Qaracik-Zeyid kənd tam orta məktəb
1 subscriber
26 photos
7 videos
28 files
30 links
Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Viktor Hüqo)
Download Telegram
"Azərbaycan müəllimi" qəzetinin yeni buraxılışında (№10 (8918) bu və digər məlumatlarla tanış ola bilərsiniz:

☑️ Güclü vətənpərvərlik hissinə, milli ruha sahib gənclik.
☑️ Biz intiqamımızı döyüş meydanında aldıq.
☑️ 2400-ə yaxın şagirdin biliyi yoxlanılıb.
☑️ Təhsildə inklüzivlik üzrə təlim keçirilib.
☑️ Təhsil naziri səfir və müvəqqəti işlər vəkili ilə görüşüb.
☑️ Dünya Bankı ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
☑️ "Gənc nəsildə bacarıqları inkişaf etdirməliyik."
☑️ SABAH tələbələrindən yüksək nəticə.
☑️ Bu müharibənin nəticəsi ancaq qələbə ola bilərdi.
☑️ Təhsil texnologiyaları məktəbi dəyişəcək.
☑️ SABAH tələbələrindən yüksək nəticə.
☑️ Gender bərabərliyinə dair dinləmə keçirilib.
☑️ Azərbaycan müəlliminin layihəsi dünyanı dolaşır.
☑️ Sülh və gələcəyə hesablanan siyasi kurs.
☑️ Psixoloji sağlamlıq kimdən və nədən asılıdır?
☑️ Transfer.edu.az portalında qeydiyyatdan keç, asanlıqla universitetini dəyiş.
☑️ Məktəbdənkənar istedadlar.

#TəhsilNazirliyi #EduAz #AzərbaycanMüəllimi
​​​​​​​​​​"Dərs vaxtı"nın 12 mart cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının fevralın 12-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.
Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi, eləcə də şagirdlərarası münasibətlərin düzgün qurulmasını mühüm hesab edirəm. Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktik mexanizmlər də hazırlanmışdır və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcəkdir. Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilmişdir.
Eyni zamanda, ötən il “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən “Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNİCEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir. Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm. Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir.
📌DİMə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, bu müddət ərzində mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.
IX və XI siniflər üzrə buraxılış imtahanı modelinə uyğun yeni sınaq imtahanları otk.az portalına yerləşdirilib.

➡️ https://otk.az/
Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

“Əziz bacılar və qardaşlar!
Birazdan işğaldan azad olunmuş ərazilərdən növbəti videogörüntüləri sizin diqqətinizə təqdim edəcəyəm”- Mehriban Əliyeva
Forwarded from Hebib Müntezir
Martın 19-da Operativ Qərargahın brifinqi gözlənilir. Azərbaycanda koronavirusun Britaniya növlü təhlükəsindən dolayı qapanma istisna olunmur.
2021-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulan imtahanların qrafiki müəyyən olunub.

➡️ http://dim.gov.az/news/6388/
Forwarded from Baku News
‼️ Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb. 🇦🇿🇹🇷
I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi üzrə yeni onlayn sınaq imtahanı https://otk.az/ portalına yerləşdirilib.
Forwarded from Yerli.media - Новости Азербайджана
#Tarixdəbugün 21 mart 1906-cı ildə görkəmli şairimiz, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi və Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun doğum günüdür.

t.me/ataraksia28
Dövlət İmtahan Mərkəzi tərəfindən 15-16 aprel 2021-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

İmtahanlar saat 11:00-da başlanır. 
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

Ətraflı: http://dim.gov.az/news/6469/
Media is too big
VIEW IN TELEGRAM
Pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx
Forwarded from TƏHSİL AKSİOMU (Eltun Haciyev)
6 sinif B.S.Q yeni.doc
45.5 KB
6 sinif B.S.Q yeni.doc