Klinik Psixoloq Fuad Əsədov
1.19K subscribers
20 photos
74 videos
30 links
Sizin psixologiya bələdçiniz
Download Telegram
Keçənlərdə 44 yaşlı bir pasiyentimlə danışırdım və belə bir cümlə qurdu:
- Ən çox ona təəssüflənirəm ki, həyatım boş-boşuna keçib.
Ondan nə demək istədiyini soruşduqda belə bir cavab verdi:
- İndiyədək Bakıdan çölə çıxmamışam, nə bir şəhər görmüşəm, nə rayon, nə kənd. Hətta Bakının içində belə çox yerdə olmamışam. Məktəb vaxtı ailəm deyirdi, ancaq dərs oxu, sonra evləndim, otur evdə uşağa bax, ərini gözlə, yemək bişir. Niyə? Çünki, mən qadınam.

Pasiyenti dinlədikcə öz-özümə düşünürdüm ki, bu coğrafiyada neçə-neçə qadın bənzər, hətta daha pis həyat yaşayır. Bu həyata bir dəfə gəlirik və həyatı kəşf etmək, gözəlliklərindən zövq almaq varkən bəzi insanların bəxtinə məhdudiyyətlər içində yaşamaq düşür. Sadəcə, qadın olduqları üçün. Bəs bu niyə belədir?
Mən inanmıram ki, qadınlara qoyulan bütün məhdudiyyətlər qısqanclıqla bağlıdır. Ölkədə bu qədər paranoyak və patoloji qısqanc insan ola bilməz. Burda tək bir səbəbkar var. "Kim nə deyər?" mentaliteti. İnsanlar başqalarının ən kiçik pis şeyi belə düşünməsinə əngəl olmaq üçün qadınlara maksimum məhdudiyyət tətbiq edirlər. Bir baxıma onların özlərinə görə haqlı səbəbləri var. Çünki, bizdə başqalarının işinə qarışmaq və başqaları haqqında çox asanlıqla pis fikir söyləmək tendensiyası var. Çox təəsüf. Bir psixoloq olaraq deyirəm, "kim nə deyər?" düşüncəsi və başqalarının işinə qarışmaq tendensiyası saysız-hesabsız bədbəxtliklərin, küçədəki aqressiyanın və üzlərdən yağan kədərin səbəbidir. Bizim başımıza bəla gələndə belə ona pis olmaq yerinə, "filankəs bilsə nə düşünər"in təşvişini yaşayırıq. Dolayısıyla, bu mentalitet insaniyyətimizə, insani hissləri yaşamağımıza da mane olur.
Təfəkkür, mədəniyyət və inkişaf üçün ilk növbədə başqaları haqqında danışmağa son verməliyik.

Fuad Əsədov
18🔥1
" Olmalıdır " sözü ingiliscə should mənasına gəlir və anglo - sakson mənşəli scolde yəni danlamaq ifadəsindən yaranmışdır. "Olmalıdır" dediyiniz halda əslində özünüzü və ya başqasını danlayır, mövcud vəziyyəti bəyənməyib, başqa bir vəziyyətin olmasının vacib olduğunu deyirsiniz. Bu isə beyninizə içində olduğunuz vəziyyətlə bağlı neqativ mesajlar göndərərək özünüzü pis hiss etmənizə səbəb olur. Bunun yerinə " digər vəziyyət olsaydı daha yaxşı olardı " deyə bilərsiniz. Bu zaman beyinə ötürülən mesaj budur ki, bundan daha yaxşısı ola bilərdi, amma bu da pis deyil. Bu texnika koqnitiv biheoverial terapiyada semantika metodu adlanır. Çox sadə kimi görünə bilər, amma əsas odur ki, insana özünü daha yaxşı hiss etdirir. Sınaya bilərsiniz. Bu gündən etibarən lüğətinizdən olmalıdır, olmamalıdır və ya belə olmamalıydı ifadələrini çıxardın.

Fuad Əsədov
6👏2👎1
Beyninizdəki gələcək haqqında düşüncələrinizi və qayğılarınızı kənara atın. Onlar sizi həyatdakı yeganə önəmli şeydən uzaq tuturlar. İndidən. Bu andan.Sadəcə burada və indi prinsipinə fokuslanın. Burada və indi birləşdikdə etdiklərinizi nə qədər yaxşı bir şəkildə etdiyinizi görüb təəccüblənəcəksiniz.
8👏4
Psixologiyada “məruz buraxma” deyə bir anlayış var. İnsan qorxduğu şeylə üzləşməyənə qədər onu məğlub edə bilməz. Amma məsələ burasındadır ki, bəzi insanlar, hətta bəzi psixoloqlar belə məruz buraxmanı yanlış anlayırlar.

Məruz buraxma texnikaları elə sistemsiz şəkildə istifadə olunacaq texnikalar deyil.

Birincisi, unutmaq lazım deyil ki, məruz buraxma texnikaları psixologiyada olan yüzlərlə texnikadan biridir. Dolayısıyla, məruz buraxma texnikaları hər dəfə istifadə olunan texnikalar deyil. Bəzi psixoloqlar yeri gəldi-gəlmədi məruz buraxma texnikalarından istifadə edirlər və bəzən insanlarda da belə bir şübhə yaranır ki, “Mən məruz buraxılmağa hələ ki hazır deyiləm, ona görə də psixoloqa getməyim”. Bu yanlışdır. Çünki dediyim kimi, məruz buraxma texnikaları tək çarəmiz deyil, başqa texnikalar da mövcuddur.

İkincisi, məruz buraxmanın müxtəlif növləri var. Məsələn, koqnitiv məruz buraxma deyilən, şüurda məruz buraxma texnikaları mövcuddur. Yəni biz bir çox qorxumuzla reallıqda deyil, beynimizin içində üzləşməliyik və beynimizin içində onları məğlub etməliyik. Hər zaman real həyatda onlarla üzləşmək məcburiyyətimiz yoxdur. Hətta bir çox hallarda problemli nöqtələrdən uzaqlaşmağımız daha məsləhətlidir, nəinki onlarla üzləşmək. Yəni qorxularla üzləşmək hər zaman ən yaxşı yol deyil.

Üçüncüsü, məruz buraxma texnikaları sistemli şəkildə istifadə olunur. Pasiyenti məruz buraxmaya hazırlamaq, əvvəlcədən ondan qiymətləndirmələr aparmaq, başqa texnikalardan istifadə etmək lazımdır ki, bu da bəzən dörd-beş seans sürür. Yəni məruz buraxma texnikaları bir çox texnikadan və bir çox seansdan sonra gələn şeydir. Bəzi psixoloqlar pasiyenti ilk seansdan məruz buraxmağa, qorxuları ilə üzləşməyə itələyirlər. Hansı ki, bu yanlışdır. Hər zaman hər insan qorxusu ilə üzləşməyə bu qədər hazır deyil. Əvvəlcədən hazırlamaq lazımdır.

Dördüncüsü, məruz buraxma texnikaları məntiqli olmalıdır. Yəni pasienti rəzil etməyə, ya da məntiqli olmayan hərəkətlər etməyə yönləndirmirik. Bəzən olur ki, Instagramda görürəm ki, psixoloq tövsiyə edir ki, əgər sizdə utancaqlıq varsa, küçənin ortasında qışqırın. Bu absurddur, çünki küçənin ortasında qışqırmaq normal bir hərəkət deyil və biz pasiyentə bunu öyrətməməliyik. Və psixoloqun özü də heç küçənin ortasında qışqırmaz. Yəni küçənin ortasında qışqırmaq utancaqlığı məğlub etmək deyil. Bu, əslində başqa bir problemdir. Və yaxud da başqa bir utancaqlıq problemi olan pasiyentə bir psixoloq “aptekə gedib toyuq istə” deyə məsləhət vermişdi. Bu yanlışdır. Çünki bu da ağıllı bir hərəkət deyil və pasiyenti pis vəziyyətdə qoya bilər.

Məruz buraxma texnikaları pasiyenti rəzil etməyə və pis vəziyyətdə qoymağa fokuslanmır. Tam əksinə, başqalarının normal həyatda edə bildiyi, amma pasiyentin edə bilmədiyi davranışı etməyə cəsarətləndirir.

Dolayısıyla, məruz buraxma texnikaları və bütün digər texnikalar da sistemsiz, kor-koranə istifadə edilməməlidir. Hər birinin istifadə edilmə yeri və zamanı vardır.

Fuad Əsədov
3👏1
Media is too big
VIEW IN TELEGRAM
Canınız sağ olsun
3
Hətta axmaq adamlar belə susanda müdrik görünürlər. Bunu Sokrat deyib. Biz bu gün çox danışırıq. Həm də həddindən çox. Danışmaqla qalmayıb, sosial şəbəkələrdə də daim nəsə yazırıq. Bu, əlbəttə ki, öz-özlüyündə pis bir şey deyil. İnsan fikirlərini ifadə etməyi və bölüşməyi bacarmalıdır. Amma... Burda bir "amma" var. Danışdıqlarımız dinlədiyimizdən çox olmamalıdır. Yazdıqlarımız oxuduğumuzdan çox olmamalıdır. Daha çox öyrənməliyik, sonra fikir bildirməliyik.

Fuad Əsədov
👍63
Özünüzə "hər şeyi bacarmalıyam" desəniz, bir çox hallarda hüsrana uğrayacaqsınız və bu, sizdə özgüvən əksikliyinə səbəb olacaq. Ona görə də, gözləntilərinizi real tutun. Bir çox şey sizdə çətin alınacaq, bir çox isə ümumiyyətlə alınmayacaq. Amma, əgər, bu həqiqəti qəbul etsəniz, qazanacağınız rahatlıq sizi daha uğurlu birinə çevirə bilər.

Fuad Əsədov
8👍3
Media is too big
VIEW IN TELEGRAM
Yaxşılaşma necə baş verir?
👏2
Tarixin bizə qədərki dövründə təhsil sisteminin birinci vəzifəsi insanlara bilgi vermək idi. Çünki, son dönəmlərə qədər məktəblər və kitabxanalar bilik əldə edə biləcəyimiz yeganə yerlər idi. Amma indi internet və smartfonlar var. Ucqar bir dağ kəndində yaşayıb Wikipediaya, Nature şəbəkəsinə, pubmedə və Tedx videolarına daxil ola bilərsiniz. Bilgi öyrənə biləcəyiniz çox yerlər var. Facebookda, Instagramda elmi səhifələri izləməyiniz kifayətdir ki, siz heç bir əziyyət çəkmədən bilgi telefonunuzda peyda olsun. Hər tərəfdən bilgi bombardmanına məruz qalırıq. Və heç bir güc bunun qarşısını ala bilməz. Ən pisi də odur ki, bu gün internetdə çoxlu sayda yalan yanlış məlumatlar da tüğyan etməkdədir.
Belə bir dövrdə müəllimlərin birinci vəzifəsi bilgi öyrətmək deyil. Kifayət qədər bilgini biz başqa yerlərdən də əldə edə bilərik. Müəllimlər artıq şagirdlərə bilgini analiz etməyi, nəyin lazımlı nəyin lazımsız olduğunu ayırd edə bilməyi və dünyanı anlamaq üçün bu bilgiləri bir - biriylə tutuşdurub nəticə çıxartmağı öyrətməlidirlər. Əgər bu olsa və şagirdlər düzgün istiqamətdə düşünə bilsələr bir çox problemlər kökündən həll olacaq.

Fuad Əsədov
2👏1
Yenilik hər zaman beyin üçün təhlükəlidir. Biz əgər xüsusi aqressiv qruplaşmaların üzvü deyiliksə, gün ərzində çox vaxt mədəni davranmağa çalışırıq. Çünki mədəniyyət norma və standartdı. Məsələn, marketdən alış-veriş etdikdən sonra, kassirə təşəkkür etməyimiz. Baxmayaraq ki, kassir bizim pulumuzu almaqdan başqa bir iş görmədi, amma yenə də nəzakət xətrinə " çox sağol " deyirik. Eləcə də bir çox insan gün ərzində mədəni davranır. Buna görə mədəniyyətsiz bir davranış bizim gözləntilərimiz doğrultusunda deyildi. Məhz bu səbəbdən, tənqid və təhqir hər nə qədər fiziki cəhətdən təhlükəsiz olsa da, bizim xoş qılıqla qarşılayacağımız bir şey deyil. Və biz daima sosial bəyənilməməkdən qorxub qaçırıq.
👏42🤔1
Keçmişə gedib özünüzün 12 yaşlı halınızla qarşılaşsaydınız, ona nə deyərdiniz? Nəzərə alın ki, o hələ uşaqdı və sizin dedikləriniz onun həyatını şəkilləndirə bilər
🔥42
Ağıl bir bütün deyil, fərqli növləri var və fərqli faktorlardan asılıdırlar. Məsələn, futbolçular adətən riyazi fənlərdən kəsilirlər amma futbol meydançasında yüksək səviyyəli məkan qavrayışı, topu vurarkən dəqiq güc və bucaq hesablamasını tətbiq edə bilirlər. Yaxud da ki, Rainman filmində Raymond Babbitt autizm xəstəsi olduğu üçün yeməyini belə kontrol altında olmadan yeyə bilmir amma yerə dağılan diş çöplərinin dəqiq sayını bir baxışda hesablaya bilir. Belə insanlara bəzən axmaq dahilər deyilir. Yeri gəlmişkən o film real həyatdakı Kim Peek adlı əqli gerilikdən əziyyət çəkən insandan ilhamlanaraq çəkilmişdi. Kim Peek mənasını anlamasa da 12000 kitabı sözbəsöz əzbər bilirdi.

Fuad Əsədov
3🤔2🤯1
Yəqin ki, insanları ən çox narahat edən problemlərin təməlində ailə yatır. Bir dəfə bir məqalədə belə bir statistika oxumuşdum. Dünyada olan ailələrin sadəcə 20 faizi funksionaldı. Digərləri bu və ya digər şəkildə fərdlərə zərər vericidir. Ailə problemlərini əsasən iki qrupa bölə bilərik. Valideyn-övlad və ər-arvad problemləri. Çox maraqlıdır ki, hər iki növ konflikt üçün belə bir cümlə işlənir.
Hər ailədə olur belə şeylər. Əvvəla dediyim kimi hər ailədə olmur, 80 faiz ailədə olur. Digərləri anlaşmazlıqları sivil və sakit şəkildə həll edə bilirlər. Amma, lap tutaq ki, hər ailədə olur. Yəni? Nə olsun indi? Hər zaman deyirəm. Hər şey sözdə başlayır. Bir problemi "hər yerdə olur belə şeylər" deyərək normallaşdıranda, o problemi həll etməkdən uzaqlaşırsınız. O problem artıq sizin normanız, həyatınızın ayrılmaz parçası olur. Bu eynən ona bənzəyir ki, imtahandan aşağı yığan tələbə "amma sinifdə hər kəs aşağı bal toplayıb" deyir. Tamam, sinifdə hər kəs aşağı bal toplamış ola bilər, amma sən niyə aşağı topladın, söhbət ondan gedir. Eləcə də, hər ailədə ya da səksən faiz ailədə problem ola bilər, amma sənin ailəndə niyə problem var, bunu düşünməlisən. Bu problem niyə var və onu necə həll etmək olar? Ya da ola bilər ki, bu problemi həll etmək sənin əlində deyil. Atan alkoqolikdi, anan kobuddu, baban narsistdi və s. Bu zaman da bunu qəbul etməlisən. "Bu məni incidir" deməyi bacarmalısan. Qəbul etmədiyin problemlər bir gün daha ağır fəsadları ilə qarşına çıxacaq. Problemlərini normallaşdırma və hislərini etiraf et. Freud demiş, zamanında ifadə edilməmiş heç bir hiss əsla ölməz.
Fuad Əsədov
4🔥2👏1
Bu həyatda heç bir qayda, heç bir qanun hər zaman keçərli və doğru deyil. İstənilən məsələ ilə bağlı çoxlu istisnalar tapmaq mümkündür.

Məsələn, ailədə insanlar ortaq qərar verməlidirlər deyə bilərik, amma bir çox durum ola bilər ki, orada bir nəfər liderliyi öz üzərinə götürməlidir. Və yaxud da ciddi iş görüşmələrinə klassik geyimlə getmək lazımdır deyə bilərik, amma bir çox məqamda klassik geyinməmək səmimiyyət göstəricisi olaraq sizin xeyrinizə işləyə bilər. Bu siyahını uzatmaq olar.

Sözümün canı budur ki, nəsihət və qayda olaraq qurduğumuz hər bir cümlənin doğru olmadığı çoxlu sayda istisnalar var. Amma işin mürəkkəbliyi burada başlayır ki, insan təbiəti qayda əsasında öyrənməyə meyillidir.

İnsana istisnalar verdikdə o, o istisnalara söykənərək səhvlər eləyə bilər. Məsələn, bir insana ilk dəfədən ailədə bəzən kimsə liderliyi əlinə almalıdır cümləsini qursaq, o bu cümləyə arxalanaraq diktator ola bilər.

Ona görə də birinci ailədə hər kəs bir-birini dinləməlidir cümləsini qurmalıyıq və qarşımızdakı insan bunu etdikdən sonra deməliyik ki, bəzi hallarda bu qayda pozulur.

Buna görə də sabit fikirli insanlar yanılırlar, istisnalara çox arxalanan insanlar da yanılırlar. İstisnaları sabit qaydalarla vəhdət halında hər şeyi yerli-yerində istifadə edə bilən insanlar ən kamil insanlardır.

Bəzən cəmiyyət onlara ikiüzlü desə də.

Fuad Əsədov
2👍2👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hər şeyi idarə etməyə çalışırsınız
👏3
Həyat sizdən nə etmək istədiyinizi və kim olmaq istədiyinizi soruşur. Cavab verməsəniz, o cavab verir.
👏7
İnsanların sizi aldattığını düşündüyünüz bir çox hadisədə əslində ən başından bəri siz özünüzü aldatmısız. Real insanlara xəyalınızdakı xarakteri və gözləntiləri yükləyərək özünüzü onların çox yaxşı insan olduğuna dair ya da sizi heç vaxt aldatmayacaqlarına dair ya da hər zaman sizin istədiyiniz kimi olacaqlarına dair özünüzü aldatmısız.

Daha sonra reallıq divarıyla toqquşanda deyirsiz ki, filankəs məni aldatdı.

Xeyr, heç kim sizə insanların sizin istədiyiniz kimi olacağı sözünü verməmişdi. Heç bir insan sizə heç vaxt yalanla ya da başqa bir pis davranışla qarşılaşmayacağınız vədini də verməmişdi. Siz özünüzü aldadırdınız.

Ona görə də istənilən insanla bağlı gözlənti qurarkən reallığa əsaslanan gözləntilər qurmağa diqqət göstərin.

Fuad Əsədov
6
Səhər yolda təsadüfən köhnə pasiyentlərimdən biri ilə rastlaşdım. Bir az söhbət etdik. Və onun dedikləri bir çox baxımdan məna kəsb etdiyi üçün bu haqda yazmaq istəyirəm. Bu köhnə pasiyentinin şərti olaraq Emin adlandıracam. Emin bir il əvvəl mənə müraciət edəndə ailə problemləri yaşayırdı. Yoldaşı ilə yola gedə bilmir və artıq boşanmaq haqqında düşünürdülər. Otağıma girən kimi " bura dostlarımın tövsiyəsi ilə gəlmişəm. Əslində, gəlmək istəmirdim, axırda o qədər danışdılar ki, gəldim ki, əl çəksinlər. Amma fikrimi dəyişəcəyimi düşünmürəm. Boşanmaqda qərarlıyam" dedi. Ona boşanmanın da bir seçim olduğunu, amma problemin başqa həll yollarının da ola biləcəyini dedim. Və daha sonra qarşındakı insanın duyğularını anlayaraq, mübahisə zamanı özünü müdafiə etmədə, sadəcə hislərinizdən danışaraq konflikti həll edə biləcəyini dedim. Mənə söz verdi ki, bu dediklərimi yoxlayacaq. Bu gün onu yenidən görəndə evliliyinin necə olduğunu soruşdum. Mənə boşanmadıqlarını və yaxşı yola getdiklərini dedi. Səbəbi isə anladığı bir məqam idi.
Sadəcə özünüzü dəyişdirə bilərsiniz. Sadəcə öz hisslərinizi kontrol edə bilərsiniz. Başqasını dəyişdirmək gücünüz yoxdur. Sizin istədiklərinizi etməsini təmin etməyin bir yolu yoxdur. Amma, öz impulsiv davranışlarınızı dəyişəndə möcüzə baş verir. Qarşı tərəf də özünü dəyişdirir və münasibət düzəlməyə başlayır. Problemə, qarşı tərəfin gözü ilə baxanda o da hislərinizə daha çox önəm verməyə başlayır. Kimin haqlı olması önəmli deyil. Əgər, münasibətinizi daha yaxşı etmək istəyirsinizsə, bir anlıq öz pəncərənizi bağlayıb, mənzərəyə onun pəncərəsindən baxmanız lazımdır. Məhz, o an hər şey dəyişir.

Fuad Əsədov
👍73
Media is too big
VIEW IN TELEGRAM
Belə bir şey deyim sizə
👍2👏1
Bilmirəm

Bir çox şeyi bilmirəm. Hətta əksər şeyləri bilmirəm. Çox az şey bilirəm və ondan da az şey bacarıram. Bəzən çox insanın rahatlıqla edə bildiyi şeyləri edə bilmirəm. Məsələn, milli ritmlərə düşə bilmirəm. Bir məclisdə tost deyə bilmirəm. İlk dəfə olduğum metro stansiyalarında yön təyin edə bilmirəm. Elon Muskın ləhcəsini başa düşə bilmirəm. Və anlaya bilmirəm ki, Böyük Partlayışdan sonra maddə antimaddəni tamamilə yox edibsə, pozitron əsaslı kainatın var olma ehtimalı niyə yüksəkdir?
Siz də mənim kimisiniz. Çox şeyi bilmirsiniz və bu, heç vaxt dəyişməyəcək. Nə qədər şey öyrənirsinizsə, öyrənin, həmişə bilmədikləriniz bildiklərinizə nisbətən çox olacaq. Təkcə, elmdən söhbət etmirəm. Özünüzə, insanlara, dünyaya, həyata və ixtisasınıza dair bilgiləriniz hər zaman əskik olacaq.
Hər şeyi bilə bilməzsiniz. Bütün sualların cavabı yoxdur. Bilirmiş kimi davranmaq lazım deyil. Bilmirəm. Bu kəlməni sevmək lazımdır. Özünüzə və başqalarına qarşı "bilmirəm" deməkdən çəkinməyin.

Bəlkə də, insana hüzur verən şey bildiklərindən çox bilmədikləridir.

Bilmirəm.

Fuad Əsədov
12👍4🤔1