RRtraders
5.79K subscribers
7 photos
🎯Forex & Gold (5il təcrübə)

📊Düzgün ticarət . Real nəticə

💼2il ərzində bizimlə birgə işləyən 30 iş adamı və 100+ Funded tələbə

Əlaqə:
@RMtraader @RHaji_Fx
Download Telegram
Channel created
Salam hervaxtiniz xeyir dostlar qrupun yas ortalamasi ne qederdir?🙂
Anonymous Poll
17%
15-18
48%
18-22
32%
20-25
4%
30-35
1%
35-45
13
Bu gün GBP/USD cütlüyündə komandamızın reallaşdırdığı əməliyyat uğurla nəticələndi)
Doğru zamanlama və bazar strukturunun düzgün analizi bizə növbəti qazancı gətirdi.📊

Yaxın vaxtlarda təşkil edəcəyimiz *ödənişsiz dərsliklər və ümumiyyətlə trade dünyasına başlamaq istəyənlər üçün qapımız açıqdır. Kimə nə qaranlıq qalırsa, və ümumi kimin ne sualı varsa suallarınızı verin, müzakirə edək, və bir birimizi yaxından tanıyaq👇🏻
👏73🍾1
Gəlin biraz treyd haqqında danışaq Çoxları elə bilir ki, treydinq sadəcə ekran qarşısında oturub bəlkə qalxdı vəya bəlkə düşdü deyib buy sell düymesine basıb sonrada dua etməkdir.
Amma gəlin, men size realliq bundan ibaret olmadiğın lori dilde izah edim
Ve bu işe bir biznes ve hemin bu biznesin sahibkarın bir  gözü ilə baxaq.

​Ənənəvi biznesdə dükan açanda rəflərə geyim, ərzaq və ya texnika yığırsınızsa, treydinqdə sizin "məhsulunuz" səhmlər, valyuta cütlükləridir
Məqsəd dəyişmir: Malı (aktivi) ucuz tapıb alırsınız və dəyəri artanda satıb mənfəət götürürsünüz.

​Hər bir dükan sahibi yanğından və ya oğurluqdan qorunmaq üçün sığorta etdirir. Treydinqdə də risk qaçınılmazdır, amma onu idarə etmək mümkündür. Stop-Loss sizin sığortanızdır Peşəkar treyder işə başlamazdan əvvəl nə qədər itirə biləcəyini dəqiq bilir.(hesablayaraq)
Hesablanmış risk: Əgər bir biznesmen malın xarab olacağını öncədən hesablayırsa,(ki hesablamalıdı) treyder də potensial zərəri öncədən qəbul edir.

​Xərcsiz biznes olmaz.  Mağazada işıq pulu vergi və icarə verdiyiniz kimi, treydinqdə də bunlar keçərlidir
Brokerə ödənilən Spread ,komisiya  Fee.Hemçinin qazancın bir hissesin vergi olaraq ödenilir

​Biznesin uğuru ayın sonundakı hesabatla bilinir. Peşəkar treyderlər də eyni yolu izləyir:P|L (Mənfəət və Zərər) hesabatı: Aylıq və illik balans hesabatları tutaraq strategiyanın nə dərəcədə effektiv olduğunu ölçmək lazımdır. Bu, sadəcə rəqəm deyil, sizin gələcək yol xəritənizdir.
(Bunların içinde winrate rr kimi qavramlar var o barede lap etrafli danişariq )

​çox insan teesufki treydinqi lotereya kimi görür və intizamı unudur. Amma reallıq budur ve bu qeder sade olmadiğin izah eledim. Son olaraq qisaca ağlinizda qalsın
Treydinqə xobbi ve oyun kimi yanaşsanız, sizdən xobbi xərcləri çıxaracaq
Treydinqə biznes kimi,iş kimi ciddi  yanaşsanız, sizə biznes gəliri qazandıracaq.

Hörmetle komandamız R.R
👏123🤝2🏆1
Hərkəsə salam , hər vaxtınız xeyir bəylər və xanımlar 👋🏽

Bugün sizə hər kəsi maraqlandıran TİCARƏT NÖVLƏRİ və onların mənfiləri-müsbətləri
haqqında danışacam )

1) ⚡️ SKALPİNG

Gündə 20-30 əməliyyat, hər birindən kiçik qazanc.
Sürətli nəticə və qazanc

Ən riskli ticarət növu sayılır , riski və itkini tam idarə etmək mümkün deyil
Komissiyalar qazancın böyük hissəsini yeyə bilir
Cəld reaksiya və 24/7 konsentrasiya tələb edir

2) Mənim və komandanın ticarət növü DayTRADİNG📈

Risklər tam idarə oluna bilir və qabaqcadan hesablanır
Müəyyən saatlarda ticarət edilir , qrafik qarşısında gün ərzində 3-4 saat olmaq kifayət edir
Daha stabil ticarət növü sayılır Skalp la müqaisədə

Bəzən əməliyyatlar 5-15 saat arası çəkə bilir
Əməliyyatlar bazarda az ola bilir

3) Sving-Trading 🌊

Hər dəqiqə bazarı izləmək lazım deyil
Daha az “küy”, böyük mənzərə(struktur) daha aydın görünür

Normal qazanc əldə etmək üçün böyük investisiya tələb olunur (50k$+)
Əməliyyatlar 1-2 ay boyunca davam edir


Nəticədə , 5il boyunca hamısını sınadıqdan sonra deyə bilərəm:

DayTrading — daha stabil , orta gəlirli , skalp la müqaisədə ekran qarşısında daha az vaxt tələb edir .

Fikirləşirəm təsadüfi deyil , komandamızda olan hərkəsin məhz bu üsulla işləməyi )


Əgər bu post sizə faydalı oldusa — reaksiya qoyun! 👍🔥
17🔥7👏3
Salam millət necesiz
Bu gün Cme nədir onun haqqında danışacam ve ne olduğun bəzi lori dilde izahlar verecem.

Önceliklə açılımı: Chicago Mercantile Exchange
Yəni  çikaqo əmtəə birjası demekdir

Təsəvvür edin ki, bütün dünya bir şəhərdir. Bu şəhərdə hər kəs gündəlik həyatında qiymətlərlə qarşılaşır: çörəyin qiyməti, yanacağın qiyməti, dolların məzənnəsi. Bəs bu qiymətlər hardan gəlir? Kim müəyyən edir ki, bu gün neftin bir bareli neçəyə olmalıdır?
CME Group, bu şəhərin mərkəzi anbarı və topdansatış bazarıdır

Məsələn Bir fermer öz məhsulunu bazara çıxaranda qiyməti özü təyin etmir, bazar tələb-təklifi təyin edir. CME də elədir. Dünyadakı bütün böyük banklar, transmilli şirkətlər və dövlət fondları bura toplaşır. Onlar milyonlarla ton neft, tonlarla qızıl və ya milyardlarla dollar alıb-satırlar. Bu böyük dövriyyə nəticəsində "dünya qiyməti" yaranır.
Bizlər benzin alanda, həmin günkü qiymət əslində CME-də həmin gün ərzində formalaşmış qiymətdən qaynaqlanır.
Ağıllı Pulun izi (İnstitusional treyderlər)və Ağıllı pul" (Smart Money) dedikdə, çox böyük kapitala malik olanlar (JP Morgan, Goldman Sachs, böyük hedcinq fondları) nəzərdə tutulur. Onların hərəkətləri bir okean gəmisi kimidir; istiqaməti dəyişəndə bütün dənizdə dalğa yaradırlar.
​treydinq deyəndə sadəcə qrafikdəki xətlərə baxmaq deyil, pulun hərəkətini izləməkdir.
CME-dəki həcmlərə və "GAP"lara diqqət yetirmək, treyderə bazarın hansı istiqamətdə təzyiq altında olduğunu göstərən bir kompas kimidir

Bizlər kiçik bir qayıqla (fərdi treyder) həmin okeandayıq Gəmi sola dönürsə, dalğa bizi də özü ilə aparacaq. Əgər biz gəminin hara getdiyini (CME-dəki həcmləri) izləsək dalğaya qarşı yox, dalğanın axarı ilə gedərək daha təhlükəsiz və qazanclı hərəkət edə bilərik . Bu adamlara el arasında balinada deyirlər .

Bu arada Təəssüf ki, ölkəmizdə bəziləri 3-5 kurs satmaq üçün balans göstərib özünü “balina” kimi təqdim edir. Halbuki balansın Azərbaycan ortalamasından yüksək olması “balina” olmaq demək deyil. Həqiqi treydinqi anlayan insanlar üçün bu görüntü ve bu danışıq  sadəcə qeyri-ciddi və gülünc görünür. Məqsəd isə aydındır  ölkədə treydinq sahəsinin zəif inkişafından istifadə edib insanları aldadaraq güvən qazanmaq və  kurs satmaq .
🔥51❤‍🔥1👏1🙏1
26.05.26 EurUsd satış əməliyyatı profitlə yekunlaşdı

Həm qrafik analizi həmdə fundamental(iqtisadi) tərəfdən bugün avro dollar üçün satış hərəkətləri səhər saat 10 dan gözlənilən idi .

ABŞ tərəfindən gələn iqtisadi gözləntilər və bazarın FED-in faiz ilə bağlı sərt mövqeyi Dolları gücləndirdi. Dollar güclənəndə isə EUR/USD daha çox satış yönlü olur .
5🔥3🍾1
Rovshan Haji
26.05.26 EurUsd satış əməliyyatı profitlə yekunlaşdı Həm qrafik analizi həmdə fundamental(iqtisadi) tərəfdən bugün avro dollar üçün satış hərəkətləri səhər saat 10 dan gözlənilən idi . ABŞ tərəfindən gələn iqtisadi gözləntilər və bazarın FED-in faiz ilə…
4 rr lik bir əməliyyatla günü sonlandırdıq . ( rr - risk reward , riskimizin qazanca nisbəti )

Bu əməliyyat 4 nisbətlik satış əməliyyatı idi , bu o deməkdir ki bu əməliyyatda etdiyimiz riskin 4 nisbəti qazanc etmiş oluruq .

Məsələn : Riskimiz 50$ , Əməliyyatımız isə 3rr . Belə bir əməliyyatda qazanc 150$ təşkil edir .

Post faydalı oldusa reaksiya verməyi unutmayın 🤝
🔥74
03.06.26 tarixində Eurusd açdığımız satış əməliyyatı 2rr müsbətlə yekunlaşdı📈
5🔥21