🇦🇿 Vəliyev Murad Süleyman oğlu 11 fevral, 1997-ci ildə dünyaya gəlib. 2003-cü ildə Bakı şəhərindəki S.Məmmədov adına 301 N-li tam orta məktəbin 1-ci sinfinə daxil olub.
2007-ci ildən Bakı şəhərindəki İ.Məmmədov adına 298 N-li tam orta məktəbdə təhsilini davam etdirib. Ali təhsilini Bakı Biznes Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb. Universiteti bitirdikdən sonra Daşkəsən rayonuna həqiqi hərbi xidmətə yollanıb.
Murad müharibə başlayan gün - sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb və elə həmin gün komandiri ilə birlikdə Şəhidlik zirvəsinə ucalıb. Biləcəri qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
#Memorial #ŞəhidlərÖlməz

Saatlı rayonunun Mustafabəyli kəndində şəhid Məmmədov Anar Zahəddin oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan "Anar Bulağı"nın açılış mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər iştirak edib.
Şəhid Anar Məmmədov 1992-ci ildə anadan olub. O, 2020-ci il oktyabrın 17-də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. A.Məmmədov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

🇦🇿🇦🇿 Kamran İlqar oğlu Fərəcov 1996-cı il fevralın 14-də Şirvan şəhərində anadan olub. Çoxları kimi onun da ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi idi.
Sərrast atıcı olan Fərəcov meşəlik ərazilərdə öz snayper tüfəngi ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavəndin azad olunması uğrunda gedən əhəmiyyətli döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib.
Düşmənə sarsıdıcı zərbələr endirən döyüşçü yoldaşları ilə birgə Şuşa istiqamətində həlledici döyüşlərə qatılıb. Oktyabrın 24-də Şuşa şəhərinin 15 kilometrliyində yerləşən Çanaqçı kəndi ərazisində gedən döyüşlərdə komandiri ilə birlikdə snayper gülləsi ilə vurulub.
Ailənin yeganə oğul övladı, 3 bacının tək qardaşı Kamran Fərəcov 24 yaşında ikən böyük bir izdihamla qürur yerimiz olan müqəddəs Şəhidlər Xiyabanında uğrunda canından keçdiyi torpağa əmanət edilib. #Memorial #ŞəhidlərÖlməz

🇦🇿 Bu gün ad günü olan şəhid gizirimiz Orxan Etibar oglu Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda dünyaya gəlib. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2016-ci ildə Müddətdən artıq Hərbi Xidmətə daxil olub, manqa komandiri vəzifəsində çalışıb. 2020-ci ildə gizir kursunu bitirib və gizir rütbəsi alıb.
Orxan Cəfərli Vətən Müharibəmizin ilk günündə Murovdağ döyüşləri zamanı şəhid olub. Şəhid olmamışdan öncə sağ çiyin nahiyəsindən yaralanıb. Yaralı vəziyyətdə olmasına baxmayaraq,döyüşçü yoldaşınının həyatını xilas edib. Şəhidlərimizin nəşini götürmək üçün yenidən döyüşə atılaraq, bir neçə erməni ilə əlbəyaxa olub.
#Memorial #Unutmayaq #ŞəhidlərÖlməz
👉 https://memorial.az/az/qehremanlarimiz/2901

memorial.az
Orxan Cəfərli: Yaralı halda düşmənlə əlbəyaxa olub
Orxan Etibar oglu Cəfərli 1996-cı il fevralın 16-da Daşkəsən rayonunda dünyaya gəlib. 2003-cü ildə Daşkəsən şəhərində Anar Mürsəlov adına orta məktəbə daxil olub. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətdə fərqlənməyə…
🇦🇿 Muhammad Mazen oğlu Eissavi 2002-ci il fevralın 18-də anadan olub. Azərbaycan vətəndaşı olan Eissavi əslən fələstinli idi. Onun atası 1998-ci ildən Bakıda yaşayıb, dərman firmasında işləyib, elə məhz iş yerində birgə çalışdığı azərbaycanlı xanımla ailə qurub. Bu xöşbəxt ailənin övladı olub Muhamməd…
Qəhrəmanımız 76 nömrəli tam orta məktəbdə oxuyub. Uşaqlığından cüdo ilə məşğul olub, bir sıra turnirlərdə qalib gəlib.
Muhammad məzun olandan bir il sonra Qarabağın azadlığı uğrunda Vətən Müharibəsi başlayıb. Azərbaycan Ordusunun əsgəri Muhammad Eissavi onun üçün də müqəddəs olan torpaqların uğrunda ermənilərlə döyüşə yollanıb. Xocavənd, Ağdam istiqamətində döyüşlərin iştirakçısı olub. Müharibənin son günündə - noyabr ayının 9-da şəhadətə ucalıb.
Eissavi yaşadığı torpağın bütövlüyü yolunda canını əsirgəmədiyi üçün ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
#Unmutma #Memorial #Şəhidlər #ŞəhidlərÖlməz!

🇦🇿 Bu gün ad günü olan şəhidimiz Elvin İslamov 1995-ci ildə Bakı şəhərinin Yasamal rayonunda anadan olub. 158 saylı orta məktəbi bitirib. 2013-2014-cü illərdə Xocavənd rayonunda xidmət edib. Əsgərliyini başa vurduqdan sonra Bayraq meydanında mühafizəçi işləyib.
Elvin sentyabr ayının 21-də təlimlərə yollanıb. Vətən Müharibəsinin ilk günündən ağır döyüşlərə qatılaraq, Füzuli və Cəbrayılın azad olunması uğrunda savaşıb. 2020-ci ilin oktyabrın 9-da Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.
#Unutmayaq #Memorial #Şəhidlər #ŞəhidlərÖlməz
👉 https://memorial.az/az/qehremanlarimiz/1319

🇦🇿 Şəhriyar Müzəffər oğlu Məmmədov 1999-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. 2006-cildə məktəbə ilk qədəmlərini qoyan Şəhriyar 2013-cü ildə hərb sənətinə yiyələnmək üçün Heydər Əliyev adına hərbi liseyə qəbul olub. 2016-cı ildə oranı bitirərək, leytenant rütbəsi ilə Vətənə xidmətə başlayıb.
Azərbaycan Ordusunun leytenantı kimi Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 11-də Xocavənd döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" (3-cü dərəcəli) ordeni ilə təltif edilib.
#Unutma #Memorial #ŞəhidlərÖlməz

🇦🇿İlk hücumda erməni səngərini ələ keçirən qəhrəman
🇦🇿Əli Mahir oğlu Qənbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Ailə üzvlərinin sözlərinə görə arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərmək olub. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng vuraraq, zəfər qurbanı kəsməsini xahiş edib.
👉 https://memorial.az/az/qehremanlarimiz/276

🇦🇿 Ayaz Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. Vətən müharibəsində oktyabrın 6-dan 7-nə keçən gecə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
👉 https://memorial.az/az/qehremanlarimiz/2994

🇦🇿Rəşad Aslanov 1984-cü il martın 16-da Goranboy rayonunda anadan olub. 2014-cü il aprelin 24-də hərbi xidmətə çağırılıb.
Kəşfiyyatçı Rəşad Aslanov Murov zirvəsi uğrunda döyüşlərdə şəhadətə yüksəlib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və ”Vətən uğrunda” medalları ilə təltif edilib.

🇦🇿Tağıyev Eşqin Asif oğlu 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Azərbaycan ordusunda XTQ-nin giziri olan Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib. Qəhrəmanımızın ailəsilə son danışığı oktyabrın 27-də olub. Eşqin anasına "Şuşaya gedirik, sonra zəng edəcəyəm",- deyib.
Allah rəhmət eləsin!
👉 https://memorial.az/az/qehremanlarimiz/2103

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Şəhid qızından təsirli sözlər
Nərimanov rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Nəsillərin dialoqu – Qarabağ zəfəri və şəxsiyyət faktoru” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbir döyüş zamanı vurulmuş təyyarədən katapult etməyərək, böyük qərəmanlıq göstərib, təyyarəni düşmən hədəfinə çırparaq şəhid olmuş və ölkə başçısı tərəfindən “Vətən müharibəsi qəhrəmanı” adı verilmiş Zaur Nudirəliyevin qızı Pəri Nudirəliyevanın təsirli çıxışı və digər maraqlı anlarla yadda qalıb.

🇦🇿 Bu gün ad günü olan şəhidimiz İsmayilov Elvin Arif oğlu 2002-ci il, martın 28-də Sumqayıt şəhərində dünyaya gəlib. 2008-ci ildə 24 nömrəli tam orta məktənin 1-ci sinfinə gedib. O uşaqlıqdan həmişə atası ilə gəzər, özünü yaşından böyük aparardı. Uşaq vaxtından ən böyük marağı futbol idi. Gəzməyi, deyib-gülməyi çox sevən, həyat dolu bir uşaq idi. 2020-ci ildə əsgərliyə gedən Elvin Beyləqanda hərbi xidmətə başladı. Həmin il Vətən Müharibəmiz başlayanda cəbhəyə yollanıb. Sentyabrın 31-də son dəfə ailəsi ilə danışıb, "özünüzdən muğayat olun" deyib. Oktyabrın 2-də şəhidlik məqamına ucalıb.
👉 https://memorial.az/az/qehremanlarimiz/2619

🇦🇿 Nəsirov Əfqan Ramil oğlu 2001-ci il martın 29-da Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində anadan olub. 2007-2018 illərdə 71 saylı orta məktəbdə oxuyub. 2019-cu ildə əsgərliyə çağırılıb, Beyləqan rayonunda xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Əfqan Nəsirov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əfqan Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

🇦🇿 Osmanov Nizami Elşad oğlu 2002-ci il, martın 29-da Kürdəmir rayonunun Şahsevən kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2020-ci il aprelin 1-də həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən işğalçı erməni ordusuna qarşı döyüşüb.
Nizami Talış və Suqovuşan istiqamətlərindəki ağır döyüşlərdə qəhrəmancasına vuruşub, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Lakin Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə qovuşub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailədə iki qardaşın böyüyü olan Nizami Osmanov indi doğulub boya-başa çatdığı kəndin qəbiristanlığında uyuyur.