ZUHURA DOĞRU
291 subscribers
27 photos
23 videos
4 files
237 links
Əziz iman əhli bu kanal Məhdəviyyət və bəndəçilik yolu ilə bağlı fəaliyyət göstərir. Kanalın linkini paylaşmaqla daha çox insanların faydalanmasına səbəb olaq inşallah 🌺
Download Telegram
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Bir gün Yəzd şəhərindən olan bir şəxs, çox ağır çətinlikdə olduğu zaman Həzrəti İmam Zaman (ə.f) ağanın məhzərinə yetişir...
İmam Zaman (ə.f) ağa ona çətinliyinin aradan getməsi üçün bir dəstur verir:
" Yasin surəsini oxu və hər vaxt altı yerdə "mubin" kəlməsinə yetişdin öz hacətini niyyət elə, daha sonra surəni tamam edib hacətini istə ta Allahu Mutəal hacətini qəbul etsin."
Həmin şəxs buyurur ki, mən Yasin surəsinə baxdım gördüm ki, "mubin" kəlməsi 7 yerdə zikr olunub təəccüb etdim lakin biraz daha diqqət etdikdə gördüm ki, bir yerdə mubin kəlməsi (المبین) əlif və lam ilə zikr olunub.
Həmin şəxs buyurur ki, Həzrətin (ə.f) dediyi qaydada oxudum və Allahu Mutəal duamı qəbul etdi.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
4
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Salam qrup əhli.🌸
Bu gün zilqədə ayının biridir. Qurban bayramına qədər yəni zilhəccə ayının 10-na qədər 40 gün müddət qalır. Bu 40 gün "ərbəine Musəvi" adlanır. Mərifət əhli üçün bu çilə mənəviyyatın baharı hesab olunur. Yaxşı olar ki, bizim də bu 40 gündə az da olsa kiçik bir ibadi proqramımız və müraqibəmiz olsun🌸
❇️ Bir neçə əməl qeyd edəcəm kim nəyi bacarırsa 40 gün ərzində həmin əməlləri etsin:
1. İmam Zaman (ə.f) ağanın niyyətinə *salavat* zikr etmək 100-313 dəfə. (Ən azı 100 dəfə, ən çoxu 313 dəfə)
2. *Ali Yasin* ziyarəti oxumaq
3. *İmam Zaman (ə.f) ağanın namazını* qılmaq
4. Şam namazından sonra İmam Zaman (ə.f) ağanın niyyətinə *Vaqiə surəsini* oxumaq
5. İşa namazından sonra İmam Zaman (ə.f) ağanın niyyətinə *Mülk surəsini* oxumaq
6. *Aşura ziyarətnaməsi* oxumaq
7. Hər gün 70-100 *istiğfar* etmək

*Qeyd*: Bu çilənin ən mühüm əməli müraqibədir! Müraqibə yəni oyaq olduğun müddətcə əməllərindən və niyyətlərindən muğayət olmaq, özünü Allahın hüzurunda bilmək....
Zilqədə ayının ilk bazar günü tövbə qüslu və namazı yaddan çıxmasın. (Məfatihdə qeyd olunub)

Şeyx Abbas.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍81
Zəhmət olmasa məlumatı hər yerdə paylaşın, iman əhli istifadə etsin inşallah 🌸
👍5
Məhdəvi sual-cavab 7.
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" #Məhdəvi_sual_cavab 7. "🌸
*Sual:* İmam Zaman (ə.f) ağanın adı niyə Quranda zikr olunmayıb ?

*Şeyx Abbas*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Muhəmməd Cavad (ə) buyurur:

" Az müddət üçün də olsa, mömin qardaşlarla görüşmək qəlbə səfa və nuranilik gətirər, düşüncə və ağılı çiçəkləndirər."

*Qeyd*:
Xoş o kəslərin halına ki, bir yerə cəm olub Nüdbə duası oxuyarlar, Ali Yasin ziyarəti tilavət edərlər....
Yaxşı olar ki, möminlər həftədə ən azı bir dəfə cəm olub İmam Zaman (ə.f) ağanın adına bir məclis təşkil edələr və məclisdə Mövlanın (ə.f) haqqında bəhs edələr...

Allah müvəffəq etsin 🤲🏽🌹

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
5👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰Həzrəti İmam Baqir (ə) buyurur:

" O vaxt ki, biz Əhli-beytin (ə) Məhdisi (ə.f) qiyam edəcək, malları bərabər şəkildə böləcək və insanlar arasında ədaləti bərqərar edəcəkdir. Hər kəs ona itaət etsə Allaha itaət etmişdir və hər kəs ona itaət etməsə Allaha itaət etməmişdir.

*Qeyd*: Kamil insan Allahın yer üzündə görən gözü, eşidən qulağı və danışan dilidir. İmam yer üzündə ən kamil insandır, ona itaət etmək eynən Allaha itaət etməkdir, ona təslim olmaq eynən Allaha təslim olmaqdır...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
4
Məhdəvi sual-cavab 8
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" #Məhdəvi_sual_cavab 8. "🌸
*Sual:* İmam Zaman (ə.f) ağa hansı gözəl xüsusiyyətlərə sahibdir ?

*Şeyx Abbas*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
👍6👏1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Rza (ə) ağa buyurur:

"And olsun Allaha! Əgər bizim Qaimimiz (ə.f) qiyam etsə, Allah dünyanın hər nöqtəsindən Onun (ə.f) şiələrini cəm edəcəkdir."

*Qeyd*: ❇️ Həzrəti İmam Zaman (ə.f) ağa Məkkə şəhərində zühur etdiyi zaman ilk mərhələdə Həzrətin (ə.f) ətrafına 313 nəfər sərkərdə cəm olacaq. Növbəti mərhələdə 10000 nəfər xüsusi əsgər cəm olacaq. Daha növbəti mərhələdə isə ümumi xidmətçilər yığışacaq.

🟢 Allahu Mutəal bizləri Həzrəti İmam Zaman (ə.f) ağanın xidmətçilərindən qərar versin🤲🏽

https://t.me/Mehdeviyyet
😢86👍1🥰1
Zəhmət olmasa paylaşın daha çox insan faydalansın🌸🤲🏽
4👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Seyyid Haşim Həddad (q.s) buyurur:

" Mən təəccüb edirəm o saliklərə (xüsusi mənəvi yol gedən) ki, mükaşifə istəyirlər! Gözlərini açsınlar, bütün aləm mükaşifədir! Mükaşifə yalnız xüsusi mənəvi surətlər müşahidə etmək və ya istisna hallar keçirmək deyil....
Bu aləmin hər zərrəsi mükaşifədir (qəlb gözü ilə baxılsa)....

*Qeyd*: Seyri-sulukda salik gərək kəşfi kəramət tələb etməsin ki, bu yolda onlar nurani hicab hesab olunur. Salikin hədəfi Allah və həqiqi tövhidə çatmaq olmalıdır...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
3
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Əmmar İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir:

"Kim ölsə və bir imamı olmasa, cahiliyyət, küfr, şirk və sapqınlıq halında ölmüşdür"

*Qeyd*: Hər bir dövrdə İlahi Höccət olmuşdur. Hər kəs Vilayət bayrağı əlində olan məsum Höccətin imamətini qəbul etməsə düşmənlərin fitnəsində qərq olmağa məhkumdur...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍5
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Mərvan İbn Müslim İmam Sadiqin (ə) belə buyurduğunu nəql etmişdir:

" İmam izzət və cəlal sahibi Allah ilə Onun məxluqatı arasında bir bayraqdır. Buna görə də kim onu tanıyıbsa, mömin olmuşdur və kim onu inkar edibsə, kafir olmuşdur "

Allahu Mutəal bizlərə İmamın (ə.f) bayrağını tanımaq üçün bəsirət versin və cəmi müsəlmanları Həzrəti İmam Zaman (ə.f) ağanın bayrağı altında birləşdirsin🤲🏽

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
12👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Tövhid surəsini hədiyyə etməyin əsəri...

Ayətullah Səadətpərvər Pəhləvani ağa (q.s) buyurur:

" Yuxuda gördüm ki, dünyadan köçmüşəm və bütün peyğəmbərlər (ə) mənim dəfn mərasimimdə iştirak edirlər. Diqqət etdim ki, buna səbəb mənim 40 il müddətində " Tövhid surəsini" oxuyub onlara hədiyyə etməyimdir..."

*Qeyd*: Çalışaq gün ərzində İlahi övliyalara hədiyyə göndərməklə onların nəzərini cəlb edək və onlarla rabitə quraq🤲🏽

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
5👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Hadi (ə) buyurur:

"Əgər Qaiminizin (ə.f) qeybə çəkilməsindən sonra, ona tərəf dəvət edən və yol göstərən, Allahın höccətləri ilə dinini qoruyan, İblisin torları və əlaltılarından, nasibilərin tələlərindən Allahın zəif bəndələrini xilas edən alimlər olmasaydı, Allahın dinindən çıxmayacaq bir adam belə qalmazdı. Lakin gəmi sahibinin sərnişinləri qoruduğu kimi, onlar da zəif şiələrin qəlblərinin sükanından yapışıblar. Məhz onlar Allah Təala yanında ən fəzilətli olanlardır..."

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍5
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Abidlərin ağası Əli ibn Hüseyn (ə) buyurdu:

"Kim Qaimimizin (ə.f) qeyb dövründə bizim sevgimizdə ( vilayətimizdə ) sabit qədəm olsa, Allah Təala ona Bədr və Ühüd şəhidlərindən min nəfərin savabın əta edər."

*Qeyd*: Bədr və Ühüd şəhidlərinin savabı çox böyükdür. Təsəvvür edin Allahu Mutəal bir müntəzirə həmin şəhidlərdən olan min nəfərinin savabını əta edəcək. Qeyb dövründə müntəzirin məqamını təsəvvür etmək çox çətindir. Allah bizi həqiqi müntəzirlərdən qərar versin🌸

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
4👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰Mərvan İbn Müslim İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir:

"İmam izzət və cəlal sahibi Allah ilə Onun məxluqatı arasında bir bayraqdır. Buna görə də kim onu tanıyıbsa, mömin olmuşdur və kim onu inkar edibsə, kafir olmuşdur."

*Qeyd*: İmam (ə) Allaha doğru aparan yoldur, kim bu yolu getsə Allaha çatar, hər kim bu yolu inkar edib digər bir yolu seçərsə, azğınlığa düçar olar.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍42
Məhdəvi sual-cavab 9
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" #Məhdəvi_sual_cavab 9. "🌸
*Sual:* İmam Zaman (ə.f) ağanın təvəllüdünə hansı tarixi dəlillər vardır?

*Şeyx Abbas*

https://chat.whatsapp.com/BIdpjxF82QXAKVdORqAKGs

https://t.me/Mehdeviyyet

https://youtube.com/@zuhuradogruseyxabbas5391