ProDemos - Xalq üçün
16 subscribers
70 photos
6 videos
20 links
Download Telegram
Artıq apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı inzibati mübahisələr üzrə iddia ərizələri də elektron qaydada məhkəmələrə göndərilə biləcək. Nəticədə "Elektron kabinet" istifadəçiləri iş üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət barədə operativ məlumat əldə edəcəklər.

Bu tip iddia ərizələri digər iddia ərizələrinin yükləndiyi qaydada sistemə daxil edilməlidir. Belə ki, istifadəçilər əvvəlcə “Elektron kabinet”ə daxil olmalı, oradan “Yeni ərizə” bölməsinə keçid edərək müvafiq apellyasiya instansiya məhkəməsini seçməli, iddia üzrə zəruri məlumatları daxil etməli və elektron imza ilə təsdiq etməlidirlər.
Qeyd edək ki, apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsi qismində baxdığı məsələlərə aşağıdakılar aiddir:

- Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar;
- Siyasi partiyalarla bağlı mübahisələrə dair işlər;
- Media ilə bağlı mübahisələrə dair işlər;
- Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər;
- Azərbaycan Respublikası Milli Məclisi deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia;
- “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq qəbul edilmiş Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsinə dair iddia;
- Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı müvafiq iddialar.

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan
Konstitusiyamıza əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Seçki hüquqlarına aktiv və passiv seçki hüququ aid edilir. Aktiv seçki hüququ seçmək, passiv seçki hüququ isə seçilmək hüququdur.

Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər istisna olmaqla, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı seçkilərdə iştirak edərək öz səsvermə hüququndan istifadə edə bilər. Lakin səsvermə hüququ olan şəxslərin dairəsi yalnız vətəndaşlarla məhdudlaşmır. Belə ki, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər də Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermə hüququna malikdirlər.

Əgər siz də qeyd olunan şəxslər dairəsinə aidsinizsə, sözügedən seçkilərdə aktiv seçki hüququnuzdan istifadə edə bilərsiniz.

#ProdemosAzerbaijan #ELSAAzerbaijan #AzerbaijaniBarAssociation
Hörmətli izləyicilər,

Avqust ayı ərzində qanunvericilik aktlarına edilmiş dəyişiklikləri izahlı icmal şəklində sizə təqdim edirik. Dəyişiklikliklər abunə olan vətəndaşların elektron poçt ünvanlarına göndərilmişdir.

Dəyişiklikləri aşağıdakı linkdən keçid edərək oxuya bilərsiniz:
🔗 https://drive.google.com/drive/folders/1G_Sw3s3zuqJcOE8fbsqk8Y6WVNehXXyw?usp=sharing

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan #icmal #avqust #qanunvericiliyədəyişiklik
This media is not supported in your browser
VIEW IN TELEGRAM
“Mygov” rəqəmsal hökumət platforması vasitəsilə dövlət xidmətləri bir mərkəzdən göstərilir, habelə vətəndaşlara bir kliklə öz məlumatları (sənədləri) ilə tanış olmaq, onları təqdim etmək imkanı verilir.

Platformada vətəndaşlar sosial müdafiə, sosial təminat, təhsil, səhiyyə, gömrük, vergilər, arayışların alınması, kommunal və s. tipli xidmətlərdən istifadə edə, həmçinin şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm şəhadətnaməsi kimi sənədləri rəqəmsal formada əldə edə (təqdim edə) bilərlər.

“Mygov” platformasında, həmçinin paylaşılan fərdi məlumatların paylaşılma tarixçəsi ilə tanış olmaq, qurumlar tərəfindən fərdi məlumatların sorğulanması üzrə icazələri idarə etmək imkanı yaradılmışdır.

Platformadakı şəxsi kabinetinizə Vahid Giriş Sistemi - “Digital Login” vasitəsilə daxil ola bilərsiniz. Bunun üçün 4 giriş üsulundan birini seçməyiniz tələb olunur.

#ProdemosAzerbaijan #ELSAAzerbaijan #AzerbaijaniBarAssociation
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik!

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan
Hörmətli vətəndaşlar,

Əgər Siz dairəsi qanunvericiliklə müəyyən edilmiş aşağıdakı şəxslər dairəsinə aidsinizsə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndələrinin iştirakı ilə vəkil qurumlarında həyata keçirilən ödənişsiz hüquqi yardım xidmətindən yararlana bilərsiniz. Xidmət çərçivəsində aşağıdakı kateqoriyaya aid olan bütün vətəndaşların sualları ödənişsiz olaraq cavablandırılır, qanunvericiliklə nəzərdə tutulmuş hallarda onların məhkəmədə dövlət hesabına təmsil olunması üçüb dəstək göstərilir. Bunun üçün "ProDemos-Xalq üçün" layihəsinin veb-saytından (prodemos.az) müvafiq anketi dolduraraq layihəyə müraciət etməyiniz kifayətdir.
Ödənişsiz hüquqi yardım almaq hüququna malik olan şəxslər kateqoriyasına aşağıdakılar aid edilir:
- Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (yəni 1-ci və ya 2-ci dərəcə əlilliyi olan) və işləməyən şəxslər;
- 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
- İnsan alverinin qurbanları;
- Məişət zorakılığından zərər çəkmiş şəxslər;
- Valideynini itirmiş uşaqlar;
- Valideyn himayəsindən məhrum olunmuş uşaqlar;
- Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- İşsiz kimi qeydiyyatda olan şəxslər;
- Maddi vəziyyəti yaşayış minimumundan (ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat) əhəmiyyətli dərəcədə aşağı olan və bu hal məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tərəfdaşlığı, ELSA Azərbaycan və “ProDemos - Xalq üçün”ün birgə təşkilatçılığı ilə həyata keçirilir.

#prodemosazerbaijan #azerbaijanibarassociation #elsaazerbaijan #hüquqiyardım
Hörmətli izləyicilər,

Sentyabr ayı ərzində qanunvericilik aktlarına edilmiş dəyişiklikləri izahlı icmal şəklində sizə təqdim edirik. Dəyişikliklər abunə olan vətəndaşların elektron poçt ünvanlarına göndərilmişdir.

Dəyişiklikləri aşağıdakı linkdən keçid edərək oxuya bilərsiniz:
🔗 https://drive.google.com/drive/folders/1G_Sw3s3zuqJcOE8fbsqk8Y6WVNehXXyw?usp=sharing

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan #icmal #sentyabr #qanunvericiliyədəyişiklik
Şəxsə mənəvi zərər vurulması aşağıdakı hallarda özünü büruzə verə bilər:
- onun yaxın qohumlarını və ya iş yerini itirməsi;
- fəal ictimai həyat tərzindən məhrum olması;
- şəxsi, ailə və tibbi sirlərinin açıqlanması;
- şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi;
- hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması;
- sağlamlığına xəsarət yetirilməsi və s.

Qeyd edək ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir və mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə də yol verilmir. Lakin, iddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir.
Mənəvi sarsıntının ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Yəni həmin əmələ görə şəxs məsuliyyətə cəlb edilmiş olsa belə zərərçəkən mənəvi zərərin ödənilməsini tələb edə bilər.

İstinad: "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarı

#ProdemosAzerbaijan #ELSAAzerbaijan #AzerbaijaniBarAssociation
Bu gün 18 oktyabr - Müstəqilliyin Bərpası Günüdür!

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.

Bu mühüm tarixi gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik!

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan #MüstəqilliyinBərpasıGünü
8 Noyabr Zəfər Günü - 44 günlük müharibə nəticəsində qazandığımız tarixi qələbəni və azad edilən torpaqlarımızı anma günüdür.
Xalqımızın iradəsini və şəhidlərimizin göstərdiyi qəhrəmanlığı əks etdirən bu qələbə hər bir azərbaycanlının qəlbində əbədi iz buraxmışdır. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirik.

#ZəfərBayramı #8Noyabr #QarabağAzərbaycandır #ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan
Bu gün 9 noyabr - Dövlət Bayrağı Günüdür. 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.

#DövlətBayrağıGünü
#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan
Bu gün 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir.
Əsas Qanunumuz 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Bu, Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarındandır. Xalqımız Konstitusiyamızın qəbul edilməsinin 29-cu ildönümünü qürur hissi ilə qeyd edir!

#KonstitusiyaGünü
#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan
Hörmətli izləyicilər,

Oktyabr ayı ərzində qanunvericilik aktlarına edilmiş dəyişiklikləri izahlı icmal şəklində sizə təqdim edirik. Buraxılış abunə olan vətəndaşların elektron poçt ünvanlarına göndərilmişdir.

Dəyişiklikləri aşağıdakı linkdən keçid edərək oxuya bilərsiniz:
🔗 https://drive.google.com/drive/folders/1G_Sw3s3zuqJcOE8fbsqk8Y6WVNehXXyw?usp=sharing

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan #icmal #oktyabr #qanunvericiliyədəyişiklik
Yeni qəbul edilmiş qanuna əsasən Cinayət Məcəlləsinə “ekosid” əməlini kriminallaşdıran 104-1-ci maddə əlavə edilmişdir.

Bu cinayət tərkibi aşağıdakı əməlləri özündə ehtiva edir:
- bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi;
- atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi;
- ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi.

Qeyd edək ki, bu əməllər ekoloji fəlakətə səbəb olduğu və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdığı halda sözügedən cinayət tərkibini yaradır.

“Ekosid” cinayətinin törədilməsinə görə fiziki şəxslərə on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, hüquqi şəxslərə isə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi nəzərdə tutulmuşdur.

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan
Media is too big
VIEW IN TELEGRAM
“Uşağa ödənilən alimentdən əlavə anaya aliment ödənilirmi?” Vəkillər Kollegiyasının üzvü Nurlan Səfərov sualımızı cavablandırır.

#ProDemosAzerbaijan #AzerbaijaniBarAssociation #ELSAAzerbaijan
Vətəndaşlar artıq “mygov” tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala bilərlər.

Nikaha daxil olacaq vətəndaşların əvvəlcə tibbi müayinədən keçməsi şərtdir. Müayinədən 14 gün sonra qan analizinin nəticələri avtomatik olaraq “mygov” platformasına yüklənir və istifadəçilər nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş aldıqdan sonra tətbiqdə “Həyat hadisələri” bölməsində yer alan “Ailə qurmaq” seçimini və ya “Xidmətlər” bölməsindən “Nikahın qeydiyyata alınması” xidmətini seçirlər.

Bununla da sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açır. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək, nikah qeydiyyatı üçün müraciətini davam etdirir.
Bundan sonra, nikah sonrası götürüləcək soyad və şəhadətnamə təhvilalma mərkəzi seçilir və məlumatlarınızın təsdiqlənməsi tələb olunur.

30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status kimi “Tamamlanıb” qeyd edildiyi zaman 10 AZN məbləğində dövlət rüsumu ödənilir.

Şəhadətnamə hazır olduqda onu seçilmiş təhvilalma mərkəzindən əldə etmək mümkündür.

#ProdemosAzerbaijan #ELSAAzerbaijan #AzerbaijaniBarAssociation