Qaracik-Zeyid kənd tam orta məktəb
1 subscriber
26 photos
7 videos
28 files
30 links
Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Viktor Hüqo)
Download Telegram
Dövlət İmtahan Mərkəzi tərəfindən 10 və 11 iyun 2020-ci il tarixlərindən etibarən hər həftə içi günlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanlar üçün buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 9 illik və 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər buraxılış imtahanlarında iştirak etməyə bilərlər.

➡️http://dim.gov.az/news/5289/
Forwarded from Hebib Müntezir
Zaqataladan milliyyətcə saxur olan şəhid Fəqan Məmmədov

Bir qrup Azərbaycan əsgəri erməni ordusunun hərbçilərini mühasirəyə alır və ermənilər uzaqdan ağ bayraq qaldıraraq, təslim olduqlarını bildirirlər. Əsgərlərimiz onların yanına gələndə isə onlar hərbçilərimzin üzərinə bir neçə əl bombası atırlar. Həmin bu gənc oğlan, zabit, dərhal əsgərləri itələyir və bombaların üstünə uzanır. Nəticədə yalnız o şəhid olur, digər əsgərlər yüngül qəlpə yaraları alırlar və düşməni öldürürlər. Fəqan nişanlı idi. Toy etmək üçün karantinin bitməsini gözləyirdi . Hadisəni isə şəhidin həyatını xilas etdiyi, yaralı yoldaşları danışıb.
Forwarded from Hebib Müntezir
Bunlar əsgərlər üçün yığılan ərzaqlar, geyimlər, əşyalar və məktublardır. Bunları kim göndərsə yaxşıdır? Nizami rayonu, 62 nömrəli məktəbin şagirdləri. Yük taksisinə doldurub, yollayıblar cəbhəyə. Əsgərlər dedi ki, köməkləri gəlib çatıb, adımızdan təşəkkür elə. Mən həm təşəkkür edirəm, həm də o geniş ürəyinizə sağlıq deyib, hamınızı öpürəm. 💜 @hebmun
"Rəşadətli #Azərbaycan Ordusu tərəfindən #Füzuli rayonunun #Qaradağlı, #Xatunbulaq, #Qarakollu, #Xocavənd rayonunun #Bulutan, #Məlikcanlı, #Kəmərtük, #Təkə, #Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! #QarabağAzərbaycandır! "
Vaqif Ucatay - Bax! Gör! Unutma!

(Azərbaycan, Rus və İngilis dilində)
Azərbaycan həqiqətləri və erməni vəhşilikləri: rəsm əsərlərindən ibarət «Bax! Gör! Unutma!» layihəsi çərçivəsində işıq üzü görən kitabın müəllifi tanınmış rəssam Vaqif Ucataydır. Kitab Azərbaycan, rus və ingilis dillərindədir.

Qarabağ münaqişəsi dövründə və ötən əsrin əvvələrində ermənilərin azərbaycanlılara qarşı törətdiyi ağlasığmaz cinayətləri əks etditir.
2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.
Bugünkü brifinqdə Təhsil naziri Emin Əmrullayevin çıxışından:

19 oktyabrdan 2 noyabradək bütün təhsil müəssisələrində tətil elan olunur

2 həftəlik tətildə onlayn dərslər də dayandırılacaq

Bu tarixlər arasındakı boşluqlar mütləq şəkildə kompensasiya olunacaq

Tətil qərarı bağçalara da aiddir

Bu qərar tədris kursları və repetitor xidmətinə aid edilmir
❗️15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın #Gəncəyə #raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu.

Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub.

Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!


#StopArmenianAgression
#ArmenianVandalism
#StopArmenianTerrorism
#PrayforGanja
Forwarded from Albert Eynişeydi
İnternetdə belə bir hekayə dolaşır:

“İşğaldan azad olunmuş Füzulidə zirzəmidə 27 il əvvəl itkin kimi qeyd edilə Qax rayonu sakini Şamxalov İmran adlı şəxs ayağı zəncirli halda tapılıb. İmran 1992-ci ildə Qarabağ müharibəsinə gedib və orada itkin düşüb. Hazırda müalicə edilir və tezliklə yaxınlarına qovuşacaq.”

Əgər real hadisədirsə, dəhşətdir, filmdir, sonsuz ağrıdır...
Forwarded from D~N~N 🌺
Bu körpələrin günahı nədi Allahım??? Yaxşı baxın bu mənzərəyə ,buna ürəkmi dözər?
😥😥😥
Forwarded from Hebib Müntezir
İşğaldan azad olunmuş Füzulidə zirzəmidə 27 ildir itkin olan Qax rayonu, Qum kənd sakini Şamxalov İmran Abdurahman oğlunun ayağı zəncirli halda tapıldığı deyilir. 1992-ci ildə Qarabağa döyüşə gedib və itkin düşüb. Valideynləri vəfat edib, bacıları var. Hazırda Bakıda olduğu deyilir. Sabah qohumlarına qovuşacağını deyiblər. Dəhşətli bir şeydir. @hebmun
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 29 il keçir

18.10.2020

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

AZƏRTAC xəbər verir ki, 29 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.

Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!
Forwarded from Operativ Media
Prezident işğaldan azad edilən yeni əraziləri açıqladı:

Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.

Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu: Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!