Şəkərli diabet nədir? Əlamətləri nələrdir?
Dövrümüzün ən çox rast gəlinən xəstəlikləri arasında yer alan şəkərli diabet, bir çox ciddi xəstəliyin də meydana gəlməsində rol oynayan və dünyanın hər yerində rast gəlinən bir xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir. Bir çox növü olan şəkər xəstəliyinin ən çox rast gəlinən və adətən 35-40 yaşdan sonra ortaya çıxan Tip 2 diabetdir. Tip 2 diabet zamanı mədəaltı vəzidə yetərincə insulin ifraz oldunduğu halda ,hüceyrələrdə olan insulin reseptorlarının işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Bu zaman şəkər (qlükoza) , insulin tərəfindən hüceyrələrə daşına bilmir və qlükoza miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itgisi, çox su içmək və çox yemək yemə kimi simptomlarla təzahür edir.
Qan şəkərinin uzun müddət miqdarının çox olması ; ürək-madar sistemi, böyrəklər və gözlər başda olmaqla orqanizmdə bir çox qalıcı patologiyaların yaranmasına səbəb olur.
Diabetin əlamətləri nələrdir?
Diabet xəstəliyi özünü üç əsas göstərici ilə biruzə verir. Bunlar normaldan çox yemə və doymama hissi, tez-tez sidiyə çıxmaq, ağızda quruluq və buna bağlı olaraq həddindən artıq su içmə istəyi.
Bunlar xaricində görülə biləcək digər simptomları aşağıdakılar kimi sadalaya bilərik:
Halsızlıq və yurğunluq hissi
Sürətli çəki itgisi
Bulanıq görmə
Ayaqlarda uyuşma
Yaraların normaldan daha gec sağalması
Dəridə quruluq
Ağızdan asetonabənzər qoxu
Diabet (şəkər xəstəliyi) səbəbləri nələrdir?
Şəkər xəstəliyinin səbəbləri mövzusunda aparılan bir çox araşdırmada, diabet xəstəliyinin genetik və ətraf mühit amillərinin birlikdə təsiri ilə meydana gəldiyi nəticəsinə gəlinmişdir.
Əsasən Tip 1 Diabet və Tip 2 Diabet olaraq iki növü olan şəkər xəstəliyinin yaranma səbəbi növünə görə fərqlilik göstərir. Tip 1 şəkər xəstələrində genetik faktorların rolu yüksək olsa da qan şəkərinin tənzimlənməsində rol oynayan insulin hormonu ifraz edən mədəaltı vəziyə zərə verən viruslar və immun sistemin yaxşı işləməməsi də xəstəliyə səbəb olan faktorlar arasındadır. Bundan əlavə insanlar arasında daha geniş yayılmış olan 2 ci Tip diabetin səbəbləri arasında aşağı faktorları qeyd edə bilərik:
Çəkinin həddindən artıq çox olması
Valideynlərində şəkər xəstəliyinin olması
Hərəkətsiz həyat tərzi
Stress
Hamiləlik zamanı, hamiləlik diabetinin yaranması
Diabetinin hansı növləri var?
Tip 1 Diabet (insulindən asılı diabet) : Əsasən uşaqlıq vaxtından ortaya çıxan,mədəaltı vəzdə insulin ifrazının kifayət qədər və ya heç olmaması nəticəsində meydana gələn, xaricdən insulin qəbulunun mütləq olduğu diabet növüdür.
Tip 2 Diabet: Hüceyrələrin qan şəkərini tənzimləyən insulin hormonuna qarşı həssas olmaması nəticəsində meydana gələn şəkər xəstəliyinin növüdür
Latent Autoimmun diabet : immun sistemdə yaranan patologiya zamanı orqanizmin özünün özünə zərər verməsi nəticəsində meydana gələn Tip 1 diabetə oxşar diabet növüdür
Xalq arasında yayılan gizli şəkər xəstəliyi adı ilə tanınan-diabet önü vəziyyət, Tip 2 diabet xəstəliyi meydana gəlmədən öncə qan şəkərinin normadan az miqdarda yüksək olduğu, düzgün müalicə və pəhriz ilə xəstəliyin yaranmasının qarşısının alına bildiyi və ya yavaşladıla bilinən bir dövrdür.
Şəkər xəstələri necə qidalanmalıdır?
Günlük olaraq qəbul olunan karbohidrat, yağ və zülal miqdarı düzgün balanslaşdırılmalıdır. Sadəcə zülal əsaslı qidalanma ciddi zədələr yarada bilər. 3 əsas və 3 ara qidalanma olmalıdır. Ara qidalanmalar zamanı zülal və karbohidrat qəbulu bir yerdə qəbul olunmalıdır. 1 ədəd təzə meyvə və ayran istifadəsi kimi. Ana qidalanmada mütləq kalsium ilə zəngin qidalar istifadə edilməlidir. Hər qidalanmada az yağlı qatıq və ya ayran qəbulu qan şəkərinin ani yüksəlməsini və azalmasını tarazlayır.
Şəkər xəstələri üçün faydalı olan qidalardan bir neçəsini aşağıdakılar kimi qeyd edə bilərik:

Fındıq: sağlamlıq üçün faydalı yağla zəngin olan fınıq yetərli miqdarda qəbul edildikdə şəkərin miqdarını tənzimləməyi asanlaşdırır
Balıq: ən sağlıqlı qidalardan hesab olunan balıq, Omeqa 3 deposu olması baxımından sadəcə diabet xəstələrinə deyil, eyni zamanda sağlam şəxslərin də istifadə etməli olduğu bir qidadır.
Qırmızı meyvələr: Antioksidant və lif baxımından zəngin olan qırmızı meyvələr, xüsusən Tip 2 diabet xəstələri üçün insulin istehsalına kömək edir və Tip 1 diabet xəstələri üçün qan şəkərinin tarazlaşdırılması baxımından çox əhəmiyyətlidir.
Göy kələm: Brokoli kimi, göy kələm də çox az karbohidrat dəyəri olan bir tərəvəzdir.
Avokado: Omega 3 deposu olan avokado ürək və təzyiqi xəstəliklərində istifadə olunan əsas qidalardandır, eyni zamanda şəkərli diabet xəstələrində qanda şəkərin miqdarının tənzimlənməsində təsiri böyükdür.
Qatıq: Mətbəximizdə vazkeçilməzlərindən biri olan qatıq, tərkibindəki yüksək miqdarda kalsium miqdarı olduğundan gündəlik qidalanmamızda mütləq olmalıdır, eyni zamanda Tip 2 diabet riskini də azaltdığı ortaya çıxmışdır.
Çay: Mütəxəssislər, yaşıl çay və ya qara çayın şəkərsiz olmaq şərti ilə hər gün qəbul edilməli olduğunu qeyd edirlər. Tərkibindəki yüksək miqdarda antioksidant sayəsində qan şəkərinin tənzimlənməsinə kömək edir.
Kətan toxumu: Sağlam yağ, lif və zülal mənbəyi olan kətan toxumu diabetlə mübarizə üçün ən çox istifadə edilməli olan qidadır.
Alma: Xolesterol və ürək xəstəliyindən əziyyət çəkənlər üçün vacib qida olan alma qan şəkərini tarazlayaraq diabetlə mübarizə aparan gizli silahlardan biridir.
Sarımsaq: Sarımsaq xərçəng riskini azaldır, xolesterolu tarazlayır və qan təzyiqini tənzimləyir. Bu səbəblə diabetlə mübarizədə qəbul edilməli qidalardan biridir.
İspanaq: Lifli, yaşıl yarpaqları sayəsində şəkərli diabet xəstələri üçün mütəxəssislər tərəfindən tövsiyə olunur.
Tünd şokolad: Aşağı şəkərli və bol kakaolu tünd şokolad insulin rezistentliyini azaltmaqla yanaşı zəngin antioksidant mənbəyidir.
Qulançar: Türk mətbəxində yeni bir yer qazanmağa çalışan qulançar, insulin istehsalını artırdığı üçün xüsusilə Tip 2 diabet xəstələri üçün tövsiyə olunur.
Darçın: Darçın, şirniyyat ehtiyacınızı qarşılaya biləcək bir ədviyyatdır. Bundan əlavə, araşdırmalar darçının qan şəkərini tarazlaşdırdığını sübut etmişdir.
Yulaf: Lif baxımından zəngin olan yulaf, şəkərdə olan yüksək karbohidratları tarazlaşdırmaqda rol oynayır.
Paxlalılar: Lif baxımından zəngin olan paxlalılar, yalnız diabet xəstələrinin deyil hər kəsin həftədə ən az iki dəfə qəbul etməsi lazım olan qida qrupundadır,. Karbohidrat dəyəri az olan bu qidalar qandakı şəkər miqdarını tarazlaşdırır.
Brokoli: Bro koli 'şəkərli diabet üçün tərəvəz' adlandırmaq yanlış olmazdı. Təbii olaraq diabetlə mübarizə aparan bu tərəvəz qan şəkərini tarazlaymaqla yanaşı gündəlik C vitamini ehtiyacını da qarşılayır.
Diabet diaqnozu necə qoyulur?
Diyabet diaqnozunda istifadə edilən iki ən əsas test, aclıq qan şəkəri ölçümü və qlükoza tolerantlığı testi olaraq da bilinən şəkər yükləmə analizidir.. Sağlam fərdlərdə aclıq qan şəkəri səviyyəsi 70-100 mq / Dl arasında dəyişir. Diabet diaqnozu üçün 126 mq / Dl-dən yuxarı nəticə olmalıdır. Bu dəyər 100-126 mq / Dl arasındadırsa, şəkər yükləmə analizi olunur və yeməkdən sonra qanda şəkərin miqdarına baxılır. Yeməyin başlanğıcından 2 saat sonra qan şəkərinin ölçülməsi nəticəsində qanda qlükoza səviyyəsinin 200 mq / Dl-dən yuxarı olması diabet xəstəliyinin , 140-199 mq / Dl arasında olması gizli şəkər deyilən diabetönü dövrü göstərir . Bundan əlavə, son 3 aydakı qan şəkərini əks etdirən HbA1C (qlikohemaqlobulin) analizin nəticələrinə də baxılmalıdır.
Bu göstəricilərdən sonra şəkərin səbəbi araşdırılır. Bunun üçün İnsulin və insulin rezistentliyi analizləri də tələb olunur.

Yanıq izi üçün mazlar – Kontraktubeks
Gelin tərkibindəki heparin kobudlaşmış çapığı yumşaldır və zədələnmiş hüceyrələri bərpa edir. Allantoin çapıq sağalarkən yaranan bütün xoşagəlməz hissləri aradan qaldırır. Soğan ekstraktı isə dezinfeksiyaedici təsir göstərir, çapıqlar üçün baryer rolunu oynayır.
Kontraktubeks gündə 2-3 dəfə ehmalca çapıq toxumasına çəkilir. Yeni yaranan çapıqlarda müalicə kursu təxminən 4 həftə təşkil edir.
Köhnə və qalın çapıqlar zamanı problemli nahiyəyə axşam saatlarında gellə sarğı qoyulur. Müalicə orta hesabla 3-6 ay davam edir.

Yanıq izi üçün mazlar – Zeraderm Ultra
Zeraderm Ultra regenerasiyaedici, antibakterial, yarasağaldıcı, iltihab və ağrı əleyhinə təsirlərə malikdir. Gelin aktiv komponenti olan koenzim Q10 hüceyrələrin yenilənmə prosesini sürətləndirir. K vitamini çapıqları və dəri qızartısını zəiflədir. E vitamini isə güclü antioksidant olub, dərini müdafiə edir.
Geli sutkada 2 dəfə çəkilir. Bunun üçün gel nəm tampon və ya barmaq ucları ilə çapıq nahiyəsinə ehmalca sürtülür. Optimal nəticənin əldə olunması üçün müalicə 1 neçə həftə və ya ay aparılır.

Yanıq izi üçün mazlar – Levomekol
Maz yanıqdan sonra yaranan çapıqlara qarşı effektivdir. Levomekol yaranı sağaldır, irini təmizləyir, dezinfeksiya edir.
Tərkibindəki xloramfenikol təbii antibiotikdir. Metilurasil isə epidermisin regenerasiyasını stimulə edir.
Yanıqlarda Levomekol yara səthini infeksiyalardan qoruyur, eləcə də toxumaların sağalmasını tezləşdirir. Maz zədələnmiş nahiyədəki irinli möhtəviyyatı aradan qaldırır.
Kiçik sahəli 1-2-ci dərəcəli yanıqlarda:
maz steril tənzifə çəkilir və yara səthinə qoyulur;
sarğı 1 sutka saxlanılır;
yara sağalana qədər hər gün təkrarlanır.
Müalicə kursu 5-14 gün çəkir.

Yanıq izi üçün effektiv mazlar – Kelofibraza
Təbii tərkib (heparin, kamfora, sidik cöhvəri) sayəsində uşaqlarda da asan istifadə olunur. Maz çapıq toxumasında qan dövranını yaxşılaşdırır, sağalmanı sürətləndirir. Dərinin elastikliyini və regenerasiyasını artırır.
Onu təmiz və quru dəriyə masaj hərəkətləri ilə gündə 2-4 dəfə çəkmək tövsiyə olunur. Kobud çapıqlarda mazdan kompress kimi istifadə edilir.
Yanıq izi üçün mazlar
Sonda onu da qeyd edək ki, bu tip vasitələr yalnız dermatoloq tərəfindən təyin edilməlidir. Çünki bir çox hallarda dərman vasitəsi deyil, kosmetoloji prosedurlar – lazerlə cilalanma və s. daha məqsədəuyğun sayılır.

Bir sıra xəstəliklər, eləcə də cərrahi əməliyyatlardan sonra üz və bədən nahiyəsində müxtəlif formada, ölçüdə çapıqlar qalır. Aptekdən çapıq üçün maz əldə etməklə, izləri azalda və ya tamamən itirə bilərsiniz.
Çapıq üçün maz necə təsir edir?
Çapıq əleyhinə bir çox mazların sorucu effekti vardır. Bu vasitələr inert silikon əsasında hazırlanılır. İnert silikon digər dərman preparatları ilə reaksiyaya girmir, orqanizmə mənfi təsir göstərmir. Çapıq üçün maz alarkən mütləq onun tərkibinə diqqət yetirin.
Kelofibraza (Kelofibrazse)
Kelofibraza – Almaniya istehsalı olan silikon tərkibli kremdir. Kolloid çapıqlarda, əməliyyat sonrası yara izlərində və hematomalarda tətbiq olunur. Hamilə və südverən qadınlar onu rahatlıqla çəkə bilər. Maz doğuş sonrası dəri çatlarında (striyalarda) da effektivdir.
Sutkada 2-3 dəfə qalın qatla problemli nahiyəyə sürtülür. Mülaicə kursu bir neçə həftədən 6 aya qədərdir.
Preparat 25 və ya 50 qramlıq qablaşmada buraxılır. Qiyməti 38-40 AZN arasında dəyişir.
Çapıq üçün maz foto 3
Zeraderm ultra
Zeraderm ultra çapıq əleyhinə silikon tərkibli mazdır. Aktiv oksigen, A və E vitaminləri ilə zəngindir. Tikiş yerlərini, Qeysəriyyə kəsiyindən sonra qalan izləri görünməz edir.
Sutkada 2 dəfə çəkilir. Müalicə kursu 2-3 aydır. Preparatın həcmi 15 qram, qiyməti isə 52-55 AZN təşkil edir.
Sodermiks
Çapıq üçün nəzərdə tutulan bu maz patentləşdirilmiş aktiv bitki inqrediyenti – yaşıl pomidor ekstraktından ibarətdir. Çapıqların, həmçinin çatların müalicəsində arzuolunan nəticələr verir. Antioksidant təsirə malikdir. Preparatı dermatitlərdə də istifadə etmək mümkündür.
Gündə 2 dəfə çəkilir. Müalicə kursu 3 aydır. Qiyməti 45-48 AZN-dir.
Klirvin
Klirvin – çapıq, piqment ləkələri, sızanaq, yara izlərini müalicə edir. Bu məhsul dərman bitkilərinin ekstraktlarından, E vitamini və antioksidantlardan hazırlanır. Preparat gözaltı qaralar və torbacıqlarla mübarizə aparır.
Gün ərzində 2-3 dəfə sürtülür. Müalicə 5-6 həftə davam edir. Mazın qiyməti 4-5 AZN-dir.
Çapıq üçün maz – Kontratubeks
Kontratubeks – epidermisin yumşalması və hamarlaşması üçündür. Köhnə çapıq hallarında effektiv sayılır. Onun aktiv maddəsi allantoin və heparindir.
Gündə 1-2 dəfə problemli nahiyəyə yaxılır. Müalicə kursu 1-3 ay davam edir. Qiyməti qutunun böyüklüyündən asılı olaraq, 16-20 AZN arasında dəyişir.
Çapıq üçün maz foto 2
Dermatiks
Silikon əsaslıdır. Yanıq və travmadan sonra formalaşan çapıqlara qarşı istifadə edilir. 5-7 həftə müddətində gündə 2 dəfə dəriyə nazik qatla çəkilir. Preparatın 15 mq-nın qiyməti 32-35 AZN-dir.
Çapıq üçün maz – Solkoseril
Toxumaların regenerasiyasını artırır. İstifadədən öncə dəri həkimi ilə məsləhətləşmək lazımdır. Maz 1-4 ay ərzində gündə 2-3 dəfə nazik qatla çəkilir. Onun 20 qramı 7-10 AZN-dir.
Keratan
Antibiotik tərkibli maz olub, epidermisi hamarlayır və bərpa edir. Gündə 3-4 dəfə problemli nahiyəyə çəkilir. Müalicə 2 həftədən 2 aya qədər davam edir. Qiyməti 27-30 AZN-dir.
İxtiol mazı
Çapıq üçün universal və səmərəli mazdır. Göbələk xəstəliyi və dermatozlarda da yararlıdır. Antiseptik təsirə malikdir.
Maz gündə 2-3 dəfə təmiz dəriyə sürtülür. Kursun müddəti 3 həftədən 2 aya qədərdir. Qiyməti 3-4 AZN-dir.
Vişnevski mazı
Dərinin müxtəlif defektləri: akne, sızanaq, çapıq, çatlar üçün effektivdir. Antiseptik xüsusiyyətləri vardır. Sutkada 2 dəfə nazik qatla çəkilir. Müalicə kursu 3 həftədən 2-3 aya qədərdir. Qiyməti 2.6-3 AZN-dir.
Çapıq üçün maz foto 1
Çapıq üçün maz – Madekassol
Mikrob əleyhinə təsir göstərir, regenerasiya prosesini stimulə edir. Əməliyyat sonrası çapıq və yara izlərində effektivdir. Sutkada 2 dəfə çəkilir. Müalicə kursu 1.5-2 aydır. Maz Türkiyə və İsveçrədə istehsal olunur. Qiymət 10-18 AZN arasındadır.
Preparat bir qədər çətin tapıldığından onu internet mağazalardan da sifariş etmək olur.
Epitoneks
Dəriyə qulluq üçün nəzərdə tutulan çoxfunksiyalı vasitədir. Çapıqların sorulmasında, yara izlərinin sağalmasında, piqment ləkələrində faydalıdır. 2-3 ay ərzində gündə 2-3 dəfə dəriyə çəkilir. 35 ml-lik mazın qiyməti 7-8 AZN-dir.

Lidaza
Aktiv maddəsi hialuron turşusudur. 1.5-2 ay müddətində gündə 2-3 dəfə istifadə edilir. Dərmanı nazik qatla çəkmək lazımdır. Preparatın qiyməti 10-12 AZN-dir.
Metilurasil
Çapıq üçün maz kateqoriyasına daxildir. Sutkada 1-2 dəfə çəkilir. Öncədən dəri antiseptiklə təmizlənməlidir. Mülaicə kursu 5 həftədən 3 aya qədərdir. Qiyməti 8-9 AZN-dir.
Xülasə
Məqalədə çapıq üçün maz qismində ən yaxşı preparatların siyahısını təqdim etdik. Məlumatların Sizə fayda verəcəyinə ümid edirik.

Dadı ilə yeyənlərin damağında iz qoyan Şapalaq kababını yemək üçün restoranlara getməyə ehtiyac yoxdur.
Milli Steyk-Şapalaq Kababının tərkibi:
dana əti (qabırğa hissəsi və ya bel hissəsi)
soğan
kəklikotu
limon
duz
istiot
yağ
Milli Steyk-Şapalaq Kababının hazırlanma qaydası:
İlk öncə ətin üzərindəki pərdəni bıçaqla soyun. Ancaq yağ hissəsinə dəyməyin, o ətə xüsusi dad verəcək. Əti eyni qaydada sümüklü və sümüksüz hissəsi üzərində olmaqla doğrayın. Hər tikə 2 barmaq qalınlığında olmalıdır. Daha sonra soğanları nazik doğrayın. Dərin bir qaba ətləri əlavə edin. Doğradığınız soğanları əlinizlə ətlərin üzərinə suyunu sıxaraq tökün. Üzərinə duz, istiot və kəklikotu səpin. Limonu da iki hissəyə bölüb əlinizlə suyunu sıxaraq əlavə edin. Bolca duru yağ da əlavə edib ətləri yaxşıca marinad edin. Qabın üzərini örtüb 2 gün soyuducuda marinadda saxlayın. Əgər manqalda bişirəcəksinizsə ətlərin üzərindəki soğanları təmizləyib manqal toruna düzüb bişirin. Sobada bişirəcəksinizsə əvvəlcədən 220-230 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirə bilərsiniz. Bişən əti manqaldan və ya sobadan götürüb üzərinə fırçayla palçıq turşusu və ya nar şərabi çəkib 5 dəqiqə kənarda saxlayın (turşuladıqdan sonra yenidən sobaya və ya manqala qoymayın!).Şapalaq kababını süfrəyə sumaqlı soğanla və lavaşla verə bilərsiniz.
Nuş Olsun!

Sızanaqlara qarşı maz düzgün seçildikdə dəridəki iltihabı aradan qaldırır, quruducu təsir göstərir və səpgiləri yox edir. Aptekdə satılan vasitələr arasında həm qiyməti ucuz, həm də effektiv mazlarla tanış olun.
Sızanaqlara qarşı maz – Retinol mazı
Aktiv komponenti izotretinoin olan maz piy vəzilərinin fəaliyyətini normaya salır, bununla da iltihabı azaldır. Həmçinin maz regenerasiya proseslərini aktivləşdirməklə, postaknenin müalicəsinə kömək edir.
Retinol mazı piqment ləkələri əmələ gətirə bilər. Belə hallara yol verməmək üçün onu SPF kremlə birgə istifadə etmək lazımdır.
Sızanaqlara qarşı maz Retinol
Sızanaqlara qarşı Sink mazı
Dəridə səpgi və iltihab əleyhinə sınaqdan keçirilmiş vasitədir. Maz sızanaqları 1 gecə ərzində qurudur. Onun istifadəsi zamanı dərini nəmləndirməyi unutmayın.
Əvvəlcə dərini təmizləmək, tonik və ya losyon çəkmək lazımdır. Sonra üzərindən nəmləndirici krem sürtün. 5 dəqiqə keçdikdə kremi silib, yerinə sink mazı çəkin. Səhər üzünüzü yuduqdan sonra yenidən nəmləndirin.
Sızanaqlara qarşı maz Sink
Sızanaqlara qarşı maz – Zinerit mazı
Tərkibində eritromisin və sink vardır. Eritromisin propionbakteriya və streptokokkları məhv edən antibiotikdir. Sink isə dərini qurudur, piy vəzilərinin sekresiyasını zəiflədir.
Zinerit mazı dəri səthini təmizləyir, qara nöqtələr və ağ sızanaqları itirir. Müalicə kursu: 10-12 həftə.
Sızanaqlara qarşı maz Zinerit
Sızanaqlara qarşı maz – Salisil mazı
Salisil turşusundan hazırlanılır. Dəriyə antiseptik və iltihabəleyhinə təsir edir. Maz irinli sızanaqlarla mübarizə aparır. Həmçinin səpgilərdən sonra dərini ağardır. Fasiləsiz istifadə müddəti 3 həftəni keçməməlidir.
Sızanaqlara qarşı maz Salisil
Sızanaqlara qarşı maz – Levomekol mazı
Dərini irinli sızanaqlardan azad edir. Maz alın və üzün digər hissələrində ağrılı sızanaqları olan yeniyetmələrə uyğundur. Onun aktiv komponentləri – metilurasil və xloramfenikol güclü iltihabəleyhinə, eləcə də antibakterial təsirlərə malikdir. Müalicə kursu: 2-4 həftə.
Sızanaqlara qarşı maz Levomekol
Sızanaqlara qarşı Kükürd mazı
Kükürdün quruducu və mikrobəleyhinə xüsusiyyətləri vardır. Onun köməyilə çox qısa zamanda üzdəki sızanaq və səpgilər yox olur. Kükürd mazı dərialtı sızanaqlarda da effektiv sayılır. Mazın tərkibindəki sulfidlər yaraları sağaldaraq, dərini hamarlayır. Onu dəriyə 2-3 həftə çəkmək lazımdır.
Sızanaqlara qarşı maz kükürd
Sızanaqlara qarşı növbəti maz – Sintomisin
İrinli sızanaq, səpgi və xırda ləkələrə qarşı effektivdir. Tərkibindəki antibiotik sızanaqlara səbəb olan mikrobları məhv edir. Mazı maksimum 5 gün istifadə etmək olar.
Sızanaqlara qarşı maz Sintomisin
Bütün mazlar gündə 1-2 dəfə təmiz dəriyə çəkilir. Lakin onları dermatoloqun məsləhəti olmadan istifadə etmək məsləhət görülmür. Çünki aktiv komponentlər alllergik reaksiya, qızartı və ödem törədə bilər.

Hər kəsin sevimli salatını pizza ilə birləşdirsəniz yeni bir hit olacaq! Pendirin, yüngül toyuq ətinin, tərəvəzin və kahının mükəmməl birləşməsi bu pizzanı doyurucu və eyni zamanda yüngül edir . Bu pizza fiqurasına nəzarət edənlər üçün tam uyğundur.
Sezar Pizzasının tərkibi:
1 kq un
1 xörək qaşığı duz
1 litr su
10-15 qr maya
100 qr zeytun yağı
Üzəri üçün:
400-500 qr toyuq filesi
zeytun yağı
kəklikotu
duz, istiot
pendir
Sousu üçün:
2 diş sarımsaq
kəklikotu
soyulmuş pomidor
duz, istiot
Sezar Pizzasının hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda unun üzərinə duz, maya və zeytun yağı töküb xəmir yoğurun. Xəmiri 30 dəqiqə isti yerdə saxlayın. Daha sonra 30 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmirdən 250 qr -lıq kündələr hazırlayın. 1 kq undan 6 ədəd pizza xəmiri çıxacaq.
Toyuq filesini nazik lay formasında dilimləyin. Bir qabda toyuq filesinin üzərinə kəklikotu, duz, istiot və zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Yarım saatlıq soyuducuda saxlayın.
Sousunu hazırlamaq üçün blenderin qabına hazır soyulmuş pomidor, kəklikotu, duz, istiot və soyulmuş sarımsağı da əlavə edib yaxşıca qarışdırın.
Kündənin birini unlanmış dəzgahın üzərində pizza xəmiri kimi dairəvi yayın. Xəmiri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin. Daha sonra xəmirin üzərinə sousdan yaxın. Üzərinə sürtgəcdən keçirilmiş holland pendirini səpin. Marinad olunmuş toyuq filesini də qatlarla pendirin üzərindən düzün. Yenidən üzərinə pendir səpin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 13 dəqiqə bişirin. Bişdikdən sonra dilimləyib üzərinə kahı yarpaqları və sezar sousu əlavə edib süfrəyə verin. Bu qaydayla qalan kündələri də hazırlayıb bişirin. Zövqə görə üzərinə çerri pomidorları düzə bilərsiniz.

İspanaq və pomidor ilə qaymaqlı sousda bişən çox zərif balıq yeməyi. Bu mükəmməl yeməyi 30 dəqiqə ərzində şam yeməyi üçün hazırlaya bilərsiniz.
Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyinin tərkibi:
forel balığı
150 qr çerri pomidor
3 diş sarımsaq
200 qr ispanaq
100 ml 33%-lik qaymaq
60 qr suluquni pendiri
zeytun yağı
zövqə görə ədviyyatlar
Qaymaqlı Sousda İspanaqlı Balıq Yeməyinin hazırlanma qaydası:
Forel balığını yuyub duz, istiot səpin. Zeytun yağında hər iki tərəfli 5 dəqiqə qızardın. Qızardılmış balıqları kağız dəsmalın üzərinə qoyun. Balığı qızartdığınız tavada xırda doğranmış sarımsağı yüngül qovurun. Üzərinə iki hissəyə bölünmüş çerri pomidorları da əlavə edin. İspanaqları da doğrayıb əlavə edib qapağını örtün. Orta odda qaynadıqdan sonra qaymağı və sürtgəcdən keçirilmiş pendiri də əlavə edib qarışdırın. Daha sonra qızardılmış balıqları da üzərinə düzüb 5 dəqiqə bişirin.
Nuş Olsun!⠀

Qutab resepti sobada
Sacın üzərində bişirmək imkanınız olmadıqda qutabı sobada da bişirməyi yoxlaya bilərsiniz. Sobada hazırlanan qutab daha kiçik ölçülü olur. Bu qutabların dadı adi- qazın üzərində bişən qutabdan fərqli və dadlı olur. Göyərti və ətli içliklə hazırladığım qutab reseptini sizə təqdim edirəm.
Lazım olan ərzaqlar:
3 stəkan un
1 stəkan su
1 çay qaşığı duz və 1 çay qaşığı maya
Göyərtili içlik :
Keşniş
Şüyüd
Göy soğan
İspanaq
Kəvər
Zirinc
Duz
İstiot
Ətli içlik:
300 qr çəkilmiş ət
2 ədəd balaca soğan
zirinc
duz
istiot
sumaq
Qutabları yağlamaq üçün kərə yağı
Əvvəlcə içliklər hazırlanır. Göyərtilər yuyulub qurudulduqdan sonra xırda doğranır , zirinc, duz və istiot ilə qarışdırılır.
Ət soğan ilə birlikdə ətçəkən maşından keçirilir, zirinc, duz, istiot və sumaq vurulub qarışdırılır.
Xəmir üçün maya ilıq suda isladılır, sonra una duz, maya əlavə olunur, ilıq su az-az əlavə olunaraq xəmir yoğurulur. Xəmiri isti yerdə üzərini örtüb 1 saat mayalanmağa qoyun.
Mayalanmış xəmiri kiçik , qoz boyda kündələrə ayırın.
Hər kündəni un ilə 10-15 sm diametrdə yayın.
Yaydığınız yuxaların içinə, dairənin yarısına içlik qoyun, digər yarısını üzərinə gətirərək kənarlarını bərkidin.
Hazır qutabları tavaya yığın.
Sobanı əvvəlcədən qızdırıb ən yüksək temperaturda 230-250 dərəcədə qutabların hır iki üzünü bişirin. Bişdikdən sonra qutabları isti-isti kərə yağı ilə yağlayın.
Nuş olsun!