🇦🇿 Quliyev Elşən Natiq oğlu 1992-ci il dekabrın 21-də Daşkəsən rayonunda anadan olub. Həyatdan vaxtından tez köçən atası Quliyev Natiq Musa oğlu birinci Qarabağ müharibəsinin veteranı idi.
Vətən Müharibəmiz başlayanda Elşən 7 il idi ki, orduda müddətdən artıq hərbi quluqçu kimi fəaliyyət göstərirdi. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün cəsarətlə döyüşlərə atılıb. Onun döyüşdə göstərdiyi qəhramanlıqdan döyüş yoldaşları göz yaşları və qürur hissi ilə ağızdolusu danışırlar.
Sentyabrın 30-da Kəlbəcər rayonu istiqamətində şərti adı “Üçtəpələr” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalıb.
Təəssüf ki, ikinci övladının dünyaya gəlməsini görmək ona qismət olmayıb. Amma oğulları hər zaman belə qəhrəman ata ilə fəxr edəcəklər!
Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Quliyev ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.
#ŞəhidlərÖlməz #Memorial

🇦🇿 "Nişanlıma de, məni gözləsin..."
Əlibəyli Mikayıl Xaliqverdi oğlu 1992-ci il, dekabrın 23-də Mingəçevir şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sumqayıtda hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra Bakıda bir müddət şirniyyat sexində çörəkçi olub. İki il müddətə yaxın isə Mingəçevirdə çörəkçi işləyib.
Vətən Müharibəmiz başlayanda Vətənin müdafiəsinə yola düşüb. Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən oktyabrın 6-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Mikayılın anası deyir ki, bu yarası heç vaxt sağalmayacaq: "Mikayıl mənim sirdaşım, dayağım idi. Bütün çətinliklərdə yanımda idi. Məni qucaqlayanda özümü uşaq kimi hiss edirdim. Nişanlı idi, arzuları çox idi. Hər dəfə zəng edəndə nişanlısına onu gözləməsini deməyini istəyirdi. Deyirdi ki, mütləq qayıdacaq".

🇦🇿 Azərbaycanlı şəhidin ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə gedib
🇹🇷 Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini Türkiyəyə səfərə dəvət edib.
👉 https://az.azvision.az/news/280560/--azerbaycanli-sehidin-ailesi-hulusi-akarin-deveti-ile-turkiyeye-gedib--foto---.html

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Doğum günü olan şəhidimiz Abbasov Elşən Qurban oğlu 1992-ci il dekabrın 30-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində sadə, zəhmətkeş kəndli ailəsində dünyaya gəlib.
Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elşənin tuşlayıcı-operatoru olduğu "BTR-82" zirehli döyüş maşını 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində Qorqan kəndi uğrunda gedən döyüşlərdə vurulub və qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb. O, sentyabrın 29-da doğulduğu Birinci Şahsevən kəndində torpağa tapşırılıb.
Ailəli idi, Narınc və Asiya adlı iki qız övladı bizə əmanət qalıb.
Elşən Abbasov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra dövlət başçısı tərəfindən "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidimizin adına atası Qurban kişi həmin küçədə yaşayan kənd sakinlərinin içməli su problemini həll etmək üçün bulaq tikdirib. Allah Şəhid Atasının ehsanını qəbul etsin!

🇦🇿 Bu gün Vətənin qısa, amma şərəfli ömür yaşayıb, şəhid olan oğullarından birinin - Rəşad Təhməzovun ad günüdür.
O, 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb.
Goranboy rayonunda xidmət keçən əsgər sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb və ondan nigaran qalmamağı tövsiyə edib. “Bizi təlimə aparırlar, əgər mənim telefonuma zəng çatmasa nigaran qalmayın. İmkan olan kimi özüm sizə zəng edəcəm”, - deyib.
İgid əsgər sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı həlak olub.
Şəhid Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü" medalları ilə təltif edilib.

🇦🇿 Seymur Alızadə 1998-ci il, yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində doğulub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib.
İkinci Qarabağ müharibəsi başlayanda torpaq, vətən sevgisi, bir də şəhid dayısı Rövşən İsmayılovun qisasını almaq ehtirası onu yenidən cəbhəyə yollanmağa vadar edib.
Əsgər Alızadə Cəbrayıl və dayısının şəhid düşdüyü Füzuli rayonunun azadlığı uğrunda döyüşlərə qoşulub. Yaxınlarına "torpaqlarımız azad olunmayınca qayıtmayacağam, dayımın qanını yerdə qoya bilmərəm, özümə söz vermişəm",- deyən Seymur sözünü tutub, lakin oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.
Doğulduğu Xuluf kəndində dəfn edilib.
İki övladı yadigar qalıb.

🇦🇿 İbrahim Şamil oğlu Cəfərov 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2004–2015-ci illərdə İ.Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbində, 2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil alıb.
2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda döyüşüb. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. 18 gün koma vəziyyətində qalandan sonra, noyabrın 7-də şəhadətə qovuşub. Ağstafa rayonunun Yenigün kəndində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

🇦🇿 "Torpaq məni çəkir" deyi, torpağa qovuşan şəhidimizin doğum günüdür.
Faiq Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Əlicanlı kəndində anadan olub. Ordumuzun giziri olan Faiq Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 17-də şəhid olub.
Anası Göyçək Hacıağayevanın sözlərinə görə, şəhidlik zirvəsinə ucalmaq oğlunun arzusu idi: "Deyirdi ki, torpaq məni çəkir". Sonuncu dəfə anası ilə oktyabrın 15-də telefonla danışıb. Deyib ki, "balalarımdan muğayat ol, şəhidlik xəbərimi eşitsən üzülmə. Oğul şəhid olar!"
İki övladı Vətənə əmanət qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Faiq Vəlizadə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
#Memorial #ŞəhidlərÖlməz

🇦🇿 Bu gün ad günü olan şəhidimiz Ramazan Göydağlı 1997-ci il, fevralın 4-də Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.
İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olub, bununla da hərbi fəaliyyətinə yenidən başlayıb. Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə qoşulub. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirib.
MAHHXHQ əsgər Ramazan Göydağlı Xocalı rayonunun bir neçə kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ramazanın yoldaşına son sözü belə olub: “Mən bura şəhid olmağa gəlmişəm”.
#Memorial #ŞəhidlərÖlməz
https://memorial.az/az/qehremanlarimiz/1520

memorial.az
Ramazan Göydağlı: “Bizi böyük sınaqlar gözləyir. Əgər biz bu sınaqları keçsək, Allahın izni ilə cənnətə gedəcəyik...”
Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. Göydağlı soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.
🇦🇿 Vəliyev Murad Süleyman oğlu 11 fevral, 1997-ci ildə dünyaya gəlib. 2003-cü ildə Bakı şəhərindəki S.Məmmədov adına 301 N-li tam orta məktəbin 1-ci sinfinə daxil olub.
2007-ci ildən Bakı şəhərindəki İ.Məmmədov adına 298 N-li tam orta məktəbdə təhsilini davam etdirib. Ali təhsilini Bakı Biznes Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb. Universiteti bitirdikdən sonra Daşkəsən rayonuna həqiqi hərbi xidmətə yollanıb.
Murad müharibə başlayan gün - sentyabrın 27-də könüllü olaraq cəbhəyə yollanıb və elə həmin gün komandiri ilə birlikdə Şəhidlik zirvəsinə ucalıb. Biləcəri qəsəbəsində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Saatlı rayonunun Mustafabəyli kəndində şəhid Məmmədov Anar Zahəddin oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunan "Anar Bulağı"nın açılış mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər iştirak edib.
Şəhid Anar Məmmədov 1992-ci ildə anadan olub. O, 2020-ci il oktyabrın 17-də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb. A.Məmmədov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.