Hədis-Evi
4.51K subscribers
118 photos
33 videos
4.38K links
Adminlə Əlaqə: @Hesen_Eli14
___________

İnstagram səhifəmiz:

https://instagram.com/hedis__evi?igshid=1rk92h0gfmm76
___________

Dost Kanal: https://t.me/tovhid_shia
___________

Whatsapp kanalımız:

https://whatsapp.com/channel/0029VaP42JBDJ6H8IwqYTA44
Download Telegram
Sibt ibn Cövzi deyir:

“Əli Əsğər (ə) şəhid olduqdan sonra İmam (ə) ağlamağa başladı və dedi: “İlahi, bizimlə o dəstə arasında hakim ol ki, bizə yardım etmək üçün çağırıb, sonra bizi öldürməyə çalışdılar”. Göydən səda gəldi ki, ey Hüseyn onu burax (əlindən yerə qoy), çünki ona Cənnətdə süd verən var.

(Təzkirətul-xəvass, səh 252.)
🏴🏴🏴🏴
...Bəzi mənbələrdə gəlib ki, südəmər körpə şəhid olduqdan sonra Şəhidlər ağası dayanıb, bir neçə beyt şeir oxudu....

(Biharul-ənvar, cild 45, səh 47-48.)
🏴🏴🏴🏴
İmam Səccad (ə) buyurub:

Allah Abbasa (ə) rəhmət eləsin. O öz Canını qardaşına Fəda etdi. Hətta qolları kəsildi. Allah ona qollarının əvəzində Cəfər ibn Əbu Talibə verdiyi kimi iki qanad verdi, və o həmin qanadlarla Cənnətdə mələklərlə birgə uçur. Abbasın Allah yanında Elə bir məqamı vardırki, Qiyamət günü bütün şəhidlər ona qibtə edəcəklər.

(əl-Əmali, səh 412.)
🏴🏴🏴🏴
İmam Səccad (ə) buyurub:

"ALLAH Abbasa (Əbəlfəzl) rəhm etsin. Bəlalar aşkar olanda özünü qardaşına fəda etdi. Hətta o cür ki , hər iki əlindən məhrum oldu".

( Əyanuş Şiə, cild 7, səh 429.)
🏴🏴🏴🏴
Aşura Günü Dünya İşlərini Tərk Etmək.

İmam Rza (ə) buyurub:

Kim Aşura günü ehtiyaclarının arxasınca getməyi tərk edərsə, Allah onun dünya və axirət ehtiyaclarını ödəyər..
Kim Aşura gününü bərəkət günü bilib, evinə həmin gün hər hansı bir şey toplayarsa, Allah onun topladığı şeyə bərəkət verməz.
Qiyamət günü həmin şəxs Yezid, Ubeydullah ibn Ziyad və Ömər ibn Səd (Allah onlara lənət etsin) ilə bərabər cəhənnəmin ən aşağı dərəcəsində həşr olunar.

(əl-Əmali, səh 129.)
🏴🏴🏴🏴
İmam Rza (ə) buyurub:

Aşura Günü Muhəmməd (s) Ailəsinin Təhqir Olunduğu Gündür.
O gün islam əhlinin təhqir olunduğu gündür və islam əhlinin təhqir olunduğu gün Oruc Tutulmaz və Bərəkətli Qəbul Olunmaz.

(Üsuli-Kafi, cild 4, səh 146.)
🏴🏴🏴🏴
İmam Muhəmməd Baqir (ə) buyurub:

Məhərrəmin onuncu günü Kərbəlada olanlar və o gün Kərbəlada ola bilməyən şəxslər, səhra ya evin üstündə Kərbəla yerinə işarə edərək, Aşura ziyarəti oxusunlar.

(Şeyx Tusi, Misbahul- mutəcəhhid, səh 536- 543.)
🏴🏴🏴🏴
İmam Baqir (ə) buyurub:

Babam Hüseyn (ə) qılınc, ox, nizə ucu, daş, taxta və əsa zərbələrilə öldürülüb. Onu (ə) bu cür qətlə yetirdikdən sonra cəsədi üzərində at çapdılar.

(Biharul-ənvar, cild 45, səh 91.)
🏴🏴🏴🏴
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ey Əhli Aləm, KƏRBƏLADA HÜSEYNİ Susuz Qətlə Yetirdilər.

YA HÜSEYN, Şəhadət Veririk ki, Sən Allahın Əbədi Olan Nurusan ki, Heç Vaxt Sönməyib və Sönməyəcəksən.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Hüseyn (ə) Kərbəlada buyurdu:

Ya Rəsulullah (s) Məni əbu bəkr və ömər (lənətullah) Qətlə Yetirdi...!!!

(Biharul-ənvar, cild 45, səh 53.)

Başda Zamanın İmamı, İmam Məhdi (ə.f) olmaqla bütün haqq əhlinə baş sağlığı, təsliyyət ərz edirik.
🏴🏴🏴🏴
İmam Hüseynin (ə) Kərbəlada son anlarında, dediyi son sözlər:

"Bir yardımçı yoxdurmu bizə Allaha görə yardım etsin? Bir müdafiə edən yoxdurmu Peyğəmbərin məhrəmlərini müdafiə etsin?

(Biharul-ənvar, cild 45, səh 46.)
🏴🏴🏴🏴
Xanım Zeynəb (s.ə) əllərini qardaşı İmam Huseynin (ə) Müqəddəs Cəsədinin altına salıb onu səmaya qaldırdı və belə dedi:
-İlahi bu qurbanı Bizdən (Əhli Beytən (ə.) )qəbul et !!!

(Əl-Kibriyətul əhmər, cild 3, səh 13.;
Məqtəlul Husəyn, səh 307.)
🏴🏴🏴🏴
🏴🕯🏴 Şami qəriban gecəsi 🏴🕯🏴

Rəvayətlər də gəlib ki, Həzrət Zeynəb (ə) 11-ci gecə seyyiduş-şühədanın şəhadətindən sonra gecə namazı qılmaq üçün ayağa durmaq istədi amma qəm qüssənin cismən və ruhən onda yaratdığı zəiflikdən namazını oturan yerdə qıldı.

Həzrət Səccaddan (ə) nəql olunur: İmam Hüseynin atı başını seyyiduş şühədanın qanına sürtdü və xeymələrə tərəf gəldi. Atın səsini eşitdikdə qadınlar bildilər ki, Hüseyn (ə) şəhadətə çatıb. Şivən və ahu zar etməyə başladılar.

Tarix sübut edir ki, məhərrəm ayının 11-i Kərbəlanın əsirlər karvanı üçün çox çətin gecə olmuşdur. Çünki, əzizlərini yad edərək qəmlənirdilər. Həmçinin zalım və qəsbkarların xırda balaların qulağından sırğalarını və başlarından məcərlərini qarət etməklə qorxuya salmışdılar.

Ömər ibn Səd göstəriş verdi ki, İmam Hüseynin (ə) kəsik başını Küfəyə Ubeydullah ibn Ziyadın yanına göndərsinlər. Daha sonra nallanmış atları ilə Kərbəla şəhidlərinin üstünə çıxdılar. Məhərrəm ayının 12-sinə kimi şəhidlərin mübarək cənazələri gün altında qaldı. Daha sonra Bəni-Əsəd qəbiləsi İmam Səccadın (ə) köməyi ilə şəhidləri dəfn etdilər. Qeyd edək ki, zalımlar şəhidlərin paltarlarını da qənimət ünvanında qəsb etmişdilər. İmam Hüseyn (ə) köhnə bir köynək geyinmişdi ki, əynindən çıxarılmasın. Amma zalım qövm onu da İmamın (ə) əynindən çıxartdı.

İmam Həsən buyurur: "Heç bir gün çətinlikdə sənin şəhadət gününə çatmaz."

(Nəfəsul-Məhmum, səh 484.)
🏴🏴🏴🏴
Xanım Fatimeyi-Zəhra ( s.ə ) bir şe'rində Kərbəladan xəbər verərək deyir:

Övladlarım dünən axşamı ac halda gecələyiblər Kiçik övladım Hüseyn muharibədə öldürüləcək. Kərbəlada hiylə ilə qətlə yetirəcəklər. Onun qatillərinə bədbəxtlik ilə əzab olsun.

(Əl-Əmali, səh 330, hədis 11.)
🏴🏴🏴🏴
İmam Zaman Ağa (ə.f) Buyurur:

Salam olsun, qanına boyanmış ağ saçlara;

Salam olsun, torpağa bulanmış yanaqlara;

Salam olsun, paltarı oğurlanmış bədənə;

Salam olsun, çubuqla vurulan dişlərə;

Salam olsun, kəsilmiş şah damara;

Salam olsun, nizə ilə qaldırılmış başa;

Salam olsun, çöllərdə üryan halda ölən bədənlərə;


(İbn-Məşhədi, Əl-məzar, səh 499.)
🏴🏴🏴🏴
İmam Sadiq (ə) buyurub:

Babam İmam Zeynul-Abidin (ə) gündüzləri oruc, gecələri namaz qıldığı halda Atasına (Hüseynə) qırx il ağladı. İftar vaxtı çatdıqda nökəri onun üçün yemək və su gətirərək, ye ey mənim ağam- deyirdi. İmam buyururdu:

Peyğəmbərin Oğlu Ac Halda Öldürüldü, Peyğəmbərin Oğlu Susuz Öldürüldü.
Bu sözü o qədər təkrarlayıb ağlayırdı ki, yeməyi göz yaşının suyu ilə islanır, suyu isə göz yaşına qarışırdı. O, Allahla görüşənədək bu halda oldu.

(Vəsailuş-şiə, cild 3, səh 272.)
🏴🏴🏴🏴
Haris ibn Muğeyrə nəql edərək deyir: “İmam Sadiq (ə) buyurdu:

“Qüdrətli və əzəmətli Allahın Hüseynin (ə) məzarına təhkim olunmuş mələkləri vardır. Bir kişi İmamın məzarını ziyarət etmək niyyətində olursa, Allah onun günahlarını həmin mələklərə verir. O, getməyə başlayanda mələklər günahları silməyə başlayırlar. O, getməyə davam edir və mələklər onun xeyir əməllərini ikiqat edirlər (çoxaldırlar). Cənnət onun üçün vacib olana qədər (onun) xeyir əməlləri ikiqat olmağa davam edər. Sonra mələklər onu dövrəyə alar, paklayar və səma mələklərinə səslənərlər: “Allahın sevdiklərinin sevimlisinin (İmam Hüseynin) məzarının zəvvarını paklayın”. Onlar qüsl alanda Məhəmməd (s) onları səsləyər: “Ey Allahın yanına gələnlər! Cənnətdə mənimlə birgə
olmağa sevinin”. Sonra möminlərin əmiri Əli (ə) onları səsləyər: “Mən dünya və axirətdə sizin ehtiyaclarınızın həllinə və bəlaların sizdən uzaqlaşmasına zaminəm”. Sonra öz ailələrinin yanına qayıdanadək mələklər onları sağdan və soldan əhatəyə alır”.

(Səvabul-əmal və iqabul-əmal, səh 123, hədis 329.)
🏴🏴🏴🏴
İmam Səccad (ə) buyurur:

"Kərbəlada başımıza müsibətlər gəldikdə, atam və onunla yanaşı olan övladları, qardaşları və sair qohumları öldürülüb, onun ailəsi və qadınları dəvələrə mindirilərək Kufəyə aparılmaq istənildikdə mən yerə səpələnmiş və dəfn olunmamış cəsədlərə baxırdım. Bu mənə ağır gəldi və onların bu halını görmək mənim narahtçılığımı daha da artırdı. Az qaldı canım bədənimdən çıxsın. Bibim Zeynəbi-Kubra bu halımı gördükdə mənə belə dedi: "Ey babamın, atamın və qardaşlarımın yadigarı, bu nə haldı? Can verdiyini görürəm" Mən dedim: "Ağamı, qardaşlarımı, əmilərimi, əmim oğlanlarını qohumlarımı yerə səpələnmiş, qanlarına bələnmiş, paltarları oğurlanaraq bədənləri çılpaq halda buraxılmış, kəfənlənməmiş, dəfn edilməmiş gördüyüm halda necə narahat olmayım? Heç kim onlarla maraqlanmır və heç bir insan onlara yaxınlaşmır. ELƏ BİL ONLAR DEYLƏM VƏ XƏZƏR ƏHLİ-BEYTİNDƏNDİR."

(Kamiluz-ziyarat, bab 88, hədis 1.)
🏴🏴🏴🏴