resPUBLİKaçı
1.39K subscribers
4.74K photos
2.76K videos
5 files
208 links
Dünyada və ölkəmizdə baş verən hadisələri operativ şəkildə izləyicilərinə çatdıran kanal.

Twitter: https://twitter.com/Republic_1918?s=09

Facebook: https://www.facebook.com/Republican18
Download Telegram
Daxili İşlər Nazirliyi növbəti dəfə əhaliyə müraciət edib.

“Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq.

Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!”
XİN: “Üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejimini açıq şəkildə pozur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir”.
🇹🇷🇺🇸Hal hazırda 1 Amerikan dolları 8.01 Türk lirəsinə bərabərdir.
Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.
Xatırladaq ki, bölmələrimizin yerləşdiyi Laçının Səfiyanlı kəndi ilə Laçın dəhlizi arasında cəmi 9 km məsafə var!

Eşq olsun Ordumuza!🇦🇿✊🏼
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənilər artıq mağaralarda gizlənirlər
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.
Hazırda Ermənistanın Berd və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz və Daşkəsən rayonları əraziləri düşmən tərəfindən atəşə tutulur.
Eyni zamanda Füzuli və Ağdam istiqamətlərindəki yaşayış məntəqələrimiz, habelə Azərbaycan Ordusu bölmələrinin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqa müraciət edəcək
Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır

Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır.
Bildiririk ki, Azərbaycan əldə edilmiş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir.
Ağcabədi rayonu atəşə tutulub

- TƏCİLİ -

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.
Prezident İlham Əliyev: "Yığılmışıq biz boğaza danışıqlardan. Deyirdilər hərbi həlli yoxdu. Kim deyir bunu? Bəs indiki hal nədir? Hərbi həll deyilmi?"

"Bir tərəfdən atəşkəs deyirlər o bir tərəfdən Ermənistana silah göndərirlər."

"Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən təlxəyə deyin ərazilərimizdən çıxsın və məsələni qurtaraq!"
İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik!

İlham Əliyev: Biz öz torpağımızda vuruşuruq. Düşməni öz torpağlarımızdan qovacayıq

İlham Əliyev: Gəncə şəhərinə namərd hücum nəticəsində mülki əhali həlak olub. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır.

İlham Əliyev: Azad edilmiş rayonlarda bir dənə də olsun salamat bina yoxdur. Məscidləri, tarixi abidələri məhv ediblər. Bizim torpaqlarımızı mənimsəyiblər.

İlham Əliyev: Bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədlərə əməl edirəm. Mənim əsas məqsədim ərazi bütövlüyünün bərpa edilməsidir.

İlham Əliyev: Beynəlxalq hüquq işləmir. 27 ildir biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Amma edilmədi.

İlham Əliyev: Yığılmışdıq boğaza biz bu danışıqlardan. Nə qədər danışıq olardı?

İlham Əliyev: Düşmən azğınlaşır, harınlaşır, qudurur.
İlham Əliyev : "Minsk qrupu Azərbaycan xalqının səbri ilə oynamasın.

Gün gələcək bizə əməkdaşlıq təklifi ilə gələcəklər, hansı üzlə gələcəklər?!

Vasitəçi neytral olmalıdır, vasitəçi neytral deyilsə o vasitəçi ola bilməz.

5 rayon məsələsi yoxdur artıq. Bu rayonların böyük hissəsini özümüz götürmüşük.

Biz danışıqların əleyhinə deyilik, Cenevrədə 2 tərəfin XIN'ləri görüşəcək. Görüşsünlər, bu görüşlərdən çox olub. Ancaq nəticəsi olmayıb

Ermənistan havadarları, sizin 1 sözünüzlə ermənilər torpaqdan çıxa bilər. Dəstək verməyin çıxmasını istəyin. "
Prezident İlham Əliyev : "Bu döyüşlərdə Xocalı soyqırımını törədən cinayətkarlar məhv edildi. Ədalət zəfər çaldı "
Prezident İlham Əliyev: "Şuşada parlament binası tikirdin Paşinyan noldu?! Cəhənnəmə getdi."
İlham Əliyev: Bizə qarşı aqressiya olarsa F-16 təyyarələri buna imkan verməyəcək.
İlham Əliyev: Zəngilanın 4 (Birinci Alıbəyli, Ikinci Alıbəyli, Rabənd, Yenikənd)

Cəbrayılın 6 (Qoşudlu, Sofulu, Dağ maşanlı, Kürdlər, Hovuzlu, Çələbilər)

Qubadlının 7 kəndi(Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Molla Bürhan)

və Qubadlı şəhəri işğaldan azad olunub.
İlham Əliyev : "Söz verdiyimiz kimi düşməni sonacan qovacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Azərbaycan Ordusu tərəfindən bu yaxınlarda məhv olunan həmin o S300 HHMS.
🇦🇿IHA Harop 🤜 🇦🇲S300 HHMS