Hədis-Evi
4.51K subscribers
118 photos
33 videos
4.38K links
Adminlə Əlaqə: @Hesen_Eli14
___________

İnstagram səhifəmiz:

https://instagram.com/hedis__evi?igshid=1rk92h0gfmm76
___________

Dost Kanal: https://t.me/tovhid_shia
___________

Whatsapp kanalımız:

https://whatsapp.com/channel/0029VaP42JBDJ6H8IwqYTA44
Download Telegram
Allah rəsulu (s) buyurur:

“Mənim bir parçam Xorasanda dəfn olunacaq. Onu ziyarət edən elə bir dərdli olmayacaq ki, Allah onun dərdini aradan aparmasın; elə bir günahkar olmayacaq ki, Allah onun günahlarını bağışlamasın”.

(Ravzatul vaizin, səh 400, hədis 503.)
https://t.me/Shia_Hadis
Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edərək deyir:

“Allah bizi sevənləri və bizə qəzəblənən kəsləri yaratdı. Əgər bizi sevənlər bu işdən (vilayət inancından) kənara çıxsalar, burunları yerə sürtülməklə olsa belə, Allah onları (bizim vilayətimizə) geri döndərər. Allah bizi sevməyən bir toplu yaratdı və onlar heç zaman bizi sevməzlər”.

(əl-Məhasin, səh 302, hədis 1012.)
https://t.me/Shia_Hadis
İmam Həsən (ə) buyurub:

"Dünyan üçün elə çalış ki, sanki dünyada əbədi qalacaqsan. Axirətin üçün də elə çalış ki, sanki sabah öləcəksən. Əgər qohum-əqrəbasız izzət və səltənətsiz heybət (hörmət) istəyirsənsə, Allaha qarşı mə'siyət (günah) zillətindən çıxıb Allaha itaət izzətinə daxil ol!"

(Biharul-ənvar, cild 44, səh 139.)
https://t.me/Shia_Hadis
İsmail Bəsri belə rəvayət edir: "İmam Sadiq deyirdi:

Bir yerdə əyləşib söhbət edir, istədiyinizi danışır, istədiyinizdən bəraət edir və istədiyinizi dost tutursunuz?. Mən dedim: Bəli. İmam (ə) buyurdu: (Əsl) yaşayış elə bu deyilmi?".

(Ravzatul-kafi, hədis 392.)
https://t.me/Shia_Hadis
İmam Baqirdən (ə) belə nəql edilmişdir:

“Allahın elə bir Cənnəti var ki, ora yalnız üç qism insanlar daxil olar: özü barəsində haqla hökm verən, Allaha xatir mömin qardaşını ziyarət edən və Allaha xatir mömin qardaşını özündən üstün tutan”.

(Mişkatul-ənvar fi Ğurəril-əxbar, səh 296, hədis 9(1196).)
https://t.me/Shia_Hadis
Allah Rəsulu (s) buyurub:

"Ey Əbuzər! Allah haçan bir bəndənin xeyrini istəsə, onu dində alim, dünyada zahid edər və ona eyiblərini göstərər."

(Biharul-ənvar, cild 74, səh 80.)
https://t.me/Shia_Hadis
İmam Həsən Əskəri (ə) buyurub:

“Haqqı tərk edən hər izzətli zəlil olar, haqdan yapışan hər zəlil isə izzətli olar!”

(Tuhəful-uqul, səh 489 hədis 24.)
https://t.me/Shia_Hadis
İmam Həsən Əskəri (ə) buyurub:

"Bizim sözlərimizdə olan şirinlik qəlblərə daxil olduqda onu ürəkdə saxlamaq olmur, başqasına danışırlar".

(Məanil-əxbar, səh 188.)
https://t.me/Shia_Hadis
İmam Həsən Əskəri (ə) buyurub:

“Mübahisə etmə, yoxsa dəyərin itər. Zarafat etmə, yoxsa başqaları sənə qarşı cürət edər”.

(Tuhəful-uqul, səh 531, hədis 1.)
https://t.me/Shia_Hadis
Busr ibn Ərtənin Yəməndə etdiyi (cinayətlər) İmam Əliyə (ə) xəbər verildikdə belə dedi:

“Ey Allahım, Busr dinini dünyasına satmışdır. Onun əqlini aradan apar”. Busr bir neçə müddətdən sonra ağlını itirdi. Onun üçün taxtadan bir qılınc düzəltmişdilər. Ölənədək həmin qılıncla oynadı.

(əl-xəraic vəl-cəraih, səh 169.)
https://t.me/Shia_Hadis
Həzrət İmam Əli (ə) buyurub :

Bir gün Peyğəmbər (s) Fatimə (s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah (s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstündə də sıx-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş süfrə açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm (ə), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər».

(Beytul-әhzаn, səh 21.)

🏴Salam olsun sənə, ey qabırğaları sındırılmış Zəhra(s.ə)! 🏴

Allah Həzrət Zəhraya Zülm edən ilk Zülmkara (ömər, əbu bəkr) və Tərəfdarlarına əbədi Lənət etsin və onların öz cəhənnəmində şiddətli əzaba düçar etsin.
Salman (ə) belə nəql edir:

“Fatimə (ə) oturmuşdu. Qarşısındakı kirkirə daşı ilə arpa üyüdürdü. Kirkirə daşının tutacağından qan axırdı. Hüseyn isə evin bir küncündə ağlayırdı. Mən dedim: “Ey Peyğəmbərin qızı, ovcunun içi yara olub. Fizzə buradadır”. Fatimə (ə) buyurdu: “Allah rəsulu (s) mənə tövsiyə edib ki, bir gün o, bir gün də mən ev işlərini yerinə yetirim. Onun xidmət günü dünən idi”. Salman dedi: “Mən azad edilmiş bir qulam. Ya arpa üyüdüm, ya da sənin üçün Hüseyni sakitləşdirim”. Fatimə (ə) buyurdu: “Mən onu sakitləşdirmək üçün daha münasibəm. Sən arpadan bir az üyüt”. Elə bu vaxt iqaməni eşitdim. Gedib Allah rəsulu (s) ilə birlikdə namaz qıldım. Namazı qıldıqdan sonra gördüklərimi Əliyə (ə) dedim. Əli (ə) ağladı. Evə getdi, sonra təbəssüm edərək qayıtdı. Allah rəsulu (s) ondan təbəssüm etməsinin səbəbi barədə soruşdu. Əli (ə) dedi: “Fatimənin (ə) yanına getdim. O, arxası üstə uzanmışdı. Hüseyn də onun sinəsi üstündə yatmışdı. Kirkirə daşı isə onun qarşısında öz-özünə fırlanırdı”. Allah rəsulu (s) gülümsəyib buyurdu: “Ey Əli, məgər Qiyamət gününədək mələklərin yer üzərində gəzərək Muhəmməd və Ali-Muhəmmədə xidmət etdiklərini bilmirsənmi?!”

(əl-xəraic vəl-cəraih, səh 388.)
https://t.me/Shia_Hadis
İmam Muhəmməd Təqi (ə) buyurur:

“Bibim Fatimənin (Xanım Məsumənin (s.ə) ) qəbrini Qumda ziyarət edən şəxs üçün Cənnət var”.

(Kamiluz-ziyarat, səh 582, hədis 2.)
https://t.me/Shia_Hadis
İmam Rza (ə) bir hədisdə bacısı Həzrət Məsumənin (s.ə) ziyarətinin savabı ilə bağlı belə buyurmuşdur:

“Hər kim Qumda Məsuməni ziyarət etsə, məni ziyarət edən kəs kimidir.”

(Nasixut-təvarix, cild 3, səh 68.)
https://t.me/Shia_Hadis
İmam Sadiq (ə) buyurub:

“Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar.”

(Bihаrul-әnvаr, cild 57, səh 228.)
https://t.me/Shia_Hadis
İmam Sadiq (ə) buyurub:

Qumda mənim övladlarımdan Fatimə binti Musa (ə) adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar.

(Məcalisul-mominin, cild 1, səh 83.)
https://t.me/Shia_Hadis
Səhabələrindən biri İmam Hadiyə (ə) sual verdi: "Əgər sufilər sizin haqlarınızı etiraf edirlərsə, (onda necə)?

İmam Hadi (ə) qəzəbli bir şəxs kimi ona baxıb dedi: "Bu sözü rədd et! Haqlarımızı etiraf edən şəxs üzümüzə ağ olanın yanına getməz. Sən bilmirsən ki, onlar (bizim şiəmiz olduğunu güman edib sufilik edənlər) sufi tayfalarının ən alçağıdırlar!?"

(Hədiqətuş-şiə, səh 799.)
https://t.me/Shia_Hadis
Abdullah ibn Sinan nəql edir ki, İmam Cəfər Sadiq (ə) buyurub: “Etdiyi günaha görə bir mömini utandıran, onu danlayan kəs, özü də eyni günahı etmədən ölməz.”

(əl-Kafi, cild 2, səh 203, hədis 3.)
https://t.me/Shia_Hadis
Həzrət İmam Əli (ə) buyurub:

“Həzrət Qaim (ə.f) elmi olmadan fətva verənlərdən intiqam alacaq. (Əhli-Beyt kalamları ilə olmayan) Onlara və davamçılarına ölüm olsun. Din əksikmiydi ki, onlar tamamlamağa çalışdılar?! Yoxsa dində əyrilikmi varıydı ki, onlar düzəltməyə çalışdılar?!”

(Bəyanul-Əimmə, cild 3, səh 298.)
https://t.me/Shia_Hadis
İmam Sadiq (ə) buyurub:

"Hər kim bir yaxşılıq etməyə niyyətlənsə, amma etməsə, onun üçün bir yaxşılıq yazılar. Əgər (qərara aldığı həmin yaxşılığı) etsə, onun üçün bu yaxşılığın on misli yazılar və (hətta) Allah dilədiyi kəs üçün ( bu yaxşılığın savabını) yeddi yüz mislə qədər artırar. Hər kim pis bir əməl (günah) etməyə niyyətlənsə, onu etməyincə əleyhinə (bir şey) yazılmaz. Əgər həmin əməli yerinə yetirməsə, ona bu feili tərk etdiyinə görə bir yaxşılıq yazılar. Əgər həmin əməli yerinə yetirsə, doqquz saat vaxt verilər; belə ki, (bu vaxt ərzində) əgər bu əmələ görə tövbə etsə və peşman olsa, onun əleyhinə (heç bir şey) yazılmaz; əgər buna görə tövbə etməsə və peşman olmasa, (əməl dəftərində) əleyhinə yalnız bir pislik yazılar".

(ət-Tövhid kitabı, bab 63, hədis 7.)
https://t.me/Shia_Hadis