar ver! Başlanğıcı qorxu, ortası taqətsizlik və sonu ağrı olan gündən Sənə sığınıram. Allahım, öhdəmə götürdüyüm, amma yerinə yetirmədiyim hər nəzirə, hər vədə, hər əhd-peymana, bəndələrinin haqlarına görə Səndən bağışlanma diləyirəm, bəndə və kənizlərindən öhdəmdə haqqı olan və canına, şəxsiyyətinə, malına, ailə-övladına zülm-sitəm qıldığım, qeybətini etdiyim, azğın nəfsə, riya və təəssübə görə yükünü ağırlaşdırdığım, haqqını qaytara bilmədiyim, halallıq ala bilmədiklərimin hər biri uzaqda ola, ya yaxında, sağ ola, ya ölmüş – ey diləklər sahibi, Sənin istəyinlə arzular yerinə yetər! Salam yetir Məhəmməd və onun Əhli-beytinə! Onu istədiyin şəkildə məndən razı sal və mənə mərhəmət əta et ki, bağışlamaq Səndən əskiltməz, əfv Sənə zərər vurmaz, ey mehribanların mehribanı! Ya Rəbb, hər bazar ertəsi mənə iki nemət əta et: günün əvvəlində əmrlərinə itaət vasitəsilə xoşbəxtlik və günün sonunda bağışlanma və əfv, ey yeganə məbud! Ondan savayı günahları bağışlayacaq kəs yoxdur!

📚Məfatihul Cinan

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
Bazar Ertəsi Gününün Namazı

İmam Həsən Əsgəridən (ə) nəql olunmuşdur ki, “Bazar ertəsi” 10 rəkət namaz qılıb,onun hər rəkətində “Həmd” surəsini və 10 dəfə “İxlas” surəsini oxuyan şəxsə Allah-Təala qiyamət günü elə bir nur verər ki,muqəfi işıqlandırar və o gündə məxluqların hamısı ona qibtə edər.


OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
MÜŞKÜLLƏR VƏ HACƏTLƏR ÜÇÜN ZİKRLƏR😍🤲🏻

Salavat 100 dəfə.

Bikə ya Allah 100 dəfə.

Ya Allah 100, ya Rəbbi 100 ya Ərhəmərrahimin 100 dəfə.

Ya Həyyum ya Qəyyum 100, ya Hənnan ya Mənnan 100 dəfə.

Allahın ismi əzəm adları: Fərdun,Həyyun,Qəyyumun, Həkəmun, Ədlun, Quddus 100 dəfə.

Əstəğfirullahə rabbi və ətubiləyh 70 və Əstəğfirullah 100 dəfə.

Bismillahir Rəhmanir Rəhim 100 dəfə.

Lə həvlə və la qüvvətə illa billahil əliyyul əzim 100 dəfə.

Sübhanallahi vəlhəmdulillahi və la ilahə iləllahu Vallahu Əkbər dəfə.

Ya ğiyasəl mustəğisun 100, Ya Qaziyəl-Hacət 100 dəfə.

Xanım Fatimeyi Zəhranın zikri 7 dəfə.

Əmməy yucibul muzdərra iza dəahu və yəkşifus suu 120 dəfə.

Lə ilahə illa əntə subhanəkə inni kunti minnəz zalimin 100 dəfə.

Həsbiyyəllahu lə ilahə illallahu aleyhi təvəkkəltu və huvəl Rəbbul ərşil əzim 100 dəfə.

Həsbinəllahu və niməl vəkil 100 dəfə.

MaşaAllah 100 , Həsbiyyəllah 100 , Təvəkkəltu Ələllah 100 dəfə.

Allahu Əkbər 100, Əlhəmdulillah 100, SubhənAllah 100, La ilahə illəllah 100 dəfə.

MaşaAllah la qüvvətə illah billah 100 dəfə.

Lə ilahə illəllahu malikul həqqul mubin 100 dəfə.

Ya Əllahu, Ya Rəbbahu,Ya Səyyidah 100 dəfə.

Və huvəl qaviyyul əziiiiiiz 100 dəfə.

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
Allahım!
Mənliyimin yandırdığı atəşdə yandırma məni!
Məni nəfsimə qul etmə, qul et nəfsimi Sənə!
Bir anlıq da olsa məni mənlə tək qoyma!
Sən mənə yetərsən, yetməm mən mənə.
Bilmədiyimi bildir, görmədiyimi göstər!
Sən bildirməsən, bilmərəm, görmərəm göstərməsən.
Könlümə huzur, gözlərimə nur, dizimə taqət ver!
Sən “Ol!” deyərkən olar, olmaz "Ol!” deməsən.
Canana can, cana canan, qəlbə fərman ver!
Budur əllərim, uzatdım Sənə!
Sən mənə yetərsən, yetməm mən mənə! ♥️

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
Ayətul-Kursi


Bismilləhir rahmənir rahim.


Əllahu lə iləhə illə huvəl həyyul qayyumu lə tə'xuzuhu sinətun vələ nəvmun ləhu mə fis səməvəti vəmə fil ərzi mən zəlləzi yəşfəu indəhu illə bi iznihi yə'ləmu mə bəynə əydihim vəmə xalfəhum vələ yuhitunə bişəy in min ilmihi illə bimə şəə vəsiə kursiyyuhus səməvəti vəl ərza vələ yəuduhu hifzuhumə və huvəl əliyyul əzim.

Lə ikrahə fid dini qad təbəyyənər ruşdu minəl ğayyi fəməy yəkfur bit tağuti və yu'mim billəhi fəqadis təmsəkə bil urvətil vusqa lən fisamə ləhə vallahu səmiun əlim.

Əllahu vəliyyul ləzinə əmənu yuxricuhum minəz zuluməti ilən nuri vəlləzinə kəfəru əvliyəuhumut tağutu yuxricunəhum minən nuri iləz zuluməti uləikə əshəbun nəri hum fihə xalidun.
Çərşənbə gününün duası

Rəhman və Rəhim Allahın adı ilә🤲🏻

Hәmd vә sәna yalnız o Allaha mәxsusdur ki, gecәni örtük, yuxunu sakitlik, gündüzü isə iş vә fәaliyyәt üçün qәrar verdi.
İlahi! Sәnә hәmd edirәm ki, mәni qәbrimdәn (yatağımdan) dirildib, qaldırdın vә әgәr istәsәydin, bu (müvәqqәti ölümü) әbәdi (ölüm) qәrar verәrdin.
Sәnә daimi vә mәxluqatın hesablaya bilmәyәcәyi qәdәr hәmd ilә hәmd edirәm. Pәrvәrdigara! Sәnә hәmd edirәm, ona görә ki, mәni xәlq edib, xilqәtimi orta vəziyyətdə qәrar verdin, işlәrimi tәqdir edib, (hacәtlәrimi) rәva qıldın, mәni öldürdükdən sonra diriltdin, xәstәlәndirib sağaltdın vә sağlamlıq bәxş etdin. İmtahan edib ne'mәt әta etdin, әrşә hakim kәsilib mülkünü hәr tәrәfdәn әhatә etdin.
Pәrvәrdigara! Mәn Sәni vasitәlәri zәif olan, çarәlәri kәsilәn, әcәli yaxınlaşan, dünyada arzuları yaxınlaşan, Sәnin rәhmәtinә ehtiyacı çoxalan, öz süstlüyünə hәsrәti vә hәlakәti çoxalan vә Sәnin dәrgahına tövbәsi xalis olan bir bәndәn kimi çağırıram.
Pәrvәrdigara! Peyğəmbərlәrin sonuncusu olan Həzrət Məhәmmәd vә onun pak Əhli-beytinә salavat göndәr vә o Hәzrәtin şәfaәtini mәnә nәsib et! Onunla (cәnnәtdә) hәmsöhbәt olmaqdan mәni mәhrum etmә! Hәqiqәtәn, Sәn rәhm edәnlәrin rәhm edәnisәn.
Pәrvәrdigara! (Hәftәnin) bu günündә mәnә dörd şey әta et: Qüvvәmi Sәnә itaәt etmәkdә, sevincimi Sәnә ibadәt etmәkdә, rәğbәtimi Sәnin verәcәyin savabda, zahidliyimi isә Sәnin tәrәfindәn dәrdli әzaba sәbәb olan şeylәrdәn uzaq olmaqda qәrar ver! Hәqiqәtәn Sәn, istәdiyin şeylәrә qarşı lütf sahibisәn.

📚Məfatihul Cinan

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
🏴 Zilqədə ayının son günü İmam Muhəmməd Cəvad (ə)-ın şəhadət günüdür.

Bu gecə məğrib namazından sora şəhadət daxil olur sabah şəhadət günüdü başda Ağam olmaqla hər birinizə təsliyyət erz edirik

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
Dua zamanı🤲🏻🌸🤲🏻

Səni çağırdım – cavab verdin; Səndən istədim – əta etdin; Sənə üz tutdum – rəhm etdin; Sənə güvəndim – xilas etdin; Sənə tərəf qaçdım – ağuşuna aldın! İlahi, bəndən və peyğəmbərin olan Məhəmmədin (s) və onun pak və xeyirli Əhli-Beytinin (ə) məqamını ucalt! Bizə verdiyin nemətləri kəsmə, yeni nemətlərlə bizi sevindir, bizi şükr edənlərdən və yaxşılıqlarını unutmayanlardan qərar ver! Amin! Amin! Ya Rəbbəl-aləmin! Ey mənim Allahım! Hökm etdin və qüdrətin üzə çıxdı, təqdir etdin və istədiyin oldu! Sənə günah etdilər - gizlətdin, Səndən əfv dilədilər – bağışladın! Ey arzu-istəklərin nəhayəti! Ey son ümid yeri! Ey hər şeyi bilən! Ey xəcalət çəkənləri nəvazişlə ağuşuna alan! İlahi, bu gecə Sənə üz tutmuşuq.
🍃🤲🏻🌸

İmam Hüseyn ə.s ərəfə duasından


OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
ÇOX GÖZƏL BİR DUA TƏQDİM EDİRİK😍🤲🏻

💫(ƏHD DUASI)


İmam Cəfər Sadiq (ə) dan nəql olunub ki, buyurur: «Hər kəs bu «Əhd duasını» qırx gün oxuyarsa, bizim Qaimimiz (Həzrəti Mehdi (ə)-ın) köməkçilərindən olar. O həzrətin zuhurundan qabaq vəfat edərsə, Allah taala onu həzrət Mehdi (ə)-ın xidmətində olmaq üçün qəbirdən xaric edər. Həmçinin Allah taala bu duanın hər bir kəlməsi müqabilində ona min savab kəramət edib, onun min günahını bağışlayar».


Oxunuşu:

Bismillahir-rəhmanir-rəhim.

Əllahummə Rəbbən-nuril-əzim, və Rəbbəl-kursiyyir-rəfi, və Rəbbəl-bəhril-məscur, və munzilət-tovrati vəl-incili vəz-zəbur, və Rəbbəz-zilli vəl-hərur, və munziləl-Quranil-əzim, və Rəbbəl-məlaikətil-muqərrəbin, vəl-ənbiyai vəl-mursəlin.

Allahummə inni əsəlukə bivəchikəl-kərim, və binuri vəchikəl-munir, və mulkikəl-qədim, ya Həyyu ya Qəyyum, əsəlukə bismikəl-ləzi əşrəqət bihis-səmavatu vəl-ərəzun, və bismikəl-ləzi yəsləhu bihil-əvvəlunə vəl-axirun, ya həyyən qəblə kulli həyy, və ya həyyən bədə kulli həyy, və ya həyyən hinə la həyy, ya muhyiyəl-movta və mumitəl-əhya, ya həyyu la ilahə illa ənt.

Allahummə bəlliğ movlanəl-imaməl-Hadiyəl-Məhdiyyəl-Qaimə bi əmrik, sələvatullahi ələyhi və əla abaihit-tahirin, ən cəmiil-mumininə vəl-muminat, fi məşariqil-ərzi və məğaribiha, səhliha və cəbəliha və bərriha və bəhriha və ənni və ən validəyyə minəs-sələvati zinətə ərşillah, və midadə kəlimatihi və ma əhsahu ilmuh, və əhatə bihi kitabuh.

Allahummə inni ucəddidu ləhu fi səbihəti yovmi haza və ma iştu min əyyami əhdən və əqdən və bəyətən ləhu fi unuqi, la əhulu ənha və la əzulu əbəda.

Allahumməcəlni min ənsarihi və əvanih, vəz-zabbinə ənhu vəl-musariinə iləyhi fi qəzai həvaicih, vəl-mumtəsilinə li əvamirih, vəl-muhaminə ənh, vəs-sabiqinə ila iradətih, vəl-mustəşhədinə bəynə yədəyh.

Allahummə in halə bəyni və bəynəhul-movtul-ləzi cəəltəhu əla ibadikə hətmən məqziyya, fəəxricni min qəbri mutəzirən kəfəni, şahirən səyfi, mucərridən qənati, muləbbiyən dəvətəd-dai fil-haziri vəl-badi.

Əllahummə ərinit-tələtər-rəşidətə vəl-ğurrətəl-həmidəh, vəkhul naziri bi nəzrətin minni iləyh, və əccil fərəcəhu və səhhil məxrəcəh, və ovsi mənhəcəhu vəsluk bi məhəccətəh, və ənfiz əmrəhu vəşdud əzrəh, vəmurillahummə bihi biladəkə və əhyi bihi ibadək, fə innəkə qultə və qovlukəl-həqq: "zəhərəl-fəsadu fil-bərri vəl-bəhri bima kəsəbət əydin-nas" fəəzhirillahummə ləna vəliyyəkə vəbnə binti Nəbiyyik, əl-musəmma bismi Rəsulikə hətta la yəzfərə bişəyin minəl-batili illa məzzəqəhu və yuhiqqəl-həqqə və yuhəqqiqəh, vəcəlhullahummə məfzəən liməzlumi ibadik, və nasirən limən la yəcidu ləhu nasirən ğəyrək, və mucəddidən lima uttilə min əhkami kitabik, və muşəyyidən lima vərədə min əlami dinikə və sunəni Nəbiyyik, səlləllahu ələyhi və alih, vəcəlhullahummə mimmən həssəntəhu min bəsil-mutədin.

Əllahummə və surrə Nəbiyyəkə Muhəmmədən səlləllahu ələyhi və alih, bi ruyətihi və mən təbiəhu əla dəvətih, vərhəmistikanətəna bədəh.

Əllahumməkşif hazihil-ğummətə ən hazihil-umməti bi huzurih, və əccil ləna zuhurəh, "innəhum yərovnəhu bəidən və nərahu qəriba", birəhmətikə ya ərhəmər-rahimin. (Sonra 3 dəfə əlini sağ buduna vurub hər dəfəsində bu sözləri de:) Əl-əcəl, əl-əcəl, ya movlayə, ya Sahibəz-zəman. Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman, Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəzzaman"


Tərcüməsi:

İlahi, ey əzəmətli nurun Rəbbi, ey uca kürsünün Rəbbi, ey təlatümlü dəryanın Rəbbi, ey Tövratı, Incili və Zəburu nazil edən, ey sərin kölgəliyin və yandırıcı küləyin Rəbbi, ey əzəmətli Quranı nazil edən, ey müqərrəb mələklərin, mürsəllərin və Peyğəmbərlərin Rəbbi!

İlahi, Səndən istəyir və Səni and verirəm Öz kəramətli vəchinə, Öz nurlu vəchinin nuruna, əzəli mülkünə (səltənətinə), ey Həyy, ey Qəyyum. Səni and verirəm o adına ki, asimanlar və yerlər onun səbəbi ilə işıqlanmışdıræ and verirəm o adına ki, onun səbəbi ilə əvvəldəkilər və axırdakılar islah olar.
OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
💢Zilhiccə ayının daxil olması və bu aydan mənəvi cəhətdən daha yaxşı istifadə etmək üçün ustad ayətullah Təhririnin tövsiyyələri :

Zilhiccə ayının ilk ongünlüyü haqqında həzrət Peyğəmbərdən (s) rəvayət vardır. Rəvayətə əsasən bu ongünlükdə edilən yaxşı iş və ibadət Allah dərgahında başqa aylardan daha sevimli və daha bəyəniləndir. Bu ongünlüyün xüsusi əməlləri vardır.

1 - Bu ongünlüyün bütün ömrün orucuna bərabər olan 9 gününü oruc tutmaq

2 - Məğrib və işa namazları arasındakı namazı qılmaq

3 - Gün ərzində oxunması müstəhəb olan duaları oxumaq

4 - Ongünlüyün hər günü təhlil demək

5 - Ərəfənin gecə və gündüzünün əməllərinə diqqət edib yerinə yetirmək və həmin günün zöhründən sonra ərəfə duasını oxumaq

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
🌹Nemətin Çoxalması Üçün🌹

Həzrəti Muhəmməd (s) buyurmuşdur: "Hər kəs öz evinin nemətlə dolu olduğunu istəyirsə aşağıda deyilən 6 zikri desin:

1) Hər işi başlayanda "Bismillahir-Rahmənir-Rahim" desin.

2) Halal yolla əlinə ruzi gələndə "Əlhəmdu lilləhi Rabbil-aləmin" desin.

3) Xəta edəndə
"Əstəğfirullahə Rabbi və ətubu iləyh" desin.

4) Qəm və qüssə baş verəndə
"Lə həvlə və lə quvvətə illə billəhil-Əliyyil-Əzim" desin.

5) Bir işi düşünəndə
"Mə şə-Əllahi kənə" desin.

6) Zülmdən uzaq olanda "Həsbunəllahu və niməl vəkil" desin.

📚Mənbə: Ariflərin sınanmış zikrləri, 2-ci hissə: Mənəvi yolların zikrləri

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻

🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
🌸Bismilləhir Rahmanir Rahim 🌸

QIRX AÇAR DUASI😍🤲🏻

Bismillahir-rəhmanir-rəhim
1.İnna fətəhna ləkə fəthən mubina.
2.Səlamun ələykum tibtum fadxuluha xalidinə.
3.Ləqəd caəkum rəsulun min ənfusikum əzizun ələyhi ma ənittum hərisun ələykum bil mu'mininə rəufun rəhim.
4.Rəbbəna ma xələqtə haza batilən subhanəkə fəqina əzabən nari.
5.Və tilkə huccətuna atəynaha ibrahimə əla qəvmihi nərfəu dərəcatin mən nəşau innə rəbbəkə həkimun əlimun.
6.Və qul caəl həqqu və zəhəqəl batilu innəl batilə kanə zəhuqa.
7.Və nunəzizlu minəl Qur'ani mam humə şifaun və rəhmətun lil mu'mininə və la yəziduz zaliminə illa xəsara.
8.Qulna ya huru kunu bərdən və səlamən əla ibrahimə .
9.Vəradu bihi kəyda.

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
🤲🏻
#Paylaşaq: @SubhanAllah_313
❤️ Peyğəmbərimiz ( Sallallahu Aleyhi VƏ Səlləm) Belə Dua Edərdi:

Allahım Sənə sığınıram...

1.Acizlikdən
2.Tənbəllikdən
3.Qorxaqlıqdan
4.Paxıllıqdan
5.Qocalıq dərdindən
6.Qəddarlıqdan
7.Qəflətə düşməkdən
8.Ailənin dolandırmağı bacarmamaqdan,Ailənin yükünün altında qalmaqdan,Qıtlıqdan
9.Zəlil duruma düşməkdən
10.Miskin olmaqdan( kasıbçılıqdan)
11.Fağırlıqdan( yoxsulluqdan)
12.Küfrə düşməkdən
13.Şərik qoşmaqdan
14.Fasiqliqdən (Allaha asi olan əməllərdən)
15.Ədavətdən
16.Nifaqdan
17.Adımın pis çıxmasından,pis tanınmaqdan
18.Riyakarlıqdan ( əməlləri insanlara göstərmək üçün etməkdən)
19.Karlıqdan
20.Lallıqdan
21.Divanəlikdən
22.Cüzam xəstəliyindən
23.Albinizimdən
24.Pis xəstəliklərdən
25.Borc altında qalmaqdan
26.İnsanların qəhrindən
27.Nemətinin dayanmasından,
28.Bəxş etdiyin salamatlığın dəyişməsindən
29.Qəfil intiqamından
30.Bütünlüklə qəzəbindən
31.Zalimlikdən və Məzlum duruma düşməkdən
32.Qıtlıqdan
33.Təslim olmayan qəlbdən
34.Eşidilməyən duadan
35.Acgöz nəfsdən
36.Faydasız elmdən
37.Pis gündən
38. Pis gecədən
39.Pis vaxtdan
40.Pis dostdan
41.axirətdəki pis qonşudan
42.ömrün ən rəzil [ixtiyar] çağlarına çatdırılmaqdan
43.dünya fitnəsindən
44. qəbr əzabından
45.Yüksəklikdən yıxılmaqdan,dağıntıdan, boğularaq və yanaraq ölməkdən
46. Ölüm ayağında olarkən şeytanın aldatmasından
47.Sənin yolunda döyüşərkən döyüş
meydanından qaçaraq ölməkdən
48. ilan və ya əqrəbin çalması nəticəsində ölməkdən
49.Aclıqdan Sənə sığınıram.Aclıq nə pis yoldaşdır
50. Xəyanətdən Sənə sığınıram. Xəyanət nə pis sirdaşdır.

OXUYAN GÖZLƏRİNİZ VAR OLSUN 🤲🏻
🤲🏻
#Paylaşaq: @SubhanAllah_313