Ən Gözəl Dualar😍🤲🏻
19.7K subscribers
389 photos
96 videos
6 files
213 links
🌹İmam Əli (əleyhissəlam) buyurub:

“Əgər Allah bir şəxsə dua etmək nemətini əta edərsə, onu bu duasının cavabından məhrum etməz.”

📖Mənbə: Uddətud-Dai kitabı
Download Telegram
Yatan Zaman Oxunan Dua 🤲🏻

İmam Sadiq (ə) buyurmuşdur:

Yatmaq istəyən hər kəs yüz dəfə İxlas surəsini oxusa, onun əlli illik günahı bağışlanar.

Yenə də o Həzrətdən (ə) nəql olunmuşdur ki, hər kəs yatanda:

Kafirun və İxlas surələrini oxusa, Allahu təala (c.c) onun şirkdən uzaq olmasını yazar.
Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) yeməyə əl uzatdığı zaman oxuduğu dua

Həzrət Peyğəmbər (s) yeməyə əl uzatdığı zaman bu duanı oxuyurdu:

بشم ال له بارك لنا فيما رزقتنا و عليك خلفه.

«Allahın adı ilə! Ey Allah! Bizə verdikləri ruzini bərəkətli qərar ver və bundan sonra da bizə yeni ruzi mərhəmət et!»

📕Məkarimul-əxlaq kitabı
İmam Baqir (ə) buyurur:

"Heç vaxt dua etməkdən yorulmayın, çünki Allah duaya çox böyük dəyər vermişdir".

Bureyd ibn Müaviyənin "Çoxlu dua etmək, yoxsa Quran tilavət etmək dahа yaxşıdır?" sualına İmam (ə) belə cavab verir: "Çoxlu dua etmək dahа yaxşıdır. Çünki Allah buyurur: Ey Peyğəmbər, de ki, əgər dualarınız olmasaydı, Rəbbim sizlərin qeydinə qalmazdı".

📘Uddətud-Dai
Yatan Zaman Hansı Dua Və Zikrləri Oxumaq Məsləhətdir⁉️🤔

Bir çoxlarımızın rahat və aram yuxusu yoxdur. Bu məsələ cismimizdən və ruhumuzdan qaynaqlana bilər. Lakin ən çox da ruhumuzdan asılıdır.


Bəs Yatmazdan Əvvəl Nə Edək Ki, Yuxumuz Şirin Və Sakit Olsun⁉️🤔

Allahı yada salmaq bütün zaman və məkanlarda qəlblərə aramlıq və sakitlik verər. Əgər bacarsanız, yatmazdan əvvəl iki rükət namaz qılıb, “Mülk” surəsini oxuyun, “Aşura” ziyarətini zümzümə edin. Salavat, “Fərəc” duası da yatmazdan əvvəl yerinə yetirilən müstəhəb əməllərdəndir.

🌙YATAN ZAMAN EDİLƏN DUALAR:

1. Üç dəfə “Təsbihati-ərbəə”ni demək.

2. Üç dəfə “Tövhid” surəsini demək.

3. 14 Məsuma (ə) 14 salavat göndərmək.

4. Bütün mömin və ölənlər üçün bağışlanma istəmək.

5. Həzrət Zəhranın (s.ə) təsbihini etmək.

6. “Ayətül-kürsü”nü, “Nas” və “Fələq”, “Kafirun” surələrini oxumaq.

7. Bu duanı oxumaq ki, 1000 namaza bərabərdir:

بِقُدْرَتِهِ وَ یَحْكُمُ ما یُریدُ بِعِزَّتِهِ یَفْعَلُ اللهُ ما یشاءُ
( Bi Qudrətihi və yəhkumu ma yuridu bi izzətihi yəfəlullahu ma yəşau)

İmam Sadiq (əleyhissəlam) buyurur: “O kəs ki, yatan zaman 3 dəfə bu zikri deyərsə, anadan doğulduğu gün kimi olar və günahlarından paklanar.

“الحمد لله الذى علا فقهر، و الحمد لله الذى بطن فخبر، والحمد لله الذى ملك فقدر، و الحمد لله الذى یحیى الموتى و یمیت الاحیاء و هو على كل شى ء قدیر.”

(Əlhəmdulillahilləzi əla fəqəhərə, Vəlhəmdulillahilləzi bətənə fəxəbərə, vəlhəmdulillahilləzi məlikə fəqədərə, vəlhəmdulillahilləzi yuhyil-movta və yumitul əhya və huvə əla kulli şəyin qədir.)


Allah Qəbul Etsin 🤲🏻🌹

ƏN GÖZƏL DUALAR 😍🤲🏻

Kanalımızı yaxınlarınızla bölüşün ki onlar da faydalansınlar 🤲🏻🌹

📚Kanalımızın Linki:
@subhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
🍃🌸🍃 HACƏT DUASI 🍃🌸🍃

Kim bu duanı səhər axşam üç dəfə desə Qiyamət günü onu razı etməsi Allah üzərinə haqq olar.

"Raditu billəhi Rabbən və bil-Isləmi dinən və bi Muhammədin nəbiyyən."

"Rəbb olaraq Allahdan, din olaraq Islamdan, Peyğəmbər olaraq Mühəmməddən (s) razı qaldım."

🍃Çox qüvvətli və məqbul olan hacət duası  

Axşam namazını qıldıqdan sonra (40) dəfə oxunan aşağıdakı dua qəbula sayan bir duadır. Tez qəbul olması üçün, 3 gün yaxud da 7 gün ard-arda oxunmalidir.


Kanalımızı yaxınlarınızla bölüşün ki onlar da faydalansınlar 🤲🏻🌹

📚Kanalımızın Linki:
@subhanAllah_313

🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
📿 Həzrət Yunusun (ə) duası

لَا إِلَٰهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

“Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya, 87).

İzah: Yuxarıdakı dua həzrət Yunusdan (ə) nəql olunmuşdur. O, ən çətin şəraitdə Allahdan problemlərin aradan qalxmasını və kədərinin dağılmasını istədi. Allah da onun duasını qəbul etdi və onu bu bəlalardan xilas etdi.

Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar. İslam peyğəmbərindən (s) nəql olunan bir rəvayətdə bu zikr Allahın “İsmi-əzəm”i adlandırılmışdır.

Duanın əvvəlində Allahın ilahlığını etiraf etmək və Onun pak və müqəddəs olduğunu dilə gətirmək, həmçinin, keçmiş günahlarını iqrar etmək bu duada müşahidə etdiyimiz iki dua qaydasıdır.

Hədis: İmam Sadiq (ə): “Kədərli olan, amma bu duanı – La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin – oxumayana təəccüb edirəm.”

📚Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 393, hədis: 5835.
🤲🏻Çərşənbə gününün duası

Ərəbcə:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ اللَّيْلَ لِبَاسا وَ النَّوْمَ سُبَاتا وَ جَعَلَ النَّهَارَ نُشُورا لَكَ الْحَمْدُ أَنْ بَعَثْتَنِي مِنْ مَرْقَدِي وَ لَوْ شِئْتَ جَعَلْتَهُ سَرْمَدا حَمْدا دَائِما لا يَنْقَطِعُ أَبَدا وَ لا يُحْصِي لَهُ الْخَلائِقُ عَدَدا اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْ خَلَقْتَ فَسَوَّيْتَ وَ قَدَّرْتَ وَ قَضَيْتَ وَ أَمَتَّ وَ أَحْيَيْتَ وَ أَمْرَضْتَ وَ شَفَيْتَ وَ عَافَيْتَ وَ أَبْلَيْتَ وَ عَلَى الْعَرْشِ اسْتَوَيْتَ وَ عَلَى الْمُلْكِ احْتَوَيْتَ أَدْعُوكَ دُعَاءَ مَنْ ضَعُفَتْ وَسِيلَتُهُ وَ انْقَطَعَتْ حِيلَتُهُ وَ اقْتَرَبَ أَجَلُهُ وَ تَدَانَى فِي الدُّنْيَا أَمَلُهُ وَ اشْتَدَّتْ إِلَى رَحْمَتِكَ فَاقَتُهُ وَ عَظُمَتْ لِتَفْرِيطِهِ حَسْرَتُهُ وَ كَثُرَتْ زَلَّتُهُ وَ عَثْرَتُهُ وَ خَلُصَتْ لِوَجْهِكَ تَوْبَتُهُ فَصَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ عَلَى أَهْلِ بَيْتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ ارْزُقْنِي شَفَاعَةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ لا تَحْرِمْنِي صُحْبَتَهُ اِنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ اللَّهُمَّ اقْضِ لِي فِي الْأَرْبَعَاءِ أَرْبَعا اجْعَلْ قُوَّتِي فِي طَاعَتِكَ وَ نَشَاطِي فِي عِبَادَتِكَ وَ رَغْبَتِي فِي ثَوَابِكَ وَ زُهْدِي فِيمَا يُوجِبُ لِي أَلِيمَ عِقَابِكَ اِنَّكَ لَطِيفٌ لِمَا تَشَاءُ

Oxunuşu:

Bismillahir rəhmanir rəhim

Əlhəmdu lillahilləzi cəələl ləylə libasən vən nəvmə subata, və cəələn nəharə nuşura, ləkəl həmdu ən bəəstəni min mərqədi, və ləv şitə cəəltəhu sərməda, həmdən daimən la yənqətiu əbəda, və la yuhsi ləhul xəlaiqu ədada, Əllahum-mə ləkəl həmdu ən xələqtə fəsəvvəytə və qəddərtə və qə-zəytə və əməttə və əhyəyt, və əmrəztə və şəfəytə və afəytə və əbləyt, və ələl ərşistəvəyt, və ələl mulkihtəvəyət, ədukə duaə mən zəufət vəsilətuh, vənqətəət hiylətuh, vəqtərəbə əcəluh, və tədani fid dunya əməluh, vəştəddət ila rəhmə-tikə faqətuh, və əzumət litəfri-tihi həsrətuh, və kəsurət zəllə-tuhu və əsrətuh, və xəlusət li-vəchikə təvbətuh, fəsəlli əla Muhəmmədin xatəmin nəbiy-yin, və əla əhli bəytihit tahirin, vərzuqni şəfaətə Muhəmmədin səlləllahu ələyhi və alih, və la təhrimni suhbətəhu innəkə əntə ərhəmur rahimin, Əllahum-məqzi li fil ərbəai ərbəənic`əl quvvəti fi taətik, və nəşati fi ibadətikə və rəğbəti fi səvabik, və zuhdi fima yucibu li əlimə iqabik, innəkə lətifun lima təşa.

Tərcümə:

Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, gündüzü təlaş və hərəkət səbəbi qərar verən Allaha! Sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın və istəsəydin yuxumu həmişəlik edərdin; elə bir sitayiş ki, daimidir, qırılmazdır və insanlar onu hesablaya bilməz. Sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin, ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin, xəstələndirdin, şəfa verdin, sağlam etdin, çətinliyə saldın, ərşi hökmün altına aldın, varlığı əhatə etdin. Səni bir şəxsin çağırışı ilə çağırıram ki, vasitəsi gücdən düşmüş, çarəsi kəsilmiş, ölümü yaxınlaşmış, dünya arzusu azalmış, rəhmətinə çox möhtac olmuş, süstlükdə əfsusu və öz təqsiri böyümüş, büdrəməsi artmış, dərgahına tövbəsi xalis olmuşdur. Salam yetir peyğəmbərlərin sonuncusu Məhəmməd və onun pak Əhli-beytinə! Məhəmməd səlləllahu ələyhi və alihi və səlləmin şəfaətini mənə ruzi et, məni onunla yoldaşlıqdan mərhum etmə ki, Sən rəhm edənlərin ən rəhmlisisən! Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir: gücümü Sənə itaətdə, sevincimi Sənə ibadətdə, rəğbətimi gözəl mükafatında, pəhrizimi mənə ağrılı əzab olacaq şeylərdə qərar ver ki, həqiqətən, Sən istədiyinlə müdara edirsən!
Yatan zaman oxunan dua (2)

Müfəzzəl ibni Ömər nəql etmişdir ki, imam Sadiq (ə) mənə belə buyurdu:

On bir dəfə Allaha pənah aparmaqdan ibarət olan bu duanı oxumamışdan öncə yatma. Dedim: Onu mənə öyrət. Buyurdu: "Allahın izzətinə pənah aparıram. Allahın qüdrətinə pənah aparıram. Allahın böyüklüyünə pənah aparıram. Allahın səltənətinə pənah aparıram. Allahın camalına pənah aparıram. Allahın müdafiəsinə pənah aparıram. Allahın qadağasına pənah aparıram. Allahın bütün vəsflərinə pənah aparıram. Allahın mülkünə pənah aparıram. Allahın zatına pənah aparıram. Allahın yaratdıqları və vücuda gətirdiklərinin şərindən Rəsulullaha (Allahın salamı olsun ona və Əhli-beytinə) pənah aparıram." İstədiyin vaxt bu duanı oxu!
Uğursuzluqlardan qurtulmaq, qazanc-bərəkətin artması, imanda və ibadətdə sabit olmaq, hikmətlərdən başı çıxmaq və.s üçün bu İsmi-Şərifi oxuyun.
İstiğfar qəlbi rahat edər ❤️‍🩹🤲🏻

Hər gün 70 dəfə isiğfar etmək müstəhəbdir. Belə etməyin xüsusiyyətlərinin biri də budur ki, insanın qəlbi rahat olur, geniş olur. hamıdan razı qalır Allahdan, Allahın bəndələrindən.

Ustad Mirzə İsmayıl Dulabi

Hər gün 70 dəfə İstiğfar (Allahdan bağışlanma diləmək) "Əstəğfirullahə Rabbi və ətubu iləyh" demək...
Duaların qəbul olmasına mane olacaq bu kimi işləri tərk edin‼️

İmam Səccad (ə) insanın dualarının qəbul olmasına mane olan bəzi işləri xatırladaraq buyurub:

Bu kimi günahlar duanın qəbul olmasına maneədir:

Pis niyyət

Daxilin, mənəviyyatın napaklığı

Qardaşlarla münafiq, ikiüzlü kimi rəftar etmək

Duada tərəddüd etmək

Vacib namazları tərk etmək

Səni Allaha yaxınlaşdıracaq ehsan və yaxşılığı tərk etmək

Söyüş nə nalayiq sözlərdən istifadə etmək, bu kimi sözləri dilə gətirmək.

📘 (əl-Kafi 2/331)
🤧Xəstəlikdən şəfa tapmaq üçün dua🤲🏻

Hüseyn bin Nəim nəql edir ki, bir gün İmam Sadiqin (ə) övladlarından biri xəstələndi. O, həzrət övladından bu duanı oxumağını istədi:

Allahhım! Mənə öz şəfaətinlə şəfa ver! Dərdlərə dəva vermək qüdrətinlə mənim dərdimə əlac et! Məni (düşdüyüm) bəladan qurtar! Mən sənin bəndənəm və bədənin övladıyam!

Ərəbcə: Allahumməş-fini bişəfaikə, və davini bidaikə, və afini min bəlaikə, fəinni əbdukə vəbnu əbdikə

📗Kafi, c 4, Xəstəliklərin şəfası üçün dualar bölümü, 3-cü hədis.
Cəbrailin tövsiyyə etdiyi zikr

Seyid ibn Tavus “Muhcud dəəvat” kitabında İmam Baqirdən(ə) nəql edərək buyurur:

Cəbrail peyğəmbərə nazil olub dedi: Ey Allahın rəsulu, mən sənin kimi heç bir peyğəmbəri sevməmişəm. Bu zikri çox de:

İlahi, həqiqətən, Sən hamını görürsən, amma heç kim Səni görə bilmir. Sən (dərkolunmaz) uca mənzərəsən, hamı Sənin dərgahına qayıdacaq, başlanğıc (əvvəl) və son (axır), həyat və ölüm Sənin tərəfindəndir. Ey mənim Rəbbim, zəlillik və xarlıqdan Sənə sığınıram!
Barışıq üçün

Sizdən küsən barışmaq istəyərkən, (əgər o sizinlə barışmaqdan imtina edərsə) bu ayəni oxuyub o şəxsin üstünə üfürün.🌹
Asqırmaq haqqında 🤲🏻

Hər kəs asqırsa yeddi gün ölümdən amanda olar.
(Üsuli-Kafi, 2-ci cild, səh.657)

Həzrət Peyğəmbər (s)-dən nəql edirlər ki, asqırmaq onunla bir vaxtda olan söhbəti təsdiq edir və sözün düzgün olmasının əlamətidir.
(Üsuli-Kafi, 2-ci cild, səh.657, bölməətas, hədis 24-26)

Asqıran zaman bu duanı oxu: “Əlhəmdu lillahi rəbbil-aləminə və səlləllahu əla Muhəmmədin və əhli bəytih.”
(Möminlərin-Zinəti, səh.173)
Həzrət Peyğəmbər (s)-in Həzrət Əli (ə)-a vəsiyyətindən (7) 📜

«Ya Əli! Mö'min aşağıdakı səkkiz xüsusiyyətə malik olmalıdır. Çətinliklər zamanı səbrli olmalı, bəla görən zaman şükr etməli, Allahın ona verdiyi ruziyə qane olmalı, düşmənlərinə zülm etməməli (onlarla qeyrətlə rəftar etməli) dostlarını bir işə məcbur etməməli, başqaları üçün əlindən gələni etməli, camaat onun əlindən dinc olmalı və heç kimə əziyyət etməməlidir.»

«Ya Əli! Dörd nəfərin duası heç vaxt geri dönməz və mütləq qəbul olar: Adil rəhbərin duası, atanın fərzənd barədə duası, mö`min qardaşı üçün dua edən şəxsin duası və məzlum şəxsin duası. Allah (məzlum barədə) buyurmuşdur ki, sənə kec də olsa mütləq kömək edəcəyəm.»

📓Məfatihul-Hacat, səh 216.
Bütün Narahatlıq Və Bəlaları Dəf Etmək Üçün Dua 🤲🏻

"Dəvət" kitabında Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur ki, kimə qüssə, narahatçılıq üz veribsə bu duanı oxusun:

"Əllahu əllahu rəbbi la uşriku bihi şəy'ən təvəkkəltu ələl həyilləzi la yəmut".

Əllamə Mirzə Muhəmməd Həsən (ə) Bakının deyir ki, rəvayətdə bu duanın neçə dəfə oxunmasını qeyd olunmasına baxmayaraq,mənim üçün sübuta yetib ki, əgər bu dua 40 dəfə oxunsa bütün narahatlıqla dəf olar.

📚Mənbə: Məfatihul-Hacat;fəsil4,s.55


Allah qəbul eləsin 🤲🏻

📚Kanalımızın linki:
@subhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
Bismillahir-Rəhmanir-Rəhim

"ĞƏRİQ" DUASI.EHTİYACI OLDUĞUMUZ DUA

İmam Sadiq (ə) buyurub:

«Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk və tərəddüddən «Ğəriq» duasının oxuyandan başqa heç kəs qurtula bilməyəcək."
«Ğəriq» duası:
Yə Əllahu, yə Rahmənu, yə Rahim.Yə muqallibəl qulubi səbbit qalbi alə dinik.
يا اللهُ يا رحمانُ يا رحيم يا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلي دِينِك
«Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et"

📚Mənbə: « (Biharul-Ənvar, c.52, səh.149, hədis: 73)
Əgər bacarsanız, yatmazdan əvvəl iki rükət namaz qılıb, “Mülk” surəsini oxuyun, “Aşura” ziyarətini zümzümə edin. Salavat, “Fərəc” duası da yatmazdan əvvəl yerinə yetirilən müstəhəb əməllərdəndir.

Yatan zaman edilən dualar:

1. Üç dəfə “Təsbihati-ərbəə”ni demək.

2. Üç dəfə “Tövhid”(Ixlas) surəsini demək.

3. 14 Məsuma (ə) 14 salavat göndərmək.

4. Bütün mömin və ölənlər üçün bağışlanma istəmək.

5. Həzrət Zəhranın (s.ə) təsbihini etmək.

6. “Ayətül-kürsü”nü, “Nas” və “Fələq”, “Kafirun” surələrini oxumaq.

7. Bu duanı oxumaq ki, 1000 namaza bərabərdir:

بِقُدْرَتِهِ وَ یَحْكُمُ ما یُریدُ بِعِزَّتِهِ یَفْعَلُ اللهُ ما یشاءُ

(Bi Qudrətihi və yəhkumu ma yuridu bi izzətihi yəfəlullahu ma yəşau)

İmam Sadiq (ə) buyurur:

“O kəs ki, yatan zaman 3 dəfə bu zikri deyərsə, anadan doğulduğu gün kimi olar və günahlarından paklanar.

“الحمد لله الذى علا فقهر، و الحمد لله الذى بطن فخبر، والحمد لله الذى ملك فقدر، و الحمد لله الذى یحیى الموتى و یمیت الاحیاء و هو على كل شى ء قدیر.”

(Əlhəmdulillahilləzi əla fəqəhərə, Vəlhəmdulillahilləzi bətənə fəxəbərə, vəlhəmdulillahilləzi məlikə fəqədərə, vəlhəmdulillahilləzi yuhyil-movta və yumitul əhya və huvə əla kulli şəyin qədir.)

Kabus yuxulardan ayılan zaman oxunan zikr.

O kəs ki, gördüyü pis yuxudan ayılar, desin:

“لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِیْكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَیْءٍ قَدِیْرٌ. سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلَّهِ، وَاللهُ أَكْبَرُ. ولاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ”

(La ilahə illallah vəhdəhu la şərikə ləhu və ləhul həmdu vəhuvə əla kulli şəyin qədir. Sübhanəllahi vəlhəmdulillahi vəllahu əkbər. Və la hovlə vəla qüvvətə illa billah.)

Sonra bu duanı desin: اللّهم اغْفِر لی (Allahum-məğfirli)


Allah Təala Ali Dərəcədə Qəbul Etsin İnşəAllah🤲🏻

📚Kanalımızın linki: @SubhanAllah_313
🍃🌸🍃🌸🍃🌸 ﷽ 🌸🍃🌸🍃🌸🍃
📍Bu Dua ilə hacətinizi Allahdan alın.
Rəsuli Əkrəm (s.ə)-dan nəql olunmuşdur ki, O həzrət buyurur:

"İblis dedi: 7 adı bilirəm ki, onları oxusam yenidən əvvəlki məqamıma qayıda bilərəm."

Rəsuli Əkrəm (s.ə) ardında buyurur:

Amma oxumaq istədikdə Allah-təala o adları onun yadından çıxardır. Sonra buyurdu:

"Bəli, bu kələmati deyən şəxs Allah-təaladan hər nə istəsə, Allah ona əta edər."

Adların oxunuşu:

Bismillahir-Rahmanir-Rahim

Ya ilahəl-bəşəri və ya əziməlxətəri və ya mə'rufəl-əsəri və ya səri' əzzəfəri və ya əzizəlmənni və ya vasiəl-məqfirəti və ya malikə yəvmid-din iyyakə nə'bdu və iyyakə nəstə'in birəhmətikə ya ərhəmər-rahimin

📜 Mənbə: 1001 şəfa kitabı.