Mehriban Aliyeva (fan page)
2.03K subscribers
8.21K photos
417 videos
17 files
446 links
Первый вице-президент Азербайджана.
(Fan channel)
mehriban-aliyeva.az
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyublar.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ayaz Mütəllibovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
İlham Əliyev: Heç bir memarlıq əmsallarına cavab verməyən yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq.
Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Азербайджанский народ никогда не забудет трагедии, в результате которых были убиты наши невинные сограждане! Мы всегда будем беречь правду о тех страшных событиях от любых попыток их исказить. С уважением чту светлую память жертв геноцида азербайджанцев, учиненного в марте 1918 года. Да упокит Аллах души всех наших шехидов. #31mart
İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!

Искренне поздравляю весь азербайджанский народ и мусульман мира по случаю начала благословенного месяца Рамазан, призывающего людей к единству во имя прекрасных намерений и добрых деяний!
Да услышит Аллах все ваши молитвы, примет ваши посты и ниспошлет всем людям здоровье и счастье, нашей Родине – мир, благополучие и светлые дни!