Formula1 xəbərləri
549 subscribers
4.28K photos
1.08K videos
354 links
Dünyanın ən sürətli, ən bahalı və ən baxımlı idman növü...

Müzakirə üçün - @Formula1AzChat
Download Telegram
Bu gün Serxio Peres bütün skeptiklərinin ağzını yumdu - Şarl Leklerin o boyda təzyiqinə dözdü və sonda da böyük fərq yaratdı. Ən əsası isə qələbəni startda qazandı - Leklerin ləngiməsi və ya təkərlərin izafi fırlanması yarışın taleyini həll etdi.

Bəli, tempi Leklerdən aşağı idi, nə olsun? o qədər belə qələbələr görmüşük ki? Ona görə hətta 30 saniyəlik cərimə gəlsə belə, mənim üçün günün sürücüsü Peresdir - adam bir səhvə belə yol vermədi...

Lekler bir daha şənbə sürücüsü olduğunu göstərdi - düzdür, bunun səbəbi elə F1-75-dir. Həm onun maşınında, həm də Saynsın maşınında təkər nə qədər tez qızsa da, o qədər tez də dağılır. Hər iki təkər tərkibində 10-12 dövrədən sonra ciddi temp itkisi var idi. Yəni Ferrari təkər problemini hələ də həll etməyib.

Sayns barədə sadəcə podiuma qalxdığı üçün deyəcəm ki, adam Həmiltonun təzyiqinə dözdü və hətta onu səhv etməyə məcbur qoydu.

Əlbəttə, McLaren-in və Aston Martin-in hər iki maşınla xal qazanması vacib idi - Mühəndislər Kubokunda hər iki komanda rəqiblərini arxada qoydular.

Mercedes bu gün fiasko yaşadı - Lyuis həm startda uduzdu, həm pitdə, həm də trasda, Rassell isə heç Williams-da belə zəif yarış keçirməmişdi.

Maks isə ən çox ötmə edən sürücü olsa da, ancaq azarkeşlərin sevgisini artırdı ))

Alonso da rekord yarışında Alpine-dən növbəti arxadan zərbə aldı.

Titul uğrunda mübarizənin isə Yaponiyada başa çatması ehtimalı yüksəkdir...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Adam ancaq şəhər traslarında qələbələri sıralayır )))
Bir saat əvvəl stüardların yanında razborka başlayıb - istənilən halda cəmi bir insident araşdırılır, ona görə də ən yaxşı halda +5 saniyə veriləcək ))
Şəhər traslarının qənimi ))
Visser tarixin sonuncu yarışında qələbə qazanıb

Bu gün Sinqapurda W Series çempionatında mövsümün sonuncu yarışı baş tutub - əslində çempionatın təqvimində Ostin və Mexiko yarışları da nəzərdə tutulub, amma ciddi maliyyə çətinlikləri mövsümü vaxtından əvvəl bağlamağa səbəb olub.

Bəziləri isə nəinki mövsümün, hətta çempionatın artıq başa çatdığını deyirlər - düzdür, seriyanın təşkilatçıları daha yaxşı ssenariyə ümid edirlər, amma hələlik vəziyyət belədir.

Sinqapur yarışı qurumaqda olan trasda başlayıb. Pouldan start alan Marta Qarsia ilk döngəyədək Beytske Visserin arxasına düşüb. Bundan sonra Əlis Pauellin təzyiqi altına düşən Marta 5-ci dövrədə britaniyalı sürücünü də irəli buraxmalı olub.

Bundan sonra mübarizə stabilləşib. Yalnız artıq seriyanın baş tutan bütün 3 mövsümünün qalibi Ceymi Çədvikin səhvi son yarışı vaxtından əvvəl başa vurması ilə nəticələnib.

Son dövrələrdə Pauellin hücumları nəticəsiz qalıb və Visser karyerasında 2-ci qələbəsinə sevinib. Niderlandlı sürücü bu qələbəsi sayəsində çempionatı debüt ilində olduğu kimi, 2-ci yerdə başa vurub.

Qeyd edək ki, Ceymi Çədvik 3 il ərzində ilk dəfə qəzaya düşərək finiş görməyib.

Çempionat və ya seriya davam edəcəkmi? Tezliklə bu suala cavab veriləcək...
Ferrari təkid etsə də, hər iki hala eyni cərimə gəlməyib - birinci dəfə üçün sadəcə xəbərdarlıq (mövsümdə ilk dəfə), ikinci dəfə üçün +5 saniyə və 2 bal xərimə )

Rəsmən, PERES yarışın qalibidir...
Dostlar, mövsümün hər yarışından sonra sadəcə iki bənddən ibarət sorğu olacaq. Sorğuya münasibət bildirməklə yarışın maraq səviyyəsini müəyyən edəcəyik və mövsümün sonunda ən maraqlı yarış adı verəcəyik. Sorğunun müddəti 48 saatdır
Sinqapur yarışını bəyəndinizmi?
Anonymous Poll
55%
Bəli
45%
Xeyr
Hazırda çempionatda turnir cədvəlləri
Çempionatın logistik tərəfdaşı olan DHL şirkətinin təsis etdiyi ən sürətli pit stop mükafatını yenə də Red Bull komandası qazanıb...
Çempionatın logistik tərəfdaşı olan DHL şirkətinin təsis etdiyi sürətli dövrə mükafatını mövsümdə ilk dəfə Corc Rassell qazanıb.
Çempionatın sonuna 5 yarış qalıb.

Deməli, mövsümün sonuna qədər 5*25 (qələbə) + 5*1 (sürətli dövrə) + 1*8 (sprint) = 138 xal toplamaq mümkündür.

Çemponatın lideri Maks Ferstappen 341 xal toplayıb, ona görə də 341 - 138 = 203 xaldan az toplayan sürücülər artıq riyazi çempionluq şanslarını da itiriblər.

Hələlik çempionluq şansı 3 sürücüdə qalıb )) amma statistika quru bir hesabdır, reallıq isə tam başqadır...
Formula1 xəbərləri pinned «Sinqapur yarışını bəyəndinizmi?»
Mövsümün 17 yarışından sonra sıralanma turlarında nəticələrə görə sürücülərin reytinqi - orta kəmiyyət üzrə tərtib olunub...
Mövsümün 17 yarışından sonra finişdə nəticələrə görə sürücülərin reytinqi: orta kəmiyyət üzrə tərtib olunub (əgər sürücü protokola düşməyibsə, orta kəmiyyətə təsir etmir).

P.S. Bütün yarış məsafəsini (1010 dövrə) qət etmiş sürücü yoxdur...
Sinqapur yarışından sonra güc qurğusunun elementləri cədvəli