Mehriban Aliyeva (fan page)
1.95K subscribers
8.45K photos
417 videos
17 files
447 links
Первый вице-президент Азербайджана.
(Fan channel)
mehriban-aliyeva.az
Download Telegram
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.
👏8🥰2
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb.
Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva yola saldılar.
8👏7🥰2
🌹 Ad gününüz mübarək, Mehriban xanım!

Zərifliyi ilə qəlblərə, xeyirxahlığı ilə milyonların sevgisinə yol tapan bir insan…

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci xanımı Mehriban Əliyevaya doğum günü münasibətilə ən səmimi və xoş arzularımızı çatdırırıq.

Qoy həyat yolunuz daim işıqlı, hər yeni yaşınız uğurlu, gördüyünüz hər xeyirxah iş isə yüzlərlə insanın həyatına ümid və sevinc gətirsin.

Sizə uzun ömür, möhkəm cansağlığı və daim xalqımızın sevgisi ilə əhatə olunan gözəl illər arzulayırıq. 🇦🇿❤️
28👏3🥰2😍2
Avqustun 26-da Bakıda Bilgəh incəsənət məktəbinin açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılışda iştirak ediblər.
13👏3🥰1😍1
Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nəsimi rayonunda 352 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
13👍3👏2🥰1