ZUHURA DOĞRU
291 subscribers
27 photos
23 videos
4 files
237 links
Əziz iman əhli bu kanal Məhdəviyyət və bəndəçilik yolu ilə bağlı fəaliyyət göstərir. Kanalın linkini paylaşmaqla daha çox insanların faydalanmasına səbəb olaq inşallah 🌺
Download Telegram
*Bismilləhir-Rahmənir-Rahim*

🖍 Əmirul-muminin Əli əleyhissəlam buyurur:

" Məhdinin (ə.f) əshabı meşədən çıxmış şir kimidirlər, qəlbləri dəmir parçaları kimidir, əgər istəsələr bir dağı yerindən qopartsınlar bunu edərlər. Rəftar və libasları eyni olar, sanki bir atanın övladlarıdır. "

🔰 *Qeyd*: İmam Zaman (ə. f) ağanın müntəzir və əsgərlərinin dünyaya baxışları, əxlaq, pəhrizkarlıq, rəftar və libasları bir zövqdə olar. Aralarında zərrə qədər ixtilaf olmaz. Hədəfləri bir olar və bu hədəfə çatmaq üçün əl-ələ verib vəhdət halında hədəfə doğru addımlayarlar. Aralarında çox sıx əlaqə, məhəbbət, birlik və vəhdət olar. Heç bir fitnə onları bir birindən ayrı sala bilməz. Ayrı məkanlarda yaşasalar da yaşam tərzi və hədəfləri eyni olar. Siyasi baxışları və təhlilləri bənzər olar, heç bir qüdrətə, nə qərbə nə də şərqə meyl etməzlər. Meyilləri yalnız İmamlarına və onun hakimiyyətinə olar. Sanki ayrı bədənlərdə bir ruhları vardır....

Nə qədər bir-birimizə bənzəyirik ?! .......

Allah bizi Həzrətin (ə.f) əshabından qərar versin. Amin🌸

*ZUHURA DOGRU*

https://t.me/Mehdeviyyet
Məhdəvi sual-cavab 5
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" #Məhdəvi_sual_cavab 5. " 🌸
*Sual:* Zeydiyyə firqəsinin Məhdəviyyətlə bağlı nəzəri nədir ?

*Şeyx Abbas*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
Əziz kanal üzvləri Məhdəvi söhbətlərin cəmiyyətimizdə yayılması üçün zəhmət olmasa kanala üzv olun, vidoları bəyənin və paylaşın🌸
*Bismilləhir-Rahmənir-Rahim*

❇️ Arifi Billah Həzrəti Ayətullah Seyyid Əbdül Kərim Kəşmiri (q.s) 15 şaban gecəsi üçün (yəni bu gecə) 3 dəfə Yasin surəsini oxumağa sifariş edərdi:

1. Ruzi niyyəti ilə

2. Uzun ömür niyyəti ilə

3. Salamatlıq niyyəti ilə

Həzrət (q.s) bu əmələ təkid edərmiş və həmçinin özü də oxuyarmış...🌸
Ruhuna salavat hədiyyə edək...🌹

Əzəmətli mövlud münasibətilə bütün İmam Zaman (ə.f) ağanın müntəzirlərini təbrik edirəm❤️

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
1
Məhdəvi sual-cavab 6
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" Məhdəvi sual-cavab 6. "🌸
*Sual:* İmam Zaman (ə.f) ağanın şəxsiyyətinin hansı cəhətlərini tanımaq zəruridir ?

*Şeyx Abbas*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
👍2
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Bir gün Yəzd şəhərindən olan bir şəxs, çox ağır çətinlikdə olduğu zaman Həzrəti İmam Zaman (ə.f) ağanın məhzərinə yetişir...
İmam Zaman (ə.f) ağa ona çətinliyinin aradan getməsi üçün bir dəstur verir:
" Yasin surəsini oxu və hər vaxt altı yerdə "mubin" kəlməsinə yetişdin öz hacətini niyyət elə, daha sonra surəni tamam edib hacətini istə ta Allahu Mutəal hacətini qəbul etsin."
Həmin şəxs buyurur ki, mən Yasin surəsinə baxdım gördüm ki, "mubin" kəlməsi 7 yerdə zikr olunub təəccüb etdim lakin biraz daha diqqət etdikdə gördüm ki, bir yerdə mubin kəlməsi (المبین) əlif və lam ilə zikr olunub.
Həmin şəxs buyurur ki, Həzrətin (ə.f) dediyi qaydada oxudum və Allahu Mutəal duamı qəbul etdi.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
4
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Salam qrup əhli.🌸
Bu gün zilqədə ayının biridir. Qurban bayramına qədər yəni zilhəccə ayının 10-na qədər 40 gün müddət qalır. Bu 40 gün "ərbəine Musəvi" adlanır. Mərifət əhli üçün bu çilə mənəviyyatın baharı hesab olunur. Yaxşı olar ki, bizim də bu 40 gündə az da olsa kiçik bir ibadi proqramımız və müraqibəmiz olsun🌸
❇️ Bir neçə əməl qeyd edəcəm kim nəyi bacarırsa 40 gün ərzində həmin əməlləri etsin:
1. İmam Zaman (ə.f) ağanın niyyətinə *salavat* zikr etmək 100-313 dəfə. (Ən azı 100 dəfə, ən çoxu 313 dəfə)
2. *Ali Yasin* ziyarəti oxumaq
3. *İmam Zaman (ə.f) ağanın namazını* qılmaq
4. Şam namazından sonra İmam Zaman (ə.f) ağanın niyyətinə *Vaqiə surəsini* oxumaq
5. İşa namazından sonra İmam Zaman (ə.f) ağanın niyyətinə *Mülk surəsini* oxumaq
6. *Aşura ziyarətnaməsi* oxumaq
7. Hər gün 70-100 *istiğfar* etmək

*Qeyd*: Bu çilənin ən mühüm əməli müraqibədir! Müraqibə yəni oyaq olduğun müddətcə əməllərindən və niyyətlərindən muğayət olmaq, özünü Allahın hüzurunda bilmək....
Zilqədə ayının ilk bazar günü tövbə qüslu və namazı yaddan çıxmasın. (Məfatihdə qeyd olunub)

Şeyx Abbas.

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍81
Zəhmət olmasa məlumatı hər yerdə paylaşın, iman əhli istifadə etsin inşallah 🌸
👍5
Məhdəvi sual-cavab 7.
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" #Məhdəvi_sual_cavab 7. "🌸
*Sual:* İmam Zaman (ə.f) ağanın adı niyə Quranda zikr olunmayıb ?

*Şeyx Abbas*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Muhəmməd Cavad (ə) buyurur:

" Az müddət üçün də olsa, mömin qardaşlarla görüşmək qəlbə səfa və nuranilik gətirər, düşüncə və ağılı çiçəkləndirər."

*Qeyd*:
Xoş o kəslərin halına ki, bir yerə cəm olub Nüdbə duası oxuyarlar, Ali Yasin ziyarəti tilavət edərlər....
Yaxşı olar ki, möminlər həftədə ən azı bir dəfə cəm olub İmam Zaman (ə.f) ağanın adına bir məclis təşkil edələr və məclisdə Mövlanın (ə.f) haqqında bəhs edələr...

Allah müvəffəq etsin 🤲🏽🌹

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
5👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰Həzrəti İmam Baqir (ə) buyurur:

" O vaxt ki, biz Əhli-beytin (ə) Məhdisi (ə.f) qiyam edəcək, malları bərabər şəkildə böləcək və insanlar arasında ədaləti bərqərar edəcəkdir. Hər kəs ona itaət etsə Allaha itaət etmişdir və hər kəs ona itaət etməsə Allaha itaət etməmişdir.

*Qeyd*: Kamil insan Allahın yer üzündə görən gözü, eşidən qulağı və danışan dilidir. İmam yer üzündə ən kamil insandır, ona itaət etmək eynən Allaha itaət etməkdir, ona təslim olmaq eynən Allaha təslim olmaqdır...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
4
Məhdəvi sual-cavab 8
<unknown>
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 *Mövzu*:

" #Məhdəvi_sual_cavab 8. "🌸
*Sual:* İmam Zaman (ə.f) ağa hansı gözəl xüsusiyyətlərə sahibdir ?

*Şeyx Abbas*

https://t.me/Mehdeviyyet

https://youtu.be/YhDAT3k89sw
👍6👏1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 İmam Rza (ə) ağa buyurur:

"And olsun Allaha! Əgər bizim Qaimimiz (ə.f) qiyam etsə, Allah dünyanın hər nöqtəsindən Onun (ə.f) şiələrini cəm edəcəkdir."

*Qeyd*: ❇️ Həzrəti İmam Zaman (ə.f) ağa Məkkə şəhərində zühur etdiyi zaman ilk mərhələdə Həzrətin (ə.f) ətrafına 313 nəfər sərkərdə cəm olacaq. Növbəti mərhələdə 10000 nəfər xüsusi əsgər cəm olacaq. Daha növbəti mərhələdə isə ümumi xidmətçilər yığışacaq.

🟢 Allahu Mutəal bizləri Həzrəti İmam Zaman (ə.f) ağanın xidmətçilərindən qərar versin🤲🏽

https://t.me/Mehdeviyyet
😢86👍1🥰1
Zəhmət olmasa paylaşın daha çox insan faydalansın🌸🤲🏽
4👍1
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Seyyid Haşim Həddad (q.s) buyurur:

" Mən təəccüb edirəm o saliklərə (xüsusi mənəvi yol gedən) ki, mükaşifə istəyirlər! Gözlərini açsınlar, bütün aləm mükaşifədir! Mükaşifə yalnız xüsusi mənəvi surətlər müşahidə etmək və ya istisna hallar keçirmək deyil....
Bu aləmin hər zərrəsi mükaşifədir (qəlb gözü ilə baxılsa)....

*Qeyd*: Seyri-sulukda salik gərək kəşfi kəramət tələb etməsin ki, bu yolda onlar nurani hicab hesab olunur. Salikin hədəfi Allah və həqiqi tövhidə çatmaq olmalıdır...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
3
*Bismilləhir-Rahmənir-Rahim*

🔰 Əmmar İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql etmişdir:

"Kim ölsə və bir imamı olmasa, cahiliyyət, küfr, şirk və sapqınlıq halında ölmüşdür"

*Qeyd*: Hər bir dövrdə İlahi Höccət olmuşdur. Hər kəs Vilayət bayrağı əlində olan məsum Höccətin imamətini qəbul etməsə düşmənlərin fitnəsində qərq olmağa məhkumdur...

*ZUHURA DOĞRU*

https://t.me/Mehdeviyyet
👍5