Mehriban Aliyeva (fan page)
2.03K subscribers
8.21K photos
417 videos
17 files
446 links
Первый вице-президент Азербайджана.
(Fan channel)
mehriban-aliyeva.az
Download Telegram
İlham Əliyev: Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır.
Birinci vitse-prezident Mehriban Əliyeva: Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfər gəlib.
Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanış olublar.