ZUHURA DOĞRU
291 subscribers
27 photos
23 videos
4 files
237 links
Əziz iman əhli bu kanal Məhdəviyyət və bəndəçilik yolu ilə bağlı fəaliyyət göstərir. Kanalın linkini paylaşmaqla daha çox insanların faydalanmasına səbəb olaq inşallah 🌺
Download Telegram
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Tövhid surəsini hədiyyə etməyin əsəri...

Ayətullah Səadətpərvər Pəhləvani ağa (q.s) buyurur:

" Yuxuda gördüm ki, dünyadan köçmüşəm və bütün peyğəmbərlər (ə) mənim dəfn mərasimimdə iştirak edirlər. Diqqət etdim ki, buna səbəb mənim 40 il müddətində " Tövhid surəsini" oxuyub onlara hədiyyə etməyimdir..."

*Qeyd*: Çalışaq gün ərzində İlahi övliyalara hədiyyə göndərməklə onların nəzərini cəlb edək və onlarla rabitə quraq🤲🏽

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
5👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Hadi (ə) buyurur:

"Əgər Qaiminizin (ə.f) qeybə çəkilməsindən sonra, ona tərəf dəvət edən və yol göstərən, Allahın höccətləri ilə dinini qoruyan, İblisin torları və əlaltılarından, nasibilərin tələlərindən Allahın zəif bəndələrini xilas edən alimlər olmasaydı, Allahın dinindən çıxmayacaq bir adam belə qalmazdı. Lakin gəmi sahibinin sərnişinləri qoruduğu kimi, onlar da zəif şiələrin qəlblərinin sükanından yapışıblar. Məhz onlar Allah Təala yanında ən fəzilətli olanlardır..."

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍5
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Abidlərin ağası Əli ibn Hüseyn (ə) buyurdu:

"Kim Qaimimizin (ə.f) qeyb dövründə bizim sevgimizdə ( vilayətimizdə ) sabit qədəm olsa, Allah Təala ona Bədr və Ühüd şəhidlərindən min nəfərin savabın əta edər."

*Qeyd*: Bədr və Ühüd şəhidlərinin savabı çox böyükdür. Təsəvvür edin Allahu Mutəal bir müntəzirə həmin şəhidlərdən olan min nəfərinin savabını əta edəcək. Qeyb dövründə müntəzirin məqamını təsəvvür etmək çox çətindir. Allah bizi həqiqi müntəzirlərdən qərar versin🌸

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
4👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰Mərvan İbn Müslim İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir:

"İmam izzət və cəlal sahibi Allah ilə Onun məxluqatı arasında bir bayraqdır. Buna görə də kim onu tanıyıbsa, mömin olmuşdur və kim onu inkar edibsə, kafir olmuşdur."

*Qeyd*: İmam (ə) Allaha doğru aparan yoldur, kim bu yolu getsə Allaha çatar, hər kim bu yolu inkar edib digər bir yolu seçərsə, azğınlığa düçar olar.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍42
Məhdəvi sual-cavab 9
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" #Məhdəvi_sual_cavab 9. "🌸
*Sual:* İmam Zaman (ə.f) ağanın təvəllüdünə hansı tarixi dəlillər vardır?

*Şeyx Abbas*

https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs

https://t.me/Mehdeviyyet

https://youtube.com/@zuhuradogruseyxabbas5391
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Sadiq (ə) buyurur:
"Kim atalarımın və övladlarımın imamətini iqrar etsə, ancaq övladlarımdan olan Məhdini (ə.f) inkar etsə, bütün peyğəmbərləri qəbul edib, Məhəmmədi (s) inkar edən kəs kimidir."

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Rəvayətdə gəlmişdir ki, camaata elə bir zaman gələr ki, onlar arasında İslamdan yalnız bir ad, Qurandan bir rəsm (xətt) qalar.
İslam Peyğəmbəri (s) buyurmuşdur:
" Həqiqətən də İslam qərib olaraq başladı və tezliklə qəribçiliyə dönəcəkdir. Xoş olsun qəriblərin halına! "

*Qeyd*: İmam Zaman (ə.f) ağa zühur etdiyi vaxt İslam dini və haqq əhli qərib olacaqdır. İslam dininin hədəfi və hökmləri təhrif olunacaq, haqq əhli isə batil qüvvələr tərəfindən təklənəcəkdir.
Belə bir şəraitdə Həzrəti Məhdi (ə.f) zühur edib İslamın bayrağını yer üzündə hakim qərar verəcək və haqq əhlinə izzət bəxş edəcək.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
6
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Baqir (ə) buyurdu:

" Sanki mən sizin bu dininizin qanına bulaşmış halda (yaralı kimi) çırpındıgını görürəm. Sonra onu sizə biz Əhli-Beytdən olan bir şəxs (sağaldıb) qaytaracaq.
O ildə iki dəfə sizə bəxşiş əta edəcək. Ayda iki dəfə sizə ruzi verəcək. Onun dövründə sizə elə bir hikmət veriləcək ki, hətta bir qadın evində oturub Allahu Təalanın kitabı və Allahın Rəsulunun (s) sünnəsi əsasında hökm verəcəkdir."

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍7
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Sadiq (ə) buyurmuşdur:
" Qaimin (ə.f) qiyamından öncə beş əlamət vardır: Yəmaninin xürucu, Süfyaninin xürucu, səmadan car çəkənin səsi, Beyda çölündə yerə batma, Nəfsüz-Zəkiyyənin qətli."

*Qeyd*: Sufyani (l) haqqında youtube kanalımızda bəhsizim olub. Tezliklə Yəmani ağa haqqında bəhslərimiz olacaq inşallah. İltimasi dua🤲🏽

https://t.me/Mehdeviyyet
10👍2
*Bismilləhir-Rahmənir-Rahim*

❇️ Arifi Billah Həzrəti Ayətullah Seyyid Əbdül Kərim Kəşmiri (q.s) 15 şaban gecəsi üçün (yəni bu gecə) 3 dəfə Yasin surəsini oxumağa sifariş edərdi:

1. Ruzi niyyəti ilə

2. Uzun ömür niyyəti ilə

3. Salamatlıq niyyəti ilə

Həzrət (q.s) bu əmələ təkid edərmiş və həmçinin özü də oxuyarmış...🌸
Ruhuna salavat hədiyyə edək...🌹

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
3
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Böyük arif ayətullah Məhəmməd Cavad Ənsari Həmədani (q.s) buyurur:

" Zühur yaxındır!
Lakin dua etsəz daha da yaxın olacaq. Çünki, sizin zühur üçün etdiyiniz dualar çox təsirlidir. Bacardığınız qədər Həzrətin (ə.f) zühuru üçün dua edin! "

İmam Zaman (ə.f) ağanın zühurunun təcilindən ötrü dua etmək üçün dəsturlardan birini siz əzizlərə hədiyyə edirik:

" Hər vacib namazlardan sonra,
Xanım Zəhranın (s.a) zikrini deyib,
3 dəfə salavat zikr edin,
daha sonra 40 dəfə
" Allahummə accil li vəliyyikəl fərəc " deyib,
yenidən 3 dəfə salavat zikr edin...
Beləcə gün ərzində 200 dəfə Mövlanın zühuru üçün dua etmiş olarıq...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍3👏21
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Rza (ə) ağa Həzrəti Məhdinin (ə.f) vəsfində belə buyurur:

" Atam-anam ona fəda olsun! O, mənim bənzərim, cəddim Allah Rəsulunun adaşı və Musa ibn İmranın bənzəridir. "

*Qeyd*: İmam Zaman ağa (ə.f) Həzrəti Musa (ə) kimi dünyaya gizli gəlmişdir.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
5👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Əhməd ibni İshaqın İmam Həsən Əskəri (ə) ilə görüşündən...

"Ey Əhməd ibni İshaq, onun (ə.f) məsəli bu ümmət arasında Xızır (ə) və Zulqərneyn (ə) kimidir. Allaha and olsun ki, o elə bir şəkildə qeybə çəkiləcək ki, həmin zaman ərzində yalnız o kəs həlak olmaqdan qurtuluş tapacaq ki, Allah Təala onu imamət inancında sabit qədəm və fərəcin tezləşməsi üçün duada müvəffəq etmişdir..."

*Qeyd*: Xızır (ə) və Zulqərneynin məsəlindən məqsəd Həzrəti İmam Zaman ağanın (ə.f) uzunmüddətli qeybidir.

Allahu Mutəal bizləri Həzrəti İmam Zaman (ə.f) ağanın Vilayətində sabitqədəm qərar versin 🤲🏽🌸

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍4
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Yer üzü Höccətsiz qala bilərmi?

Əbu Həmzə Sumali İmam Sadiqdən (ə) nəql edərək buyurur:

" Ona dedim ki, yer üzü İmamsız qala bilərmi?
Dedi: Yer üzü bir saat İmamsız qalsa çökər."

İmam Baqir (ə) ağa buyurur:

" Əgər İmam yer üzərindən qaldırılsaydı, yer üzü dəniz öz əhli ilə birlikdə dalğalandığı kimi silkələnərdi."

İmam Sadiq (ə ) ağa buyurur:

" Əgər yer əhlindən yalnız iki nəfər qalsaydı, onlardan biri hökmən Höccət olardı."

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍4
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Əllamə Muhəmməd Hüseyni Tehrani (q.s) buyurur:

O həqiqətə (İmamın (ə.f) həqiqətinə) qovuşmaq məqsədi olmadan, yalnız xarici zuhurun arxasınca olsaq, o Həzrəti (ə.f) aşağı qiymətə satmış olarıq. Çünki, məqsəd təbii (zahiri) hüzur deyil! Belə olsaydı camaatın bir çoxu imamların vaxtında onların hüzuruna yetişmişdilər və onlarla həmsöhbət olmuşdular, lakin onların həqiqətindən bəhrəsiz idilər...

Qeyd:

Mühüm olan batini qovuşmaq və qəlbi mərifətdir...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
4👍2
🌷🌷🌷🌷🌷🌷🌷🌷

İmam Sadiq (ə) buyurur: Peyğəmbər namazdan sonra cammatın eşidəcəyi dildə uca səslə Əmirəlmöminin Əli (ə) haqqda belə bir dua etdi:

*Ey Allah Əlinin məhəbbətini möminlərin qəlbində yerləşdir,Onun heybət və əzəmətini münafiqlərin qəlbinə sal...*

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷Hz Əli (ə) mövludu münasibəti ilə başda İmam Zaman (ə) olmaqla hər kəsi təbrik edirik...

https://t.me/Mehdeviyyet
12
*Bismilləhir-Rahmənir-Rahim*

❇️ Arifi Billah Həzrəti Ayətullah Seyyid Əbdül Kərim Kəşmiri (q.s) 15 şaban gecəsi üçün (yəni bu gecə) 3 dəfə Yasin surəsini oxumağa sifariş edərdi:

1. Ruzi niyyəti ilə

2. Uzun ömür niyyəti ilə

3. Salamatlıq niyyəti ilə

Həzrət (q.s) bu əmələ təkid edərmiş və həmçinin özü də oxuyarmış...🌸
Ruhuna salavat hədiyyə edək...🌹

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
2
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Kazim (ə) ağa buyurur:

" Özü (Həzrəti Məhdi) insanların gözündən qeybə çəkilər, lakin onun zikri möminlərin qəlbindən itməz "

İmam Zaman (ə.f) ağanın əzəmətli mövludu münasibətilə bütün intizar əhlini təbrik edirəm!🌸
Allahu Mutəal bizləri daim Həzrətin (ə.f) zikrini qəlbimizdə, yaşayışımızda, əməlimizdə yaşadan müntəzirlərdən qərar versin🤲🏽

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
7👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Ayətullah Bəhcəti ağa buyurur:

Elə kəslərlə oturun durun ki, onu görəndə Allah yadınıza düşsün, Allaha itaət yadınıza düşsün. Elə kəslərlə otur-dur etməyin ki, günah fikrindədirlər və insanı Allahı yad etməkdən saxlayırlar.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍42