Ən Gözəl Dualar😍🤲🏻
19.8K subscribers
389 photos
96 videos
6 files
213 links
🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı
Download Telegram
Ən Gözəl Dualar😍🤲🏻
Ardı⤵️ mən huvə bikulli şəyin xəbir, ya mən huvə bikulli şəyin bəsir, ya mursilər riyahi ya faliqəl isbah, ya baisəl ərvahi ya zəl cudi vəs səmah, ya mən biyə-dihi kullu miftah, ya samiə kulli səvtin ya sabiqə kullə fəvt, ya muhyiyə kulli nəfsin bədəl məvt…
Tərcüməsi:

İlahi, “Bismillahir-Rəhmanir-Rəhim” adının vasitəsilə Səndən istəyirəm. Ey calal və ehsan sahibi! Ey diri, ey əbədi! Ey Səndən başqa heç bir tanrı olmayan diri! Ey Özündən başqa, Onun kim, necə, harada və hansı tərəfdə olduğu heç kimə bəlli olmayan! Ey mülk (hakimiyyət) və mələkut sahibi! Ey izzət və iqtidar sahibi! Ey hökmdar, ey pak və eyiblərdən uzaq olan! Ey əmin-amanlıq verən, ey əmniyyət verən! Ey hər bir şeyə əhatəsi olan! Ey izzətli, ey qüdrətli, ey əzəmət sahibi! Ey yaradan, ey yoxdan xəlq edən, ey sima verən, ey mənfəət verən, ey nizama salan! Ey işlərində möhkəm, ey məxluqatı yaratmağa başlayan, ey məxluqatın dönüş yeri! Ey zalımları məhv edən, ey xeyirxahların dostu! Ey tərif olunan, ey pərəstiş edilən! Ey hər şeydən uzaq, ey hər şeydən yaxın! Ey qəbul edən, ey qoruyan, ey məxluqatın sayını bilən, ey hər şeyin xaliqi! Ey məqamı uca, ey əzəmətli, ey eşidən, ey agah, ey həlim, ey kəramətli, ey hikmətli, ey əzəli, ey uca, ey böyük, ey bəndələrə mehriban olan! Ey nemət bəxş edən, ey cəzalandıran, ey yardım edən! Ey şöhrətli, ey gözəl, ey vəkil, ey zamin! Ey xətaları bağışlayan, ey nemət verən! Ey böyük, ey yolgöstərən, ey başlanğıc, ey əvvəl, ey axır, ey zahir, ey batin, ey daimi, ey əbədi, ey xəbərdar! Ey hakim, ey qazı, ey adil! Ey ayıran, ey qovuşduran! Ey pak, ey paklayan! Ey qadir, ey qüdrətli, ey əzəmətli, ey əzəmətini aşkar edən! Ey yeganə olan, ey tək olan! Ey ehtiyacsız, ey doğmayan və doğulmayan, ey tayı-bərabəri, zövcə və yardımçısı olmayan! Ey məsləhətçi və hamiyə ehtiyacı olmayan! Ey onunla birgə digər bir məbudun olmadığı! Səndən başqa heç bir məbud yoxdur. Sən zalımların dediklərindən daha uca və böyüksən! Ey məqamı uca olan, ey (bağlı qapıları) açan, ey əta edən! Ey sevinc bəxş edən, ey asudəlik yaradan! Ey yardım edən, ey məzlumlara kömək edən, ey bəndələri dərk edən (onların fəryadına yetən)! Ey həlak edən, ey intiqam alan, ey səbəb olan, ey varis, ey tələb edən, ey qalib gələn! Ey kimsənin Ondan (hökmündən) yaxa qurtara bilmədiyi! Ey tövbələri qəbul edən, ey bəndələrin dadına çatan, ey həddən artıq nemət verən! Ey səbəblərin səbəbi, ey qapıları açan, ey çağırılarkən cavab verən! Ey pak və nöqsanlardan uzaq, ey qədirbilən, ey güzəştə gedən, ey bağışlayan! Ey həqiqət nurunun nuru, ey tədbir tökən, ey mehriban, ey xəbərdar, ey pənah verən, ey aydınlıq verən, ey görən, ey yardım edən! Ey böyük, ey tək, ey yeganə, ey əbədi, ey istinad yeri, ey ehtiyacsız, ey yetərli olan, ey şəfa verən, ey vəfalı, ey sağlamlıq verən, ey ehsan edən, ey yaxşılıq edən, ey nemət verən, ey yüksəldən! Ey böyüklük sahibi, ey tək olan, ey uca məqam sahibi və hər şeyə qalib! Ey mülk sahibi və hər şeyə qadir! Ey gizli olduğu halda, hər şeydən xəbərdar olan! Ey pərəstiş olunan və qədirbilən! Ey Ona itaətsizlik olunduğu zaman bağışlayan! Ey düşüncələrin dərk etmədiyi, gözlərin görmədiyi və əlamətlərin Ona məxfi olmadığı! Ey bəşərə ruzi verən, ey bütün mizanlara (tərəzi) ölçü verən! Ey uca məqam sahibi, ey hakimiyyəti möhkəm, ey ruzigarı dəyişən, ey qurbanı qəbul edən! Ey nemət və ehsan sahibi, ey izzət və səltənət sahibi, ey mehriban, ey rəhmli! Ey hər an fərqli işlərin sahibi! Ey bir şeylə məşğul olmaq Onu digərindən yayındırmayan! Ey məqamı uca, ey hər yerdə olan, ey bütün səsləri eşidən, ey duaları qəbul edən, ey istəkləri yerinə yetirən, ey hacətləri həyata keçirən, ey bərəkətləri nazil edən, ey göz yaşlarına rəhm edən, ey səhvləri güzəştə gedən, ey sıxıntıları aradan qaldıran! Ey yaxşılıqların sahibi, ey dərəcələri yüksəldən, ey hacət istəyənlərin hacətini əta edən, ey ölüləri dirildən, ey ayrılanları (parçalananları) bir yerə yığan! Ey niyyətlərdən agah, ey əldən çıxanı qaytaran, ey səsləri səhv salmayan, ey hacətlərdən (onların çoxluğundan) yorulmayan! Ey zülmətlərin onu bürümədiyi! Ey yer və göylərin nuru, ey nemətlər bəxş edən, ey qəm-qüssələri dağıdan, ey insanları yaradan, ey ümmətləri bir yerə toplayan, ey xəstəliklərə şəfa verən! Ey nur və zülmətləri xəlq edən, ey bəxşiş və ehsan sahibi, ey ərşinə yetişilməsi qeyri-mümkün olan! Ey səxavətlilərin ən səxavətlisi, ey kərim olanların ən kəramətlisi, ey
Ən Gözəl Dualar😍🤲🏻
Tərcüməsi: İlahi, “Bismillahir-Rəhmanir-Rəhim” adının vasitəsilə Səndən istəyirəm. Ey calal və ehsan sahibi! Ey diri, ey əbədi! Ey Səndən başqa heç bir tanrı olmayan diri! Ey Özündən başqa, Onun kim, necə, harada və hansı tərəfdə olduğu heç kimə bəlli olmayan!…
Ardı⤵️

eşidənlərin ən üstünü, ey görənlərin ən bəsirətlisi! Ey Ona pənah gətirənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən! Ey sığınacaq istəyənlərin dayağı, ey möminlərin hamisi, ey fəryad edənlərin fəryadına yetən, ey hacət istəyənlərin məqsədinin sonu, ey bütün qəriblərin dostu, ey kimsəsizlərin həmdəmi, ey bütün qovulmuşların pənahı, ey bütün qaçanlara sığınacaq verən, ey bütün itmişləri qoruyan! Ey qocalara mehribanlıq göstərən, ey südəmər uşaqlara ruzi verən, ey sınmış sümükləri birləşdirən, ey bütün əsirləri azad edən, ey çarəsiz fəqirləri ehtiyacsız edən, ey qorxu içində pənah axtaranları qoruyan, ey tədbir və təqdirə (qəza və qədər) sahib olan! Ey çətinliyin Ona asan olduğu! Ey şərh və bəyana ehtiyacı olmayan, ey hər şeyə qadir, ey hər şeydən xəbərdar olan! Ey hər şeyi görən, ey küləkləri göndərən, ey sübhü açan, ey canları öldükdən sonra dirildən! Ey bəxşiş və ehsan sahibi! Ey bütün şeylərin açarına sahib olan, ey bütün səsləri eşidən, ey bütün olub bitən (keçmiş) şeylərdən öncə olan, ey bütün canları (insanları) öldükdən sonra dirildən! Ey çətinlik zamanı ehtiyatım, ey qürbətdə gözətçim, ey tənhalıqda həmdəmim! Ey malik olduğum nemətlərin sahibi! Ey bütün qapılar üzümə bağlı olduqda, yaxınlarım məni ruzigarın hadisələrinə həvalə etdikdə və dostlarım məndən ayrıldıqda pənahım! Ey arxalanmağa bir kəsi olmayanın dayağı, ey istinad etməyə bir kəsi olmayanın istinad yeri, ey ehtiyatı olmayanın zəxirəsi, ey gözətçisi olmayanın gözətçisi, ey pənahsızların pənahı, ey xəzinəsi olmayanların xəzinəsi, ey yardıma ehtiyaclıların yardımçısı, ey fəryada yetəni olmayanın dadına yetən, ey qonşusu olmayanın qonşusu! Ey mənə yaxın olan qonşum, ey mənim möhkəm sığınacaq yerim, ey həqiqətən də, mənim Allahım, ey qədim Kəbə evinin Rəbbi! Ey mehriban, ey şəfqətli! Məni ruzigarın şiddətli zəncirlərindən (çətinliklərindən) xilas et, qəm-qüssə və sıxıntıları məndən uzaqlaşdır, taqətim çatmayacaq işin şərini məndən sovuşdur və bacardığım işlərdə mənə yardım et. Ey Yusifi Yəquba qaytaran! Ey Əyyubu çətinlikdən xilas edən! Ey Davudun xətasını bağışlayan! Ey İsa ibn Məryəmə yəhudilərin əlindən nicat verib göylərə qaldıran! Ey Yunisin zülmətdəki (balığın qarnında) nidasına cavab verən! Ey Musanı Özünə həmsöhbət seçən! Ey Adəmin xətasını bağışlayan və İdrisi Öz rəhmətilə yüksək məqama ucaldan! Ey Nuhu qərq olmaqdan xilas edən! Ey ilkin Ad və Səmud qövmünü həlak edən, onlardan birini də sağ qoymayan və onlardan öncə Nuhun qövmünü zalım, üsyankar olduqları və nəfslərinə uyduqları üçün məhv edən! Ey Lut qövmünü alt-üst edən və Şüeybin qövmünə qəzəblənən! Ey İbrahimi Özünə dost və Musanı özünə həmsöhbət seçən! Ey Məhəmmədi (Allahın salamı olsun ona və Əhli-beytinə – onların hamısına) Özünə məhbub və sevimli edən! Ey Loğmana hikmət verən və Süleymana ondan sonra heç kəsə yetişməyəcək (heç kəsdə olmayacaq) mülk bağışlayan! Ey Zülqərneynə zalım padşahlara qarşı kömək edən! Ey Xızıra əbədi həyat verən və Yuşə ibn Nun üçün günəşi batdıqdan sonra geri qaytaran! Ey Musanı anasına qovuşdurmaqla onun qəlbinə arxayınlıq verən! Ey İmranın qızı Məryəmin paklıq və iffətini qoruyan! Ey Yəhya ibn Zəkəriyyanı günahdan pak edən! Ey Musanın qəzəbini yatıran! Ey Zəkəriyyaya Yəhyanın doğulacağını bəşarət verən! Ey böyük qurbanlığı göndərməklə İsmayıla kəsilməkdən nicat verən! Ey Habilin qurbanını qəbul edib Qabilə lənət edən! Ey Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) düşmən qoşunlarını məğlub edən! Məhəmməd və Məhəmmədin Əhli-beytinə, bütün peyğəmbərlərə, “müqərrəb” mələklərinə və Sənə itaət edən bütün kəslərə salam yetir. Səndən Sənin razı olduğun hər bir kəsin istədikləri və qəbul etməyi Özün üçün vacib etdiklərini istəyirəm. Ey Allah, ey Allah, ey Allah! Ey mehriban, ey mehriban, ey mehriban! Ey rəhmli, ey rəhmli, ey rəhmli! Ey calal və kəramət sahibi, ey calal və kəramət sahibi, ey calal və kəramət sahibi! Calal və kəramətinin (7 dəfə), Özünü adlandırdığın, kitablarının birində nazil etdiyin və ya qeyb elmində Özünə məxsus bildiyin bütün adların vasitəsilə Səndən istəyir və Sənə and verirəm uca ərşinin əzəmətini, kitabının sonsuz
Ən Gözəl Dualar😍🤲🏻
Ardı⤵️ eşidənlərin ən üstünü, ey görənlərin ən bəsirətlisi! Ey Ona pənah gətirənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən! Ey sığınacaq istəyənlərin dayağı, ey möminlərin hamisi, ey fəryad edənlərin fəryadına yetən, ey hacət istəyənlərin məqsədinin…
Ardı⤵️

rəhmətini və "Əgər yer üzünün bütün ağacları qələm və dəryalar mürəkkəb olsa, sonra isə yeddi dərya da ana əlavə edilsə, yenə də Allahın kəlmələri bitməz. Şübhəsiz, Allah qalib və hikmət sahibidir” – ayəsini! Səndən kitabında vəsf edərək “Gözəl adlar yalnız Allaha məxsusdur və Allahı onlarla çağırın!” və “Məni çağırın ki, sizə cavab verim!” – dediyin gözəl adların, “Bəndələrim Məni səndən soruşduqda, (de ki,) həqiqətən, Mən onlara yaxınam və dua edənin duasını dua etdiyi zaman qəbul edərəm!”, “Ey özlərinə zülm edən bəndələrim, Allahın rəhmətindən naümid olmayın! Şübhəsiz, Allah bütün günahları bağışlayandır. Həqiqətən, O, bağışlayan və mehribandır!” – deyə söylədiyin ayələr vasitəsilə istəyirəm. Mən Səndən istəyirəm, ey mənim Allahım! Səni çağırıram, ey mənim Rəbbim! Sənə ümid edirəm, ey mənim mövlam! Vəd etdiyin kimi, duamı qəbul edəcəyinə göz dikmişəm, ey mənim sərvərim! Əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənimlə Sənə layiq olduğu kimi rəftar et, ey kərim Allah! Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur, Allahın salamı olsun Məhəmməd və onun Əhli-beytinə – onların hamısına!
Oxuduqdan sonra öz hacətlərini istə. İnşaallah rəva olar. “Muhcud-dəəvat”da nəql olunur ki, bu duanı təharətsiz oxumayın.

📚Mənbə:Məfatihul Cinan

Allah Təala Dualarımızı Ali Dərəcədə Qəbul Etsin İnşəAllah🤲🏻🌹

📚Kanalımızın linki:
@SubhanAllah_313
🌸
Peyğəmbərə Salavat

Əllahummə səlli əla Mu-həmmədin kəma həmələ vəh-yəkə və bəlləğə risalatik, və səlli əla Muhəmmədin kəma əhəllə həlaləkə və hərrəmə həraməkə və əlləmə kitabək, və səlli əla Muhəmmədin kəma əqaməs səlatə və atəz zəkatə və dəa ila dinik, və səlli əla Muhəmmədin kəma səddəqə bivədikə və əşfəqə min vəidik, və səlli əla Muhəmmədin kəma ğəfərtə bihiz zunubə və sətərtə bihil uyubə və fərrəctə bihil kurub, və səlli əla Muhəm-mədin kəma dəfətə bihiş şəqaə və kəşəftə bihil ğəmma, və əcəbtə bihid duaə və nəccəytə bihi minəl bəla, və səlli əla Mu-həmmədin kəma rəhimtə bihil ibadə və əhyəytə bihil bilad, və qəsəmtə bihil cəbabirətə və əhləktə bihil fərainəh, və səlli əla Muhəmmədin kəma əzəftə bihil əmvalə və əhrəztə bihi minəl əhval, və kəsərtə bihil əsnamə və rəhimtə bihil ənam, və səlli əla Muhəmmədin kəma bəəstəhu bixəyril ədyani və əzəztə bihil iman, və təbbərtə bihil əvsanə və əzzəmtə bihil bəytəl həram, və səlli əla Muhəmmədin və əhli bəytihit tahirinəl əxyar, və səlləmə təslima.

Tərcümə:

İlahi, Məhəmmədə vəhyini daşıdığı və tapşırıqlarını təbliğ etdiyi kimi salam yetir! (İlahi,) Məhəmmədə halalını halal, haramını isə haram etdiyi və kitabını (insanlara) təlim verdiyi kimi salam yetir! (İlahi,) Məhəmmədə namaz qıldığı, zəkat verdiyi və (insanları) dininə dəvət etdiyi kimi salam yetir! (İlahi,) Məhəmmədə vədini təsdiqlədiyi və (insanları) əzab vədindən qorxutduğu kimi salam yetir! (İlahi,) Məhəmmədə onun vasitəsilə günahları bağışladığın, eyibləri örtdüyün və çətinlikləri aradan qaldırdığın kimi salam yetir! (İlahi,) Məhəmmədə onun vasitəsilə bədbəxtlikləri dəf etdiyin, qəmləri aradan qaldırdığın, duaları qəbul etdiyin və (insanları) bəlalardan nicat verdiyin kimi salam yetir! (İlahi,) Məhəmmədə onun vasitəsilə bəndələrə rəhm etdiyin, şəhərləri abadlaşdırdığın, zalım hakimlərin belini sındırdığın və fironları (allahlıq iddiasında olanları) həlak etdiyin kimi salam yetir! (İlahi,) Məhəmmədə onun vasitəsilə (insanların) sərvətini artırdığın, qorxulu hadisələrdən nicat verdiyin, bütləri sındırdığın və insanlara rəhm etdiyin kimi salam yetir! (İlahi,) Məhəmmədə onu ən yaxşı dinlə göndərdiyin, iman vasitəsilə ucaltdığın, onun vasitəsilə bütləri məhv etdiyin və Kəbə evinə əzəmət verdiyin kimi salam yetir! (İlahi,) Məhəmməd və onun pak-pakizə və xeyirxah Əhli-beytinə xüsusi salam və salavatını göndər!

📚Mənbə:Məfatihul Cinan

📚Kanalımızın linki:
@SubhanAllah_313
🌹
Çərşənbə Axşamı gününün namazı

O Həzrətdən belə nəql olunmuşdur: “Hər kəs həftənin ikinci günündə altı rükət namaz qılıb, onun hər rükətində “Həmd” surəsini dedikdən sonra “Amənər rəsul” ayəsini axıra qədər, eləcə də bir dəfə “Zilzal” surəsini oxusa, Allah taala onun günahlarını bağışlayar və anadan olduğu kimi, pak-pakizə olar.”

📚Mənbə:Məfatihul Cinan

Kanalımızın linki:
@SubhanAllah_313
🌸
Çərşənbə Axşamının Duası

Ərəbcə:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ وَ الْحَمْدُ حَقُّهُ كَمَا يَسْتَحِقُّهُ حَمْدا كَثِيرا وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ نَفْسِي اِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلا مَا رَحِمَ رَبِّي وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ الشَّيْطَانِ الَّذِي يَزِيدُنِي ذَنْبا إِلَى ذَنْبِي وَ أَحْتَرِزُ بِهِ مِنْ كُلِّ جَبَّارٍ فَاجِرٍ وَ سُلْطَانٍ جَائِرٍ وَ عَدُوٍّ قَاهِرٍ اللَّهُمَّ اجْعَلْنِي مِنْ جُنْدِكَ فَاِنَّ جُنْدَكَ هُمُ الْغَالِبُونَ وَ اجْعَلْنِي مِنْ حِزْبِكَ فَاِنَّ حِزْبَكَ هُمُ الْمُفْلِحُونَ وَ اجْعَلْنِي مِنْ أَوْلِيَائِكَ فَاِنَّ أَوْلِيَاءَكَ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُونَ اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي فَاِنَّهُ عِصْمَةُ أَمْرِي وَ أَصْلِحْ لِي آخِرَتِي فَاِنَّهَا دَارُ مَقَرِّي وَ إِلَيْهَا مِنْ مُجَاوَرَةِ اللِّئَامِ مَفَرِّي وَ اجْعَلِ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ وَ الْوَفَاةَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ تَمَامِ عِدَّةِ الْمُرْسَلِينَ وَ عَلَى آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ أَصْحَابِهِ الْمُنْتَجَبِينَ وَ هَبْ لِي فِي الثُّلَثَاءِ ثَلاثا لا تَدَعْ لِي ذَنْبا إِلا غَفَرْتَهُ وَ لا غَمّا إِلا أَذْهَبْتَهُ وَ لا عَدُوّا إِلا دَفَعْتَهُ بِبِسْمِ اللَّهِ خَيْرِ الْأَسْمَاءِ بِسْمِ اللَّهِ رَبِّ الْأَرْضِ وَ السَّمَاءِ أَسْتَدْفِعُ كُلَّ مَكْرُوهٍ أَوَّلُهُ سَخَطُهُ وَ أَسْتَجْلِبُ كُلَّ مَحْبُوبٍ أَوَّلُهُ رِضَاهُ فَاخْتِمْ لِي مِنْكَ بِالْغُفْرَانِ يَا وَلِيَّ الْإِحْسَانِ

Oxunuş:

Bismillahir rəhmanir rəhim Əlhədu lillahi vəl həmdu həq-quhu kəma yəstəhiqquhu həm-dən kəsira, və əuzu bihi min şərri nəfsi, innən nəfsə ləəm-marətun bis su, illa ma rəhimə rəbbi və əuzu bihi min şərriş şəytanilləzi yəziduni zənbən ila zənbi, və əhtərizu bihi min kulli cəbbarin facirin və sultanin cair, və əduvvin qahir, Əllahumməcəlni min cundikə fəinnə cundəkə humul ğalibun, vəcəlni min hizbikə fəinnə hiz-bəkə humul muflihun, vəcəlni min əvliyaikə fəinnə əvliyaəkə la xəvfun ələyhim və la hum yəhzənun, Əllahummə əslih li dini fəinnəhu ismətu əmri, və əslih li axirəti fəinnəha daru məqərri, və iləyha min mucavərətil liami məfərri, vəcəlil həyatə ziyadətən li fi kulli xəyr, vəl vəfatə rahətən li min kulli şərr, Əllahummə səlli əla Muhəmmədin xatəmin nəbiyyin, və təmami iddətil mursəlin, və əla alihit təyyibi-nət tahirin, və əshabihil mun-təcəbin, və həbli fis suləsai səlasən la tədə li zənbən illa ğəfərtəh, və la ğəmmən illa əzhəbtəh, və la əduvvən illa dəfətəh, bibismillahi xəyril əsma, bismillahi rəbbil ərzi vəs səma, əstədfiu kullə məkruhin əvvəluhu səxətuh, və əstəclibu kullə məhbubin əvvəluhu rizah, fəxtim li minkə bil ğufran, ya vəliyyəl ehsan.

Tərcümə:

Həmd Allaha məxsusdur və Ona layiq olduğu kimi Onun çoxluca haqqıdır. Sığınıram Allaha öz nəfsimin şərindən – həqiqətən nəfs pisliyə sövq edir, yalnız Allahın rəhm etdiyindən başqa! Sığınıram Allaha günah üstə günah artıran şeytanın şərindən; Ona sığınıram hər günahkar asinin, sitəmkar hakimin və qəzəbli düşmənin şərindən! Allahım, məni Öz ordundan qərar ver ki, yalnız sənin ordun doğru yoldadır; məni övliyalarından qərar ver ki, yalnız övliyaların üçün qorxu yoxdur, onlar qəm-qüssə bilməzlər! Allahım, dinimi islah et ki, din mənim işlərimi qoruyur; axirətimi islah et ki, daimi mənzilim, lənətlənmişlərdən qaçacağım yer oradadır; mənim üçün həyatı hər xeyirdə artım səbəbi buyur; ölümü hər bir şərdən asudəlik qərar ver! Allahım, salam yetir peyğəmbərlərin sonuncusu, elçilər sırasını tamamlayan Məhəmmədə, onun pak-pakizə Əhli-beytinə və seçilmiş səhabələrinə! Çərşənbə axşamı mənə üç nemət əta et: bütün günahlarımı bağışla, bütün pərişanlıqları məndən uzaqlaşdır, bütün düşmənlərimi dəf et; adların ən üstünü olan Allah adıyla, yer və göyün Rəbbinin adıyla, başlanğıcı Onun qəzəbi ilə olan hər pislikdən uzaq dayanıram və başlanğıcı Allahın razılığı olan hər xeyir işi özümə doğru çəkirəm. Allahım, işimi öz tərəfindən bağışlanma ilə başa çatdır; ey ehsan sahibi!

📚Mənbə:Məfatihul Cinan

Allah Qəbul Etsin İnşəAllah🤲🏻🌸

📚Kanalımızın linki:
@SubhanAllah_313
🌹
Quranda dualar

"Rabbənə ətinə fi-d-dunyə həsənətən va fi-l axirəti həsənətən və qınə azəbə-n-nər"
"Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!"

əl-Bəqərə / 201

"Səminə va ətanə ğufranəkə rabbənə va ileykə-l-masir "
"Eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla. Sənin dərgahına (hüzuruna ) qayıdacağıq"

əl-Bəqərə / 285

📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃
🌸
🍃
Çərşənbə günün duası:

Ərəbcə:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ اللَّيْلَ لِبَاسا وَ النَّوْمَ سُبَاتا وَ جَعَلَ النَّهَارَ نُشُورا لَكَ الْحَمْدُ أَنْ بَعَثْتَنِي مِنْ مَرْقَدِي وَ لَوْ شِئْتَ جَعَلْتَهُ سَرْمَدا حَمْدا دَائِما لا يَنْقَطِعُ أَبَدا وَ لا يُحْصِي لَهُ الْخَلائِقُ عَدَدا اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْ خَلَقْتَ فَسَوَّيْتَ وَ قَدَّرْتَ وَ قَضَيْتَ وَ أَمَتَّ وَ أَحْيَيْتَ وَ أَمْرَضْتَ وَ شَفَيْتَ وَ عَافَيْتَ وَ أَبْلَيْتَ وَ عَلَى الْعَرْشِ اسْتَوَيْتَ وَ عَلَى الْمُلْكِ احْتَوَيْتَ أَدْعُوكَ دُعَاءَ مَنْ ضَعُفَتْ وَسِيلَتُهُ وَ انْقَطَعَتْ حِيلَتُهُ وَ اقْتَرَبَ أَجَلُهُ وَ تَدَانَى فِي الدُّنْيَا أَمَلُهُ وَ اشْتَدَّتْ إِلَى رَحْمَتِكَ فَاقَتُهُ وَ عَظُمَتْ لِتَفْرِيطِهِ حَسْرَتُهُ وَ كَثُرَتْ زَلَّتُهُ وَ عَثْرَتُهُ وَ خَلُصَتْ لِوَجْهِكَ تَوْبَتُهُ فَصَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ عَلَى أَهْلِ بَيْتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ ارْزُقْنِي شَفَاعَةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لا تَحْرِمْنِي صُحْبَتَهُ اِنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ اللَّهُمَّ اقْضِ لِي فِي الْأَرْبَعَاءِ أَرْبَعا اجْعَلْ قُوَّتِي فِي طَاعَتِكَ وَ نَشَاطِي فِي عِبَادَتِكَ وَ رَغْبَتِي فِي ثَوَابِكَ وَ زُهْدِي فِيمَا يُوجِبُ لِي أَلِيمَ عِقَابِكَ اِنَّكَ لَطِيفٌ لِمَا تَشَاءُ

Oxunuş:

Bismillahir rəhmanir rəhim
Əlhəmdu lillahilləzi cəələl ləylə libasən vən nəvmə subata, və cəələn nəharə nuşura, ləkəl həmdu ən bəəstəni min mərqədi, və ləv şitə cəəltəhu sərməda, həmdən daimən la yənqətiu əbəda, və la yuhsi ləhul xəlaiqu ədada, Əllahum-mə ləkəl həmdu ən xələqtə fəsəvvəytə və qəddərtə və qə-zəytə və əməttə və əhyəyt, və əmrəztə və şəfəytə və afəytə və əbləyt, və ələl ərşistəvəyt, və ələl mulkihtəvəyət, ədukə duaə mən zəufət vəsilətuh, vənqətəət hiylətuh, vəqtərəbə əcəluh, və tədani fid dunya əməluh, vəştəddət ila rəhmə-tikə faqətuh, və əzumət litəfri-tihi həsrətuh, və kəsurət zəllə-tuhu və əsrətuh, və xəlusət li-vəchikə təvbətuh, fəsəlli əla Muhəmmədin xatəmin nəbiy-yin, və əla əhli bəytihit tahirin, vərzuqni şəfaətə Muhəmmədin səlləllahu ələyhi və alih, və la təhrimni suhbətəhu innəkə əntə ərhəmur rahimin, Əllahum-məqzi li fil ərbəai ərbəənic`əl quvvəti fi taətik, və nəşati fi ibadətikə və rəğbəti fi səvabik, və zuhdi fima yucibu li əlimə iqabik, innəkə lətifun lima təşa.

Tərcümə:

Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, gündüzü təlaş və hərəkət səbəbi qərar verən Allaha! Sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın və istəsəydin yuxumu həmişəlik edərdin; elə bir sitayiş ki, daimidir, qırılmazdır və insanlar onu hesablaya bilməz. Sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin, ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin, xəstələndirdin, şəfa verdin, sağlam etdin, çətinliyə saldın, ərşi hökmün altına aldın, varlığı əhatə etdin. Səni bir şəxsin çağırışı ilə çağırıram ki, vasitəsi gücdən düşmüş, çarəsi kəsilmiş, ölümü yaxınlaşmış, dünya arzusu azalmış, rəhmətinə çox möhtac olmuş, süstlükdə əfsusu və öz təqsiri böyümüş, büdrəməsi artmış, dərgahına tövbəsi xalis olmuşdur. Salam yetir peyğəmbərlərin sonuncusu Məhəmməd və onun pak Əhli-beytinə! Məhəmməd səlləllahu ələyhi və alihi və səlləmin şəfaətini mənə ruzi et, məni onunla yoldaşlıqdan mərhum etmə ki, Sən rəhm edənlərin ən rəhmlisisən! Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir: gücümü Sənə itaətdə, sevincimi Sənə ibadətdə, rəğbətimi gözəl mükafatında, pəhrizimi mənə ağrılı əzab olacaq şeylərdə qərar ver ki, həqiqətən, Sən istədiyinlə müdara edirsən!

📚Mənbə:Məfatihul Cinan

Allah Təala Dualarımızı Ali Dərəcədə Qəbul Etsin İnşəAllah🤲🏻🌹

📚Kanalımızın linki:
@SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
Çərşənbə Gününün Namazı

Yenə də o həzrət buyurmuşdur: “Hər kim həftənin üçüncü günündə dörd rükət namaz qılıb, onun hər bir rükətində “Həmd” surəsindən sonra, “İxlas” və “Qədr” surələrini bir dəfə oxusa, mütəal Allah onun tövbəsini qəbul edər, günahlarını bağışlayar və cənnətdə onu hurilərlə evləndirər.”

📚Mənbə:Məfatihul Cinan

Allah Mütəala İbadətlərinizi Və Dualarınızı Ali Dərəcədə Qəbul Etsin İnşəAllah🤲🏻🌹

📚Kanalımızın linki:
@SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
"Seyfi Səğir"Duası

Qamus” duası adı ilə məşhurdur.
Şeyx Nuri “Səhifətun sanəviyətun Ələviyyə” kitabında bu duanı nəql etmiş və belə buyurmuşdur: -“Tilsim və təsxirlə məşğul olan alimlərin sözlərində bu dua üçün çox qəribə izahlar və çox güclü təsirlərə malik olması gəlmişdir. Onlara etimad etmədiyimdən onları nəql etmirəm. Amma duanın özünü keçmiş dövrün alimlərinə tabe olaraq gətirirəm. Dua belədir:

Bismillahir rəhmanir rəhim
Rəbbi ədxilni fi luccəti bəhri əhədiyyətikə və təmtami yəm-mi vəhdaniyyətik, və qəvvini bi quvvəti sətvəti sultani fərda-niyyətik, hətta əxrucə ila fəzai səəti rəhmətik, və fi vəchi ləməatu bərqil qurbi min asari himayətik, məhibən bi həybə-tikə əzizən bi inayətik, mutə-cəllilən mukərrəmən bi təli-mikə və təzkiyətik, və əlbisni xiləəl izzəti vəl qəbul, və səhhil li mənahicəl vusləti vəl vusul, və təvvicni bi tacil kəraməti vəl vəqar, və əllif bəyni və bəynə əhibbaikə fi darid dunya və daril qərar, vərzuqni min nurismikə həybətən və sətvəh, tənqadu liyəl qulubu vəl ərvah, və təxzəu lədəyyən nufusu vəl əşbah, ya mən zəllət ləhu riqabul cəbabirəh, və xəzəət lədəyhi ənaqul əkasirəti la məlcəə və mənca minkə illa iləyk, və la ianətə illa bikə və ləttikaə illa ələyk, idfə ənni kəydəl hasidin, və zulumati şərril muanidin, vərhəmni təh-tə suradiqati ərşik, ya əkrəməl əkrəmin, əyyid zahiri fi təhsili mərazik, və nəvvir qəlbi və sirri bil ittilai əla mənahici məsaik, ilahi kəyfə əsduru ən babikə bi xəybətin minkə və qəd vərədtuhu əla siqətin bik, və kəyfə tuyisuni (tuisuni) min ətaik, və qəd əmərtəni bi duaik, və ha ənə muqbilun ələykə multəciun iləyk, baid bəyni və bəynə ədai, kəma baədtə bəynə ədaixtətif əbsarəhum ənni bi nuri qudsik, və cəlali məcdik, innəkə əntəllahul mu`ti cəlailən niəmil mukərrəməti limən nacakə bi lətaifi rəhmətik, ya Həyyu ya Qəyyumu ya zəl cəlali vəl ikram, və səlləllahu əla səyyi-dina və nəbiyyina Muhəmmə-din və alihi əcməinət təyyibinət tahirin.

Tərcümə:

Bağışlayan və mehriban Allahın adı ilə!
İlahi, məni yeganəliyinlə bağlı mərifət dəryasına daxil et və vəhdaniyyət dənizində yuyundur! Qüvvət, iqtidar və hakimiyyətinin yeganəliyinə xatir məni qüvvətli et ki, rəhmət, lütf və yaxınlığının aydınlığı simamda zahir olduğu, əzəmət və heybətin vücudumda əks etdiyi, mərhəmət, paklamaq və təlimin sayəsində izzət və böyüklük məqamına yetişdiyim halda, Sənin geniş rəhmət fəzana daxil olum. Mənə (əynimə) izzət libası geyindirib (duası) qəbul olunanlardan et, vüsalına qovuşmaq və Səninlə rabitə saxlamaq yollarını keçməyi mənə asanlaşdır, başımı kəramət və vüqar tacı ilə uca, qəlbimi dünya və axirətdə dostlarınla munis, mübarək adlarının nurundan mənə böyüklük və gözəlliyi ruzi et ki, qəlb və ruhlar mənə müti, cisim və bədənlər mənim yanımda təvazökar olsunlar. Ey qarşısında qoluzorlular zəlil və xar, müqabilində padşahların başları təvazökar (aşağı) olan! Səndən Sənin özünə sığınmaqdan başqa pənah yeri yoxdur. Sənin yardımından başqa, nə bir yardım var, nə də səndən başqasına etimad etmək olar. İlahi, məni həsəd edənlərin məkri və inadkarların şərinin zülmətindən qoru! Mənə rəhm et ki, Sənin ərşinin pərdələri (mühafizəsi) altında yer tutum, ey ehsan edənlərin ən səxavətlisi, zahirimi razılığına səbəb olanları əldə etməklə möhkəmləndir, qəlbim və batinimi sənə doğru seyri-süluk etmək yolunda mərifətlə nuraniləşdir. İlahi, Sənin dərgahına daxil olduğum və Sənə etimad etdiyim halda, oradan necə əliboş və məhrum geri qayıdım?! Məni dua etməyə əmr etdiyin və indi də mənim Sənə üz tutaraq pənah gətirdiyim halda, sonsuz rəhmət və bəxşişlərindən məyus edərsənmi?! Mənimlə düşmənlərim arasında, Öz düşmənlərin arasında fasilə saldığın kimi ayrılıq və fasilə sal. Sənə and verirəm müqəddəs nurunu və böyüklüyünü, düşmənlərimin gözlərini məni görməkdən məhrum və kor et. Sənə and verirəm müqəddəs nurunu və böyüklüyünü, həqiqətən, Sən, Səninlə raz-niyaz edənlərə böyük nemətləri kəramətlə bəxş edənsən. Lütf və rəhmətinə xatir, ey diri və əbədi, izzət və calal sahibi, bizim sərvərimiz və peyğəmbərimiz Məhəmməd və onun pak-pakizə olan Əhli-beytinə salam yetir!

📚Mənbə:Məfatihul Cinan
Şükür Səcdəsinin Duaları

Bu səcdədə oxunan duaların sayı həddən artıq çoxdur və onlar arasında ən asanları aşağıdakı bu dualırdır:
1. Mötəbər sənədlə həzrət İmam Rzadan (ə) rəvayət olunur ki, istəsəniz, yüz dəfə “Şukrən lillah” və ya yüz dəfə “Əfvən, əfvən” zikrini deyə bilərsiniz.
“Uyunu əxbarir Rza” adlı kitabda Rəca ibni Əbi Zəhhakdan nəql olunur ki, həzrət İmam Rza (ə) Xorasana etdiyi səfər boyunca zöhr namazından sonra şükür səcdəsinə gedib, yüz dəfə “Şukrən lillah” zikrini deyərdi. Əsr namazının təqibatından sonra isə o həzrət, səcdəyə gedib, yüz dəfə “Həmdən lillah” zikrini deyərdi.

2. Şeyx Kuleyni mötəbər sənədlə bu hədisi həzrət Sadiqdən (ə) rəvayət edibdir: “Bəndənin Allah taalaya ən yaxın olduğu hal, Ona səcdə edib, dua etdiyi haldır. Səcdə etdiyin vaxt bu duanı oxu:

Ya rəbbəl ərbab, və ya məli-kəl muluk, və ya səyyidəs sa-dat, və ya cəbbarəl cəbabirəh, və ya ilahəl alihəh, salli əla Muhəmmədin və ali Muhəm-məd.

Tərcümə:

Ey bəsləyənlərin bəsləyəni (Rəbbi), ey şahların şahı, ey böyüklərin böyüyü, ey hakimlərin hakimi, ey (məcazi) məbudların məbudu! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir.
Bu duanı oxuduqdan sonra öz hacətini dilə və de:

Fəinni əbdukə nasiyəti fi qəbzətik

Tərcümə:

Mən Sənin bəndənəm və taleyim Sənin qüdrət əlindədir.
Daha sonra istədiyin duanı edə bilərsən və Allah taala bağışlayandır və heç bir hacəti rəva etmək Onun üçün çətin deyildir.

3. Həmçinin Şeyx Kuleyni mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət etmişdir: “Bir gecə, atamın məsciddə səcdə halında ağlayaraq, bu duanı oxuduğunu eşitdim:

Subhanəkəllahummə əntə rəbbi həqqən həqqa, səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa, Əllahummə innə əməli zəifun fəzaifhu li, Əllahummə qini əzabəkə yəvmə təbəsu ibadək, və tub ələyyə innəkə əntət təvvabur rəhim.

Tərcümə:

Sən bütün eyiblərdən pak və uzaqsan. İlahi, Sən mənim həqiqi və doğru Rəbbimsən! Ey Rəbbim, Sənə pərəstiş və bəndəçilik üzündən səcdə etdim! İlahi, əməlim azdır, onu mənim üçün ikiqat artır! İlahi, bəndələrini qəbirdən qaldıracağın gün məni əzabından qoru və mənim tövbəmi qəbul et ki, həqiqətən, Sən tövbələri qəbul edən, mehribansan!

4. Şeyx Kuleyni mötəbər sənədlə bu hədisi rəvayət edir ki, İmam Musa (ə) səcdədə bu duanı oxuyardı:

Əuzu bikə min narin hər-ruha la yutfa, və əuzu bikə min narin cədiduha la yubla, və əuzu bikə min narin ətşanuha la yurva, və əuzu bikə min narin məslubuha la yuksa.

Tərcümə:

Hərarəti sönməyən atəşdən Sənə pənah aparıram. Heç vaxt köhnəlməyən atəşdən Sənə pənah aparıram. Susuzluğu aradan qaldırmayan atəşdən Sənə pənah aparıram. Çılpağı geyindirməyən atəşdən Sənə pənah aparıram.

5. Şeyx Kuleyni mötəbər sənədlə rəvayət edir ki, bir kişi həzrət Sadiqə (ə) şikayətlənib, dedi: “Övladımın anası əlildir.” O həzrət buyurdu: “Hər vacib namazdan sonra, şükür səcdəsinə gedib, bu sözləri de:

Ya rəufu ya rəhimu ya rəbbi ya səyyidi.

Tərcümə:

Ey mehriban, ey rəhm edən, ey Rəbbim, ey mövlam!
sonra öz hacətini istə.

6. Bir çox mötəbər hədislərdə rəvayət olunubdur ki, həzrət Sadiq (ə) və həzrət Kazim (ə) şükür səcdəsində bu duanı çox oxuyarlarmış:

Əsəlukər rahətə indəl məvt, vəl əfvə indəl hisab.

Tərcümə:

Səndən ölüm zamanı rahatlıq və hesab zamanı əfv istəyirəm.


7. Mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət olunur ki, o həzrət səcdədə bu sözləri deyərmiş:

Səcədə vəchiyəl ləimu livəchi rəbbiyəl kərim.

Tərcümə:

Mənim alçaq üzüm Rəbbimin böyük zatına səcdə edir.

8. Bəzi mötəbər kitablarda rəvayət olunur ki, həzrət Əmirilmöminin Əli (ə) buyurubdur: “Allahın ən çox sevdiyi sözlərdən biri də, bəndənin səcdə halında üç dəfə

İnni zələmtu nəfsi fəğfir li.

Tərcümə:

Həqiqətən, mən özümə zülm etmişəm, məni bağışla!
sözlərini deməsidir.

9. “Cəfəriyyat” adlı kitabda mötəbər sənədlə həzrət Sadiqdən(ə) bu hədis rəvayət olunubdur: “Həzrət Rəsulillah (s.ə.s) səcdədə bu duanı oxuyurdu:

Əllahummə məğfirətukə əv-səu min zunubi, və rəhmətukə ərca indi min əməli, fəğfir li zunubi ya həyyən la yəmut.
Ən Gözəl Dualar😍🤲🏻
Şükür Səcdəsinin Duaları Bu səcdədə oxunan duaların sayı həddən artıq çoxdur və onlar arasında ən asanları aşağıdakı bu dualırdır: 1. Mötəbər sənədlə həzrət İmam Rzadan (ə) rəvayət olunur ki, istəsəniz, yüz dəfə “Şukrən lillah” və ya yüz dəfə “Əfvən, əfvən”…
Ardı⤵️

Tərcümə:

İlahi, Sənin məğfirətin mənim günahımdan daha genişdir və rəhmətin mənim yanımda əməlimdən daha çox ümid olunasıdır! Elə isə məni bağışla, ey ölməyən diri!

10. Qütbi Ravəndi rəvayət edir ki, həzrət Sadiq (ə) buyurubdur: “Sənə çətinlik və qəmginlik üz verdikdə və bu çətinlik öz son həddinə yetişdiyi zaman, yer üzərinə səcdə et və de:

Ya muzillə kulli cəbbar, Ya muizzə kulli zəlil, qəd və həq-qikə bələğə məchudi, fəsəlli əla Muhəmmədin və ali Muhəm-mədin və fərric ənni.

Tərcümə:

Ey bütün zalım hakimləri xar edən, ey bütün xar və zəlil insanları ucaldan! And olsun Öz haqqına ki, artıq taqətdən düşmüşəm. Elə isə Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və çətinliklərimi aradan qaldır (işlərimə fərəc ver).
“İddətud-dai” adlı kitabda da həzrət Sadiqdən (ə) rəvayət olunur ki, hər bir kişiyə çətinlik və qəm-qüssə üz verdikdə, paltarının ətəyini və qollarını ayağının və əllərinin dizinə qədər çırmalayıb, yerin üzərinə qoysun və sinəsini də yerə yaxınlaşdırıb, öz hacətini istəsin.

11. İbni Babəveyh mötəbər sənədlə həzrət Sadiqdən (ə) bu hədisi rəvayət edibdir: “Əgər bəndə səcdədə üç dəfə “Ya Allahu, ya rəbbahu, ya səyyidah” sözlərini desə, Allah taala onun cavabında “Ləbbəyək, ey mənim bəndəm, öz hacətini istə!” deyə cavab verər.”


12. “Məkarimul-əxlaq” adlı kitabda həzrət Sadiqdən (ə) rəvayət olunur ki, həzrət Rəsulillah (s.ə.s) səcdə halında olan bir kişinin kənarından ötüb, keçdiyi vaxt onun bu sözləri dediyini eşitdi:

Ya rəbbi ma za ələykə ən turziyə ənni kullə mən kanə ləhu indi təbiəh, və ən təğfirə li zunubi və ən tudxilənil cənnətə birəhmətik, fəinnəma əfvukə əniz zalimin, və ənə minəz zali-min, fəltəsəni rəhmətukə ya ərhəmər rahimin.

Tərcüməsi:

Ey Rəbbim, kaş boynumda haqqı olanları məndən razı salaydın, günahlarımı bağışlayıb, Öz rəhmətinlə məni cənnətə aparaydın! Həqiqətən, Sənin əfvin zalımlara şamildir və mən də zalımlardanam. Elə isə rəhmətin mənə də şamil olmalıdır, ey rəhmlilərin ən rəhmlisi!


Həzrət Rəsulillah (s.ə.s.) o kişiyə buyurdu: “Başını səcdədən qaldır, çünki etdiyin dua qəbul oldu. Həqiqətən də sən, Ad qövmünün peyğəmbərlərindən birinin etdiyi duanı etdin.
Müəllif deyir: “Mən, bu “Məfatihul-cinan” kitabım¬da¬ Kufə məscidi və Zeyd məscidinin əməlləri bölümündə bir sıra dualar nəql etmişəm ki, onları səcdədə oxumaq lazımdır. Şeyx Tusi “Misbahul-mutəcəhhid” adlı kitabında şükür səcdəsi barəsində deyir: “Bu səcdədə (din) qardaşları üçün dua etmək müstəhəbdir. Onlar üçün belə dua edə bilərsiniz:

Əllahummə rəbbəl fəcr, vəl ləyalil əşr, vəş şəfi vəl vətr, vəl ləyli iza yəsr, və rəbbə kulli şəyin və ilahə kulli şəy, və xaliqə kulli şəy, və məlikə kulli şəy, səlli əla Muhəmmədin və alih, vəfəl bi və bifulanin və fulanin ma əntə əhluh, və la təf`əl bina ma nəhnu əhluh, fəinnəkə əhlut təqva və əhlul məğfirəh.

Tərcümə:

İlahi, ey dan yeri və on gecənin, cüt və təkin, keçib getməkdə olan gecənin Rəbbi, hər bir şeyin Rəbbi, hər bir şeyin məbudu və hər bir şeyin sahibi! Məhəmməd və onun Əhli-beytinə salam yetir və mənə layiq olan kimi yox, Sənə layiq olan kimi hacətlərimi rəva et! Doğrudan da, Sən təqva və məğfirət əhlisən!

Səcdədən başını qaldırdıqdan sonra əlini, səcdə etdiyin məkana sürtüb, əvvəlcə üzünün sol tərəfinə, sonra alnına və daha sonra üzünün sağ tərəfinə üç dəfə çəkib, bu sözləri de:

Əllahummə ləkəl həmd, la ilahə illa ənt, alimul ğəybi vəş şəhadətir rəhmanir rəhim, Əllahummə əzhib ənnil həmmə vəl həzən, vəl ğiyərə vəl fitən, ma zəhərə minha və ma bətən.

Tərcümə:

İlahi! Həmd Sənə məxsusdur. Səndən başqa heç bir tanrı yoxdur, Sən qeybi və aşkarı bilir, bağışlayan və mehribansan. İlahi, aşkar və gizli qüssələri, narahatçılıq və fitnələri məndən uzaqlaşdır!

📚Mənbə:Məfatihul Cinan

Allah Qəbul elesin inşəAllah🤲🏻🌹

📚Kanalımızın linki:
@SubhanAllah_313
🌸
Cümə Axşamının Duası

Ərəbcə:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ اللَّيْلَ مُظْلِما بِقُدْرَتِهِ وَ جَاءَ بِالنَّهَارِ مُبْصِرا بِرَحْمَتِهِ وَ كَسَانِي ضِيَاءَهُ وَ أَنَا فِي نِعْمَتِهِ اللَّهُمَّ فَكَمَا أَبْقَيْتَنِي لَهُ فَأَبْقِنِي لِأَمْثَالِهِ وَ صَلِّ عَلَى النَّبِيِّ مُحَمَّدٍ وَ آلِهِ وَ لا تَفْجَعْنِي فِيهِ وَ فِي غَيْرِهِ مِنَ اللَّيَالِي وَ الْأَيَّامِ بِارْتِكَابِ الْمَحَارِمِ وَ اكْتِسَابِ الْمَآثِمِ وَ ارْزُقْنِي خَيْرَهُ وَ خَيْرَ مَا فِيهِ وَ خَيْرَ مَا بَعْدَهُ وَ اصْرِفْ عَنِّي شَرَّهُ وَ شَرَّ مَا فِيهِ وَ شَرَّ مَا بَعْدَهُ اللَّهُمَّ إِنِّي بِذِمَّةِ الْإِسْلامِ أَتَوَسَّلُ إِلَيْكَ وَ بِحُرْمَةِ الْقُرْآنِ أَعْتَمِدُ عَلَيْكَ وَ بِمُحَمَّدٍ الْمُصْطَفَى صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أَسْتَشْفِعُ لَدَيْكَ فَاعْرِفِ اللَّهُمَّ ذِمَّتِيَ الَّتِي رَجَوْتُ بِهَا قَضَاءَ حَاجَتِي يَا أَرْحَمَ الرَّاحِمِينَ اللَّهُمَّ اقْضِ لِي فِي الْخَمِيسِ خَمْسا لا يَتَّسِعُ لَهَا إِلا كَرَمُكَ وَ لا يُطِيقُهَا إِلا نِعَمُكَ سَلامَةً أَقْوَى بِهَا عَلَى طَاعَتِكَ وَ عِبَادَةً أَسْتَحِقُّ بِهَا جَزِيلَ مَثُوبَتِكَ وَ سَعَةً فِي الْحَالِ مِنَ الرِّزْقِ الْحَلالِ وَ أَنْ تُؤْمِنَنِي فِي مَوَاقِفِ الْخَوْفِ بِأَمْنِكَ وَ تَجْعَلَنِي مِنْ طَوَارِقِ الْهُمُومِ وَ الْغُمُومِ فِي حِصْنِكَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اجْعَلْ تَوَسُّلِي بِهِ شَافِعا يَوْمَ الْقِيَامَةِ نَافِعا اِنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ


Oxunuş:

Bismillahir rəhmanir rəhim
Əlhəmdu lillahilləzi əzhəbəl ləylə muzlimən biqudrətih, və caə bin nəhari mubsirən birəhmətih, və kəsani ziyaəhu və ənə fi nimətih, Əllahummə fəkəma əbqəytəni ləhu fəəbqini liəmsalih, və səlli ələn nəbiyyi Muhəmmədin və alih, və la təfcəni fihi və fi ğəyrihi minəl ləyali vəl əyyam, birtikabil məharim, vəktisabil məasim, vərzuqni xəyrəhu və xəyrə ma fihi və xəyrə ma bədəh, vəsrif ənni şərrəhu və şərrə ma fihi və şərrə ma bədəh, Əlla-hummə inni bizimmətil islami ətəvəssəlu iləyk, və bihurmətil Qurani ətəmidu ələyk, və bi Muhəmmədinil Mustəfa səlləl-lahu ələyhi və alih, əstəşfiu lədəyk, fərifillahummə zim-mətilləti rəcəvtu biha qəzaə hacəti, ya ərhəmər rahimin. Əllahumməqzi li fil xəmisi xəmsa, la yəttəsiu ləha illa kərəmuk, və la yutiquha illa niəmuk, səlamətən əqva biha əla taətik, və ibadətən əstəhiqqu biha cəzilə məsu-bətik, və səətən fil hali mənər rizqil həlal, və ən tuminəni fi məvaqifil xəvf, biəmnikə və təcəlni min təvariqil humumi vəl ğumumi fi hisnik, və səlli əla Muhəmmədin və ali Muhəmməd, vəcəl təvəssuli bihi şafiən yəvməl qiyaməti nafia, innəkə əntə ərhəmur rahimin.


Tərcümə:

Həmd-səna öz qüdrəti ilə gecənin qaranlığını aparıb, öz rəhməti ilə gündüzün nurunu gətirən Allaha məxsusdur və Onun nemətlərinə qərq olduğum halda, gündüzün nuru məni əhatə etdi. Allahım, məni bu günədək qoruduğun kimi sonrakı günlərdə də qoru! Salam yetir Məhəmməd və onun Əhli-beytinə! Bu gündüz və gecə, sonrakı günlər haram işlərə əl uzatdığıma və günahlarıma görə məni cəzalandırma. Bu günün xeyri və onda olanları, sonrakı günlərin xeyrini mənə ruzi et. Bu günün şəri və onda olanları, sonrakı günlərin şərini məndən uzaqlaşdır. Allahım, mən İslam əhdi ilə Səninlə ünsiyyət axtarıram, Quran ehtiramı ilə Sənə etimad edirəm; Məhəmməd Mustafa səlləllahu ələyhi və alihi və səlləm və onun Əhli-beytinin vasitəsilə Səndən şafaət soraqlayıram. Allahım, istəyimin yerinə yetməsində ümid etdiyim əhdi qəbul et; ey mehribanların mehribanı! Allahım, cümə axşamı mənim beş istəyimi qəbul et ki, yalnız Sənin böyüklüyünlə onlar həyata keçər, yalnız Sənin nemətlərinlə onlara güc çatar: vasitəsilə Sənə itaət gücü qazanacağım sağlamlıq, məni mükafatına nail edəcək pərəstiş, halal ruzi ilə bolluq, bərzəx və qiyamətin təhlükəli dayanacaqlarında məni öz amanında saxla, qəmli hadisələrdən öz pənahında qoru. Salam yetir Məhəmməd və onun Əhli-beytinə! O həzrətə təvəssülümü (onu vasitə seçməyimi) qiyamət günü mənə şəfaət və faydalı et ki, həqiqətən, Sən mehribanların mehribanısan!

📚Mənbə:Məfatihul Cinan

Allah Təala Dualarımızı Ali Dərəcədə Qəbul Etsin inşəAllah🤲🏻🌹

📚Kanalımızın linki:
@SubhanAllah_313
🌸
Cümə Axşamı Gününün Namazı

O Həzrət bu günkü günün namazı barəsində belə buyurmuşdur: “Hər kəs həftənin dördüncü günündə on rükət namaz qılıb, onun hər rükətində “Həmd” və “İxlas” surələrini on dəfə oxusa, mələklər ona deyər ki, Allahdan hər hacət istəsən, qəbul olunar.”

📚Mənbə:Məfatihul Cinan

Allah Mütəala İbadətlərinizi Və Dualarınızı Ali Dərəcədə Qəbul Etsin İnşəAllah🤲🏻🌹


📚Kanalımızın linki:
@SubhanAllah_313
🌸
Allah Rəsulu (s) buyurub:

"Öz ölənlərinizə hədiyyə göndərin." Soruşdular ki, ölülərin hədiyyəsi nədir? Buyurdu: -Sədəqə və dua . Hər cümə axşamı möminlərin ruhları dünya asimanında öz evlərinin müqabilinə gəlib, həzin səslə ağlayıb fəryad edərlər ki, ey mənim əhlim, ey mənim övladlarım, ey atam, ey anam, ey qonşularım, bizə mehribanlıq göstərin, ALLAH sizə rəhmət etsin, əlimizdə olanlardan bizə çatan əzab və hesab oldu, xeyiri özgələrə çatdı, bizə mehribanlıq göstərin bir dirhəmlə, bir parça çörəklə, bir paltarla..."

📚Mənbə:(Cəmaiul-əxbar, cild 1.)

📚Kanalımızın linki:
@SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
Ayətullah Behcətin tövsiyə etdiyi

📌GÜCLÜ TƏSİRİ OLAN HACƏT NAMAZI

Ayətullah Behcət öz tələbələrinə və yaxınlarına cümə axşamı günü qılınan bu namazı çox tövsiyə edər və buyurardı:
“Ayətullah Seyyid Murtəza Kəşmiri nə zaman bu namazı qılardı, ona hədiyyə çatardı”

📍Bu namazı qılmağın qaydası:

Dörd rükətli namazdır ki, iki rükət-iki rükət qılınar.

Birinci rükətdə “Həmd”dən sonra 11 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

İkinci rükətdə “Həmd”dən sonra 21 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Üçüncü rükətdə “Həmd”dən sonra 31 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Dördüncü rükətdə “Həmd”dən sonra 41 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq.

Namazı bitirəndən sonra 51 dəfə “Tövhid” ("İxlas”) surəsini oxumaq və 51 dəfə salavat demək lazımdır.
Sonra səcdəyə gedib, 100 dəfə “Ya Allah” demək.
Sonra Allahdan hacəti istəmək.

Həzrət Peyğəmbər (s) bu namaz haqqında buyurur: “Əgər Allahdan istəsə ki, dağı məhv etsin, dağ məhv olar. Yağış yağmağı istəsə, yağış mütləq nazil olacaqdır. Həqiqətən onunla Allah arasında heç bir maneə olmaz. Allah Təala o kəsə ki, bu namazı qılar və hacətini Allahdan istəməz – qəzəb edər

Hacət namazı niyyəti ilə qılınır.

Allah Təala İbadətləriniz Və Dualarınızı
Ali Dərəcədə Qəbul Etsin inşəAllah🤲🏻🌹

📚Kanalımızın linki:
@SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃
🌸🍃


#Paylaşaq @subhanAllah_313
Cümə Gününün Sübh Namazından Əvvəl və Ehtiyacsızlıq Üçün Oxunan Dua 🥰 🤲🏻

Həzrət Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) buyurub:

"Hər kəs cümə gününün sübh Namazından əvvəl bu istiğfarı 3 dəfə oxuyarsa, günahları dənizlərin dibindən daha çox olsa belə, bağışlanar."

Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul-qəyyum.Və ətubi iləyh.

📚 Biharul-ənvar, 89-cu cild, səh.359

Ehtiyacsızlıq üçün Cümə gününün duası 🥰🤲🏻

Mə'sumlardan (ə) nəql olunmuşdur ki, hər kəs bu duanı hər cümə günündə
70 dəfə oxuyarsa, 3 cümə günü keçməmiş Allah Təala onu öz fəzli ilə hamıdan ehtiyacsız edər, İnşaAllah.

Həmin Dua 🤲🏻 ⬇️

Bismillahir Rəhmanir Rəhim.
Ya Mufidu ya Ğəfuru ya Vədud.Əğnini bihəlalikə ən həramik.Və bitaətikə ən mə'siyətik.Və bifəzlikə əmmən sivak.Birəhmətikə ya ərhəmər-rahimin.

📚Mənəvi xəzinələr

Allah(c.c) Ali Dərəcədə Qəbul Etsin İN ŞƏ ALLAH 🤲🏻 Amin !

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸
🍃🌸
🍃

#Paylaşaq @subhanAllah_313 🥰🤲🏻
İmam Sadiq (ə) buyurub:

Kim cümə günü əsr namazından sonra 70 dəfə (əstəğfirullahə və ətubu iləyh) deyərək Allahdan bağışlanmaq diləyərsə, Allah onun keçmişdə olan günahını bağışlayar və qalan vaxtda (günahdan) qoruyar. Əgər onun günahı olmazsa, valideynlərinin günahlarını bağışlayar.

Müstədrəkülvəsail, c6, səh 95

📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸
🍃🌸
🍃

#Paylaşaq @subhanAllah_313
🗓CÜMƏ GÜNÜNÜN DUASI 🤲🏻🥰

ƏRƏBCƏ:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
الْحَمْدُ لِلَّهِ الْأَوَّلِ قَبْلَ الْإِنْشَاءِ وَ الْإِحْيَاءِ وَ الْآخِرِ بَعْدَ فَنَاءِ الْأَشْيَاءِ الْعَلِيمِ الَّذِي لا يَنْسَى مَنْ ذَكَرَهُ وَ لا يَنْقُصُ مَنْ شَكَرَهُ وَ لا يَخِيبُ مَنْ دَعَاهُ وَ لا يَقْطَعُ رَجَاءَ مَنْ رَجَاهُ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ وَ كَفَى بِكَ شَهِيدا وَ أُشْهِدُ جَمِيعَ مَلائِكَتِكَ وَ سُكَّانَ سَمَاوَاتِكَ وَ حَمَلَةَ عَرْشِكَ وَ مَنْ بَعَثْتَ مِنْ أَنْبِيَائِكَ وَ رُسُلِكَ وَ أَنْشَأْتَ مِنْ أَصْنَافِ خَلْقِكَ أَنِّي أَشْهَدُ أَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ وَحْدَكَ لا شَرِيكَ لَكَ وَ لا عَدِيلَ وَ لا خُلْفَ لِقَوْلِكَ وَ لا تَبْدِيلَ وَ أَنَّ مُحَمَّدا صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ عَبْدُكَ وَ رَسُولُكَ أَدَّى مَا حَمَّلْتَهُ إِلَى الْعِبَادِ وَ جَاهَدَ فِي اللَّهِ عَزَّ وَ جَلَّ حَقَّ الْجِهَادِ وَ أَنَّهُ بَشَّرَ بِمَا هُوَ حَقٌّ مِنَ الثَّوَابِ وَ أَنْذَرَ بِمَا هُوَ صِدْقٌ مِنَ الْعِقَابِ اللَّهُمَّ ثَبِّتْنِي عَلَى دِينِكَ مَا أَحْيَيْتَنِي وَ لا تُزِغْ قَلْبِي بَعْدَ إِذْ هَدَيْتَنِي وَ هَبْ لِي مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ وَ اجْعَلْنِي مِنْ أَتْبَاعِهِ وَ شِيعَتِهِ وَ احْشُرْنِي فِي زُمْرَتِهِ وَ وَفِّقْنِي لِأَدَاءِ فَرْضِ الْجُمُعَاتِ وَ مَا أَوْجَبْتَ عَلَيَّ فِيهَا مِنَ الطَّاعَاتِ وَ قَسَمْتَ لِأَهْلِهَا مِنَ الْعَطَاءِ فِي يَوْمِ الْجَزَاءِ اِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

🤲🏻 OXUNUŞU:

Bismillahir rəhmanir rəhim Əlhəmdu lillahil əvvəli qəbləl inşai vəl ihya, vəl axiri bədə fənail əşyail əlimilləzi la yənsa mən zəkərəh, və la yənqusu mən şəkərəh, və la yəxibu mən dəah, və la yəqtəu rəcaə mən rəcah, Əllahummə inni uşhi-dukə və kəfa bikə şəhida, və uşhidu cəmiə məlaikətikə və sukkanə səmavatikə və həmə-ləti ərşik, və mən bəəstə min ənbiyaikə və rusulik, və ənşətə min əsnafi xəlqik, ənni əşhədu ənnəkə əntəllahu la ilahə illa ənt, vəhdəkə la şərikə ləkə və la ədil, və la xulfə liqəvlikə və la təbdil, və ənnə Muhəmmədən səlləllahu ələyhi və alihi əbdukə və rəsuluk, ədda ma həmməltəhu iləl ibad, və cahə-də fillahi əzzə və cəllə həqqəl cihad, və ənnəhu bəşşərə bima huvə həqqun minəs səvab, və ənzərə bima huvə sidqun minəl iqab, Əllahummə səbbitni əla dinikə ma əhyəytəni, və la tuziq qəlbi bədə iz hədəytəni, vəhəb li min lədunkə rəhməh, innəkə əntəl vəhhab, səlli əla Muhəmmədin və əla ali Mu-həmməd, vəcəlni min ətbaihi və şiətih, vəhşurni fi zumrətih, və vəffiqni li ədai fərzil cumuat, və ma əvcəbtə ələyyə fiha minət taat, və qəsəmtə liəhliha minəl ətai fi yəvmil cəza, innəkə əntəl əzizul həkim.

🤲🏻 TƏRCÜMƏSİ:

Həmd-səna varlığın həyatdan öncə başlanğıcı, mövcudların fənasından sonra sonu olan Allaha məxsusdur! O elə bir alimdir ki, Onu yada salanı yaddan çıxarmaz, şükür edənə nemətini əskiltməz, Onu çağıranı naümid etməz, ümid edənin ümidini qırmaz. Allahım, mən Səni şahid tuturam və Sənin şahidliyin bəs edər; şahid tuturam mələkləri, səma sakinlərini, ərşi aparanları, seçdiyin peyğəmbərləri, yaratdığın hesabsız varlıqları (bütünlüklə şahid tuturam) ki, şəhadət verim: Sənsən bir Allah ki, Səndən başqa məbud yoxdur, şəriki və misli olmayan yeganəsən; Sənin sözündə səhv və dəyişiklik yoxdur. Şəhadət verirəm ki, Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm Sənin bəndən və rəsulundur. O, bəndələrinə çatdırılmasını əmr etdiyini yerinə yetirməkdə və Allah yolunda lazımınca çalışdı, savabla bağlı haqq-həqiqəti yaxşı mükafatla müjdələdi və doğru olanı cəhənnəm əzabı ilə qorxutdu. Allahım, Sənsən məni həyatda saxlayan, məni dinində sabitqədəm et, qəlbimi yol göstərdikdən sonra azdırma və mənə öz tərəfindən mərhəmət nəsib et ki, həqiqətən, Sənsən bağışlayan! Salam yetir Məhəmməd və onun Əhli-beytinə; məni onların ardıcılı və şiələrindən qərar ver, onların sırasında məşhur et və qiyamət səhnəsinə gətir, məni cümələrdə vacib olanlara, günün ibadətlərinə, cümə ibadəti müqabilində insanlara verəcəyin mükafata müvəffəq et ki, Sənsən iqtidar və hikmət sahibi!

📚Mənbə:Məfatihul Cinan

Allah Təala (c.c) Dualarımızı Ali Dərəcədə Qəbul Etsin İnşəAllah🤲🏻🌹

📚
#Paylaşaq : @SubhanAllah_313
🔰XOŞBƏXTLİK SİRRLƏRİNDƏN...

☑️ İki cümləni heç vaxt heç kimə demə:

1- Sənə nifrət edirəm
2- Daha səni görmək istəmirəm

☑️ İki nəfərlə heç vaxt həmsöhbət olma:

1- Özündən razı olan
2- Həddən çox danışan (boşboğaz)

☑️ İki nəfərin qəlbini heç vaxt incitmə:

1- Ata
2- Ana

☑️ İki kəlməni heç vaxt dilinə gətirmə:

1- Bacarmaram
2- Bəxtim yoxdur

☑️ İki şeyi heç vaxt etmə:

1- Yalan
2- Qeybət

☑️ İki cümləyə heç vaxt inanma:

1- Günah etməklə rahat olmaq
2- Evdən uzaq olanda əmin-amanlıq

☑️ İki məsələni heç vaxt yaddan çıxarma:

1- Rahatlıq Allah Taalanı xatırlamaqdadır
2- Ata-Ananın duası çox əhəmiyyətlidir

☑️ İki şeyi tez-tez yadına sal (xatırla):

1- Keçmiş dostları
2- Ötən zamanlarda olmuş gözəl xatirələrini

☑️ İki nəfərin sözünə həmişə qulaq as:

1- Təcrübəsi çox olan şəxs
2- Yaxşı və əxlaqlı müəllim

☑️ İki şeyi həmişə özünə mühüm bil, qəlb bağla onlara:

1- Sədaqət (düzlük)
2- Səmimiyyət

©Əxlaq Məktəbi

#Paylaşaq @subhanAllah_313