Sələfin Fəhmi
893 subscribers
545 photos
33 videos
1 file
587 links
Allah rəsulu ﷺ buyurur : “Mən sənin üçün necə də gözəl sələfəm”. “Muslim” 2450.
Dəyərli qrup üzvləri, qrupda paylaşılan məqalələr barəsində təklif və iradlarınızı aşağıdakı adresə bildirə bilərsiniz.
@Sarhad_Alizada
Download Telegram
📌İbn Qeyyim Əl-Covziyyə رحمه الله demişdir:

"Qəflət qəlbin yatmağıdır. Ona görə də hissiyyat baxımından oyaq olan bir çox kəsin əslində yuxuda olduğunu görərsən. Yatmış olduqları halda sən onları oyaq hesab edərsən".

📝"Mədəricus Səlikin", 3/284
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂

http://T.me/Selefin_Fehmi
İbrahim ən-Nəxai رحمه الله demişdir:

"Bir nəfər başqasına “ey uzunqulaq” və ya “ey donuz”, - deyərsə, Qiyamət günü ona deyilər:

"Onu uzunqulaq olaraq yaratdığımı görmüsən? Yoxsa donuz olaraq yaratdığımı görmüsən?!"

📗"Kitabus Samt Və Ədəbul Lisən", 351.

http://T.me/Selefin_Fehmi
Məsih Dəccal adlandırılması

Peyğəmbər ﷺ buyurmuşdur:
"Dəccalın bir gözü məsh olunub (silinib, yəni tək gözü vardır).

"Muslim", 2933.

Şeyx Abdullah Buxari حفظه الله deyir:

"Məsih" adlandırılmasının səbəbi bir gözünün məsh olunması (silinməsi) və ya zühur etdiyi zaman yer üzünün hər yanını məsh etməsi ilə əlaqədardır. "Yer üzünü məsh etmək" barəsində deyilir ki, yəni mənası şimal, cənub, şərq, qərb: yer üzünün hər yerini gəzib-dolaşacaqdır".

"🎙Səs yazısından".

http://T.me/Selefin_Fehmi
Muaz ibn Cəbəldən رضي الله عنه rəvayət olunur ki, o, belə demişdir:

"Bir gün Allah rəsulu ﷺ mənim əlimdən tutdu və: "Ey Muaz, həqiqətən, mən səni sevirəm", - dedi.

Mən: "Mən də səni sevirəm, ey Allahın rəsulu", - dedim.

O ﷺ dedi: "Ey Muaz, hər namazın sonunda (salam verməzdən qabaq) bunları deməyi tərk etmə:

اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ

"Allahım! Səni zikr etmək, Sənə şükr etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et".

"Nəsai", 1303.

http://T.me/Selefin_Fehmi
🟣NƏ BİR KİÇİK, NƏ DƏ BİR BÖYÜK...

"Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!"

"Kəhf", 49.

Dahhək رحمه الله İbn Abbasın رضي الله عنهما bu ayəni belə təfsir etdiyini rəvayət edir:

"Kiçik günah - möminə istehza edərək gülmək.

Böyük günah - istehza edərək qəhqəhə ilə gülmək".

📖"Kitabus Samt Və Ədəbul Lisən".
http://T.me/Selefin_Fehmi
🟢Amir İbn Qeys رحمه الله əmisi oğluna belə deyir:

"İşlərini Allaha həvalə et, rahatla".

📜"Hilyətul Əvliyə", 2/90.
━━━━━━༺✦༻━━━━━━
http://T.me/Selefin_Fehmi
🔹İmam ibn Qeyyim رحمه الله demişdir:

"Əgər (edəcəyin saleh əməldə) ixlaslı olmayacaqsansa, o zaman özünü yorma".

📘"Bədəiul Fəvaid", 3/235.
══════◄••❀••►══════
http://T.me/Selefin_Fehmi
🟢Cabir ibn Abdullah رضي الله عنهما Peyğəmbərin ﷺ belə dediyini rəvayət edir:

"Özünüzə, övladlarınıza və malınıza bəddua etməyin! (Ola bilsin, bədduanız) Allahın duaları xüsusi olaraq qəbul etdiyi saatla üst-üstə düşər və buna görə bədduanız qəbul olunar".

📗"Muslim", 3009.
═══❖•ೋ° °ೋ•❖═══
http://T.me/Selefin_Fehmi
2. Dəccalın çıxışı.

Şeyx Abdullah Buxari حفظه الله deyir:

"Məsih Dəccalın fitnəsindən daha şiddətli fitnə nə bundan əvvəl olub, nə də bundan sonra olacaq.

Peyğəmbər ﷺ buyurmuşdur:

"Adəmin yaradılışından Qiyamətə qədər Dəccalın fitnəsindən daha böyük fitnə yoxdur".

"Muslim", 2946.

http://T.me/Selefin_Fehmi
Ömərin رضي الله عنه heybəti.

İbn Abbas رضي الله عنهما demişdir:

"Ömər ibn Xattabdan bir ayə barəsində soruşmaq istədiyimə görə onun yanında bir il qaldım, lakin onun heybətindən ondan sual soruşa bilmədim".

"Buxari", 4913.

http://T.me/Selefin_Fehmi
◥ Bir kişi zahidanə həyat yaşayan imam Əhməd İbn Əbi Ğalib Əl-Hərbinin yanına gəldi və ona belə dedi:

"Ey İmam, mənimlə birgə əmirin (rəhbərin) yanına gəl və mənə ehtiyacım olan şeyi verməsi üçün vasitəçilik et".

➠ İmam Əhməd Əl-Hərbi ona belə dedi:

"Mənimlə gəl, iki rükət namaz qıl və (ehtiyacını) uca və nöqsansız olan Allahdan istə.

Ey oğlum, həqiqətən də, mən açıq qapını qoyub bağlı qapıya tərəf yönəlmərəm".

📜"Zeylu Təbəqatul Hənəbilə", 2/49.

══════◄••❀••►══════

http://T.me/Selefin_Fehmi
✍🏼Şeyx Rabi əl-Mədxəli حفظه الله demişdir:

"Kinli insanların, tənə edənlərin və iftira atanların təhqir etmələrinə baxmayaraq, mən etiqad edirəm ki, sələfilər əqidə, mənhəc, ibadət və əxlaq baxımından insanların ən xeyirliləridir".

"📼 Şeyxin səs yazısından".
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
http://T.me/Selefin_Fehmi
🟡Nəfsi istəklərimiz Peyğəmbərin ﷺ gətirdiyinə tabe olmadıqca həqiqi iman gətirmiş olmarıq

Ömər رضي الله عنه demişdir:

"Vallahi, Allah rəsulu ﷺ (övladım) Hafzanın boynunu vurmağımı əmr etsəydi, onun (Hafzanın) boynunu vurardım".

📒"Muslim", 1479.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
http://T.me/Selefin_Fehmi
2) Dəccalın çıxışı

Şeyx Abdullah Buxari حفظه الله deyir:

"Peyğəmbər ﷺ bizə (hər namazda) təşəhhüddə dörd şeydən Allaha sığınmağı əmr edib:

"1 - Allahım, qəbirin,
2 - Cəhənnəmin əzabından,
3 - Həyatın və ölümün fitnəsindən
4 - Və Məsih Dəccalın fitnəsindən sənə sığınıram".

Həyatın və ölümün fitnəsi ümumi fitnələrdir, amma Məsih Dəccalın fitnəsi isə xüsusi bir fitnədir. Peyğəmbər ﷺ ümumidən sonra xüsusini qeyd etdi".

"Şeyxin səs yazısından".

http://T.me/Selefin_Fehmi
Allah rəsuluna ﷺ ən çox oxşayan yeddi səhabə

1. Həsən ibn Əli
2. Hüseyn ibn Əli
3. Cəfər ibn Əbi Talib
4. Əbu Sufyan ibn Həris
5. Abdullah ibn Cəfər
6. Qusm ibn Abbas
7. Səib ibn Yezid

"Fəthul Bəri", 7/97.

http://T.me/Selefin_Fehmi
🟡 ÜÇ GÜNLÜK DÜNYA.

📌Həsən əl-Basri رحمه الله demişdir:

Dünya üç gündür:

- Dünən özündə olanlarla birlikdə gedib.

- Sabaha, ola bilsin ki, yetişə bilmədin.

- Sənin üçün bu gün var və bu gün də əməl et.

📕Zuhdu lil Beyhəqi 1/196
____

http://T.me/Selefin_fehmi
🔵Allah Rəsulu ﷺ belə buyurmuşdur:

"Allahın nəbilərinə və rəsullarına salavat gətirin. Həqiqətən, məni göndərdiyi kimi onları da Allah göndərmişdir".

📘"Səhih Əl-Cəmi", 3782.
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
http://T.me/Selefin_Fehmi
Xeyirli olan sələfin bir-birini sevməsi.

Əbu Dərda رضي الله عنه demişdir:

Mən qardaşlarım üçün səcdədə onların və atalarının adını çəkərək dua edirəm.

📘 "Tərixu Dəməşq", 47/188.
____

http://T.me/Selefin_fehmi