MemorialAz
14 subscribers
112 photos
7 videos
14 links
Şəhidlərimiz haqda bütün məlumatlar bir ünvanda!
Download Telegram
Şəhidlərimizin qanı bahasına qayıdan Müqəddəs Torpaq, qurtuluşun mübarək!
#VətənMüharibəsi #44gün
🇦🇿 Bu gün Vətən Müharibəmizin yeganə xanım şəhidi Arəstə Bağırovanın anım günüdür. Sonsuz hörmətlə anırıq!
#ŞəhidlərÖlməz
▶️ https://memorial.az/az/qehremanlarimiz/2525
🇦🇿 Vətən Müharibəsində şəhid olan gizirimiz Elməddin Cəfərqulu oğlu Babayevin doğum günüdür. O, 1981-ci il, oktyabrın 26-da Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Vətən Müharibəmizdə Suqovuşan istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
3 övladı Vətənə əmanət qalıb.
#ŞəhidlərÖlməz!
🇦🇿 Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Hüseyn Qasımzadənin anım mərasimi keçirilib.
Qasımzadə Hüseyn Həsənxan oğlu 2001-ci ilin iyulun 8-də Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub. O, 2019-cu ilin iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Xidmət etdiyi vaxtda qüsursuz xidmətinə görə kiçik çavuş rütbəsinə layiq görülüb.
H.Qasımzadə Vətən müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlib. Onun nəşi noyabrın 1-də torpağa tapşırılıb.
🇦🇿 Sumqayıtda şəhidlərimizə abidə qoyulub.
🇦🇿 Bu il 248 uşağa Polad, 65 uşağa isə Xudayar adı verilib
Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad İsrayıl oğlu Həşimovun adı verilib.

Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilib.

Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq qərar imzalayıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.
🇦🇿 Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işləyəcək
🇦🇿 Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
❗️Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.
Xoş sabahlara görə Şəhidlərimizə borcluyuq!
#ŞəhidlərÖlməz
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tarixi ərazilərimizin işğaldan azad olunması uğrunda canından keçən şəhid kapitan Elvin Kazımovun xatirəsinə ehtiram məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində anım mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhid Elvin Kazımovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitənin üzvü, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin Vətən müharibəsi şəhidi Denis Əliyevin ailəsini ziyarət edib, həyat yoldaşı Aynur xanım və qızı Alina ilə görüşüblər.
Şahin Ağayev 13 dekabr 1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Bakı şəhəri, 286 saylı orta məktəbdə təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olub, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə qırmızı diplomla bitirib. 2016-2017-ci illərdə Füzuli rayonunun Şükürbəyli kəndində hərbi xidmətdə olub.
Şahin 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinə Yasamal Rayonu hərbi komisarlığı tərəfindən çagrılıb. Azərbaycan Ordusunun əsgəri kimi Vətən müharibəsində qatılıb. Oktyabrın 25-də Qubadlıda şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Ağayev ölümündən sonra "Vətən uğrunda"