ZUHURA DOĞRU
290 subscribers
27 photos
23 videos
4 files
237 links
Əziz iman əhli bu kanal Məhdəviyyət və bəndəçilik yolu ilə bağlı fəaliyyət göstərir. Kanalın linkini paylaşmaqla daha çox insanların faydalanmasına səbəb olaq inşallah 🌺
Download Telegram
*Bismilləhir-Rahmənir-Rahim*

❇️ Arifi Billah Həzrəti Ayətullah Seyyid Əbdül Kərim Kəşmiri (q.s) 15 şaban gecəsi üçün (yəni bu gecə) 3 dəfə Yasin surəsini oxumağa sifariş edərdi:

1. Ruzi niyyəti ilə

2. Uzun ömür niyyəti ilə

3. Salamatlıq niyyəti ilə

Həzrət (q.s) bu əmələ təkid edərmiş və həmçinin özü də oxuyarmış...🌸
Ruhuna salavat hədiyyə edək...🌹

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
2
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Kazim (ə) ağa buyurur:

" Özü (Həzrəti Məhdi) insanların gözündən qeybə çəkilər, lakin onun zikri möminlərin qəlbindən itməz "

İmam Zaman (ə.f) ağanın əzəmətli mövludu münasibətilə bütün intizar əhlini təbrik edirəm!🌸
Allahu Mutəal bizləri daim Həzrətin (ə.f) zikrini qəlbimizdə, yaşayışımızda, əməlimizdə yaşadan müntəzirlərdən qərar versin🤲🏽

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
7👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Ayətullah Bəhcəti ağa buyurur:

Elə kəslərlə oturun durun ki, onu görəndə Allah yadınıza düşsün, Allaha itaət yadınıza düşsün. Elə kəslərlə otur-dur etməyin ki, günah fikrindədirlər və insanı Allahı yad etməkdən saxlayırlar.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍42
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Ayətullah Şeyx Həsən Əli Noxudəki İsfahani (q.s) ağa buyurur:

Həqir bəndənin yolu bu üç sütun üzrə möhkəmdir👇🏽

1. Sübh azanından öncə oyanmaq. (Gecə ibadəti)
2. Namaza diqqət və namazda hüzuru qəlb
3. Halal təam.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
5
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Salam qrup əhli.🌸
Bu gün zilqədə ayının biridir. Qurban bayramına qədər yəni zilhəccə ayının 10-na qədər 40 gün müddət qalır. Bu 40 gün "ərbəine Musəvi" adlanır. Mərifət əhli üçün bu çilə mənəviyyatın baharı hesab olunur. Yaxşı olar ki, bizim də bu 40 gündə az da olsa kiçik bir ibadi proqramımız və müraqibəmiz olsun🌸
❇️ Bir neçə əməl qeyd edəcəm kim nəyi bacarırsa 40 gün ərzində həmin əməlləri etsin:

1. İmam Zaman (ə.f) ağanın niyyətinə *salavat* zikr etmək 100-350 dəfə. (Ən azı 100 dəfə, ən çoxu 313 dəfə)
2. *Ali Yasin* ziyarəti oxumaq
3. *İmam Zaman (ə.f) ağanın namazını* qılmaq
4. Şam namazından sonra İmam Zaman (ə.f) ağanın niyyətinə *Vaqiə surəsini* oxumaq
5. İşa namazından sonra İmam Zaman (ə.f) ağanın niyyətinə *Mülk surəsini* oxumaq
6. *Aşura ziyarətnaməsi* oxumaq
7. Hər gün 70-100 *istiğfar* etmək
8. Gün ərzində 1000 dəfə *lə iləhə illəllah* zikrini demək (Gecə namazından əvvəl bir dəfəyə deyilsə lap yaxşı)
9. Ayətəl Kursini 21 dəfə oxumaq
10. Əhd duasını oxumaq
11. İmkan daxilində oruc tutmaq
12. Bir cüz Quran oxumaq

*Qeyd*: Bu çilənin ən mühüm əməli müraqibədir! Müraqibə yəni oyaq olduğun müddətcə əməllərindən və niyyətlərindən muğayət olmaq, özünü Allahın hüzurunda bilmək....
Zilqədə ayının ilk bazar günü tövbə qüslu və namazı yaddan çıxmasın. (Məfatihdə qeyd olunub)

Şeyx Abbas.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
6👍2
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Həzrəti Əli buyurur:

🔹حُبُّ الدُّنيا يُفسِدُ العَقلَ وَ يُصِمُّ القَلبَ عَن سَماعِ الحِكمَةِ وَ يوجِبُ اَليمَ العِقابِ؛

Dünya məhəbbəti--
👉🏽 əqli zay edir,
👉🏽 qəlbi hikmətli sözü eşitməkdən kar edir
👉🏽 və ağrılı əzaba səbəb olur.

*ZUHURA DOĞRU*

Cümə gününüz mübarək olsun 🌹
Allahummə əccil li vəliyyikəl fərəc💚

https://t.me/Mehdeviyyet
3
👍4
1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Həsən Əskəri (ə) ağadan:

" Ey Əhməd ibni İshaq! Allah təbərakə və təala nə Adəmin (ə) dövründən bu yana yer üzünü məxluqat üzərində bir *höccət* olmadan boş qoymuşdur, nə də Qiyamət qopanadək boş qoyacaqdır. Onunla bəlanı yer əhlindən dəf edir. Onunla yağış yağdırır və yer üzünün bərəkətlərini xaric edir.

*Cümə gününüz mübarək olsun*🌸

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet

https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs
5👍2
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Sadiq (ə) buyurub:

And olsun Allaha! Allah-taala Adəm qəbzi-ruh olandan bəri orada bir imam olmadan heç vaxt yer üzünü boş buraxmamışdır. Həmin imam vasitəsilə Allah-taala tərəfə hidayət olunar. O, Allahın bəndələri üzərindəki höccətidir. Kim onu tərk edibsə, həlak olmuşdur, kim ondan ayrılmayıbsa, qurtulmuşdur. Bu, Allah-taalanın üzərinə düşən bir haqqdır...


*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet

https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs
5👍1
*Bismilləhir-Rahmənir-Rahim*

Süfyaninin ayaq səsləri eşidilməkdədir...

*Qeyd*: Dostlar sizi Yotub kanalımızda *Süfyani* ilə bağlı söhbətlərə yenidən qulaq asmağa dəvət edirəm. Hadisələri öncədən təqribi də olsa bilmək bəsirətin genişlənməsinə kömək edəcək...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet

https://youtube.com/@zuhuradogruseyxabbas5391?si=rzugpNv5vTrVX36r

📌 Zəhmət olmasa paylaşın hər kəs faydalansın.
3
*Bismilləhir-Rahmənir-Rahim*

🔰İmam Sadiq (ə) buyurur:

" Qaimin qiyamından öncə beş əlamətin baş verəcəyi qətidir.
1-Yəmaninin qiyamı.
2-Süfyaninin meydana çıxması.
3-Səmavi nida.
4-Nəfsi Zəkiyyənin qətlə yetirilməsi.
5-Beyda çölünün batması (Beyda adlı yerdə Süfyaninin ordusunun batması)."


*ZUHURA DOĞRU*

https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs

https://t.me/Mehdeviyyet
5👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰Həzrəti İslam Peyğəmbəri (s) buyurdu:

Mənim Əhli-Beytimdən bir kişi hakim olacaq ki, onun adı mənim adımla birdir. Əgər dünyada bir gün də qalmış olsa, Allah həmin günü, o hakimiyyəti öz əlinə alana kimi uzadacaqdır.

Cüməniz Mübarək🌹🌹🌹

*Zuhura Dogru*
https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs


https://t.me/Mehdeviyyet
3👍1
*Bismilləhir-Rahmənir-Rahim*

İmam Sadiq (ə) buyurdu:

" Allah-taala məxluqatı yaratmazdan on dörd min əvvəl on dörd nur xəlq etdi. Belə ki, onlar bizim ruhlarımız idi.

İmam Sadiqə (ə) deyildi: Ey Allah Rəsulunun oğlu! On dörd nəfər kimdir? Buyurdu: Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin nəslindən olan imamlardır. Onların sonuncusu Qaimdir ki, qeybindən sonra qiyam edəcək, Dəccalı öldürəcək, yer üzünü hər bir zülm və haqsızlıqdan təmizləyəcəkdir.

*ZUHURA DOĞRU*

https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs


https://t.me/Mehdeviyyet
5👍2
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Sadiqdən (ə) rəvayət olunur ki, hər kəs Rəcəb ayının ilk günü İmam Hüseyni (ə) ziyarət etsə, Allah taala onun günahlarını bağışlayar.

İmam Kazım (ə) buyurdu:
"Hər kəs Rəcəb ayının bir gününü oruc tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs üç gün oruc tutsa cənnət ona vacib olar.

İmam Sadiqdən (ə) Peyğəmbərin belə buyurduğu nəql edilir:
" Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və mehribandır.

*ZUHURA DOĞRU*

https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs

https://t.me/Mehdeviyyet
4