Mehriban Aliyeva (fan page)
2.03K subscribers
8.21K photos
417 videos
17 files
446 links
Первый вице-президент Азербайджана.
(Fan channel)
mehriban-aliyeva.az
Download Telegram
İlham Əliyev: Heç bir memarlıq əmsallarına cavab verməyən yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq.
Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Азербайджанский народ никогда не забудет трагедии, в результате которых были убиты наши невинные сограждане! Мы всегда будем беречь правду о тех страшных событиях от любых попыток их исказить. С уважением чту светлую память жертв геноцида азербайджанцев, учиненного в марте 1918 года. Да упокит Аллах души всех наших шехидов. #31mart
İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!

Искренне поздравляю весь азербайджанский народ и мусульман мира по случаю начала благословенного месяца Рамазан, призывающего людей к единству во имя прекрасных намерений и добрых деяний!
Да услышит Аллах все ваши молитвы, примет ваши посты и ниспошлет всем людям здоровье и счастье, нашей Родине – мир, благополучие и светлые дни!
İlham Əliyev: Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır.
Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib.
İlham Əliyev: Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib.
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova ilə görüşü olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarovanın şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bir Azərbaycan vətəndaşının həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun! Uca Tanrı bu mübarək bayram günlərində edilən bütün duaları qəbul etsin!

Искренне поздравляю всю христианскую общину Азербайджана по случаю праздника Пасхи! Желаю всем крепкого здоровья, теплых чувств и долгих лет жизни! Пусть в жизни каждого гражданина Азербайджана будет много светлых, счастливых дней! Да примет Всевышний все молитвы, вознесенные в эти благословенные праздничные дни!
İlham Əliyev: Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir.
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm.

Горжусь профессионализмом сотрудников всех государственных структур, принявших участие в ликвидации пожара на территории «Промышленного парка «Азерсун», расположенного в поселке Гаджи Зейналабдин в городе Сумгайыт, и его последствий, и выражаю им глубокую признательность.
Allah orucunuzu qəbul etsin!