Mehriban Aliyeva (fan page)
2.02K subscribers
8.24K photos
417 videos
17 files
446 links
Первый вице-президент Азербайджана.
(Fan channel)
mehriban-aliyeva.az
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.
Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
10.11.2022. Gözəl Səmərqəndin gecə mənzərəsi! Qədim və gənc şəhər. Qardaş Özbəkistan xalqına sülh və firavanlıq arzulayıram!

10.11.2022. Красивый ночной Самарканд! Древний и молодой. Желаю братскому народу Узбекистана мира и процветания!
Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşü olub.
Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.