Klinik Psixoloq Fuad Əsədov
1.19K subscribers
20 photos
74 videos
30 links
Sizin psixologiya bələdçiniz
Download Telegram
Keçənlərdə bir qız öz sevgilisi haqqında danışır. Deməli, bu oğlanın atası anasını mənasız qısqanclıq üstündə on səkkiz yerdən bıçaqlayaraq, öldürüb. Beləcə, atası da həbsə girdiyi üçün oğlan uşaq yaşlarından hər iki valideynini itirmiş olur. Zaman içində bu oğlanın özündə də antisosial davranışlar müşahidə olunmağa başlayır. Dava, adam yaralama, oğurluq, maddə istifadəsi nə axtarsanız var, yəni. Hətta, bir neçə dəfə bu qıza da əl qaldırıb geyim üstündə, hansı ki, qız həqiqətən heç açıq saçıq falan da geyinmir. Amma bu qız bu oğlanla evlənməyi düşünür yaxın zamanda. Yadıma illər əvvəlki bir pasiyentim düşdü. Qız makiyaj etdiyi üçün sevgilisi iş yerinə gəlib, hər kəsin gözü qarşısında qızın saçlarından tutub, başını betona çırpmışdı. Qızın isə dediyinə baxın:
- Neyniyim, onu sevirəm.
Qadınlar niyə belədir? Niyə əksəriyyəti bad boy sevir? Ted Bundy və Jeffrey Dahmer kimi silsilə qatillərə həbsdəykən qadınlar tərəfindən yazılan sevgi məktubları hər kəs tərəfindən bilinən bir şeydir. Qadınların pis oğlanlara qarşı olan sevgisinin üç səbəbi var.
1. Avaranın sevgisi bir başqa olur, avara başqa cür mənimsəyir deyən qız sindromu. Yəni, aqressivliyi maskulinliklə qarışdırmaq. Aqressiv kişini mədəniyyətsiz və tərbiyəsiz olaraq deyil, kişi kimi kişi olaraq görürlər. Halbuki, alfa kişi maskulinliyi tamamilə fərqli bir şeydir.
2. I can fix him inancı. Bəzi qadınlar çox güclü empatiya hissinə sahib olurlar və bu cür oğlanların belə olmaqlarını travmalarına, genetikasına ya da ailəsinə bağlayaraq düşünürlər ki, onları dəyişdirə bilərlər. İçindəki yaxşı insanı üzə çıxaracam deyirlər. Halbuki, əksər hallarda zaman keçdikcə vəziyyət daha da pisləşir. Mənim dostumun bacısı da əri haqqında "onu düzəldəcəm" deyirdi, amma sonunda oğlan tərəfindən vəhşicə döyülərək öldürüldü.
3. Sevgi hər şeyə qadirdir romantikası. Deyil, əziz insanlar, sevgi hər şeyə qadir deyil. Sevgi çox önəmli bir şeydir. Amma, romantiklər tərəfindən önəmi həddindən artıq şişirdilmiş bir şeydir.
Unutmayın, evlilik ciddi bir şeydir. Bizim cəmiyyəti və boşanmanın çətinliklərini düşünsək demək olar ki, bir atışlıq haqqınız var əksər hallarda. Həmin o bir atışı romantik şıltaqlıqla riskə atmaq olmaz.

Fuad Əsədov
15👍6🔥2👏1
Bir pasiyentim var idi, həmişə deyirdi ki, mən çox bəxtsiz insanam. Sual verdim ki, necə bu qənaətə gəlirsiniz? Bəlkə ailənizdə, sağlamlığınızda ya da münasibətlərinizdə problem var? Dedi yox, onların hamısı qaydasındadır. Sadəcə, dəfələrlə olur ki, mağazada bir paltar bəyənirəm, gedirəm pul götürüb gəlirəm ki, alım, görürəm paltar satılıb. Pasiyentim bunu dedi və bir az dayanıb əlavə etdi.
" Belə səsli şəkildə deyəndə sanki mənasız gəldi mənə "

Bəli. Çünki, fikir ümumidir. Siz beyninizdə bir şeyi düşünəndə o qədər detallı və ümumi düşünürsünüz ki, bu düşüncədən narahat ola bilərsiniz. Ona görə, narahat edici fikirləri səsli şəkildə deyin və görün qulağa necə gəlir. Fikirlərinizi sözlərlə ifadə etmək probleminizi konkretləşdirəcək və onu daha yaxşı anlamanıza səbəb olacaq. Probleminizi anlasanız həll yolu öz-özündən ağlınıza gələcək.

Fuad Əsədov
9👍2
Media is too big
VIEW IN TELEGRAM
Başqalarının yanında edilən tənqid təhqirdir #psixoloq #psixologiya #fuadəsədov
2
"Özümü yetərsiz görürəm"

Gəlin, bu cümləni təhlil edək. Nə deməkdir yetərsiz olmaq? Necə yetərsiz olmaq olar? Harda? Nəyə görə? Kimə görə? Əgər bu hər hansı bir işi bacarmamaqla, ya da müəyyən əskikliklərin olması ilə bağlıdırsa, o zaman hər kəs yetərsizdir. Çünki, hər kəsin bacarmadığı şeylər var və hər kəsdə müəyyən mənfilər tapmaq mümkündür. Yox, əgər belə deyilsə, yetərsizlik nədir? Heç bir işdə yaxşı ola bilməmək? Belə bir insan da dünyada yoxdur. O zaman hər kəs yetərlidir.
Özünü yetərsiz görən pasiyentlərimə bu sualı verirəm. Nəyə yetmirsiniz? Çünki, gördüyümüz kimi yetərsiz sözünə bir izah və definition vermək olmur. Tamamilə, içi boş və mənasız sözdür. Özünü yetərsiz görən bir pasiyentimlə belə bir dialoqum olmuşdu. Pasiyentim Rövşən adında gənc bir oğlan idi. Rövşən kənddən işləmək üçün şəhərə gəlmiş, təkbaşına İT öyrənmiş və Freelance şəkildə işləməyə başlamışdı. (Şəxsi məlumatlar şərtidir). Amma yetərsizlik fikri ağlından çıxmırdı. Ona belə bir sual verdim.
- Hansı məqamlarda özünü yetərsiz hiss edirsən?
- Görəndə ki, kimsə məndən yaxşıdır.
- Səndən yaxşı olanlar, niyə görə yaxşıdır səncə?
- Çünki, çoxdandır bu işlə məşğuldurlar. Mən isə təcrübəsizəm.
- Amma təcrübə yığırsan.
- Bəli, keçən ildən bu yana özümü inkişaf etdirmişəm.
- Deməli, yaxşı olmaq səndə də alınır və bu işə potensialın var.
- Hə, əslində elə görünür.
- O zaman tam olaraq nəyə yetmirsən?
- Professional deyiləm.
- Səninlə eyni mərhələdə olub professional olmaq mümkündür sizin işdə?
- Yəni məncə, heç bir işdə bir il ərzində professional olmaq mümkün deyil.
- Üstəlik inkişaf da edirsən sən. Deməli, indi professional olan hər kəs bir zamanlar sənin kimi olub. Hətta bəlkə də bir çoxundan daha sürətlisən sən.
- Ola bilər.
- Əgər professional olan hər kəs bir dövr sənin kimi olubsa, burdan professional olmağın yolu sənin kimi olmaqdan keçir mənasını çıxara bilərik?
- Bəli.
- Elə isə, "mən yetərsizəm" deyəndə özünə haqsızlıq eləmiş olmursan?
Rövşən gülümsədi və dedi:
- Özümdən utandım deyəsən.

Bütün məsələ budur. Özünüzə haqsızlıq etməyin.

Fuad Əsədov
🥰6👏4
Media is too big
VIEW IN TELEGRAM
Sadəcə nəfəs alıb-vermək
3👏1
Bu gün Dünya Kitabsevərlər Günüdür. Mən də 5 yaşından bəri kitablarla iç-içə olan bir kitabsevər olaraq sizinlə ən sevdiyim 13 müəllifi paylaşıram.

1. Dostoyevski

2. Platon

3. Albert Camus

4. George Orwell

5. Friedrich Nietzsche

6. Carl Sagan

7. Stephen King

8. Tolkien

9. Richard Dawkins

10. Victor Hugo

11. Sergey Lukyanenko

12. Sapkowski

13. Kafka

#13siyahı
🥰65
Media is too big
VIEW IN TELEGRAM
Qəhrəmanın səyahəti
2🤔1
Söz insan tərəfindən icad edilmiş ən təsirli narkotikdir
👍125
Heç kimin bir şey bilmədiyi bir yerdə bir insan hər şeyi bilə bilər.
5👏3
Bir çox insanda sevgilisinə və yoldaşına qarşı gördüyüm bir hal var. Xüsusilə də, bu kişilərdə olur. Mən buna "məmnunedicilik" deyirəm. Bəzən münasibətlərdə bir nəfər məmnunedici rolunda çıxış edir və istəməsə də digərinin hər dediyini etməyə başlayır. Bu doğru deyil, çünki münasibətin səmimiliyinə ziyan vurur. Bir nəfər həmişə məmnun edəndirsə, digəri də yalnızca məmnunedilən olur. Nəticədə, məmnunedən tərəf özünü dəyərsiz hiss etməyə başlayır və digərini beynində "eqoist" kimi təyin edir. Məmnun edən düşünür ki, öz xoşbəxtliyini əldə etmək üçün digərini xoşbəxt etməlidir. Nəticədə itaətkar bir insana çevrilir ki, bu da öz-özlüyündə alçaldıcı ola bilir. Halbuki, sevgi və xoşbəxtliyin yolu kiməsə köləlik etməkdən keçmir. Bənzər vəziyyətlər yaşayırsınız və qurtula bilmirsinizsə, aşağıdakı 4 mərhələni təyin edin.

1. Münasibətinizlə bağlı düşüncələrinizi yazın.

2. Bu düşüncələrə görə sizin münasibətdəki rolunuz nədir?

3. Bu düşüncələrə görə onun münasibətdəki rolu nədir?

4. Bu düşüncələrə görə bu münasibət necə bir münasibətdi, biz nə edirik və nə edə bilərik?

Fuad Əsədov
9👏4
Bəlkə də heç mövcud olmayan düşmənlərlə savaşırsınız
👍9🤔2
Özünüzü yaxşı hiss etmək üçün qəbul etməniz lazım olan 13 həqiqət.
1. Hər zaman etdiyiniz işdə yaxşı olmayacaqsınız. Zaman-zaman işləri batıracaq və ortalamanın aşağısında qalacaqsınız.
2. Hər zaman gözəl görünə bilməzsiniz.
3. Hər şeyi kontrol edə bilməzsiniz. Bəzi şeyləri axışına buraxmanız lazımdır.
4. Özünüzü başqaları ilə müqayisə etmək həm mənasız, həm də zərərli davranışdır.
5. Sizə pis davranan insanların etdikləri sizlə yox, öz mənəviyyat və tərbiyələri ilə bağlıdır.
6. Hər insanla yola gedə bilməzsiniz. Nə etsəniz də, bəzi insanların xoşuna gəlməyəcəksiniz.
7. Tənqidçi insanların təqdirini qazanmağa çalışmaq beyhudədir. Onlar hər zaman tənqid edirlər.
8. Başqa insanları dəyişməyin bir yolu yoxdur. Özümüzü dəyişə bilərik və bu zaman möcüzəvi şəkildə başqaları da dəyişir.
9. Zaman-zaman pis şeylər yaşayacaqsınız. Bu normaldır və hər kəsin başına gəlir.
10. Bir reallığın olduğundan fərqli olmasını tələb etmək və belə bir gözlənti qurmaq əzabı artırır.
11. Bir probleminiz varsa onu, yaşadığınız emosional halda həll edə bilməzsiniz. Rasional və soyuqqanlı yanaşma lazımdır.
12. Heç bir insan və heç bir şey tamamilə pis və tamamilə yaxşı deyil.
13. Dəyişdirə bilmədiyiniz şeylərlə mübarizə aparmaq vaxt itkisidir.

Fuad Əsədov

#13siyahı
7👏2👍1
Media is too big
VIEW IN TELEGRAM
Hüzuru yarada bilmək
👏3
Media is too big
VIEW IN TELEGRAM
İmtahandan keçmək
👏53
Keçənlərdə 44 yaşlı bir pasiyentimlə danışırdım və belə bir cümlə qurdu:
- Ən çox ona təəssüflənirəm ki, həyatım boş-boşuna keçib.
Ondan nə demək istədiyini soruşduqda belə bir cavab verdi:
- İndiyədək Bakıdan çölə çıxmamışam, nə bir şəhər görmüşəm, nə rayon, nə kənd. Hətta Bakının içində belə çox yerdə olmamışam. Məktəb vaxtı ailəm deyirdi, ancaq dərs oxu, sonra evləndim, otur evdə uşağa bax, ərini gözlə, yemək bişir. Niyə? Çünki, mən qadınam.

Pasiyenti dinlədikcə öz-özümə düşünürdüm ki, bu coğrafiyada neçə-neçə qadın bənzər, hətta daha pis həyat yaşayır. Bu həyata bir dəfə gəlirik və həyatı kəşf etmək, gözəlliklərindən zövq almaq varkən bəzi insanların bəxtinə məhdudiyyətlər içində yaşamaq düşür. Sadəcə, qadın olduqları üçün. Bəs bu niyə belədir?
Mən inanmıram ki, qadınlara qoyulan bütün məhdudiyyətlər qısqanclıqla bağlıdır. Ölkədə bu qədər paranoyak və patoloji qısqanc insan ola bilməz. Burda tək bir səbəbkar var. "Kim nə deyər?" mentaliteti. İnsanlar başqalarının ən kiçik pis şeyi belə düşünməsinə əngəl olmaq üçün qadınlara maksimum məhdudiyyət tətbiq edirlər. Bir baxıma onların özlərinə görə haqlı səbəbləri var. Çünki, bizdə başqalarının işinə qarışmaq və başqaları haqqında çox asanlıqla pis fikir söyləmək tendensiyası var. Çox təəsüf. Bir psixoloq olaraq deyirəm, "kim nə deyər?" düşüncəsi və başqalarının işinə qarışmaq tendensiyası saysız-hesabsız bədbəxtliklərin, küçədəki aqressiyanın və üzlərdən yağan kədərin səbəbidir. Bizim başımıza bəla gələndə belə ona pis olmaq yerinə, "filankəs bilsə nə düşünər"in təşvişini yaşayırıq. Dolayısıyla, bu mentalitet insaniyyətimizə, insani hissləri yaşamağımıza da mane olur.
Təfəkkür, mədəniyyət və inkişaf üçün ilk növbədə başqaları haqqında danışmağa son verməliyik.

Fuad Əsədov
18🔥1
" Olmalıdır " sözü ingiliscə should mənasına gəlir və anglo - sakson mənşəli scolde yəni danlamaq ifadəsindən yaranmışdır. "Olmalıdır" dediyiniz halda əslində özünüzü və ya başqasını danlayır, mövcud vəziyyəti bəyənməyib, başqa bir vəziyyətin olmasının vacib olduğunu deyirsiniz. Bu isə beyninizə içində olduğunuz vəziyyətlə bağlı neqativ mesajlar göndərərək özünüzü pis hiss etmənizə səbəb olur. Bunun yerinə " digər vəziyyət olsaydı daha yaxşı olardı " deyə bilərsiniz. Bu zaman beyinə ötürülən mesaj budur ki, bundan daha yaxşısı ola bilərdi, amma bu da pis deyil. Bu texnika koqnitiv biheoverial terapiyada semantika metodu adlanır. Çox sadə kimi görünə bilər, amma əsas odur ki, insana özünü daha yaxşı hiss etdirir. Sınaya bilərsiniz. Bu gündən etibarən lüğətinizdən olmalıdır, olmamalıdır və ya belə olmamalıydı ifadələrini çıxardın.

Fuad Əsədov
6👏2👎1
Beyninizdəki gələcək haqqında düşüncələrinizi və qayğılarınızı kənara atın. Onlar sizi həyatdakı yeganə önəmli şeydən uzaq tuturlar. İndidən. Bu andan.Sadəcə burada və indi prinsipinə fokuslanın. Burada və indi birləşdikdə etdiklərinizi nə qədər yaxşı bir şəkildə etdiyinizi görüb təəccüblənəcəksiniz.
8👏4
Psixologiyada “məruz buraxma” deyə bir anlayış var. İnsan qorxduğu şeylə üzləşməyənə qədər onu məğlub edə bilməz. Amma məsələ burasındadır ki, bəzi insanlar, hətta bəzi psixoloqlar belə məruz buraxmanı yanlış anlayırlar.

Məruz buraxma texnikaları elə sistemsiz şəkildə istifadə olunacaq texnikalar deyil.

Birincisi, unutmaq lazım deyil ki, məruz buraxma texnikaları psixologiyada olan yüzlərlə texnikadan biridir. Dolayısıyla, məruz buraxma texnikaları hər dəfə istifadə olunan texnikalar deyil. Bəzi psixoloqlar yeri gəldi-gəlmədi məruz buraxma texnikalarından istifadə edirlər və bəzən insanlarda da belə bir şübhə yaranır ki, “Mən məruz buraxılmağa hələ ki hazır deyiləm, ona görə də psixoloqa getməyim”. Bu yanlışdır. Çünki dediyim kimi, məruz buraxma texnikaları tək çarəmiz deyil, başqa texnikalar da mövcuddur.

İkincisi, məruz buraxmanın müxtəlif növləri var. Məsələn, koqnitiv məruz buraxma deyilən, şüurda məruz buraxma texnikaları mövcuddur. Yəni biz bir çox qorxumuzla reallıqda deyil, beynimizin içində üzləşməliyik və beynimizin içində onları məğlub etməliyik. Hər zaman real həyatda onlarla üzləşmək məcburiyyətimiz yoxdur. Hətta bir çox hallarda problemli nöqtələrdən uzaqlaşmağımız daha məsləhətlidir, nəinki onlarla üzləşmək. Yəni qorxularla üzləşmək hər zaman ən yaxşı yol deyil.

Üçüncüsü, məruz buraxma texnikaları sistemli şəkildə istifadə olunur. Pasiyenti məruz buraxmaya hazırlamaq, əvvəlcədən ondan qiymətləndirmələr aparmaq, başqa texnikalardan istifadə etmək lazımdır ki, bu da bəzən dörd-beş seans sürür. Yəni məruz buraxma texnikaları bir çox texnikadan və bir çox seansdan sonra gələn şeydir. Bəzi psixoloqlar pasiyenti ilk seansdan məruz buraxmağa, qorxuları ilə üzləşməyə itələyirlər. Hansı ki, bu yanlışdır. Hər zaman hər insan qorxusu ilə üzləşməyə bu qədər hazır deyil. Əvvəlcədən hazırlamaq lazımdır.

Dördüncüsü, məruz buraxma texnikaları məntiqli olmalıdır. Yəni pasienti rəzil etməyə, ya da məntiqli olmayan hərəkətlər etməyə yönləndirmirik. Bəzən olur ki, Instagramda görürəm ki, psixoloq tövsiyə edir ki, əgər sizdə utancaqlıq varsa, küçənin ortasında qışqırın. Bu absurddur, çünki küçənin ortasında qışqırmaq normal bir hərəkət deyil və biz pasiyentə bunu öyrətməməliyik. Və psixoloqun özü də heç küçənin ortasında qışqırmaz. Yəni küçənin ortasında qışqırmaq utancaqlığı məğlub etmək deyil. Bu, əslində başqa bir problemdir. Və yaxud da başqa bir utancaqlıq problemi olan pasiyentə bir psixoloq “aptekə gedib toyuq istə” deyə məsləhət vermişdi. Bu yanlışdır. Çünki bu da ağıllı bir hərəkət deyil və pasiyenti pis vəziyyətdə qoya bilər.

Məruz buraxma texnikaları pasiyenti rəzil etməyə və pis vəziyyətdə qoymağa fokuslanmır. Tam əksinə, başqalarının normal həyatda edə bildiyi, amma pasiyentin edə bilmədiyi davranışı etməyə cəsarətləndirir.

Dolayısıyla, məruz buraxma texnikaları və bütün digər texnikalar da sistemsiz, kor-koranə istifadə edilməməlidir. Hər birinin istifadə edilmə yeri və zamanı vardır.

Fuad Əsədov
3👏1
Media is too big
VIEW IN TELEGRAM
Canınız sağ olsun
3
Hətta axmaq adamlar belə susanda müdrik görünürlər. Bunu Sokrat deyib. Biz bu gün çox danışırıq. Həm də həddindən çox. Danışmaqla qalmayıb, sosial şəbəkələrdə də daim nəsə yazırıq. Bu, əlbəttə ki, öz-özlüyündə pis bir şey deyil. İnsan fikirlərini ifadə etməyi və bölüşməyi bacarmalıdır. Amma... Burda bir "amma" var. Danışdıqlarımız dinlədiyimizdən çox olmamalıdır. Yazdıqlarımız oxuduğumuzdan çox olmamalıdır. Daha çox öyrənməliyik, sonra fikir bildirməliyik.

Fuad Əsədov
👍63
Özünüzə "hər şeyi bacarmalıyam" desəniz, bir çox hallarda hüsrana uğrayacaqsınız və bu, sizdə özgüvən əksikliyinə səbəb olacaq. Ona görə də, gözləntilərinizi real tutun. Bir çox şey sizdə çətin alınacaq, bir çox isə ümumiyyətlə alınmayacaq. Amma, əgər, bu həqiqəti qəbul etsəniz, qazanacağınız rahatlıq sizi daha uğurlu birinə çevirə bilər.

Fuad Əsədov
8👍3