🇦🇿 Bu gün Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun şəhid mayoru Elbrus Bayramovun anım günüdür. Onun şəhid olmasından bir il ötür.
🇦🇿 Elbrus Eyvaz oğlu Bayramov 1986-cı ilin dekabr ayının 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Quru Qoşunlarıın zabiti olan E.Bayramov 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. O, Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Oktyabrın 2-də Füzuli döyüşləri zamanı Qərvənd istiqamətində şəhid olub. E.Bayramov doğulub boya-başa çatdığı Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.

Bu gün - oktyabrın 2-si şəhid zabitimiz, baş leytenant Bayram Babaşovun şəhid olduğu gündür. Müharibə başlayan andan bölük komandiri kimi əsgərləri ilə xidmət etdiyi Murovda döyüşlərə qoşulub. Hərbçi yoldaşları deyirlər ki, Bayram həmin gün misilsiz rəşadət göstərib, yaralı halda 10 saata yaxın döyüşüb, bir addım da geri çəkilməyib, təxliyədən imtina edib. Deyib ki, "ermənidən qan bahasına aldığımız postu qoyub çıxa bilmərəm, həm də onsuz da yaralıyam, siz gedin, mən döyüşəcəm..." Və bir qayaya söykənərək, sona qədər döyüşüb, qırıb-çatıb...
Nəşi dekabrın 15-də tapılıb, 18-də Cəlilabadın Günəşli kəndində torpağa tapşırılıb.
Nur içində yat, igid! Unudulmayacaqsan!

🇦🇿 Bu gün Vətən Müharibəmizin yeganə xanım şəhidi Arəstə Bağırovanın anım günüdür. Sonsuz hörmətlə anırıq!
#ŞəhidlərÖlməz
▶️ https://memorial.az/az/qehremanlarimiz/2525

memorial.az
Arəstə Baxışova: Vətən Müharibəsinin yeganə xanım şəhidi
🇦🇿 Vətən Müharibəsində şəhid olan gizirimiz Elməddin Cəfərqulu oğlu Babayevin doğum günüdür. O, 1981-ci il, oktyabrın 26-da Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Vətən Müharibəmizdə Suqovuşan istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
3 övladı Vətənə əmanət qalıb.
#ŞəhidlərÖlməz!
3 övladı Vətənə əmanət qalıb.
#ŞəhidlərÖlməz!
🇦🇿 Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Hüseyn Qasımzadənin anım mərasimi keçirilib.
Qasımzadə Hüseyn Həsənxan oğlu 2001-ci ilin iyulun 8-də Cəlilabad rayonunun Sərhədabad kəndində anadan olub. O, 2019-cu ilin iyulun 3-də həqiqi hərbi xidmətə çağırılıb. Xidmət etdiyi vaxtda qüsursuz xidmətinə görə kiçik çavuş rütbəsinə layiq görülüb.
H.Qasımzadə Vətən müharibəsi zamanı Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlib. Onun nəşi noyabrın 1-də torpağa tapşırılıb.

Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad İsrayıl oğlu Həşimovun adı verilib.
Bakı şəhəri 98 nömrəli tam orta məktəbə “Azərbaycanın Milli Qəhrəmanı” İlqar Anzor oğlu Mirzəyevin adı verilib.
Qubadlı rayonu Xanlıq kənd 3 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Abşeron rayonunda yerləşir) “Azərbaycanın Milli Qəhrəmanı” Şükür Nəriman oğlu Həmidovun adı verilib.
Qeyd edək ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq qərar imzalayıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

🇦🇿 Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işləyəcək
🇦🇿 Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
❗️Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabr tarixində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.

This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tarixi ərazilərimizin işğaldan azad olunması uğrunda canından keçən şəhid kapitan Elvin Kazımovun xatirəsinə ehtiram məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində anım mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhid Elvin Kazımovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.