Qaracik-Zeyid kənd tam orta məktəb
1 subscriber
26 photos
7 videos
28 files
30 links
Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Viktor Hüqo)
Download Telegram
​Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!

08.11.2020

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.

Dövlətimizin başçısı deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Forwarded from Yerli.media - Новости Азербайджана
#RƏSMİ🇦🇿 İşğaldan azad edilən yerlər:

#Xocavəndi - Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen və Şəhər kəndi
#Xocalı - Şuşakənd, Muxtar və Daşaltı kəndi #Füzuli - Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli və Saracıq kəndi
#Zəngilan - Sobu, Qaragöz, İsgəndərbəyli kəndi, Bartaz qəsəbəsi, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyi (1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik
#Cəbrayıl - Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər və Çələbilər kəndi
#Qubadlı - Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu və Çərəli kəndi
#Laçın - Güləbürd, Səfiyan və Türklər kəndi
Forwarded from Mediapost.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yerevanın mərkəzində etirazçılar Paşinyanın istefasını tələb edir

Протестующие в Ереване требуют отставки Пашиняна

Kanalı izləyin @mediapostaz
13 noyabr tarixi üçün nəzərdə tutulan peşə teledərsləri saat 18:10-da yayımlanacaq.
Direktorların işə qəbulu üzrə test imtahanlarına start verilir


Cari ilin 6-7 mart tarixlərində Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək.
Test imtahanlarında elektron ərizəsi qəbul edilmiş 3330 namizədin iştirakı nəzərdə tutulub.
✍🏻Dövlət İmtahan Mərkəzi martın 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirəcək.
Şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.
İmtahanlarda ümumilikdə 3 074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.
İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq.
İmtahanlar saat 12:00-da başlanır. İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.
❗️Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
📌- şəxsiyyət vəsiqəsi;
📌 tәhsil aldıqları mәktәb tәrәfindәn verilәn şәkilli arayış (arayışda şagirdin neçәnci sinifdә tәhsil aldığı da göstәrilir, arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir),
📌- İmtahana buraxılış vərəqəsi;
📌-“İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannamə (Bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.
‼️Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
📚Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:
📎· Azərbaycan dili;
📎· Riyaziyyat.
📌Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.📌 İmtahanın müddəti 90 dəqiqədir. 📌İmtahanların keçirilməsi üçün 16 imtahan binası ayrılıb.
Təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində:
“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi kimi həllərlə yanaşı, şagirdlərarası münasibətlərin düzgün qurulmasını da mühüm hesab edirəm”.
"Azərbaycan müəllimi" qəzetinin yeni buraxılışında (№10 (8918) bu və digər məlumatlarla tanış ola bilərsiniz:

☑️ Güclü vətənpərvərlik hissinə, milli ruha sahib gənclik.
☑️ Biz intiqamımızı döyüş meydanında aldıq.
☑️ 2400-ə yaxın şagirdin biliyi yoxlanılıb.
☑️ Təhsildə inklüzivlik üzrə təlim keçirilib.
☑️ Təhsil naziri səfir və müvəqqəti işlər vəkili ilə görüşüb.
☑️ Dünya Bankı ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
☑️ "Gənc nəsildə bacarıqları inkişaf etdirməliyik."
☑️ SABAH tələbələrindən yüksək nəticə.
☑️ Bu müharibənin nəticəsi ancaq qələbə ola bilərdi.
☑️ Təhsil texnologiyaları məktəbi dəyişəcək.
☑️ SABAH tələbələrindən yüksək nəticə.
☑️ Gender bərabərliyinə dair dinləmə keçirilib.
☑️ Azərbaycan müəlliminin layihəsi dünyanı dolaşır.
☑️ Sülh və gələcəyə hesablanan siyasi kurs.
☑️ Psixoloji sağlamlıq kimdən və nədən asılıdır?
☑️ Transfer.edu.az portalında qeydiyyatdan keç, asanlıqla universitetini dəyiş.
☑️ Məktəbdənkənar istedadlar.

#TəhsilNazirliyi #EduAz #AzərbaycanMüəllimi
​​​​​​​​​​"Dərs vaxtı"nın 12 mart cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının fevralın 12-si üçün nəzərdə tutulan cədvəlini təqdim edirik.
Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir. Ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi, eləcə də şagirdlərarası münasibətlərin düzgün qurulmasını mühüm hesab edirəm. Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq. Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktik mexanizmlər də hazırlanmışdır və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcəkdir. Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilmişdir.
Eyni zamanda, ötən il “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən “Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNİCEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir. Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm. Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir.
📌DİMə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 mart tarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.

Qeyd edək ki, bu müddət ərzində mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.
IX və XI siniflər üzrə buraxılış imtahanı modelinə uyğun yeni sınaq imtahanları otk.az portalına yerləşdirilib.

➡️ https://otk.az/
Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar.

“Əziz bacılar və qardaşlar!
Birazdan işğaldan azad olunmuş ərazilərdən növbəti videogörüntüləri sizin diqqətinizə təqdim edəcəyəm”- Mehriban Əliyeva
Forwarded from Hebib Müntezir
Martın 19-da Operativ Qərargahın brifinqi gözlənilir. Azərbaycanda koronavirusun Britaniya növlü təhlükəsindən dolayı qapanma istisna olunmur.
2021-ci ilin aprel ayında keçirilməsi nəzərdə tutulan imtahanların qrafiki müəyyən olunub.

➡️ http://dim.gov.az/news/6388/
Forwarded from Baku News
‼️ Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb. 🇦🇿🇹🇷
I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsi üzrə yeni onlayn sınaq imtahanı https://otk.az/ portalına yerləşdirilib.
Forwarded from Yerli.media - Новости Азербайджана
#Tarixdəbugün 21 mart 1906-cı ildə görkəmli şairimiz, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi və Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun doğum günüdür.

t.me/ataraksia28