Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad İsrayıl oğlu Həşimovun adı verilib.
Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilib.
Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq qərar imzalayıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

🇦🇿 Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işləyəcək
🇦🇿 Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
❗️Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tarixi ərazilərimizin işğaldan azad olunması uğrunda canından keçən şəhid kapitan Elvin Kazımovun xatirəsinə ehtiram məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində anım mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhid Elvin Kazımovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.

Şahin Ağayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olub, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirib. 2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olub.
Şahin 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinə Yasamal Rayonu hərbi komisarlığı tərəfindən çagrılıb. Azərbaycan Ordusunun əsgəri kimi Vətən müharibəsində qatılıb. Oktyabrın 25-də Qubadlıda şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda"

Adı kimi məqamı oldu...
Vətən müharibəsində qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalan Şahadət Üsüfovun ad günüdür. Şahadət 2000-ci ilin dekabrın 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub... Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib...
Ailəsi ilə sonuncu dəfə oktyabrın 8-də danışan Şahadət 2 gün sonra yenidən zəng edəcəyini deyib. Oğul zəngi gözləyən ailə oktyabrın 10-da şəhidlik xəbərini eşidib.
Oktyabrın 10-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra , “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” , “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” , “Şücaətə görə” medallar ilə təltif edilib.

🇦🇿 Bu gün şəhidimiz Hakim Baxışovun doğum günüdür.
Hakim 2000-ci il dekabr ayının 13-də Qəbələ rayonunun Topbağ kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonu Yenikənd kənd orta məktəbində alıb. 2019-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Vətənini, torpağını çox sevən Hakim həqiqi hərbi xidmətini bitirdikdən az sonra yenidən hərbiyə qayıdıb.
Hakim Baxışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabrın 28-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

🇦🇿 Bu gün Vətən Müharibəmizin şəhidi Xaspolad Qasımovun doğum günüdür. Xaspolad 1993-cü ildə Xızı rayonunun Giləzi qəsəbəsində doğulub. Uşaq yaşlarından istəyi hərbçi olmaq idi...
Vətən müharibəsi başlayanda gizir rütbəsini daşıyan Xaspolad xüsusi təyinatlı kimi döyüşlərdə öz şücaətini göstərib. Oktyabr ayının 6-da Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
- Allah onu mənə gec vermişdi, amma tez aldı,- Xaspoladın anası deyir.- İlk övladım idi. Mehriban, sözəbaxan, zəhmətkeş uşaq idi. Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı idi. Ona görə də evdə çox olmurdu, üzünü az görürdük. Evə gələn kimi əlini boynuma salır, öpüb qucaqlayırdı məni. O, mənim iki gözümün nuru idi. Xaspolad ölməyib, ən uca zirvəyə yüksəlib!
Bəli, #ŞəhidlərÖlməz!
Allah rəhmət eləsin!

Qalayçıyev Faiq İsrafil oğlu 16 dekabr 2001-ci ildə Balakən rayonunun Kortala kəndidə anadan olub. 2008-2019-cu illərdə həmin kənddə Qurban Nağıyev adına tam orta məktəbdə təhsil alıb. 2020-ci il yanvar ayından müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında pulemyotçu vəzifəsində xidmətə başlayıb. Faiq xidməti müddətində intizamlı olub, hərbi nizamnamələrin tələblərini sözsüz və dəqiq yerinə yetirib.
Vətən Müharibəsində Cəbrayıl və Zəngilan rayonları ərazisində döyüş əməliyyatlarında iştirak edən Faiq cəsarəti ilə fərqlənib, komandirlərinin və yoldaşlarının rəğbətini qazanıb.
İran İslam Respublikası ilə dövlət sərhədi bərpa olunduqdan sonra Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda döyüşlərə qatılan Faiq 1 noyabr 2020-ci il tarixdə 949.0 yüksəkliyini düşməndən azad edərkən rəşadət göstərərək qəhrəmancasına şəhid olub.
3 noyabr 2020-ci il tarixdə Balakən rayonunun Kortala kəndində dəfn

🇦🇿 Nazim Feyruz oğlu Hacıyev 1995-ci il dekabrın 16-da Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2002-2013-cü illərdə H.Həmidov adına Şərədil kənd tam orta məktəbində təhsil alıb. Vətən müharibəsinin ilk günlərindən ailəsindən xəbərsiz könüllü olaraq cəbhəyə yollanıb.
Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iki dəfə yaralansa da, bu yara onun döyüş əzmini qıra bilməyib. Heç nə olmamış kimi yenidən döyüşə davam edib. Müharibəyə getdiyi gündən ara-sıra ailəsi, əmisi ilə əlaqə saxlayırmış. Yaxşı olduğunu, düşməni məhv etdiklərini deyirmiş.
Oktyabrın 14-ü isə Nazimin şəhadətə ucaldığı xəbəri gəlib... Şəhidimiz Şamaxı rayonunun Şərədil kəndində dəfn edilib.
Vətənpərvər, mərd bir insan kimi xatırlanır Nazim. Təzəcə itirmişdi atasını. 3 bacının bir qardaşı idi.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nazim Hacıyev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Şahmurad Natiq oğlu İsgəndərov 17 dekabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində dünyaya gəlib. Vətən Müharibəmzin ilk günlərindən Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra Ağdərə istiqamətində gedən döyüşlər zamanı 16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə aldıqdan sonra noyabrın 17-də şəhadətə qovuşub. Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn edilib.
#ŞəhidlərÖlməz
#ŞəhidlərÖlməz
Vətən müharibəsi şəhidi Vüsal Kazımov 1990-cı il dekabrın 17-si Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub.
Vüsal Kazımov Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşanın azad edilməsində şəhid olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilib.

🇦🇿 Pərvin Natiq oğlu Məmmədov Vətən müharibəsi şəhidlərindəndir. O, 2001-ci ildə Xaçmaz rayonunun Şıxlar kəndində anadan olub. Ailədə bir bacı, bir qardaş idilər. 2019-cu ildə hərbi xidmətə yollanan Pərvin müharibə başlayanda bir il iki ayın əsgəri imiş. Talış kəndi və Suqovuşan uğrunda şiddətli döyüşlərin iştirakçısı olub. Müharibə günlərində ayağından güllə yarası alan əsgər komandirlərinin qisasını almaq üçün xəstəxanaya getməyib, döyüşə davam edib. Pərvin oktyabrın 2-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalıb.
"Mixaylo" ləqəbli şəhidimiz - Mixail Hamlet oğlu Həmidov 1983-cü il dekabrın 18-də Şərqi Almaniyanın Potsdam şəhərində hərbçi ailəsində anadan olub. 1991-1998-ci illərdə Suraxanı rayonunda 278 nömrəli orta məktəbdə, 1998-2001-ci illərdə isə 72 nömrəli məktəb-liseydə təhsil alıb.
2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə "leytenant" hərbi rütbəsində xidmət edən Mixail Həmidov, 2009-cu ildə öz istəyi ilə Azərbaycan Silahlı Qüvvələri sıralarından "baş leytenant" hərbi rütbəsində tərxis olundu. Rus, ingilis və erməni dillərini bilirdi.
Vətən müharibəsi zamanı o, Füzulinin azadlığı uğrunda döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində Ermənistan tərəfində olan bir neçə postun qısa müddət ərzində Azərbaycan tərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb.
Oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Allah rəhmət eləsin!

🇦🇿 Tağıyev Azər Kamil oğlu 1999-cu il dekabr ayının 20-də Naxçıvan Muxtar respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Orta təhsilini Şahtaxtı kənd tam orta məktəbində alıb,. Elə həmin il hərbi xidmətə çağırılıb, 2019-cu ildə xidməti başa vurub.
Azər Tağəyev həqiqi hərbi xidmətini bitirdikdən sonra könüllü ərizə yazaraq yenidən ordu sıralarına daxil olub və xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı qumbaraatan vəzifəsində xidmətini davam etdirib.
Müharibə başlayandan Naxçıvandan yollanan dəstələrin içində ön cəbhədə döyüşlərə qatılıb. Hadrut, Xankəndi istiqamətində döyüşlərdə iştirak edib. Şuşaya ilk ayaq basan igidlərimizdən olan Azər şəhərin uğrunda gedən əlbəyaxa döyüşlərdə iştirak edib. Noyabrın 9-da minamyot mərmisinin partlayışı nəticəsində şəhid olub. Noyabrın 13-də doğulduğu Şahtaxtı kəndində son mənzilə yola salınıb.

🇦🇿 Rəşad Nüsrət oğlu Kazımov 1989-cu il, dekabrın 21-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Vətən müharibəmizdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 24-də əlaqə saxlayan Rəşad Kazımov 1 gün sonra Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Rəşad Kazımov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidimiz ailəli idi.
#ŞəhidlərÖlməz #Memorial

🇦🇿 Quliyev Elşən Natiq oğlu 1992-ci il dekabrın 21-də Daşkəsən rayonunda anadan olub. Həyatdan vaxtından tez köçən atası Quliyev Natiq Musa oğlu birinci Qarabağ müharibəsinin veteranı idi.
Vətən Müharibəmiz başlayanda Elşən 7 il idi ki, orduda müddətdən artıq hərbi quluqçu kimi fəaliyyət göstərirdi. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün cəsarətlə döyüşlərə atılıb. Onun döyüşdə göstərdiyi qəhramanlıqdan döyüş yoldaşları göz yaşları və qürur hissi ilə ağızdolusu danışırlar.
Sentyabrın 30-da Kəlbəcər rayonu istiqamətində şərti adı “Üçtəpələr” döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalıb.
Təəssüf ki, ikinci övladının dünyaya gəlməsini görmək ona qismət olmayıb. Amma oğulları hər zaman belə qəhrəman ata ilə fəxr edəcəklər!
Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Quliyev ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.