Qaracik-Zeyid kənd tam orta məktəb
1 subscriber
26 photos
7 videos
28 files
30 links
Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Viktor Hüqo)
Download Telegram
Forwarded from Hebib Müntezir
İşğaldan azad olunmuş Füzulidə zirzəmidə 27 ildir itkin olan Qax rayonu, Qum kənd sakini Şamxalov İmran Abdurahman oğlunun ayağı zəncirli halda tapıldığı deyilir. 1992-ci ildə Qarabağa döyüşə gedib və itkin düşüb. Valideynləri vəfat edib, bacıları var. Hazırda Bakıda olduğu deyilir. Sabah qohumlarına qovuşacağını deyiblər. Dəhşətli bir şeydir. @hebmun
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 29 il keçir

18.10.2020

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

AZƏRTAC xəbər verir ki, 29 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.

Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!
Forwarded from Operativ Media
Prezident işğaldan azad edilən yeni əraziləri açıqladı:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!
Forwarded from S J
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Arazın o tayında qələbəmizə sevinib hönkür-hönkür ağlayan soydaşımız...
Forwarded from Deleted Account
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün Moskvada Lavrovla görüşdə nazirimiz Ceyhun Bayramovun dik və məğrur duruşu dünya mediasının diqqətindən yayınmayıb.
Forwarded from Şəbəkə
📌 Paşinyan: "İndiki məqamda problemin diplomatik həlli yoxdur. Ya qalib gələcəyik, ya da məğlub olacağıq. Orta variant olmayacaq."
Forwarded from Trolling Azerbaijan
🇦🇿🇮🇱 "Qarabağ" futbol klubu İsrailin Tel-Aviv şəhərində belə qarşılandı:
Forwarded from Trolling Azerbaijan
🇦🇿Mincivan🇦🇿
Forwarded from isayevios 🇦🇿
Boris Yeltsin və Nursultan Nazarbayev Dağlıq Qarabağda. 21 sentyabr 1991
Forwarded from Baku News
BBC News: 3 yaşlı Xədicə artıq yetimdir. Anası, atası və böyük bacısı Ermənistanın raket hücumu nəticəsində həlak oldu.

Linkə daxil olaraq videonu izləyə bilərsiniz.

https://www.bbc.com/news/av/world-europe-54650502
Forwarded from isayevios 🇦🇿
Azərbaycan Banklar Assosiasiyası

Hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə ABA-nın üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər:

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;
- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;
- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.
Forwarded from isayevios 🇦🇿
🇷🇺Azərbaycan Silahlı Qüvvələrinin təcili əməliyyat vəzifəsi "Laçın dəhlizi" üzərində nəzarəti yaratmaqdır. Bundan sonra, əslində erməni ordusunun Qarabağda təslim olması (və ya məhv edilməsi) yalnız zaman məsələsidir.

Bunlar bu müharibənin sərt həqiqətləridir.

İqor Korotçenko
Forwarded from Mediapost.az
Prezident İlham Əliyev Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

Kanalı izləyin @mediapostaz
Forwarded from Baku News
Diqqət❗️❗️❗️Az sonra Prezident İlham Əliyev xalqa müraciət edəcək!!!
​Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev: Əziz Şuşa, sən azadsan!

08.11.2020

Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə verib.

Dövlətimizin başçısı deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Forwarded from Yerli.media - Новости Азербайджана
#RƏSMİ🇦🇿 İşğaldan azad edilən yerlər:

#Xocavəndi - Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen və Şəhər kəndi
#Xocalı - Şuşakənd, Muxtar və Daşaltı kəndi #Füzuli - Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli və Saracıq kəndi
#Zəngilan - Sobu, Qaragöz, İsgəndərbəyli kəndi, Bartaz qəsəbəsi, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyi (1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik
#Cəbrayıl - Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər və Çələbilər kəndi
#Qubadlı - Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu və Çərəli kəndi
#Laçın - Güləbürd, Səfiyan və Türklər kəndi
Forwarded from Mediapost.az
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yerevanın mərkəzində etirazçılar Paşinyanın istefasını tələb edir

Протестующие в Ереване требуют отставки Пашиняна

Kanalı izləyin @mediapostaz
13 noyabr tarixi üçün nəzərdə tutulan peşə teledərsləri saat 18:10-da yayımlanacaq.