MemorialAz
14 subscribers
112 photos
7 videos
14 links
Şəhidlərimiz haqda bütün məlumatlar bir ünvanda!
Download Telegram
Channel created
Channel photo updated
🇦🇿 "Memorial.az saytı - Yaddaş Kitabı"nın təqdimatı keçirildi
-----
🇦🇿 Vətən Müharibəsi şəhidlərinin xatirəsini daim xalqın qalibiyyət yaddaşında yaşatmaq və bu böyük, müqəddəs irsi davam etdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə "Memorial.az saytı - Yaddaş kitabı”nın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirib ki, 44 günlük Vətən müharibəsi yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan millətinin qanla və torpaqla yoğrulduğu epoxadır: "Cənab Prezidentin qeyd etdiyi kimi “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh və milli ləyaqətin təntənəsidir.
👉 https://azvision.az/news/272620/---memorial.az-sayti-yaddas-kitabi-nin-teqdimati-kecirildi--fotolar+video----.html
🇦🇿 Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. O, ilk dərs günü ağ xalatda atasının məzarını ziyarət edib.
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək xalqımıza Zəfər sevincini yaşadan igidlərimizdən biri, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinovun şəhadətə qovuşmasının ildönümüdür. O, ötən ilin sentyabrın 29-da Füzuli istiqamətində aparılan əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidi onun xanımı Zəhra Şirinova ilə birgə anmışıq.