"Mixaylo" ləqəbli şəhidimiz - Mixail Hamlet oğlu Həmidov 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub. 1991-1998-ci illərdə Suraxanı rayonunda 278 nömrəli orta məktəbdə, 1998-2001-ci illərdə isə 72 nömrəli məktəb-liseydə təhsil alıb.
2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə "leytenant" hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından "baş leytenant" hərbi rütbəsində tərxis olundu. Rus, ingilis və erməni dillərini bilirdi.
Vətən müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb.
Oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Allah rəhmət eləsin!
#ŞəhidlərÖlməz

🇦🇿 Tağıyev Azər Kamil oğlu 1999-cu il dekabr ayının 20-də Naxçıvan Muxtar respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Orta təhsilini Şahtaxtı kənd tam orta məktəbində alıb,. Elə həmin il hərbi xidmətə çağırılıb, 2019-cu ildə xidməti başa vurub.
Azər Tağəyev həqiqi hərbi xidmətini bitirdikdən sonra könüllü ərizə yazaraq yenidən ordu sıralarına daxil olub və xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı qumbaraatan vəzifəsində xidmətini davam etdirib.
Müharibə başlayandan Naxçıvandan yollanan dəstələrin içində ön cəbhədə döyüşlərə qatılıb. Hadrut, Xankəndi istiqamətində döyüşlərdə iştirak edib. Şuşaya ilk ayaq basan igidlərimizdən olan Azər şəhərin uğrunda gedən əlbəyaxa döyüşlərdə iştirak edib. Noyabrın 9-da minamyot mərmisinin partlayışı nəticəsində şəhid olub. Noyabrın 13-də doğulduğu Şahtaxtı kəndində son mənzilə yola salınıb.

🇦🇿 Rəşad Nüsrət oğlu Kazımov 1989-cu il, dekabrın 21-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Vətən müharibəmizdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 24-də əlaqə saxlayan Rəşad Kazımov 1 gün sonra Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Rəşad Kazımov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi.
#ŞəhidlərÖlməz #Memorial

🇦🇿 Quliyev Elşən Natiq oğlu 1992-ci il dekabrın 21-də Daşkəsən rayonunda anadan olub. Həyatdan vaxtından tez köçən atası Quliyev Natiq Musa oğlu birinci Qarabağ müharibəsinin veteranı idi.
Vətən Müharibəmiz başlayanda Elşən 7 il idi ki, orduda müddətdən artıq hərbi quluqçu kimi fəaliyyət göstərirdi. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün cəsarətlə döyüşlərə atılıb. Onun döyüşdə göstərdiyi qəhramanlıqdan döyüş yoldaşları göz yaşları və qürur hissi ilə ağızdolusu danışırlar.
Sentyabrın 30-da Kəlbəcər rayonu istiqamətində şərti adı “Üçtəpələr” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalıb.
Təəssüf ki, ikinci övladının dünyaya gəlməsini görmək ona qismət olmayıb. Amma oğulları hər zaman belə qəhrəman ata ilə fəxr edəcəklər!
Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Quliyev ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

🇦🇿 "Nişanlıma de, məni gözləsin..."
Əlibəyli Mikayıl Xaliqverdi oğlu 1992-ci il, dekabrın 23-də Mingəçevir şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sumqayıtda hərbi xidmət keçib. Xidmətdən qayıtdıqdan sonra Bakıda bir müddət şirniyyat sexində çörəkçi olub. İki il müddətə yaxın isə Mingəçevirdə çörəkçi işləyib.
Vətən Müharibəmiz başlayanda Vətənin müdafiəsinə yola düşüb. Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən oktyabrın 6-da qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Mikayılın anası deyir ki, bu yarası heç vaxt sağalmayacaq: "Mikayıl mənim sirdaşım, dayağım idi. Bütün çətinliklərdə yanımda idi. Məni qucaqlayanda özümü uşaq kimi hiss edirdim. Nişanlı idi, arzuları çox idi. Hər dəfə zəng edəndə nişanlısına onu gözləməsini deməyini istəyirdi. Deyirdi ki, mütləq qayıdacaq".

🇦🇿 Azərbaycanlı şəhidin ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə gedib
🇹🇷 Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini Türkiyəyə səfərə dəvət edib.
👉 https://az.azvision.az/news/280560/--azerbaycanli-sehidin-ailesi-hulusi-akarin-deveti-ile-turkiyeye-gedib--foto---.html

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Doğum günü olan şəhidimiz Abbasov Elşən Qurban oğlu 1992-ci il dekabrın 30-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində sadə, zəhmətkeş kəndli ailəsində dünyaya gəlib.
Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Elşənin tuşlayıcı-operatoru olduğu "BTR-82" zirehli döyüş maşını 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində Qorqan kəndi uğrunda gedən döyüşlərdə vurulub və qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb. O, sentyabrın 29-da doğulduğu Birinci Şahsevən kəndində torpağa tapşırılıb.
Ailəli idi, Narınc və Asiya adlı iki qız övladı bizə əmanət qalıb.
Elşən Abbasov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra dövlət başçısı tərəfindən "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Şəhidimizin adına atası Qurban kişi həmin küçədə yaşayan kənd sakinlərinin içməli su problemini həll etmək üçün bulaq tikdirib. Allah Şəhid Atasının ehsanını qəbul etsin!

🇦🇿 Bu gün Vətənin qısa, amma şərəfli ömür yaşayıb, şəhid olan oğullarından birinin - Rəşad Təhməzovun ad günüdür.
O, 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. 2020-ci ilin yanvar ayının 12-də 18 yaşı tamam olan Rəşad elə həmin ayın 24-də həqiqi hərbi xidmətə yola düşüb.
Goranboy rayonunda xidmət keçən əsgər sonuncu dəfə sentyabrın 23-də ailəsi ilə telefon əlaqəsi yaradıb və ondan nigaran qalmamağı tövsiyə edib. “Bizi təlimə aparırlar, əgər mənim telefonuma zəng çatmasa nigaran qalmayın. İmkan olan kimi özüm sizə zəng edəcəm”, - deyib.
İgid əsgər sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı həlak olub.
Şəhid Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü" medalları ilə təltif edilib.

🇦🇿 Seymur Alızadə 1998-ci il, yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində doğulub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib.
İkinci Qarabağ müharibəsi başlayanda torpaq, vətən sevgisi, bir də şəhid dayısı Rövşən İsmayılovun qisasını almaq ehtirası onu yenidən cəbhəyə yollanmağa vadar edib.
Əsgər Alızadə Cəbrayıl və dayısının şəhid düşdüyü Füzuli rayonunun azadlığı uğrunda döyüşlərə qoşulub. Yaxınlarına "torpaqlarımız azad olunmayınca qayıtmayacağam, dayımın qanını yerdə qoya bilmərəm, özümə söz vermişəm",- deyən Seymur sözünü tutub, lakin oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub.
Doğulduğu Xuluf kəndində dəfn edilib.
İki övladı yadigar qalıb.

🇦🇿 İbrahim Şamil oğlu Cəfərov 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2004–2015-ci illərdə İ.Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbində, 2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil alıb.
2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda döyüşüb. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. 18 gün koma vəziyyətində qalandan sonra, noyabrın 7-də şəhadətə qovuşub. Ağstafa rayonunun Yenigün kəndində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

🇦🇿 "Torpaq məni çəkir" deyi, torpağa qovuşan şəhidimizin doğum günüdür.
Faiq Vəlizadə 1997-ci il fevralın 1-də Zərdab rayonunun Əlicanlı kəndində anadan olub. Ordumuzun giziri olan Faiq Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 17-də şəhid olub.
Anası Göyçək Hacıağayevanın sözlərinə görə, şəhidlik zirvəsinə ucalmaq oğlunun arzusu idi: "Deyirdi ki, torpaq məni çəkir". Sonuncu dəfə anası ilə oktyabrın 15-də telefonla danışıb. Deyib ki, "balalarımdan muğayat ol, şəhidlik xəbərimi eşitsən üzülmə. Oğul şəhid olar!"
İki övladı Vətənə əmanət qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Faiq Vəlizadə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
#Memorial #ŞəhidlərÖlməz