İnnab Business Review
826 subscribers
971 photos
188 videos
490 links
Bu kanala abunə olmaqla peşakar inkişafla bağlı video və məqalələrdən faydalana bilərsiniz
Download Telegram
🔸Səbəb-nəticə diaqramı kimi də tanınan «Balıq sümüyü» diaqramı problemin potensial kök səbəblərini beyin fırtınası edərək tapmaq üçün istifadə edilən vizual vasitədir. Komandalar bu səbəbləri balıq sümüyü formalı bir quruluşa yerləşdirməklə problemin arxasında duran ən çox ehtimal olunan səbəbləri effektiv şəkildə müəyyən edə və həll yollarını həyata keçirə bilərlər.

Bəs «Balıq sümüyü» diaqramı hansı hallarda istifadə olunur?👇
* Təkrarlanan problemləri həll edib aradan qaldırmaq üçün;
* Biznes strategiyasında dəyişikliklərin aydın vizuallaşdırılmaq üçün;
* Komandalar arasında əməkdaşlığın artırmaq üçün;

📌Bəs bu diaqramı necə yaratmaq olur?

📍Buyur, «Balıq sümüyü» diaqramının bütün mərhələləri karusellərdədir.
Çevik (agile) iş nədir?

Çevik iş işçilərə minimal məhdudiyyət və maksimum məsuliyyətlə uğur qazanmağa imkan verən qeyri-mərkəzləşdirilmiş iş metodlarının tətbiqidir. Fiziki məkanlar və ya ənənəvi “iş yeri” anlayışından kənara çıxan çevik iş zaman, məkan, əməkdaşlıq və vəzifə ilə müəyyən edilməyən işə daha sərbəst formada yanaşmadır. Buradakı anlayışlar aşağıdakıları ifadə edir:
zaman - işçilərin işlədiyi saatlar;
🧭 məkan - işçilərin işlərini icra etdikləri yer;
🤝 əməkdaşlıq – işçilərin birlikdə işləməsi;
👩‍💻 vəzifə - işçilərin gördüyü iş.
Çevik iş bu xüsusiyyətlərin heç biri ilə məhdudlaşmır. Beləliklə, çevik iş performansı optimallaşdırmaq və ən yaxşı müştəri xidmətini təqdim etmək üçün maksimum çeviklik və minimum məhdudiyyətləri özündə birləşdirir.

Əsas məqsəd işçilərin işə yanaşma tərzində dəyişiklik yaratmaq, daha effektiv məhsul və ya xidmətlərlə nəticələnən daha motivasiyalı işçi qüvvəsi formalaşdırmaqdır.

Çevik işlə uzaqdan iş arasındakı fərq nədir
Çevik iş uzaqdan işi əhatə edir, lakin uzaqdan iş çevik işlə eyni məna daşımır, sadəcə olaraq onun bir şərtidir. Çevik iş istənilən yerdən işləməyə əsaslansa da, o daha əhatəli iş formasıdır.

Çevik iş konsepsiyasında nəticəyə aparan addımlar və elementlərdən çox nəticə özü əhəmiyyət kəsb edir.

Çevik işin aşağıdakı üstünlükləri var:
İşçilərə öz işlərinə və nəticələrinə sahib olmaq səlahiyyəti verilir;
Nəticəyə əsaslanan iş adətən daha çox yenilik və məhsuldarlıqla nəticələnir;
İşçilər işdən daha çox məmnundurlar;
İşçilərin məmnuniyyəti artdığı üçün işəgötürən brendi də yüksəlir;
İşçilərin öz vaxtlarını idarə etməsinə güvənildiyi üçün onların tükənmişlik sindromundan əziyyət çəkmək riski minimuma enir;
İşçilər daha innovativ və məhsuldar olduğu üçün müştərilər də daha xoşbəxt olurlar.
Peşəkar inkişafıını marketinq sahəsində hədəf alanların nəzərinə!📣

Yeni sezona bizimlə yepyeni addım atmağa varmısan?🍁

Bəli, bir müddətdir, komanda olaraq üzərində işlədiyimiz sürprizi açıqlamağın vaxtı gəlib çatdı!😌

🎉İnnab Business School olaraq sənə "Marketinq Liseyi"-ini məmnuniyyələ elan edirik.🎉

📍4 aylıq bir periodu əhatə edən bu Lisey aşağıdakı təlimləri əhatə edir👇
1. Ümumi marketinq (giriş)
2. Kateqoriya menecment
3. Ticari maketinq
4. Marketoloqlar üçün Excel analitikası
5. Kommunikasiya
6. Digital Marketinq
7. SMM
8. Brend menecment

🔸Yeni sezonda ilk öncə, özünü qiymətləndir, "Marketinq Liseyi" ilə peşəkar inkişafına dəyər qat!👌🏻
Biznes performans işçi bağlılığı ilə əlaqəlidirmi?

Pərakəndə ayaqqabı satışı ilə məşğul olan “Clarks” şirkəti (Böyük Britaniya) işçi bağlılığı və maliyyə göstəriciləri arasındakı əlaqəni araşdırmışdır.
Komanda pərakəndə satışın planlaşdırılması sistemini idarə edən statistiklərlə işləyirdi. Ümumilikdə, təhlilə 450 biznes performans məlumatı cəlb edilmişdir.
Nəticələr həqiqətən də əlaqənin olduğunu göstərdi. Belə ki, daha yüksək işçi bağlılığı daha yüksək biznes performansına gətirib çıxarır. “Clarks”a münasibətdə, işçi bağlılığında hər 1% artımın biznes performansında 0,4% inkişafa səbəb olduğu müəyyənləşdi.
Komanda həm kəmiyyət, həm də keyfiyyət baxımından ən yaxşı 100 mağazanın xüsusiyyətlərini təhlil etdi. Onlar aşkar etdilər ki, mağazada optimal komanda ölçüsü var və mağaza menecerinin fəaliyyət müddəti performansın əhəmiyyətli bir göstəricisidir. Bu o demək idi ki, mağaza menecerlərinin tez-tez dəyişdirilməsi zəif performansa səbəb olur.

Siz də bu cür təhlillər aparıb biznes performansa təsir göstərən amilləri müəyyənləşdirmək istəyirsinizsə, HR Data Analitika təliminə qoşula bilərsiniz.
📣Nənənin pensiya kartından ödəniş et, 10% endirim qazan. 📣

📍Bəli, təlimlərimizdə yeni endirim fürsəti var!

📌 Belə ki, “Sosial tərəfdaş” layihəsi çərçivəsində Dövlət Sosial Müdafiə Fondundan pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslər nağdsız şəkildə alış-veriş edərək endirimlərdən faydalana bilər.

Bu layihədə biz də varıq🙌🏻, və yuxarıda qeyd olunan kataqoriyalara aid edilən şəxslərə ödəniş zamanı 10% güzəşt ediləcək.

Odur ki, yaxşı düşün və peşəkar inkişafın üçün yaranmış bu fürsəti qaçırma!👌🏻
Gələcək iş dünyası üçün zəruri 5️⃣ bacarıq

Maliyyəçi kodlaşdırma bacarıqlarına, proqramçı isə maliyyə biliklərinə ehtiyac duymaya bilər. Amma bəzi bacarıqlar var ki, bütün peşə sahibləri üçün zəruridir.
Beynəlxalq konsaltinq şirkəti “Korn Ferry” “C” səviyyəli rəhbərlər (C-suite) arasında apardığı sorğu nəticəsində gələcək üçün ən vacib 5 bacarığı müəyyənləşdirmişdir.

1️⃣ Uyğunlaşma
Təşkilatlar həmişəkindən daha sürətlə inkişaf edir və çevikliyə üstünlük verdikləri üçün strategiyaları daha tez-tez dəyişdirir, onları yenidən nəzərdən keçirirlər. Uyğunlaşma - bu dəyişiklikləri qəbul etmək və onlardan maksimum istifadə etmək bacarığıdır.

2️⃣ Əməkdaşlıq
Əməkdaşlıq “məndən əvvəl biz” düşüncə tərzini mənimsəmək, fərdi maraqları kənara qoymaq və komanda kimi birlikdə işləmək bacarığıdır. Effektiv əməkdaşlıq daha çox innovasiyaya, daha yaxşı ünsiyyətə və daha ağıllı qərarların qəbuluna gətirib çıxarır, həm də mədəniyyət quruculuğunda mühüm rol oynayır.

3️⃣ Ünsiyyət
Ünsiyyət müxtəlif formalarda olur və işçilərin bir çox ünsiyyət üsullarından sərbəst istifadə etməsi təşkilata fayda gətirir. Güclü yazıçı və ya natiq olmaqdan əlavə, uğurlu ünsiyyətçilər həm də öz fikirlərini aydın şəkildə ifadə etməkdə və mesajı hədəf auditoriyaya uyğunlaşdıraraq təsirini artırmaqda mahirdirlər.

4️⃣ Tənqidi düşüncə
Biznesdə tənqidi düşüncənin 5 növü var: strateji, taktiki, analitik, innovativ və implikativ (birdən çox nəticə yollarını müqayisə edən qərar qəbul etmə yanaşması). Ən yüksək performans göstərənlər karyeraları boyu irəlilədikcə bu müxtəlif elementlər arasında problemsiz şəkildə keçid edirlər. Həm nöqtələri görən, həm də onları mənalı şəkildə birləşdirən onlardır.

5️⃣ Empatiya
Empatiya başqalarının hisslərini və hadisələrə necə baxdıqlarını hiss etmək bacarığıdır. Empatik liderlər müxtəlif mənşəli və təcrübəyə malik insanlarla uğurla ünsiyyət qururlar, çünki onları başa düşürlər və hər bir vəziyyətə özünəməxsus şəkildə yanaşa bilirlər. Onlar başqaları ilə elə ünsiyyət qururlar ki, qarşı tərəf özünü dəyərli və motivasiyalı hiss edirlər.

Qeyd. C-suite vəzifələrə ingilis dilində "c" hərfi ilə, daha dəqiq desək, "chief" (baş) sözü ilə başlayan yüksək idarəetmə vəzifələri aiddir. Məsələn, CEO (Chief Executive Officer – Baş icraçı direktor), CFO (Chief Financial Officer – Baş maliyyə direktoru) və s.
📌ABC təhlili inventar məhsulları dəyərinə və biznes üçün əhəmiyyətinə görə üç kateqoriyaya görə təsnif edir: A (yüksək qiymətli məhsullar), B (orta qiymətli məhsullar) və C (az qiymətli məhsullar).

📍ABC analizi bir neçə üstünlüklərinə görə istifadəsi tövsiyyə olunur:
* Biznesə diqqəti ən vacib məhsullara yönəltməyə imkan verir.
* Lazımsız xərclərin qarşısını alır. Belə ki, A kateqoriyalı məhsullar üzrə işlədikdə artıq digər əhəmiyyəti olmayan məhsullara əlavə vəsait lazımsız yerə xərclənmir.
* ABC təhlili müəssisələrə inventar üzərində daha çox nəzarət imkanı verir.
* Daha doğru qərar verməyə dəstək olur.
ABC təhlili zamanı atılan adıımlar karusellərimizdədir.
Buyur, bax, ABC analizini sən də istifadə et!🤝🏻
HR metrikləri niyə vacibdir?

HR metriklərinin təkcə HR əməliyyatları üçün deyil, həm də təşkilat üçün vacib olmasının əsas səbəbləri aşağıdakılardır:
1️⃣ Strateji olaraq istedadların idarə edilməsi: HR metrikləri istedad ehtiyaclarını və boşluqlarını müəyyən etməyə, istedadların cəlb edilməsi, inkişafı və saxlanılması ilə bağlı strateji qərarların qəbul edilməsinə kömək edir. HR bu məlumatlardan istifadə etməklə işçi qüvvəsinin imkanlarını artıraraq xüsusi təşkilati ehtiyacları qarşılayan istedadların idarə edilməsi proqramlarını yarada bilər.

2️⃣ Xərclərin optimallaşdırılması: HR metrikləri işəqəbul, təlim və kadr axını xərclərini təhlil etməklə büdcəni səmərəli şəkildə bölüşdürməyə və qənaət imkanlarını müəyyən etməyə kömək edir. Bu, işçilərin inkişafı və saxlanma strategiyalarına qoyulan investisiyaları əsaslandırmaq imkanı verir.

3️⃣ Strateji planlaşdırmanın dəstəklənməsi: HR metrikləri tendensiyaları aşkar etməyə və təşkilati inkişaf üçün vacib olan proqnozlar verməyə kömək edir. HR bu anlayışlardan işçi qüvvəsinin planlamasını uzunmüddətli biznes məqsədləri ilə uyğunlaşdırmaq və gələcək çağırışlara cavab verəcək işçi qüvvəsini təmin etmək üçün istifadə edə bilər.

4️⃣ Qərar vermənin təkmilləşdirilməsi: HR metriklərindən əldə edilən məlumatlar HR mütəxəssislərinə sübuta əsaslanan qərarlar qəbul etmək imkanı verir. Məsələn, işçilərin sağlamlıq proqramlarının işburaxma nisbətlərinə təsiri haqqında məlumatlardan istifadə etməklə HR bu proqramların davam etdirilməsi, genişləndirilməsi və ya dəyişdirilməsi haqqında əsaslandırılmış qərarlar qəbul edə bilər.

5️⃣ HR təşəbbüslərinin təşkilati fəaliyyətə təsirinin vurğulanması: HR metriklərini izləmək və onların əsas biznes nəticələri ilə əlaqəsini göstərmək HR təşəbbüslərinin təşkilat performansına nəzərəçarpacaq təsirini nümayiş etdirməyə imkan verir. Bu yanaşma təkcə HR səylərinin strateji əhəmiyyətini təsdiq etmir, həm də gələcək HR layihələri üçün dəstəyin və investisiyaların təmin edilməsinə kömək edir.

Siz də ən vacib HR metrikləri öyrənib tətbiq etmək istəyirsinizsə, HR Data Analitikası təliminə qoşula bilərsiniz.
Əmək qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı nə dərəcə xəbərdarsan?📝

🔸Bəli, düz anladın!🙌🏻 Bu dəfəki xəbərimiz məhz bu mövzu ilə bağlıdır.👌🏻

📍Bəli, 25.08.2024 tarixi, saat 19:00-da İnnab Business School və UNEC Ömürboyu Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində "Əmək qanunvericiliyinə edilən dəyişikliklər" adlı vebinarımız baş tutacaq. 📣

📌Onu da qeyd edək ki, *ödənişsiz* şəkildə keçirilməyi nəzərdə tutulan bu vebinarımıza istədiyin yerdən sadəcə "Google Meet" platformasına daxil olmaqla qoşula biləcəksən.

Bu vebinarda aşağıdakı faydalı məlumatları əldə edə biləcəksən:
* Əmək məcəlləsinə edilən son dəyişikliklər;
* Dəyişikliklərin tətbiqi qaydaları;
* Bu yeniliklərin tətbiq edilməməsi və ya bu işlərin doğru aparılmaması nəticəsində şirkət üçün yarana biləcək çətinliklər;
Odur ki, qeyd olunan tarixdə başqa plan qurma, bu vebinarı qaçırma!🤝🏻

Qeydiyyat linki: https://docs.google.com/forms/d/1XAC3EKwFby2-_JNI3bQONFl7dnEd5gUXmwaTLlDMhyU/edit
“Buffer”də buddy sistemi

Sosial media marketinq şirkəti olan “Buffer”də işə yeni qəbul olunan əməkdaşlar onboarding prosesində 3 nəfərdən dəstək alır: menecer və iki yoldaş (buddy).

1️⃣ Menecer adətən yeni əməkdaşın birbaşa rəhbəri olur. Onlar vəzifə üzrə yoldaşı seçməyə və 30, 60 və 90 günlük hədəflərin yol xəritəsini əlaqələndirməyə kömək edir. Menecer həmçinin rəy verir və hər hansı vacib məlumatı və ya düzəlişləri yeni əməkdaşa ötürmək üçün yoldaşlarla əlaqə saxlayır.

2️⃣ Vəzifə üzrə yoldaş adətən yeni əməkdaşla eyni komandada və ya oxşar vəzifədə işləyən şəxs olur. Onlar həftədə bir və ya iki dəfə Zoom vasitəsilə danışırlar. Bu yoldaş yeni əməkdaşın tapşırıq və ya vəzifə ilə bağlı verə biləcəyi istənilən suala cavab verən şəxsdir (əksər hallarda Slack platforması və ya e-poçt vasitəsilə).

3️⃣ Mədəniyyət üzrə yoldaş adətən fərqli komandadan olur və mədəniyyətlə bağlı müzakirələr vasitəsilə yeni əməkdaşa rəhbərlik etmək, şirkətin tarixi, dəyərləri və mədəni normaları haqqında əlavə məlumat vermək üçün seçilir. Bu yoldaş ilk altı həftə ərzində, daha sonra isə lazım olduqda yeni əməkdaşla həftəlik söhbət aparır.